Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə56/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   52   53   54   55   56   57   58   59   ...   101

 
116 
özlərini evlərinə tez çatdırarılar. Bütün aləmə car çəkırdilər ki, bu parçaları 
bizə Qaçaq Nəbi bağışlayıb, gedin siz də alın. 
-
 
Çılın-çılpaq  uşaqlar,  ac-yalavac  yoxsullar,  taqətsiz  qarılar  Qaçaq  Nəbinin 
ətrafında hərlənirdilər. Onu gedib beşi gəlirdi. 
Həcər arşınmalçıya dönmüş ərinə tərəf gülümsəyib qayınanasına deyirdi: 
Ora, bax, Gözəl xala, mən  heç bilmirdim, sənin bu oğlunun tacirlikdən də başı 
çıxırmış.  Gör  necə  bazar  açıb?!  Tacir  Hacı  Fərəcoğlunun  gəlhagəlidir.  Alver 
belə  şirin  getsə  günortayacan  tacirin  bir  arşın  malı  da  qalmaz...  Dünən  gecə 
qanın  yaman qaralmışdı. Indi necəsən? 
-
 
Nə  bilim,    ay  gəlin, ilan  vuran  ala  çatıdan  qorxar.  Silahlı  adam  görən  kimi 
diskinirəm. Elə bilirəm yenə bizim uşaqların üstünə gəlirlər... Ay gəlin, bəs 
o ciyəri yanmış Canavarpapaq deyirdin ha, o necə oldu? Bayaqdan baxırdım, 
tacirlərin arasında gözümə dəymir... 
-
 
Gözəl  xala,  bura  Canavarpapaq  meydanı  deyil.  Görünür,  o  kafir  eşidib  ki, 
Nəbi bu aradadır, qorxusundan gecə ikən əkilib. Sənə dedim ki, Nəbi oğlun 
onu çoxdan axtarır. Amma o quldur yaxasını ələ vermir. 
-
 
Bıy... görüm o əzrayılı qan qussun! 
Hacı  Fərəcoğlu  gözlərini  döyürdü.  Paxıl  tacirlər  isə  onun  malının  belə  talan 
olunmasına  sevinirdilər.  “Kürəyini  söykəmişdi  şaha,  qoymurdu  biz  İranda 
malımızı xırıd eləyək. Belə olar ey! Haram maldı, qoy aparsınlar!” Onlar Hacı 
Fərəcoğluna yanıq  verə-verə öz aralarında danışırdılar: 
-
 
Gədə,  hanı  bəs  sənin  ədvan?  Harada  gizlətmisən?  Çıxart  ver  Qaçaq  Nəbi 
satsın də! 
-
 
Dadaş,  Qaçaq  Nəbi  ədvanı    neynir,  ona  tirmə  şal  lazımdır,  onu  da  tapıb 
paylayır. 
Gədə, sən ədvaları yamanca gizlətdin, istəyirsən yerini qaçaqlara deyim? 
-
 
Dadaş, nə danışırsan, evimi yıxma. 
Tacir Hacı Fərəcoğlunun ağzı qəzəbdən əyilmişdi, tərləyirdi. 
Mehdi zarafatla əlindəki arşını tacirin yoğun boynuna ilişdirdi: 
-
 
Köpək,  işləyən  bizik,  sənə  nə  olub  tərləyirsən?  Dostun  Topalla  səni  cütə 
qoşublar nədi?! 
Karapet də zarafata başladı: 
-
 
Ara, tacir olanda nə olar, görmürsən yorulmuşuq? Asta gəl bir az da bizə sən 
kömək elə! Sən axı alış-veriş işində yaxşısan... 
-
 
Ölçülən,  biçilən  parçadan  səs  çıxdı,  tacirdən  yox.  Qaçaq  Nəbi  tacirin 
çiynindən tutub silkələdi: 
-
 
Tacir  ağa,  niyə  dinmirsən?  Bəlkə  bizim  uşaqların  alveri  xoşuna  gəlmir? 
Yaxşı  cehiz  xalçası  bar,  almazsab?  Qəşəng  naxışlı  xalçalar.  Bəlkə  çeşnidə 
xalça toxutdurarsan?.. 
-
 
Tacir Hacı Fərəcoğlu dodağını dişləri arasına almışdı: “Bu gavur köpəkoğlu 
bilmirəm  mizrabı  hansı,  simə  vurur.  Namərdlər!  Həlbət  əlimə  fürsət  düşər! 
Bu  Əhməd  xan  harda  qaldı?  Onunla  belə  danışmamışdıq!...Ax..  heç  etibar 
yoxdur.  Canavarpapaq  da  gəlib  çıxmadı. Mənim  mal-dövlətim  hərrac  oldu. 
Topal köpəkoğlu dilini dinc qoysaydı, bu qulduru Şeytanlı dərədə çoxdan bir 
təhər  eləmişdik.  Səlim  bəyə  də..  nə  deyim,  onun  heç,  siyasəti  yoxmuş. 


 
117 
Deyən  gərək,  sənin  bu  gəzərgi  qaraçılarla  nə  işin  var?!  Niyə  it  arısının 
yuvasına çöp uzadırsan?.. Neynək, hələ tacir Hacı Fərəcoğlu ölməyib! Qoy o 
lüt  Alonun  oğlu  Nəbi  olsun,  mən  də  tacir  Fərəcoğlu,  görərik  kim  kimin 
başını torpağa quylayacaq. 
-
 
Ey, qaçaqlar! – Qaçaq Nəbi dostlarını səslədi. – O nərlərdəki parça taylarını 
da açın. Hamısını paylayacağam. 
Tacir daha dözməzdi. O, can verən adamlar təki çənə atmağa başladı. 
-
 
Nəbi,  başına  dönüm,  o  dəvələrin  yükünə  dəymə!  Mən  o  parçanı 
Firəngistandan gətirmişəm, özüm də onları qəpik-quruşla qazanmışam!... 
-
 
Heç  kəmhövsələ  olma,  bütün  dəvələrin  yükünü  boşaldacağam!  Sən  qəpik-
quruşla qazan, mən də top-top satım. – Qaçaq Nəbi çəkməsinin ucu ilə taciri 
tərpətdi: - Qalx! Mən tacir tayfasını yaxşı tanıyıram; desələr kəfən müftədir-
yıxılıb ölər. 
Hacı Fərəcoğlu güclə qəddini düzəltdi. O, daha deməyə söz tapmadı. Dodaqları 
əsməyə,  çənəsi  titrəməyə  başladı.  Sifətinə  elə  bil  zəfəran  sarısı  çökmüşdü. 
Başını sinəsinə endirib tələyə  düşmüş canavar təki dişlərini qıcartdadır, altdan-
altdan  Qaçaq  Nəbiyə  göz  qoyurdu:  “Lap  kəmfürsətdir!  Allah  bəlasını  versin! 
Çovuş  Kərbəlayı  Pirverdiyə  əl  qoyan,  zəvvarların  qabağını  kəsən  quldurdan 
bundan artıq nə gözləmək olar?! Mən indi başıma haranın daşını  salım? Parça 
alan birdi, ikidi? Tacir gözlərini parça aparan kəndlilərdə dolandırır, onların sir-
sifətlərini  yadında  saxlamağa  çalışırdı.  –  O  çolaq  köpəkoğlu  iki  top  mahud 
apardı. Deyəsən, qaçaqlar o keçələ bir top qanovuz verdilər. Ona bax, ona bax, 
lüt Hətəm gör kiseyi topu necə qucaqlayıb?! 
Hacı Fərəcoğlu talan-qarətə dözməyib donquldandı: 
-
 
Apar, lüt Hətəm, apar! Səni ki, yaxşı tanıyıram! Əhməd xanın qapısında hər 
gün it təki sümsünənlərin birisən. 
Hətəm kişi özünü eşitməməzliyə vurdu. 
Karapetin atmacası tacirin lap ürəyinə inlədi: 
-
 
Ara, ay dəli musurman, o qədər qudurdun, axırda Qaçaq Nəbini özünə şagird 
elədin?! Gör səhərdən bəri nə qədər parça satıb! 
“Bu cavur köpəkoğlunun danışdığına bir bax! Onun qanını içsəm, doymaram! 
Gərək  burda  da  erməniliyini  göstərəydi.  Gör  camaatın  içində  məni  necə  
iynələyir?! Əlbət bir vaxt əlimə fürsət düşəcək!” 
Payız  günəşi  dağların  dalına  çəkildikcə  cah-cəlallı  qaçaq  bazarı  hiss  olunmadan 
sovrulurdu.  Ətrafa  dilsiz  bir  sükut  çökürdü.  Qaçaqların  hamısı  qızılsac  palıdın 
altına toplaşmışdı. Onlar şam edirdilər. 
 
QAÇAQ NƏBĠ QUYUDA 
 
Kəndin uçuq-sökük komaları qatı qaranlıq içində can verirdi. Torpağa qısılmış 
bu yapalaq evlərdən səs-səmir kəsilmişdi; sanki nə bir nəfəs çəkən vardı, nə bir 
işıq yandıran Əhməd xanın malikanəsində isə gecə hiss olunmurdu. Nökərlərin 
əlində  çıraq,  qulluiqçuların  əlində  çıraq,  mehtərlərin  əlində  çıraq...  Elə  bil 
buradakı adamların hərəsi bir canlı çıraqdana dönmüşdü. Günəş pəncərələrdən 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə