Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə49/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   45   46   47   48   49   50   51   52   ...   101

 
102 
 
Sübh  gözlərini  açanda  qaçaqlar  çayı  keçirdilər.  Həcərin  atı  lap  qabaqda 
gedirdi.  “Balaca  qaçaq”  qucağında  mışıldayırdı.  Həcər  ağrılarını,  əzab-
əziyyətlərini  unutmuşdu.  Ana  nəvaziş  dolu  gözlərini  körpəsinin  balaca  sifətindən 
çəkmirdi.  Körpə  anasının  nəzərində  şehdən  sırğa  taxan  dağ  çiçəyi  idi,  anasının 
köksündə çırpınan bir aslan ürəyi idi, anasının qucağında – yalçın qayalarda yuva 
tikən bir qartal balası idi. 
 
Dəstə  Qaradağın  daşlı-qayalı  sinəsi  ilə  Bəzz    qalasına  sarı  gedirdi.  Selin 
uçurduğu  yollarla...  Gürşad  düşmüş  dağlarla...  Duman  basmış  ellərlə...  Qalaya 
cadar-cadar  olmuş  kəndli  əlinə bənzər  cığırlar  qalxırdı. Bu  cığırlara hərdən  qartal 
kölgələri düşürdü...      
 
 
 
 
 
 
SƏLĠM BƏYĠ  ALDATDILAR 
 
 
Araz  boyu  sıralanan  dilim-dilim  dərələrin,  sel  ağzından  xilas  olmuş  çapıq 
yal-yamacların,  uzaqdan  nəhəng  kündələrə  bənzəyən  yumru  təpələrin  otu,  çiçəyi 
dünənki tufandan sonra solmuşdu. Sübh günəşi indi yalnız yuyulmuş ayna daşları 
parıldadırdı. At ayaqlarının altında  tapdanmış nəm torpaqdan təngimiş nəfəs kimi 
ala-tala  buğ  qalxırdı.  Kazaklar,  sərhədçilər,  bəylər  Araz  qırağında  qaladıqları 
tonqalların başına toplaşıb yenə Qaçaq Nəbidən danışırdılar. 
 
Səlim bəy məsləhətlə dostlarından soruşdu: 
 
   -Ağalar,  o  izlərdən  heç  baş  çıxara  bilmədim.  Sizin  ağlınız  nə  kəsir? 
Görəsən, Qaçaq Nəbi Həcəri bu gecə Arazdan o taya addada bildi, ya yox? Gərək 
onların  sığındığı  adanı  işıqlaşana  kimi  mühasirəyədə  saxlayaydıq.  Mən  nə 
biləydim ki, qaçaqlar Həcər azad olan təki aradan çıxacaqlar... 
 
Məmməd bəy alovda qızdırdığı əlini üzünə çəkib çopurlarını ovuşdurdu. 
 
   -Ağlım kəsmir, naçalnik. Arazdan biz dünən güclə keçdik. Çay az qalmışdı 
bizi apara. Qaçaq Nəbi zahı arvadı çaya vurmaz. Mənə elə gəlir ki, o quldur yenə 
bizi azdırmaq üçün qəsdən  izləri qarışdırmışdır. Biz gərək... 
 
Kərbəlayı Cəfər  medallı sinəsini qabağa verib Çopurun sözünü qırdı: 
 
   -Məmməd  bəy,  görünür,  sən  o  Həcəri  hələ  yaxşı  tanımırsan.  Lap  Araz 
göyə  əl  atsa  da  o,  bu  cəzirədə  qalmaz.  Dünən  görmədin  harda  doğurdu?  Su 
üstündə, at üstündə, od-alov üstündə: 
 
Topal üzünü səlim bəyə çevirib yaltaqcasına qımışdı: 
 
   -Eh,  sağ  olmuş,  dünən  sizin  ürəyiniz  yumşalmasaydı,  Həcər  xanımı  çox 
yaxşı yerdə yaxalamışdıq. 
 
Səlim bəy dinmədi. Görünür, Topalın sözündəndə o qədər də xoşu gəlmədi. 
Narazı halda nəzərini Kərbəlayı Cəfərdən çəkib koxa Ala Mahmud bəyə baxdı. 
 
Koxanın  intiqamı  ürəyində  qalmışdı.  Qaçaq  Nəbi  ilə  olan  köhnə  ədavəti 
yenə  yadına  düşmüşdü:    “O  mənə  keçəl  deyib?!  Kaş  bu  Araz  qırağında  əlimə 
düşəydi, onun o körpəsini daş kimi atardım çaya!” 
 
Səlim bəy ala Mahmud bəyin vurnuxduğunu görüb onu da məsləhtə qoşdu: 
 
   -Koxa, bəs sənin fikrin nədir:  qoşunu çəkək Gorusa, yoxsa araz qırağında 
axtarışı davam etdirək? 


 
103 
 
Ocağın istisi koxanın ala boynunu qızartmışdı. O, əli ilə boynunu ovxalaya-
ovxalaya dilləndi: 
 
   -Naçalnik,  mənə  qalsa  beş  yüz  kazakı  Azar  qırağında  saxlamağın  mənası 
yoxdur...   Ovu bərədə vurmalı idik! O da ki, bizə qismət olmadı. 
 
Səlim  bəy  xəcalət  çəkdiyi  üçün  sorğu-sulalı  uzatmağı  mə,nasız  saydı:   
“Koxa  doğru  deyir.  Bundan  sonra  biz  nə  üzlə  Araz  qırağında  qala  bilərik?! 
Qubernatora  nə  cavab  verəcəyik!”  Bəlkə  kazakları  da  özümlə  Gorusa  aparım.  O 
quldur əlbət bu taya addımlayacaq, biz yenə görüşəcəyik! 
 
Birdən  qamışlıqdan  şarıltı  qopdu.  Səlim  bəy  fikirdən  ayıldı.  Bəylər  dərhal 
silaha sarıldılar. Sanki güclü bir qoşun qamışlığı yara-yara onların üstünə gəlirdi. 
Çopur Məmməd bəyin gözləri alacalandı: 
 
   -Naçalnik, indi gördün ki, mən deyəndi?! 
 
   -Məmmədd bəy, bilmək olur ki!..  O quldur gündə min hiylə işlədir. Ancaq 
bu dəfə əlimizdən yaxa qurtara bilməyəcək! Qoy bir yaxın gəlsinlər! 
 
Bəylər  kazaklarla  birlikdə  qamışlığı  haqladılar.  Şarıltı  getdikcə  güclənirdi. 
Səlim  bəy  dözməyib  atəş  əmri  verdi.  Hər  tərəfdən  qamışlığı  oda  tutdular. 
Qamışların tacı göyə sovrulurdu. Güllələr göydə bir-birinə dəyib yerə düşürdü. 
 
Birdən  qamışlar  aralandı.  Yaralı  bir  qaban!..    Vəhşinin  tük  basmış  qəzəbli 
gözlərindən qan sızırdı. Xortuldaya-xortuldaya özünü onların üstünə atdı. Qabanın 
iti dişləri əvvəlcə Ala Mahmuda sancıldı. Koxa bic tərpəndi;  o, səsini içinə çəkib 
özünü ölülüyə vurmuşdu. Bəylər güllə atmağa qorxurdular:   birdən güllə koxaya 
dəyərdi. 
 
   -Gəlin həy... qaban Ala Mahmud bəyi parçaladı! 
 
   -Qoymayın,  yazığın  qarnını  yırtdı!  Hamını  qan  tutmuşdu,  itlərdən  başqa. 
Sərhədçi  itləri  arxadan  dişlərini  qabana  ilişdirmişdi.  Yaralı  qaban  qorxub  Ala 
Mahmud  bəyi  buraxdı  və  xortuldaya-xortuldaya  özünü  qamışlığa  saldı.  Onu  hər 
tərəfdən gülləyə tutdular. Nə fayda!.. 
 
Ala  Mahmud  bəy  özündə  deyildi.  Sərhədçilərin  həkimi  özünü  vaxtında 
çatdırmasaydı, koxa canını çoxdan tapşırmışdı.  
 
Həkim  qamışlığın kənarında xəstənin didilmiş, cırılmış sir-sifətini sarıyırdı. 
Yasavullardan Tuğayla Xıdır həkimə kömək edirdilər.  
 
Bu uğursuz səfərdən sonra bəylərin üstünə elə bil ildırım düşmüşdü.  
 
Ara  sakitləşəndə  Səlim  bəy  hamıdan  çox  ümid  bağladığı  ürək  dostu 
Kərbəlayı Cəfəri qamışlığın içinə çəkdi. Onlar Qaçaq Nəbi haqda danışırdılar: 
 
   -  Kərbəlayı,  bu  işi  ancaq  sənə  e,tibar  edirəm.  Biz  qayıdırıq  Gorusa. 
Koxanın  yarası  ağırdır,  onu  gərək  çatdıraq  xəstəxanaya.  Səni  isə  axşamüstü 
Arazdan  addayarsan  o  taya.  Irana  keçməyin  barədə  sərhəd  keşikçilərinə  rəsmi 
xəbər  verəcəyəm.  Gedərsən  düz  Qaradağ  mahalının  xanı  Əhməd  xanın  yanına. 
Qubernator  həzrətləri  Qaçaq  Nəbi  barədə  ona  ətraflı  məktub  yazıb,  Tacir  Hacı 
Fərəcoğlu  da  İrandadır.  Onunla  hökmən  əlaqə  saxlayın.  Nəbini  ələ  keçirməkdə 
tacir Hacı Fərəcoğlu sizə yaxından kömək edə bilər. Şahın yanında böyük nüfüzu 
var.  Qaçaq  Nəbi  İranda  təzə-təzə  yuva  qurur.  Qaradağ  mahalında  Kəleybər 
kəndinin  şeyxi  o  quldurun  ən  e,tibarlı  adamıdır.  Şeyx  həmişə  ona  havadar  çıxır. 
Əhməd xana bunların hamısını danışarsan. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə