104
Kərbəlayı Cəfər ona göstərilən böyük e
,
timaddan fərəhlənir, az qala bu saat
qanadlanıb İrana uçmaq istəyirdi.
-Naçalnik, bu barədə arxayın ola bilərsən. – Qaçaq Nəbi təkcə sənin
düşmənin deyil, mənim də düşmənimdir. Sizə yaxşı yol, mən isə bu axşam
Qaradağdayam.
Koxa Ala Mahmud bəy salamat qalmasına sevinirdi. Dostları onu boz bir
qatırın belinə sarımışdılar. Tuğay qatırın başını çəkirdi, Xıdır isə xəstədən
yapışmışdı. Səlim bəy atını yenə dəstənin qabağınca sürüdü. Bəylər bu kənd
yollarını gecə getmək istəyirdilər. Lakin qorxurdular gecikələr, yaralının vəziyyəti
daha da xarablaşa.
Səlim bəyin dəstəsi Bərgüşad çayı boyu səpələnmiş kəndlərdən keçdikcə
camaat tamaşaya çıxırdı. Bəylər Xocahana çatanda, yer yarılsaydı altına girərdilər.
Bazarda qəribə oyunlar çıxaran kəndirbazlar belə yaralı koxanı lağa qoyurdular.
Kəndirbazlar əllərindəki uzun ləngərin köməyi ilə müvazinətlərini saxlayır,
özlərini kəndirə vurub qalxır və rişxəndlə deyirdilər:
-Keçəl Ala Mahmud bəyin sağlığına bir oynamaq gərək-gərək.
Bazar adamları kəndirbazların sözlərinə gülür, qatırın belinə sarınmış koxanı
bir-birinə göstərirdilər:
-Ora baxın, ora, Qaçaq Nəbiyə qurban olum!
-Görün koxaya necə divan tutub?!
-Əlbəttə tutacaq, adam da ikicanlı qadına qıyar?!
-Ha... ha... koxa indicə qatırdan aşacaq yerə.
Bu sözlərin bir başı da Səlim bəyi tuturdu. Ancaq uğursuz səfərdən sonra
Səlim bəy kimin ağzını yuma bilərdi?
Qatır yaralı koxanı silkələyib əldən salmışdı. Baş-gözünün sarığı fəs təki
qızarırdı. Birdən koxa səs-küy eşitdi.
-Of, of!.. Tuğay, bu hansı kənddir? O xaraba Gorusa çox qalıb? Ölürəm
axı!
-Darıxma, bəy, indi Qəzyandan keçirik, allah, qoysa bir azdan Gorusda
olacayıq. Özünü bir balaca ələ al, camaat bizə baxır. “O çaqqal oğlu Ələkbərə bax
ey! Dişlərini gör necə ağardır.?! Indi çağırsan ki arvadın Giləni get gətir koxanın
yarasını sarısın, deyəcək, dava-dərmanı yoxdur. Ancaq Qaçaq Nəbinin atını
sağaltmağa nə desən tapar. Hamısı bizə gülür. Köpək uşaqlarına bax, elə bil kosa
gəzdiririk”.
Koxa zarıyırdı:
-Eh, ay Tuğay, baxırlar baxsınlar, gülürlər gülsünlər, Həsən ağanın canı
haqqı, mən öz canımın hayındayam. Bu qaban da gərək məni... – Kənddən qaval
səsi gəlirdi. – Ə, Tuğay, məni qara bacır nədi, deyəsən, bu kənddə toy var!
-Yox, koxa, toy nə gəzir, Lotu Kərimin dəstəsidir, çalıb oxuyurlar.
Kəndin yuxarı başında üstü qarğa yuvası ilə dolu, Kərbəlayı Cəfər yaşında
qollu-qanadlı bir dağdağan birmişdi. Dağdağanın ətrafına böyük bir qaraçı köçü
düşmüşdü. Kəndin uşaqları qaraçı çadırlarının yanına yığışmışdılar.
Meymunlar məzəli oyunlar çıxarırdı; hərdən palanlarından ələk, xəlbir,
şadara, saçaq asılmış qaraçı eşşəklərinin belinə sıçrayırdı. Uşaqlar gülüşürdülər.
105
Qapqara telləri alnına tökülmüş qaragöz, cavan bir qaraçı ayı oynadırdı.
Ayının pəncəsinə cütə bənzər əyri bir ağac vermişdi arabir əlindəki at quyruğunu
havada yelləyirdi. Ayı donquldana-donquldana ağacı sürüyür və cürbəcür oyunlar
çıxarırdı. Cavan oğlan isə at quyruğunu toqqasınna keçirib, sağanağına sarı
həlqələr düzülmüş qavalını fərəhlə dınqıldadırdı:
Cütcü baba
cüt əkər,
Toxumunu yolda tökər...
Əhliləşdirilmiş ayı əlindəki “cütü” hirslə yerə atır, tüklü pəncəsini qumla
doldurub uşaqların üstünə səpirdi. Uşaqlar qışqırışırdılar.
-A kişi, toxumu tökdün, ac qalarsan!
-Cütünü götür, oğurlayarlar!
Uşaqlar elə ürəkdən gülüşürdülər ki...
Hər qaraçı çadırının ağzından on-on beş at quyruğu asılmışdı. Obada adam
qaynaşırdı, amma bekar dayanan yox idi. Üz-gözü qovun qaxına dönmüş sivrimə
bənzər quru bir qarı çadırın qabağında köşə çəkirdi. Elə bil qarı bu səs-küyü
eşitmirdi. Iri yumaq boyda bir ayı potası qarının başına dolanırdı. O, gah köşənə
qarışdırır, gah da boynundakı nazik zənciri ora-bura sürüyüb onun-bunun əl-
ayağına dolaşırdı. Birdən pota köşəni dartdı. Qarı hirsləndi. Yerdən deyinə-deyinə
bir cınqıl götürüb potanın üstünə tulladı:
-Ey, “Səlim”, köşəni bura ver, yoxsa durub səni xubunca kötəklərəm!
Ayı balası şitəndi. Qarı daş qanıb ona atdı:
-Ay şeytan, məni incidirsən?! Sənin bu gün, deyəsən, ölümün gəlib. Gərək
iki şadara toxuyaydım, heç köşəsini də çəkib qurtarmamışam. Görən işimin üstünə
bu gün hansı mərdumazar çıxıb?
Dağdağana qonan qarğalar qarıldaşırdı. Qarı onlara baxıb donquldandı:
“Bunlar da vaxt tapdılar!”
Əldən düşmüş “cütcü” yorğun halda yerə uzanıb dincini alırdı. Elə bil Topal
Kərbəlayı Cəfərin Yazıdakı bütün torpağını o əkmişdi. Qaraçı ayağını ayının
başına qoyub Qaçaq Nəbidən deyirdi:
Nəbinin sədası düşdü
hər yana,
Naçalnik,
pristav oldu yan-yana,
Həcəri addatdı İrana Nəbi,
Qonaqdır orada ellərə Nəbi.
Qarı oğlana acıqlandı:
-Kərim, bəsdir oxudun! O uşaqların pulu var versin sənə?! Böyüklərinin
falına baxdım mənə nə verirlər ki, sənə də verələr. Gəl kömək elə köşəni çəkək
qurtaraq. Işim tökülüb qaldı. Axşam düşdü, gəl bu “Səlim”i də apar. Köşəni
qarışdırır.
Kərim qara gözlərini ayı potasına bərəltdi:
-Ey, “Səlim” anamı incitmə, gəlib səni döyərəm...
Ayı balası qarının əl-ayağından at milçəyi təki yenə qopmadı. Elə bu zaman
Səlim bəyin dəstəsi qaraçı köçünün yanında göründü.