98
Mehdi təəccüblə soruşdu:
-Qardaşım, bu tələsiklikdəmi? Axı, Həcər...
-Bəli, elə indi, - deyə Nəbi Mehdinin sözünü kəsdi.
-Dedim ki, düşməni aldatmalıyıq... Mən Karapeti də, Telli Qaranı da, Tunc
Vəlini də götürüb Arazın o tayına addamalıyam. Sən isə Allahverdini, İsmayılı, bir
də o biri qaçaqları başına yığ, Həcərgilin keşiyini çək. Səlim bəyin dəstəsini
azdırmasaq, onlar anamgilə dinclik verməyəcəklər. Həcəri bu halda heç hara
tərpədə bilərik.
Nəbinin hökmü qəti idi. Qaçaqlar, tez atlıların tərkinə bağladıqları balaca
heybədən çəkic, nal, mıx, kəlbətin çıxartdılar. Köməkləşib atları tərsinə nallamağa
başladılar...
Nəbi səsləndi:
-Mənim dəstəm hazırdırmı?
-Hazırıq!
-Arxamca Araz aşağı!..
Nəbigil özlərini yenidən daşqın çaya vurdular. Atların bircə qulaqları
görünürdü.
-Ora baxın, ora, çayın qırağına
təzə iz düşüb, özü də at izləridir.
-Görürük, Nəbi.
-Bax, Səlim bəy öz dəstəsi ilə indicə o taya addayıb. Rədlərə diqqət edin,
görürsünüz, hələ rədlərdə su bulanıqdır. Biz Səlim bəyi yaxşıca azdıracayıq...
Qaçaq Nəbi Araz qırağındakı keçidləri ovçu təki tanıyırdı. Səhədçilərlə ildə
neçə dəfə atışıb bu taydan-o taya adlardı.
Qaçaqlar o taya keçib bəylərin izinə düşdülər. Ləpirlər onları el yoluna
çıxartdı. At izləri tozlu yolu naxışlamışdı. Yol uzandıqca ləpirlər çoxalırdı; at,
eşşək, dəvə, camış izləri bir-birinə qarışmışdı.
Nəbi izləri dostlarına göstərib dedi:
-Bu izlərdən Səlim bəy nədi, heç şeytan da baş açmaz. Indi atların başını
geri döndərin!
Qaçaqlar başqa yolla Həcərgilin sığındığı cəzirəyə qayıtdılar.
...Düşmənlər cəzirəni dövrəyə almışdılar. Lakin onlar qaçaqların burada
olmasına inanmırdılar.
Həcərin vəziyyəti daha da ağırlaşmışdı. Azad olmasına az qalırdı. Araz
cəzirəni çəkmirə-çəmkirə çeynəyir, dağıdırdı.
Səlim bəyin atlıları qamışlıqdakı vəhşi çöl donuzlarına dönmüşdülər. Onlar
Araz sahillərini dolaşır, ilğınlıqlarda, civilliklərdə qaçaqları axtarırdılar. Itli-pişikli
kazaklar, sərhədçilər bəylərə qarışmışdı.
Səlim bəy çətinə düşdüyündən sərhədçilərin başçısından məsləhət istəyirdi:
-Cənab kapitan, Siz bu yerlərə yaxşı bələdsiniz, bu qaçaqlar harda
gizlənmiş olarlar?
-Naçalnik, sizinlə gəzməmiş yer qoymamışıq. Çox qəribədir, elə bil
qaçaqların hamısı Araza tökülüb.
-Yox, cənab kapitan, iti sel aparmaz. Bir vaxt bizim bəylər söz çıxarmışdı
ki, İrandan qaçaq mal gətirən Qara Nəbini də Araza vurublar, meyitini də su
aparıb. Ancaq bir neçə gündən sonra eşitdik ki, Qara Nəbi xortdayıb... Qaçaq
99
Nəbinin arvadı ağırayaqdır, onu heç hara qaçıra bilməzlər. Kərbəlayı Cəfərin
hesabına görə Həcər bu gün-sabah azad olmalıdır. Necə olursa-olsun Qaçaq Nəbini
bu gün tutmalıyıq. Onlar hökmən bu cəzirəliyin birində olacaqlar. Bayaq izlərini
yaxşıca tapmışdıq, heyf ki, el yolunda itirdik.
Kapitan quru və rəsmi səslə əlavə etdi:
-Naçalnik, izlərdən heç baş açmaq olmur. Bir atlı dəstəsi o taydan bu taya
addayıb, bir atlı dəstəsi də bu taydan o taya.
-Cənab kapitan, deyəsən, o quldurun hiyləsi bu dəfə baş tutmayacaq. Onun
bu gün ölümü çatıb. Əgər diri-diri tutulsa, gözündən dirəyə mıxlayacağam. Mayor
Əliyevin qanına ondan almalıyıq!
Dikburun, girdəsifət, soyuqqanlı kapitan gördü ki, söhbət uzandıqca Səlim
bəy əsəbiləşir. O, əlini çənəsindəki topa, sarı saqqalına toxundururdu, yaşıl gözünü
döyüb özünü yəhərdə qurutdu:
-Naçalnik, axtarışı davam etdirmək lazımdır, artıq qan bədəndən
çıxmalıdır.
Birdən atlar qulaqlarını şəkləyib dayandı. Külək ipək qurduna dönüb
Həcərin kəlağayısını qamışların tacına sarıyırdı. Səlim bəy atını kəlağayıya tərəf
sürdü. O, minbir gecə nağıllarında xəzinə üstünə düşən quldurlar təki sevindi.
Kəlağayını başının üstünə bayraq təki qaldırdı və lovğa-lovğa onu dostlarına
göstərdi:
-Ağalar, buna baxın, arvadının ləçəyini saxlaya bilməyən bir kişiyə nə
demək olar?!
Hər yandan səslər ucaldı:
-Qorxaq tülkü!
Kərbəlayı Cəfər ağızdolusu qışqırdı:
-Binamus!
Səlim bəy kəlağayını büküb çuxasının cibinə qoydu. Kəlağayı ləzgi
Osmanın kürəsindən çıxmış qızmar mis parçasına dönüb onu yandırırdı. Bu yanğın
ona istər-istəməz Gəyən düzündəki əhvalatı xatırladırdı. Nəbiyə o zaman dediyi
sözləri yadına salırdı: “Bu, namərdlik oldu, qəfildən üstümüzə hücum etdiniz, biz
yenə də görüşəcəyik”. Bax, indi biz, doğrudan da görüşürük”.
Gölməçələri naxışlamış at ləpirləri Səlim bəyi bu fikrindən ayırdı... “İzi
yenə-tapdıq! Onlar burdan keçiblər!” bəy atdan sıçrayıb gözünü ləpirlərə zillədi.
-Ağalar, bu izlərə diqqətlə baxın! O kafirlər burdan indicə keçiblər. Onlar
elə bilirlər ki, biz çörəyi qulağımızın dibinə yeyirik. Daha bizə hiylə gələ
bilməzlər, hələ gölməçənin suyu durulmayıb.
Bəylər atdan tökülüşüb izlərə diqqət yetirdilər. Elə bil onlar burada Həcər
xanımın nişan üzüyünü axtarırdılar. Məmməd bəy dizini yerə qoyub izlərin arasını
qarışlayırdı.
-Naçalnik, bir bura diqət elə, gör neçə qarışdır. Düz on qarış... Siz düz
tapmısınız, burdan Bozat keçib.
Tərsinə nallanmış atlar bəyləri yaman çaşdırmışdı. Məmməd bəy yenə
pulsuz vəkillər kimi danışırdı: