Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə48/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   44   45   46   47   48   49   50   51   ...   101

 
100 
 
   -Naçalnik, bu izlərdən baş açmaq çətindir. Doğrudan, eşitmişdim qaçaq bic 
olar, ancaq Nəbi kimisini görməmişdim. O quldur bu yerlərin yol-yolağasına yaxşı 
bələddir. Bələd olmasaydı, onun izinə düşüb çoxdan tapmışdıq.  
 
   -Məmməd  bəy,  istəyir  bələd  olsun,  istəyir  olmasın,  bu  gün  o  kafiri 
tutacayıq, vəssalam! Qaçaqlar Həcəri heç hara apara bilməzlər. 
 
Qaçaq  Nəbinin  dəstəsi  qamışları  əzmiş,  gölməçələrin  aynasını  sındırmışdı. 
Bəylər  uzun    burunlarını  sərhədçi  itləri  təki  bu  aynalara  uzadırdılar.  Lehmədən 
keçən  köhlənlər  ağır    bədənlərin    altında  burğuya  dönür,  ayaqlarını  bataqlıqdan 
şappıltı ilə çəkib çıxarırdı. 
 
   -Arxamca!  O  kafirlər  bu  cəzirədə  olacaqlar.  Onları  əsir  almayınca  geri 
dönməyəcəyik! 
 
Səlim  bəyin  qışqırtısı  quşları  yuvasından  uçururdu.  Arabir  qamışlığı  yaran 
çöl donuzlarının, porsuqların xorultusu eşidilirdi. Bu xəlvətxanalarda xanlıq edən 
canavarlar, çaqqallar, tülkülər hay-küydən qorxub özlərini  ora-bura vururdu. 
 
Səlim bəy dəstəsi ilə yenidən o taya addadı. O, lilli, qumlu sahildə qalmış at 
izlərini görəndə sevindi, elə bil tələsinə ov düşmüşdü. 
 
   -Ağalar, bu ləpirlər hara sarı gedib? 
 
   -Naçalnik, o taya addayıblar. 
 
   -Bəlkə iranlı Qaçaq Nəbidir, yenə xortdayıb? 
 
   -Allah bilir, naçalnik!  
 
Bəylər  el  yolu  ilə  xeyli  irəlilədilər.  Qarmaqarışıq    ləpirlər  onları  yenə  də 
çaşdırdı.  Nəbi  demişkən,  bu  ləpirlərdən  Səlim  bəy  nədir,  heç  şeytan  da  baş  aça 
bilməzdi. Bəylər bilmirdilər ki, hansı səmtə getsinlər. Günəş batırdı... 
 
Həcər  bərk  ağrı  çəkirdi.  Qaçaqaçda  at  onu  silkələyib  ağrısını  daha  da 
artırmışdı. Azad olmaq üçün isə adada, bir qarış da olsa quru yer yox idi. Dalğalar 
indi də, yarpızlığı doğrayırdı. “Nə etməli?” Qaçaq Nəbi çarə tapdı. O, dörd atı bir-
birinin  yanına  çəkdi.  Tüfəngləri  atların  belinə  pərdi  təki  düzdü.  Onların  üstünə 
qamış döşədi, kürkünü də qamışın üstünə sərdi...  Yumşaq bir yuva, isti bir bucaq, 
kiçik bir sığınacaq, e
,
tibarlı  bir səngər... 
 
   -Mən hardayam, Nəbi? Elə bil axırıq! 
 
Həcər,  doğrudan  da,  harda  olduğunu  hiss  etmirdi.  O,  at  belində  kürkün 
üstündə  yay  kimi  qıvrılıb-açılırdı.  Gözəl,  gəlininin    başının  üstündə  şama 
dönmüşdü.  Onun  bir  gözü  yenə  Həcərdə,  o  biri  gözü  Qaradağın  başını  alışdıran 
qara  buludlarda  idi.  Dağın  zirvəsindən  dəhşətli  xırıltı  eşidilirdi.  Sanki  Qaradağ 
uçur,  dağılırdı.  Sanki  nəhəng  qayalar  Həcərgilin  başına  töküləcəkdi.  Nəbi  atların 
cilovundan  bərk  yapışıb  onları  aralanmağa  qoymurdu.  Araz  artıq  köhlənlərin 
ayağının altını yuyub aparırdı. Qaçaqlar bir qədər aralıda keşik çəkirdilər. Şimşək 
tez-tez  onların  qəzəbli  üzünü  Araza  da  göstərirdi.  Mehdi  bərk  təlaş  içində  idi.  O, 
hərdən anasının yanına gəlib Həcərdən xəbər tutmaq istəyəndə qardaşı açıqlanırdı: 
 
   -Get  burdan,  Mehdi!..      Sərvaxt  olun,  bəylər  belə  ağır  dəqiqədə    bizi 
yaxalaya bilərlər... 
 
Qaçaqların  hamısı  at  belində  idi.  Qamışlar  taclarını  onların  üzünə  hüznlə 
toxundurub  yırğalanırdı.  Atlar  bir  yerdə  qərar  tuta  bilmirdi.  Dalğalar  getdikcə 
onların  ayaqlarının  altını  oyurdu.  Araz  cəzirədəki  hər  şeyi  qarət  edirdi.  Günəş 
batdığından kölgələr  qarışmış, aləm kömürə dönmüşdü. 


 
101 
 
Arabir  güllə  səsi  eşidilirdi.  Körpə,  dalğaların  əsiri  olan  atların  belində, 
buludların  odlu  oxları  altında,  güllələrin  vıyıltısını  eşidə-eşidə  dünyaya  gəlirdi!.. 
Gözəl, Həcərin dağınıq saçlarını sığallayır, onun tərli, odlu yanaqlarından öpürdü. 
 
   -Qorxma,  mənim  blam,  ilki  elə  belə  olar.  Mən  də  bu  cür  ağrı  çəkmişəm! 
Inşallah, indicə qurtararsan! 
 
   -şimşək sanki Qaradağın başında kiminsə dünyaya gəlişinə imza atır, onun 
adını  göylərin  sinəsinə  həkk  edirdi.  Kazaklar,  sərhədçilər, bəylər  artıq  qaçaqların 
gizləndiyi cəzirəyə doluşmuşdular. Onlar  Nəbiyə tərəf gəlirdilər, Arazın uğultusu 
hamının qulağını batırmışdı, Mehdigil bəylərin gəlişindən xəbərsiz idilər. 
 
Yenə  şimşək  oynadı.  Nəbi  bəylərin  ona  yaxınlaşdığını  görüb  Aynalısını 
ayağa çəkdi: “Qoy gəlsinlər!... Qoy gəlsinlər!” 
 
Quzğun  qanadlı  dalğalar  dünyaya  gələn  körpəni  “beşiyi”  ilə  birlikdə 
çalxalayırdı. Göylər xırıldayır, gur-gur guruldayırdı, sanki göylərin gözəgörünməz 
dəmirçiləri qara buludları xınca-xınca doğrayıb onlardan dolu hazırlayırdı! Fındıq 
boyda tökülən doluya baş-göz çətin tab gətirirdi.  Səlim bəyin dəstəsi qaban ovuna 
çıxmış  vəhşi  tayfalar  təki  çığırışırdı.  Qaçaq  Nəbinin  sağ  qaşının  üstündəki  çapıq 
şimşək  təki  alışmışdı:  “Aynalı  əlimdədir,  lap  qoşun  gəlsin,  mən  Həcərimi  onlara 
vermərəm!” 
 
Bu  andan  Qaradağın  zirvəsində  çaxnaşan  buludlar  bir  də  nərildəyib  alışdı. 
Sanki Rüstəm Zal pəhləvan nəhəng  qılıncı ilə dağın başındakı buludları şaqqaladı. 
Araz boyu bir anda gündüzə döndü. Səlim bəy Həcərin at üstündə azad olduğunu 
görən kimi bağırdı və iki əl ilə gözlərini qapadı: 
 
   -O!... Ağalar, mən  nələr görürəm!..  Atların başını  geri döndərin!  “Mənim 
taleyim... Mənim məhəbbətim ... Mənim arzum... bilirəm nə üçün bunlar... mən öz 
itmiş  məhəbbətimi  axtarıram!  Onu  hökmən  tapacağam!  O  qaçaq  qız  isə  elə  bilir 
mən ona işgəncə, əzab, əziyyət vermək üçün dünyaya gəlmişəm. Əfsus ki, o hələ 
məni  yaxşı tanımayıb. Əgər  əlaçım  olsaydı bu anda onu quduz  dağalrın  ağzından 
alıb  mələklərin  qanadları  üstə  atardım.  Kaş  mən  onu  belə  bir  qorxulu  vəziyyətdə 
görməyəydim”. 
 
 ... aynalı  at belində  düşüncəyə  dalmış  Səlim  bəyə  tuşlanmışdı. Araz    atları 
aparırdı.  Hərdən  yaylım  atəşi  eşidilirdi.  Dünyaya  insan  gəlirdi!..  Nəbi  acı-acı 
gülürdü: 
 
   -Ha-ha-ha... getdilər, qoy getsinlər, yoxsa... 
 
“İnqa,  inqa!..”  –  çağanın  səsi  atasının  sözünü  dilində  qoydu.  Gözəl  əlini 
sevincək oğluna uzatdı: 
 
   -Nəbi, gözün aydın, tez  ol xəncəri ver oğlunun göbəyini kəsim!  
 
...At  belində  inləyən  “arğan”  artıq  susmuşdu.  Sanki  bütün  fəlakət  çağanın 
başında imiş. Sanki indi hər şey körpənin xatirinə gülümsəyirdi... Araz elə bil taxt-
tac üstündə oğlunun gözünü çıxaran bə
,
zi şahlar təki peşmançılıq çəkir, ağ saçlarını 
yolurdu...  Cəzirə  göbələk  kimi  iriləşib  üzə  çıxırdı.  Qaçaqlar  hələ  bu  günkü  qədər 
şad olmamışdılar. Onlar Nəbini dövrələyib muştuluq istəyirdilər: 
 
   -Vallah, qoç kəsməsən, inciyərik. 
 
   -Qoç nədi, addayaq İrana, orda böyük dəsgah açacağam. Tez olun atlanın, 
balaca süvari səfərə çıxmaq istəyir. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə