Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə59/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   55   56   57   58   59   60   61   62   ...   101

 
122 
 
   -Ağayi  Nəbi,  buyur  içəri  gedək.  Sənin  yolunu  çoxdan  gözləyirik,  harda 
qalmışdın? Dostun Hətəm kişi dünəndən səni yaman arzulayır. 
 
Qaçaq  Nəbi  başından  yekə  danışan  bu  ovurtdaqsifət  keşikçisinin  üzünə 
diqqətlə  baxdı.  Istəyirdi  ki,  ona  acı-acı  sözlər  tullayan,  üst-başını  yoxlayıb, 
ciblərinə əl salan bu “siçovulun” şəklini yadında saxlasın: “Sallaq bığları çənəsini 

,
tərizələyib,  qara  sifətinin  əti  az  qalır  partlasın.  Elə  bil  bütün  dustaqların 
yediyini o sınırıb”.  
 
Baş qazamat keşikçisi özünəməxsus bir  əda ilə tapancasını qarnının üstünə 
itələyib hırıldadı: 
 
   -Ağayı  Nəbi,  ciblərində  siçan  oynayır,  bir  şeyin  yoxdur,  bəs  tacir  Hacı 
Fərəcoğlundan aldığın qızılları neyləmisən?  
 
Qaçaq Nəbi səssizcə içəri girdi. Ovurtdaqsifət yenə “canıyananlıq” edirdi: 
 
   -Ağayı  Nəbi,  allahın  əmri  ilə  qazamatda  sənə  “rahat  yer”  hazırlamışıq. 
Vallah, düz sözümdür. Məndən incimə ha!.. Mən qulluq adamıyam. 
 
Qaçaq Nəbinin qəlbi döyüş dostlarının yanında qalmışdı. Dinib-danışmırdı. 
“Qazamat  siçovulu”  isə  dustağa  ilk  görüşdən  öz  zərb-zəngini,  dilinin  zəhərini, 
acısını göstərməyə tələsirdi. 
 
Onlar bir zindanın qabağında dayandılar. Baş qazamat keşikçisi əlindəki iri, 
paslı açarları oynada-oynada fit çalırdı. Nəbi özünü elə aparırdı ki, guya keşikçinin  
hərəkətlərinə heç fikir vermir. 
 
   -Keç içəri görək! 
 
Zindanın  qapısı  açılan  kimi  Nəbini  çürümüş  ot  və  üfunət  iyi  vurdu.  Bu 
zindan dirilər üçün qazılmış  dar qəbirə oxşayırdı. Orda gəzinmək olmazdı, yalnız 
və yalnız ayaq üstə durmaq, oturmaq mümkün idi. Bura iynə ucunda işıq düşürdü. 
Qalın,  paslı  qapı  içəri  səs  də  buraxmırdı.  Burada  başı  bədənindən  üzülən 
məhkumun  fəryadını heç kəs eşitməz. 
 
 
   -Ağayı  Nəbi,  “yatağın”  xoşuna  gəlirmi?  Məndən  incimə  ha!    Gündə  bir 
loxma çörək verəcəyəm, bir qurtum da su. Hə, bə necə?!. Mən qulluq adamıyam. 
Bir əyləş görək. 
Baş qazamat keşikçisi Nəbinin çiynindən basmaq istədi. Nəbi cəld geri qanrıldı. 
Elə bil onun sağ qaşında ildırım çaxdı. Ayağını   keşikçinin ayağına hirslə ilişdirdi. 
Keşikçi  tirtab  zindana  sərildi,  tez  də  qalxdı.  Sərnicə  bənzər  papağını  silkə-silkə 
yenə acı dilini dinc qoymadı: 
 
   -Pədər  soxtə,  bura  sənə  Ərəsəy  deyil,  bura  –  İrandır!  Səni  daş  qəribdə 
göbələk kimi çürüdəcəyəm! Qurban olduğum şahın əl-ayağına düşəcəyəm ki, səni 
dar  ağacından  asanda  kəndiri  çəkməyi  mənə  tapşırsın.  –  Baş  qazamat  keşikçisi 
dəmir qapını qəzəblə çırpıb qıfılladı. – Kəndirini özüm çəkəcəyəm! 
 
Qaçaq  Nəbi  əlçatmaz  qayalarda  qartal  təki  yaşamağa  adət  etmişdi.  Ömür 
ködəldən belə dirilər cəhənnəmində ilk dəfə idi ki, gecələyirdi: “Dünyada nə qəribə 
insanlar var. 
 Gör  bu  sərsəri  nə  arzulayır,  nə  ilə  fəxr  edir:  “Kəndirini  özüm  çəkəcəyəm”.  Şah 
belə  cəlladların  əlləri  ilə  öldürtdüyü  insan  kəllələrindən  böyük  qalalar  düzəldə 
bilər. Lakin bu daş zindan da iradəmi qırıb məni məqsədimdən döndərə bilməz!..” 


 
123 
Qaçaq  Nəbini  e
,
dam,  Əhməd  xanı  ə
,
nam,  yoxsul  Hətəmi  yüz  şallaq, 
Kərbəlayı  Cəfəri  böyük  çin,  Səlim  bəyi  təmtəraqlı  ziyafət,  Həcər  xanımı  isə 
“aşıqınə” sözlər gözləyirdi. 
 
Əhmədxanlı kəndi... Kəndin ucu-bucağı yoxdur. Çürük komalar saya gəlmir. 
Yoxsul  Hətəmin  suvağı  göz  yaşından  tökülmüş,  divarları  ləkəli  güzgüyə  oxşayan 
üstü qamış, alçaq, yapalaq koması da bu kəndədir. Son vaxtlar bu komaya sığınmış 
qonaqların yanına çox adam gəlib-gedir. 
 
 
   -Gözəl  bacı,  fikir  eləməyin,  siz  dünyagörmüş  adamsınız;  qapını  bağlayan 
allah  bir  gün  açar.  Qaçaq  Nəbinin  dostları  hələ  ölməyib.  Onlar  qoymazlar  Nəbi 
qazamatda qala. 
 
   -Allah ağzından eşitsin. 
 
   -İnşallah,  bu  gün-sabah  Hətəm  kişini  də  buraxarlar,  gələr  balalarının 
yanına. O yazığı lap nahaq yerə dolaşdırıblar. 
 
   -Əlbəttə,  nahaqdan  dolaşdırıblar.  Deyirlər  yazığı  şallaqnan  o  qədər 
döyüblər ki, dili tutulub. 
 
   -Allah  Əhməd  xanın  balasını  öldürsün.  Adamın  evinə  qonaq  gələr  də! 
Bəyəm Qaçaq Nəbi təkcə Hətəmlə dost olub?! Qaradağ mahalında Nəbinin xətrini 
kim istəmir?! Elə ən yaxın dostu kəleybərli Şeyxin özü deyil?! 
 
   -Vallah,  deyirlər  ki,  bu  qurğunu  quran  tacir  Hacı  Fərəcoğlu  olub.  Əhməd 
xanı qızışdırıb, salıb qaçaqların üstünə.  
 
   -Ay  qızlar,  nə  danışırsınız,  bu,  təkcə  tacirin  işi  deyil.  Əhməd  xan 
Qaradağın, nöüzənbillah, allahıdır. Indiyəcən onun bir sözünü iki eləyən olmayıb. 
Gördü  ki,  Qaçaq  Nəbi  onun  torpağını  da  bölüşdürəcək,  qorxdu.  Bax,  elə  iş  də 
bunun üstündə pırtlaşdı. 
 
   -Eyb  eləməz,  bu  zülm  heç  vaxt  yerdə  qalmayacaq.  Allah  qaltaq  yonan 
allahdır. Hətəm kişinin bir çətən külfəti var, onların ahı Əhməd xanı tutacaq. 
 
   -Hələ  harasıdır,  çox  şeylər  görəcəyik. Deyirlər  ki,  Qaçaq  Nəbi  qazamatın 
altından lağım atıb. Qaçmaq istəyəndə keşikçilər onu tutublar. 
 
   -Baxma, ona da Qaçaq Nəbi deyərlər. Əvvəl-axır qazamatdan qaçacaq. 
 
   -A  qızlar,  deyirlər  ki,  Mehdi  az  qalıbmış  Nəbini  qurtarsın.  Əhməd  xan 
qorxusundan tez girib şəhərə. Atışmada neçə sərbaz yaralanıb, ölənləər də var. 
 
Həcər  sanki  alov  qarsmış  çiçək  idi.  Nəbinin  həsrəti  onu  soldurmuşdu.  Bir 
yandan  da  Arazın  xəstələnməsi  ananın  qüssəsini    xeyli  artırırdı.  Axşam-səhər 
oğlunu qucağına alıb həyətdə qəmgin halda gəzdirirdi.  
 
Gələnlər  Həcərin  başına  toplaşırdılar.  Hamısı  dua  edirdi  ki,  Araz  tez 
sağalsın. Qız-gəlinlər qoltuqlarındakı balaca bağlamaları gizlincə eyvanın küncünə 
qoyurdular. Gözəl sovqat gətirənlərə dil-ağız edirdi: 
 
   -Siz allah, bu nə xəcalətdir bizə verirsiniz.. 
 
   -Xəcalətli  düşmənin  olsun.  Körpə  xəstədir,  ona  bir  az  ayın-oyun 
gətirmişik.  
 
Gözəl arvad da, Həcər xanım da Əhmədxanlı kəndinin camaatından çox razı 
idilər.  Bu  sadə,  qayğıkeş,  ürəyiaçıq  kənd  adamları  olmasaydı,  bəlkə  də  onlar 
qüssədən  yatağa  düşərdilər.  Onsuz  da  hər  iki  ana  bir-birinindən  xəbərsiz  xəlvət 
dərd  çəkirdi.  Hər  axşam,  gəlini  yatandan  sonra,  Gözəl  gizlincə  tövləyə  gedir, 
Bozatın  gözündən  öpüb,  titrəyən  əlini  atın  yaralı  dırnağına  sürtürdü:  “Gözümün 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə