106
-Ay can!...
-Qoşun gəlir!
-Deyəsən, Səlim bəyin qoşunudu!
-Kazaklar bax, gör necə zırpıdırlar?!
-Atlarını hələ demirsən!
-Görəsən, bu atlar Gəlin qayasından hoppana bilər?
-Lap Arazdan da hoppanar. Göy ayaqları nə yekədir?!
-Gedək, onlara baxaq!
Uşaqların bir yarısı atlıların qabağına yüyürürdü, bir yarısı isə yenə həvəslə
qaraçı Kərimə qulaq asırdı. Səlim bəy onun mahnısını eşirmişdi.
-M əmməd bəy, deyəsən. Qaçaq Nəbidən oxuyurlar.
-Elədir, naçalnik.
-Tanımırsan bu kimdir?
-Qaçaq Nəbinin dostu Lotu Kərimdir. Ya onun sifəti, ya da çaylaq daşı –
təfavütü yoxdur. Neçə dəfə ağzını yummuşam, öhdə olmur ki, olmur. Bu dəfə
həmişəlik yumarıq!
Səlim bəy cilovu çəkib atını çadırlara tərəf məhmizlədi. Dəstə onun dalınca
axdı. Köçə qarışıqlıq düşdü. Uşaqlar çalağan görmüş cücələr kimi həyətlərə
dağılmışdılar. Səlim bəy əlində qaval olan cavan oğlandan sün,i mülayimliklə
soruşurdu:
-O oxuyan sən idin?
Bəli, bəy.
Səlim bəy kinayə ilə gülümsündü:
Ay zalım, nə yaman səsin varmış. Sən şuşalı xanəndə Hacı Hüsüdən də
yaxşı oxuyursan...
Qaraçı işin düyünə düşə biləcəyini anlayıb udqundu:
-Nə bilim, bəy...
Səlim bəy başını əyib Çopurun qulağına pıçıldadı: “Məmməd bəy, belə
həyasızlara həddini bildirmək lazımdır! Tez olun bu məddahların ev-eşiyini
axtaran, silah tapsanız hamısını həbs edəcəyəm! Bunlar qaraçı deyil, quldurdular!”
-Bu saat, naçalnik. Ey, kazaklar, atdan enin!
Kazaklar qaraçı çadırlarına doluşdular. Hay-küy qopdu. Dağdağan
ağacındakı qarğalar havaya qalxdı. Onların qarıltısı qaraçıların şivəninə qarışdı
Səlim bəy qaraçı Kərimin qulağından yağışıb onu yuxarı qaldırdı:
-Ə, lotu, bəs səni Zəngəzurdan qovmamışdılar?! Ağac göbələyi təki yenə
hardan çıxdın?! Əgər silah tapsaq, səni boğazından asacağam! Sən qaraçı niyə
olursan, quldurbaşısan!
Kərim qızarmış qulağını Səlim bəyin əlindən güclə xilas etdi:
-Bəy, mən quldurbaşı deyiləm. Çalıb-oxuyanam, bir də ki, sənətimiz
camaata xəlbir, şadara qayırıb satmaqdır; ələk saçaq satmaqdır. Bundan başqa
bizim özgə bir peşəmiz yoxdur.
-De görüm bundan sonra da o qulduru tə
,
rifləyəcəksən?
-Bəy, mənim çörəyim ordan çıxır. Bir də Qaçaq Nəbinin mahnılarını təkcə
mən oxuyuram ha, bütün el-oba oxuyur. Aşıqlar oxuyur, xanəndələr oxuyur.
Neynəsinlər, Qaçaq Nəbidən oxumayanda camaat adama bir qara qəpik də vermir.
107
Heç bilmirsən Qaçaq Nəbidən deyəndə el ona necə qulaq asır? Lotu Kərim
qaraçılara məxsus inadkarlıqla qavalını qızarmış qulağına söykədi. – İstəyirsən
oxuyum, siz də qulaq asın.
-Oxu, qaraçı padşahı, oxu görək! – Səlim bəy yarızarafat – yarıciddi icazə
verdi. – Belə getsə, Aşıq Ələsgərin çörəyini əlindən alacaqsan. Lap Şuşanın adlı-
sanlı xanəndələrinin də... ha.. ha.. Əgər bu dəfə də Hacı Hüsü kimi oxusan, sənə
qiymətli bir hədiyyə verəcəyəm.
Uşaqlar qaratikan və qaramıx çəpərlərinin dibinə doluşub heyrətlə
qaraçılara baxırdılar.
-Bu əclaf bəylər hardan gəlib çıxdılar?
-Rədd olub getsələr, “cütcüyə” bir də tamaşa edərik. Məmməd bəyin
zəhmli səsi az qala qarının qulağının pərdəsini yırtacaqdı:
-Güp qarısı, bu qədər at quyruğunu neynirsən?
-Ələk qoxuyacağam!
Lotu Kərim də anası kimi belə basqınları, belə təhqirləri çox görmüşdü. O,
obadakı çığırtıya, bağırtıya əhəmiyyət vermirdi; gah qavalı şəstlə fırladıb, gah da
atıb-tutdu;
Mən bir qoç igidəm,
düşmüşəm qaçaq,
Qardaşım Mehdidir-özümdən qoçaq.
Naçalnik deyirlər, qaçaqdır Nəbi,
Həcəri özündən qoçaqdır Nəbi.
Səlim bəy atın belində yanpörtü oturub qəribə bir baxışla Lotu Kərimi
süzüdü. Silahlı kazaklar, bəylər, yasavullar isə yun darağına dönüb çadırlarda
əllərinə keçən şeyləri didirdilər:
-Bu güzəm kimindir?
-Bu köşə ilə neçə adam boğmusunuz?
-Bir belə xəlbiri neynirsiniz?
Bəylər elə bil Qaçaq Nəbinin intiqamını bu yurdsuz-yuvasız, köməksiz
qaraçılardan alırdılar. Itlər hürür, ayılar donquldanır, meymuinlar çığırışırdı. Bu
vahiməli səslər qatırın üstündə zarıyan Ala Mahmud bəyi hövsələdən çıxarmışdı:
-Tuğay, baş-qulağım getdi, sən atanın goru, tez olun bu qaraçı köçündən
uzaqlaşın.
Koxa Ala Mahmud bəy qaraçı Lotu Kərimin səsindən tanımışdı. Bir vaxt o
Səlim bəyin tapşırığı ilə dostu Kərbəlayı Cəfərlə birlikdə Kərimi Yazı düzündən
qovmuşdu. Indi düşməninin yanında bu cür gülünc görünmək istəmirdi.
Kürədən çıxan dəmiri görmüsünüzmü? Bax, Səlim bəy də indi həmin dəmir
kimi qızarmışdı. Lakin özünü sındırmayıb Kərimə “meydan” vermişdi: “Bu
lotunun ölümü yaxınlaşıb. Amma mən qaraçıya əl qaldıra bilmərəm”.
Axtarış başa çatdı. Çopur Məmməd bəy bir neçə at quyruğu, bir neçə dəri və
bir neçə xəncərə oxşayan bıçaq tapmışdı. Bu şeylər hamıda ola bilərdi.
Qarı həyətə səpələnmiş şeylərini çadıra daşıyır və qarğıyırdı.
Səlim bəy barmağını qarıya hirslə silkələdi:
-Ey, küp qarısı, orda az gombuldan! Bu oğlan sənin nəyindir?
Qarının qəzəbli üz-gözü lap tündləşdi: