102
Sübh gözlərini açanda qaçaqlar çayı keçirdilər. Həcərin atı lap qabaqda
gedirdi. “Balaca qaçaq” qucağında mışıldayırdı. Həcər ağrılarını, əzab-
əziyyətlərini unutmuşdu. Ana nəvaziş dolu gözlərini körpəsinin balaca sifətindən
çəkmirdi. Körpə anasının nəzərində şehdən sırğa taxan dağ çiçəyi idi, anasının
köksündə çırpınan bir aslan ürəyi idi, anasının qucağında – yalçın qayalarda yuva
tikən bir qartal balası idi.
Dəstə Qaradağın daşlı-qayalı sinəsi ilə Bəzz qalasına sarı gedirdi. Selin
uçurduğu yollarla... Gürşad düşmüş dağlarla... Duman basmış ellərlə... Qalaya
cadar-cadar olmuş kəndli əlinə bənzər cığırlar qalxırdı. Bu cığırlara hərdən qartal
kölgələri düşürdü...
SƏLĠM BƏYĠ ALDATDILAR
Araz boyu sıralanan dilim-dilim dərələrin, sel ağzından xilas olmuş çapıq
yal-yamacların, uzaqdan nəhəng kündələrə bənzəyən yumru təpələrin otu, çiçəyi
dünənki tufandan sonra solmuşdu. Sübh günəşi indi yalnız yuyulmuş ayna daşları
parıldadırdı. At ayaqlarının altında tapdanmış nəm torpaqdan təngimiş nəfəs kimi
ala-tala buğ qalxırdı. Kazaklar, sərhədçilər, bəylər Araz qırağında qaladıqları
tonqalların başına toplaşıb yenə Qaçaq Nəbidən danışırdılar.
Səlim bəy məsləhətlə dostlarından soruşdu:
-Ağalar, o izlərdən heç baş çıxara bilmədim. Sizin ağlınız nə kəsir?
Görəsən, Qaçaq Nəbi Həcəri bu gecə Arazdan o taya addada bildi, ya yox? Gərək
onların sığındığı adanı işıqlaşana kimi mühasirəyədə saxlayaydıq. Mən nə
biləydim ki, qaçaqlar Həcər azad olan təki aradan çıxacaqlar...
Məmməd bəy alovda qızdırdığı əlini üzünə çəkib çopurlarını ovuşdurdu.
-Ağlım kəsmir, naçalnik. Arazdan biz dünən güclə keçdik. Çay az qalmışdı
bizi apara. Qaçaq Nəbi zahı arvadı çaya vurmaz. Mənə elə gəlir ki, o quldur yenə
bizi azdırmaq üçün qəsdən izləri qarışdırmışdır. Biz gərək...
Kərbəlayı Cəfər medallı sinəsini qabağa verib Çopurun sözünü qırdı:
-Məmməd bəy, görünür, sən o Həcəri hələ yaxşı tanımırsan. Lap Araz
göyə əl atsa da o, bu cəzirədə qalmaz. Dünən görmədin harda doğurdu? Su
üstündə, at üstündə, od-alov üstündə:
Topal üzünü səlim bəyə çevirib yaltaqcasına qımışdı:
-Eh, sağ olmuş, dünən sizin ürəyiniz yumşalmasaydı, Həcər xanımı çox
yaxşı yerdə yaxalamışdıq.
Səlim bəy dinmədi. Görünür, Topalın sözündəndə o qədər də xoşu gəlmədi.
Narazı halda nəzərini Kərbəlayı Cəfərdən çəkib koxa Ala Mahmud bəyə baxdı.
Koxanın intiqamı ürəyində qalmışdı. Qaçaq Nəbi ilə olan köhnə ədavəti
yenə yadına düşmüşdü: “O mənə keçəl deyib?! Kaş bu Araz qırağında əlimə
düşəydi, onun o körpəsini daş kimi atardım çaya!”
Səlim bəy ala Mahmud bəyin vurnuxduğunu görüb onu da məsləhtə qoşdu:
-Koxa, bəs sənin fikrin nədir: qoşunu çəkək Gorusa, yoxsa araz qırağında
axtarışı davam etdirək?
103
Ocağın istisi koxanın ala boynunu qızartmışdı. O, əli ilə boynunu ovxalaya-
ovxalaya dilləndi:
-Naçalnik, mənə qalsa beş yüz kazakı Azar qırağında saxlamağın mənası
yoxdur... Ovu bərədə vurmalı idik! O da ki, bizə qismət olmadı.
Səlim bəy xəcalət çəkdiyi üçün sorğu-sulalı uzatmağı mə,nasız saydı:
“Koxa doğru deyir. Bundan sonra biz nə üzlə Araz qırağında qala bilərik?!
Qubernatora nə cavab verəcəyik!” Bəlkə kazakları da özümlə Gorusa aparım. O
quldur əlbət bu taya addımlayacaq, biz yenə görüşəcəyik!
Birdən qamışlıqdan şarıltı qopdu. Səlim bəy fikirdən ayıldı. Bəylər dərhal
silaha sarıldılar. Sanki güclü bir qoşun qamışlığı yara-yara onların üstünə gəlirdi.
Çopur Məmməd bəyin gözləri alacalandı:
-Naçalnik, indi gördün ki, mən deyəndi?!
-Məmmədd bəy, bilmək olur ki!.. O quldur gündə min hiylə işlədir. Ancaq
bu dəfə əlimizdən yaxa qurtara bilməyəcək! Qoy bir yaxın gəlsinlər!
Bəylər kazaklarla birlikdə qamışlığı haqladılar. Şarıltı getdikcə güclənirdi.
Səlim bəy dözməyib atəş əmri verdi. Hər tərəfdən qamışlığı oda tutdular.
Qamışların tacı göyə sovrulurdu. Güllələr göydə bir-birinə dəyib yerə düşürdü.
Birdən qamışlar aralandı. Yaralı bir qaban!.. Vəhşinin tük basmış qəzəbli
gözlərindən qan sızırdı. Xortuldaya-xortuldaya özünü onların üstünə atdı. Qabanın
iti dişləri əvvəlcə Ala Mahmuda sancıldı. Koxa bic tərpəndi; o, səsini içinə çəkib
özünü ölülüyə vurmuşdu. Bəylər güllə atmağa qorxurdular: birdən güllə koxaya
dəyərdi.
-Gəlin həy... qaban Ala Mahmud bəyi parçaladı!
-Qoymayın, yazığın qarnını yırtdı! Hamını qan tutmuşdu, itlərdən başqa.
Sərhədçi itləri arxadan dişlərini qabana ilişdirmişdi. Yaralı qaban qorxub Ala
Mahmud bəyi buraxdı və xortuldaya-xortuldaya özünü qamışlığa saldı. Onu hər
tərəfdən gülləyə tutdular. Nə fayda!..
Ala Mahmud bəy özündə deyildi. Sərhədçilərin həkimi özünü vaxtında
çatdırmasaydı, koxa canını çoxdan tapşırmışdı.
Həkim qamışlığın kənarında xəstənin didilmiş, cırılmış sir-sifətini sarıyırdı.
Yasavullardan Tuğayla Xıdır həkimə kömək edirdilər.
Bu uğursuz səfərdən sonra bəylərin üstünə elə bil ildırım düşmüşdü.
Ara sakitləşəndə Səlim bəy hamıdan çox ümid bağladığı ürək dostu
Kərbəlayı Cəfəri qamışlığın içinə çəkdi. Onlar Qaçaq Nəbi haqda danışırdılar:
- Kərbəlayı, bu işi ancaq sənə e,tibar edirəm. Biz qayıdırıq Gorusa.
Koxanın yarası ağırdır, onu gərək çatdıraq xəstəxanaya. Səni isə axşamüstü
Arazdan addayarsan o taya. Irana keçməyin barədə sərhəd keşikçilərinə rəsmi
xəbər verəcəyəm. Gedərsən düz Qaradağ mahalının xanı Əhməd xanın yanına.
Qubernator həzrətləri Qaçaq Nəbi barədə ona ətraflı məktub yazıb, Tacir Hacı
Fərəcoğlu da İrandadır. Onunla hökmən əlaqə saxlayın. Nəbini ələ keçirməkdə
tacir Hacı Fərəcoğlu sizə yaxından kömək edə bilər. Şahın yanında böyük nüfüzu
var. Qaçaq Nəbi İranda təzə-təzə yuva qurur. Qaradağ mahalında Kəleybər
kəndinin şeyxi o quldurun ən e,tibarlı adamıdır. Şeyx həmişə ona havadar çıxır.
Əhməd xana bunların hamısını danışarsan.