92
Kərbəlayı Pirverdi Qaçaq Nəbinin susduğunu görüb hünərləndi, gümüş
toqqasına keçirdiyi qamçısını çəkib dəvəçilərin baş-gözlərini şallaqladı:
-
Maymaqlar, heyvanları yük altında saxlamaq günahdır! Çəkin dəvələrin
ovsarını! And olsun şəhidi-şühədayə, mənim zəvvarlarımın qabağını kəsənin
başın kəsərəm!
Çovuş Kərbəlayı Pirverdi dalında “dağ kimi duran” zəvvarlara baxdı. Onları
əvvəlkindən az gördü. Qaçaqlar aranı kəsmişdilər; zəvvarların bir yarısını o yanda
saxlamışdılar. Bunu Çovuş hiss etmişdi; o, qazdan ayıq idi. Lakin başını düşdüyü
tələdən hədə-qorxu ilə qurtarmağa çalışırdı.
Meşənin təmiz havası indi ağırlaşmışdı, yorğun atlar özlərini yüngülləşdirdi...
Piyadaları kal öskürək tutumuşdu.
Çovuşun başına toplaşan bu “cənnət fədailəri” də qəzəblənmişdilər. Hərə Qaçaq
Nəbini bir ağız söyürdü:
-
Bu kafir hardan yolumuzu kəsdi!
-
Kafir olmasa, Səlim bəyin kəbinli arvadını götürüb qaçmazdı.
-
Onun qanı lap halaldır.
-
Kaş Səlim bəy böyürdən çıxaydı.
Nəbiyə min acıqlı göz baxırdı. Lakin onlardan qorxan kim idi? Dəvələr yük
altında nərildəyirdi, atlar fınxırır, piyadalar öskürür, Çovuş qışqıra-qışqıra on iki
imamı, yüz iyirmi dörd min peyğəmbəri köməyə çağırırdı...
Qaçaq Nəbi su ilə od arasında qalmışdı: Bu zəvvarları necə başa salım ki, Çovuş
onları gedər gəlməz yola aparır. Təəssüf min təəssüf, zəvvarların kinli
baxışlarından xilas olmaq çətin idi; Çovuş qara qarğaya dönüb onların beynini
çoxdan yemişdi.
Mübahisə getdikcə uzanıb tündləşirdi. Buna görə də Qaçaq Nəbi hirsini boğub
sakit bir səslə:
-
Cənab Covuş, - dedi, - iki əmcək də toqquşar. Uşaqlar elə bilib ki, dəvəçilər
tacir malı aparır. Bizi gərək bağışlayasan.
Çovuş Kərbəlayı Pirverdinin bu mehriban sözlərdən başı gicəlləndi. O, Qaçaq Nəbi
ilə danışdığını tamam unudub, özündən bir də çıxdı:
-
Məgər qaçaqların gözləri kordu. Bu aydınlıq gecədə görmürlər, əmanət
aparırıq?! And olsun şəhidi-şühədəyə siz allahı təhqir etmisiniz.
Qaçaq Nəbinin qaşının üstündəki çapıq qızarmışdı. O, acı-acı gülümsəyib Həcərə
sarı döndü:
-
Əzizim, izn ver bu qəbir qurduna cəza verim. Bu hiyləgər tülkü, Topalın əli
ilə, bu avam camaatı hər yerdə bizim üstümüzə qaldırır. Indi də görürsən də
bizimlə necə danışır.
Həcər başını tərpətdi:
-
Necə məsləhətdir elə də et.
Mehdiyə bir işarə... O, bəbir təki sıçrayıb Çovuşun yaxasından yapışdı, onu çəkib
yəhərdən yerə sərdi:
-
Mumla qoca kafdar! Bu da bizə şər atdığın deyil! Dərvişi biz öldürmüşük?!
Sünniləri bizim üstümüzə qaldıran sənsən sən!...
93
Mehdi ocaqdakı kösövü qapıb Çavuş Kərbəlayı Pirverdinin təzəcə həna
qoyulmuş qırmızı saqqalına basdı. Yanıq iyi ətrafa yayıldı. Elə bil kimsə keçi
kəlləsi ütürdü.
Qoca zəvvarlardan biri hirslə irəli yeridi. O, qaçaqları söyüb, yaşıl bayrağı ayaq
altından qaldırdı. Hiddətli baxışlar yenə qaçaqları hədələyirdi. Əgər
qorxmasaydılar, Nəbigili ac canavar təki parçalayardılar.
Çovuş Kərbəlayı Pirverdinin bağırtısından qulaq tutulurdu. Onun əcayib səsi
meşəni də, meşədəkiləri sə oyatmışdı. Onun ütülmüş qara sifəti təzəcə aşa
qoyulmuş camış gönündən də eybəcər görünürdü. Əmmaməsi əl-ayaq altında
qalmışdı. Mehdi əmmaməyə bir təpik ilişdirdi. Əmmamə top kimi qalxıb palıdın
alçaq budağına ilişdi.
Araya ağsaqqalar girməsəydilər, Mehdi Çovuşu boğub öldürəcəkdi. Çovuş
nəfəsini kürəyindən alırdı. O, çiynini palıda söykənib ütülmüş çənəsini, sir-sifətini
ovuşdurur, çaylaq daşına bənzər kəlləsini yoxlayırdı. Əmgəyində çoxlu çapıqlar
ağarırdı, görünür, qətildən nişanə qalmışdı.
Günəşi yoldan döndərmək olardı, zəvvarları yox! Qaçaq Nəbi onları buraxdı.
Lakin əmr etdi ki, dəvələrin yükünü açsınlar. Çovuş əllərini Nəbiyə tərəf uzatdı,
sədəqə istəyən dilənçilər təki sızıldadı:
-
Başına dönüm, Nəbi, öz dayın rəhmtəlik İldırımın da əmanəti burdadır.
Anan verdi ki, onu da Kərbəlaya aparım.
-
Qoca kafdar sən nə vaxtdan mənim dayımın ruhunun dərdini çəkən
olmusan!? Ölülərin sür-sümüklərini alver malına döndərməyin! Qoyun onlar
torpağın altında rahat yatsınlar! Onsuz da bəylər torpaq üstündə onlara min
əzab veriblər.
-
Anan deyib, mən də aparıram! Mənim nə gübahım var?!
Bizi dayın İldırımın ruhuna bağışla.
Nəbi qaçaqlara əmr etdi:
-
Tez olun, nərlərin yükünü açın!
Dəvəçilər işin belə dolaşacağını gözləmirdilər. Hər nərdən iyirmi-otuz köhnə
xurcun, yamaqlı ter balaca çuval asılmışdı. Hamısının ağzı tikili idi. Xurcunlara
isə qıfıl vurulmuşdu.
Qaçaqları yükləri yerə tökməyə başladılar.
Nəbi anasının qırmızı, cehiz xurcununu tanıdı.
Vaxtə ilə Çəmənyurd yaylığına köçəndə Xanalının uçan ala öküzü həmin xurcunu
buynuzu ilə vurub bir neçə yerdən yırtmışdı. Nəbiyə elə gəlirdi ki, anası indicə
eyvanda oturub xurcunun yırtıq yerlərini közəyir; Oğlum harda qalmısan, atan az
qala dəli olmuşdu. Di tez kömək elə, ala öküzü yükləyin. Bu dağal çərrəmiş bizim
başımıza min oyun açır. Gör heç aranda adam qalıb bizdən başqa?!. Tez ol, oğlum,
tez ol.
Mehdi xurcunun qıfılını açmaq istədi. Xəyaldan ayrılan Nəbi onun əlindən
yapışdı, qəmli-qəmli dedi:
-
Açma, Mehdi açma, dayının yaralı ruhunu incitmə! Topal köpəkoğlu, mən
bu qanı səndə qoymayacağam! Onu bil ki, şərəfli ölüm alçaq zəfərdən
yaxşıdır.
Dostları ilə paylaş: |