Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə42/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

 
88 
 
Nəbi soyuqqanlıqla dilləndi: 
   
   -Cənab  bəy, kaş  belə  “görüşümüz”  çox  olaydı. Biz  də gəlib  sənin  toyunu 
əməlli  başlı  edəydik...  İndiki  kimi-qəfil!  Onu  da  bil  ki,  biz  bəyin  yox,  xanımın 

,
vəti ilə gəlmişik. 
 
Həcər  irəli  yeridi.  O,  biləklərindəki,  boyun-boğazındakı,  belindəki  qızıl 
zəncirləri qırıb Səlim bəyin başına çırpdı.  
 
   -Al,  cənab  bəy,  Nəbini  bu  toya  mən  özüm  də
,
vət  etmişəm,  bu  toy  onun 
olmalıdır! 
 
Cehiz  aparan  dəvə  karvanı  yolun  ayrıcında  qalmışdı.  Sarbanlar  “bu 
gözlənilməz  toydan  sonra”  bilmirdilər  nərlərin  başını  geri  döndərsinlər,  yoxsa 
yollarına davam etsinlər. 
 
Qaçaqlar Səlim bəyə sataşır, onu hirsləndirirdilər. Bəy atın üstündə bağlı əl-
qolunu dartışdırıb ağzına gələni söyürdü... 
 
   -Ə, Mehdi, təzəbəyin xətrinə dəyməyin, açın onun qollarını. O bu dağlarda 
at oynatmağı yenicə öyrənir.  
 
   -Quldur  oğlu,  mən  canavar  kimi  dağlarda  yaşamağa  adət  etmişəm  mən 
Səlim bəyəm! Dedim ki, biz yenə görüşəcəyik! Bu, sənə baha oturacaq! 
 
At qırxılmış quyruğunu çaldıqca Səlim bəyin sifəti min rəngə düşürdü. Nəbi 
isə qəsdən kinayəli nəzərləini ondan çəkmir, bəyə əzab verirdi.  
 
Karapet Səlim bəyin atına bir qamçı ilişdirdi. At quyruğunu qısıb şıllaq atdı. 
Səlim bəy az qaldı yıxılsın. Qaçaqlar gülüşdülər.  
 
   -Atı da özü kimi nadıncdir!... 
 
 ...Gəyən düzü susmuşdu Səlim bəy quyruğu qırxılmış Kürənin belində qara 
nöqtə  kimi  görünürdü.  Kərbəlayı  Cəfərin  atlıları  yenidən  nizamlanıb  bəyin  dörd 
böyründə nidaya dönmüşdülər. Qaçaqlar isə gözə dəymirdilər. Onlar şeh təki hiss 
olunmadan hara isə çəkilmişdilər.  
 
 
 
 
 
 
PALIDIN ALTINDA 
 
 
Gözlər gülüşlü...   üzlər gülüşlü... Xəyallar gülüşlü... Bu gülüş sanki yanırdı. 
Yanırdı – kəmərində cərgələnən sarı güllər kimi!...  Alışırdı – Gümüş qınlı xəncər 
kimi!..  Qız ceyranlı çulun üstündə uzanıb yəhərə dirsəklənən oğlanı ovsunlayırdı.  
Yaşıllıqda  ilmələnmiş  çiçəklər  sanki  oğlana  həsəd  aparır,  deyirdilər:    “Ey  oğlan, 
niyə  bizi  görmürsən?  Insafın  hardadır!  Bir  vaxt  bizi  dərib  sevgilinin  telindən 
asardın.  Bəs  indi  niyə  unudulmuşuq?”  oğlan  isə  heç  bir  şeyi  görmək,  eşitmək 
istəmirdi, sinədəki bir cüt tər qönçəni qoxlayır, hey qoxlayırdı... 
 
Palıd  ağacının  altında  yanan  ocaq  hərdən  dilimlənib  şö,lələndikdə  Nəbi 
Həcərin  yanağındakı  xalı  daha  aydın  görürdü.  Kaş  belə  axşamların  sonu 
olmayaydı... Görəsən bu yaşıl otların arasında işıldayan nədir? Bəlkə, Səlim bəyin 
başına çırpdığım daş-qaşlardır? Bəlkə, kimsə o qızıl kəmərləri  - o qızıl zəncirləri 
qəsdən bu çəmənə atmışdır?... Bəlkə, bununla mənə acıq vermək istəyirlər?... Yox 
bu  tər    otların  arasında  ışıldayan  daş-qaşlar  deyil,  gecə  böcəkləridir.  Nəbi  ona 
“çoban  çırağı”  deyərdi.  Insaflı  böcəklər  siz  hardan  bildiniz  ki mənim  bu  gəlinlik 
axşamında  şam  yandıranım  yoxdur?  Mən  bəy  xanımı  deyiləm,  qaçaq  gəliniyəm. 
Kimdir bu ucqar Süsən meşəsində mənə canı yanan, mənim belimi bağlayan, mənə 


 
89 
taxt  quran,  mənə  gərdək  asan...  Şam  yandıranım,  xeyir-dua  verənim  də  yoxdur. 
Araz  lap  yaxından  axır.  Elə  bil  kimsə  Arazın  sarı  simini  mənim  üçün  kökləyib. 
Bəlkə  Araz  bilir  ki,  mənim  toy  gecəmdir,  çalıb-oxuyanım  yoxdur,  müğəniliyi 
boynuna alıb oxu, mənim Arazım!  Qoy səsin mənim qəmimi dağıtsın!  
Süküt...  Dilsiz  baxıçlar...  Meşə...  Palıq  ağacının  altı...  Nəbi  bu  zərif,  bu  incə 
sükutu  Kərbəlayı  Cəfərin  bütün  var-dövlətinə  dəyişməzdi.  Həcər  bu  xoş  anlarını 
Səlim bəyin ovuc-ovuc göndərdiyi brilyantlara, yaqutlara, zümrüdlərə verməzdi. 
Gözəl təbəssümlü, gözlər ehtiraslı... baxışlar sərxoş ulduzlar təki hərdən süzülüb, 
min bir gecə nağıllarındakı tilsimlər aləminə düşür... 
Nəbi uzun sükütdan sonra zümzümə edirdi: 
 
               
 
 
 
      Araz üstə, buz üstə
 
 
 
 
 
      Kabab yanar köz üstə
 
 
 
 
 
      Qoy məni öldürsünlər
 
 
 
 
 
      Bir ala göz qız üstə. 
 
İlbizlər  Nəbinin  səsini  alır,  bir-birnə  ötürür,  bu  toy  gecəsinin  şənliyini,  fərəhini 
sanki  uzaqlara  aparır,  uzaqlara  yayırdı.  Nəbinin  əli  qızın  qara  hörüklərini 
sığallayırdı.  Həcər  nəvazişdən  xoşallanırdı.  “Bir  vaxt  vardı  belə  günləri  ancaq 
xəyalımda  təsəvvür  edərdim.  Deyirdim  ki,görəsən  onunla  yalqız  bir  yerdə 
görüşəcəyəmmi? Həmişə Nəbini görəndə onu tələsdirirdim:- Mənə bir köhlən tap, 
deyirdim elə köhlən ki, Qəmərlə ayaqlaşa bilsin. Mən də səninlə meşələrə, dağlara, 
dərələrə getmək istəyirəm. 
Qızın nəzəri, xəyalı, baxışları bir nöqtədə qərar tuta bilmirdi;  Qəmər day   kimi 
İrandan vurub Turandan çıxırdı. Lakin bu gecə hər şey onun baxışlarında doğma 
ana təki nəzvazişli idi.  Bahar çiçəkləri çoban böcəkləri ilə bəzənib özlərini Həcərə 
sevdirirdi. Araz göyçəli Aşıq Ələsəgər təki gah pəsdən, gah da zildən oxuyurdu... 
-
 
Danış, Həcərim, niyə susursan? 
-
 
Sözüm qurtarıb, Nəbi nə danışım? 
-
 
Həcərim,  mənsiz  keçirdiyin  günlərdən  danış.  Qartal  yuvasında  olanda  heç 
yadına düşmürdümmü? 
Həcər  Nəbinin  sualına  cavab  vermədi,  bir-bir  çiçək  dərib  Nəbinin  qara  saçaqlı 
papağına səpdi. Papağının üstünə elə bil kəpənək köçü düşdü. 
-  Bu  ceyranlı  çul  niyə  bir  yerdə  durmur?  –  Qız  əli  ilə  altlarına  sərdikləri  qotazlı 
şirəcini hamarladı.  
 
Hörmətli  oxucum  Baş  Cəfərli  kəndində  yaşayan  Kərbəlayı  Məhəmməd 
Aloya  həmişə  maddi  və  mənvi  dayaq  olub.  Nəbi  onun  nökəri  olanda  ona  atalıq 
edib. Nəbi dağlara çəkiləndə ona bir  Bozat birdə aynalı tüfəng verib. Nəbi Qəmər 
dayı və öz tüfəngini Həcər bağışlayıb.
 
 
 
 
 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə