Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə60/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   56   57   58   59   60   61   62   63   ...   101

 
124 
işığı,  indi  yaran  necədir?  Niyə  dinmirsən?  Sağalar,  qorxma.  Yarana  məlhəm 
qoymuşam.  Bu  gün-sabah  Nəbi  də  Gələcək,  yenə  öz  el-obamıza  –  Bərgüşada, 
Həkəriyə gedəcəyik”. 
 
Bozat  Gözəllə  sanki  danışırdı:  dodaqlarını  Gəzəlin  baharda  “qar”  düşmüş 
saçlarına  toxundurur,  elə  bil  bununla  da  sahibinin  harada  olmasını  xəbər  alırdı. 
Gözəl isə əlini atın gümüşü yalında gəzdirib kövrək səslə deyirdi: 
 
   -Başına dönüm, dedim yiyən bu gün-sabah gələcək, yuxusunu görmüşəm.  
 
Gözəl ah çəkir, dağ çiçəklərindən hazırladığı məlhəmi atın yarasına sürtür, 
sonra Bozatın gözündən öpüb tövlədən çıxırdı: 
 
   -Di salamat qal! 
 
Hətəmin yoxsul evinə Cavad xan da ayaq açmışdı. Atası oğluna tapşırmışdı 
ki, Həcəri göz dustağı eləsin: ilanın ağına da lə
,
nət, qarasına da! 
 
Cavad  xan  əvvəlki  geyimini-keçimini,  yerişini-duruşunu  itirmişdi.  O,  hətta 
Hətəmin evində özünü ağa kimi aparırdı. Bə
,
zən isə şit zarafatlardan belə çəkinmir, 
Həcər  xanımın  xalına  söz  atırdı.  Xan  oğlu  görüşə  gəlməmişdən  əvvəl  Hafizdən, 
Sədidən şerlər əzbərləyir. 
O, bədənnüma güzgünün qabağında saatlarla dayanar, qara saçlarını dönə-dönə 
daraqdan  keçirər,  çal  papağını  qız  qaşına  bənzər  qaşlarının  üstünə  endirib 
ehtirasdan alışıb-yanan gözlərini qıyar və öz-özünü tə
,
rifləyərdi: “Hanı İranda mən 
tək  qəşəng  oğlan?!  Boy-buxun  –  məndə;  qara  göz  –  məndə,  gözəl  şe
,
rlərin 
sinədəftəri – mən!”  Amma bilmirəm bu xallı mələk niyə mənə gözünün ucu ilə də 
baxmır.  Əgər  Hafiz  bir  türk  gözəlinin  xalına  Səmərqənd  və  Buxara  şəhərlərini 
bağışlayırsa,  mən  Həcərin  xalına  bütün  Qaradağ  mahalını  bağışlaram.  Xan  oğlu 
balaca  yastı  burnunun  altından  qanadlanan  bığlarını  kişmişlə  itiləyib  almacığına 
tərəf  uzadardı.  Mahmud  çuxasını  geyinər,  belini  toqqa  ilə  boğub  baramaya 
döndərər, qılıncını  tapançasını üst-başından asardı. 
 
Cavad xan bir neçə dəfə özünü bu qiyafədə Həcər xanıma göstərmişdi. “Bu 
mən ölüm, ay qız, mən pis oğlanam?! Mənə heç yazığın gəlmir?! Məni indiyəcən 
heç kəs sənin təki incitməyib. Vallah, düz sözümdür”. 
 
Xan  oğlunun  belə  xoşagəlməz  atmacaları  Həcər  xanımın  heysiyyətinə 
toxunurdu:  “Bu  arı  qulağımın  dibində  nə  çox  vızıldayır!  Deyəsən,  o  məni  yaxşı 
tanımır. Neynək, mən ona öz gücümü göstərərəm”. 
 
Həcər  xanım  oğlunun  şıltaqlarına  çox  məhəl  qoymurdu,  ürəyi  Nəbisinin 
yanında  qalmışdı:  “Onu  tezliklə  qazamatdan  azad  etməliyəm.  Kimlə?  Dəstənin 
yarısını Şeytanlı dərədə itirdik. Mehdi on  qaçaqla qazamatı necə yara bilər?! Mən 
o taya addayıb igidləri başıma toplamalıyam. Irana qayıdıb qazamatı dağıtmalıyıq.  
Şeyx  mənə  xəbər  göndərib  ki,  Nəbini  hələ  Təbrizdə  çox  saxlayacaqlar.  Mən  o 
vaxtacan Arazı o taya addadıb qayıda bilərəm”. 
 
Bir  dəfə,  səhərçağı  Gözəl  ev  sahibi    ilə  eyvandaa  çörək  bişirirdi.  Birdən 
Cavad  xan  əlində  bir  dəstə  çiçək  atdan  düşdü.  Gözəl  onu  görcək  yaşmağını 
çənəsindəki çapığa qaldırdı: 
 
   -Vallah,  hara  gedirik  yəhəri  taxcada  qalmış  Əbil  kimiləri  yaxamızdan  əl 
çəkmir. Bu hardan gəldi?! Bunu kim çağırıb?! 


 
125 
 
Cavad  xan  atının  cilovunu  qoluna  keçirib  fit  çala-çala  söyüdün  dibində 
gəzinməyə başladı. Yuxa sacın üstündə yanmışdı. Yanıq iyi həyəti bürüdü. Gözəl 
yanıq yuxanı şişə keçirib hirslə süfrəyə atdı. 
 
   -Eh,  çörək  də  külə  döndü,  allah  bunları  külə  döndərsin!  Bu  əzrayılın 
balasına bax ey, fiti başımıza düşür. Bəlkə qorxur ki, qaçarıq! Gör necə silahlanıb 
lovğa-lovğa gəzir?!. Dəli şeytan deyir bu qızmar şişi, sox onun ürəyinə. 
 
Hətəmin arvadı üst-başının urvasını çırpıb çörəyi dəstərxana yığdı.  
 
   -Gözəl  bacı,  bir  az  yavaş  danış,  eşidər.  Gedib  hirsini  qazamatda  bizim 
kişinin üstünə tökər. Yazıq Hətəmi o qədər döyüblər ki, dili tutulub. 
 
   -Bilmirəm  bu  xaraba  İranda  bu  quduz  itin  sahibi  yoxdur  zəncirləyə? 
Görüm bunun yəhəri qanla dolsun! 
 
   -Yoxdur də!... Olsa mənim ərim nə günah işlətmişdi?! 
 
   -Bizim  yerdə  belə  quduz  itə  ya  iynə  verib  öldürərlər,  ya  da  güllə  ilə 
vurarlar. 
 
   -Gəl  içəri,  Gözəl  bacı,  bu  şümürün  balasından  xəta  əskik  deyil.  Gör  bizə 
necə baxır ey!.. 
Cavad xan bu atmacaları eşitməsə də, Gözəlin hirsli baxışlarından və tutulmuş 
sifətindən  hər  şeyi  duymuşdu.  Xan  oğlu  çil  sifətini  təzəcə  doğan  günəşə  sarı 
təkəbbürlə  çevirdi:  “Deyirlər  günəşli  səhərdə  görüşə  çıxan  xoşbəxt  olar.  Deməli, 
mən də xoşbəxt olacağam”. 
Xan oğlu əlindəki çiçək dəstəsini oynada-oynada səsini ucaltdı: 
    -Ay ev yiyəsi, ay ev yiyəsi, həyətə çıxın qonaq gəlib. 
      Komadan ona səs verən olmadı. Həcərin layla səsi eşidilirdi: 
 
Əzizinəm gündə mən
Kölgədə sən, gündə mən. 
Ildə qurban bir olsa
Sənə qurban gündə mən

 
 
Xan oğlu atının cilovunu çəkdi. Lakin bir neçə addım atıb dayandı. “O xallı 
mələyin səsdir... Çıx gör səni kim gözləyir!” 
 
Xan oğlu evə girməyə cəsarət etmədi: “Mən nahaq yerə o quldurun silahını 
Həcərə vermədimmi? Yox, düz eləmişəm. Belə eləməsəydim, o mənə inanmazdı”. 
 
Hətəmgildə  heç  kəs  bu  qızmış  mağavuz  kələsinin  gözünə  görünmək 
istəmirdi.  Cavad  xan  özünü  sındırmayıb  fit  çala-çala  atını  tövləyə  çəkdi:  “Eyb 
eləməz, əlbət bir həyətə çıxacaq”. 
 
Bozat tövlədə yad adam görən kimi kişnədi. Həcər cəld evdən çıxıb tövləyə 
qaçdı. 
 
   -Bıy, bu ki, burda imiş!... 
 
   -Bəli, xanım, burdayam. 
 
Həcər  xanım  ona  əhəmiyyət  vermədən  Bozatın  gümüş  yalını  sığallamağa 
başladı: 
 
   -Mənim köhlən atım, bu “aşiqə” üz verdikcə, deyəsən astar istəyir. 
 
Xan oğlu dilini şirinləşdirdi: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə