Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə57/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   53   54   55   56   57   58   59   60   ...   101

 
118 
xanın  bəzəkli  qonaq  otağında  yanan  qəndlilər  görünürdü.  Xan  məxmər 
döşəkçədə  bardaş  qurub  çer  gözlərini  qırpmadan  sulu  qəlyanını  xoruldadır  və 
mütəkkəyə dirsəklənmiş qırmızısaqqal qonağını dinləyirdi. 
-
 
Xan sağ olsun, ərz elədim ki... 
Əhməd xan dostunun sözünü kəsdi: 
-
 
Kərbəlayı,  narahat  olmağına  dəyməz.  Dedim  ki,  o  quldurun  qəbrini  keçən 
aydan Şeytanlı dərədə qazdırmışam. Inşallah, bu gün-sabah  onun fatihəsini 
özün verərsən. 
Pəncərənin  altında  eşidilən  şıqqıltı  Əhməd  xanın  sözünü  ağzında  qoydu.  Xan 
dizi  üstə  qalxıb  pəncərədən  həyətə  boylandı.  “Eh!...  pişik  imiş  ki...”  Xan 
döşəkcəsinə  çöküb  rahat  nəfəs  aldı,  sonra  sözünü  qutan  boğazına  bənzər 
boğazında qaynada-qaynada əlavə etdi: 
Kərbəlayı,  şahın  bizi  məzamət  eləməyə  haqqı  var!  Qaçaq  Nəbi  hansı  dərənin 
tulasıdır gəlib mənim vilayətimdə mənim dostumun malını talan etsin?! 
Kərbəlayı  Cəfər  hər  dəfə  xanla  söhbət  edərkən  min  cildə  girirdi.  Xanın  boş 
damarını tapıb, onu ox təki itiləyirdi. 
-
 
Xan  sağ olsun,  mən  çox  şad oldum  ki,  hamısını Siz özünüz dediniz.  Daha 
məndə  o  quldur  barədə  söz  qalmadı.  Məktubla  da  tanışsınız...  Bizim 
naçalnik  Səlim  bəy  Sizə  böyük  ümid  bəsləyir.  Bayaq  ərz  elədim  ki,  o 
quldurun öhdəsindən bircə Siz gələrsiniz. 
-
 
Kərbəlayı,  hər  şey  bu  gecə  həll  olunmaslıdır,-deyə  xan  papağını  başına 
qoyub yenə pəncərəyə tərəf meylləndi.- bu qız harda qaldı?! Gəlsin qəlyana 
od qoysun. 
Əhməd xanın buxaqlı boğazını bu dəfə də həyətə uzatdıran qara bir ləmə pişiyi 
idi. Pişik eyvanda yekə bir siçanı tutub oynadırdı. 
Qəlyanın  odu  sönmüşdü.  Xan  qəlyansız  dura  bilmirdi.  Kərbəlayı  Cəfər 
utanmasaydı, özü durub qəlyana od salardı. Xan yastığının yanındakı balaca zəngi 
qaldırıb yavaşca silkələdi. Zəngin səsi otağın bağlı qapısını açdı. Çox keçmədi ki, 
boyun-boğazı cənub səması təki alışıb-yanan, qanovuz paltarı, qaraqaş, qaragöz bir 
qız  gülümsəyə-gülümsəyə  içəri  girdi.  Əlində  maşa  tutmuşdu.  Qız  qəlyana  köz 
qoyub  getdi.  Xan  uzun,  qırmızı  saqqalını  sığallaya-sığallaya  bir  ah  çəkib  yenə 
qəlyanını xoruldatmağa başladı. 
-
 
Bu qasid harda qaldı? 
-
 
Xan sağ olsun, qasid neyləsin? O kafirin elə bil qanadı var, məğribdən vurub 
məşriqdən  çıxır.  Bircə  onun  Bozatını  əlindən  çıxara  bilsəydik...  “Mənim 
boynum  sınsın,  müsılmanın  sonrakı  ağlı...  Deyən  gərək  o  vaxt  Kəhər 
madyanın boğaz qarnını Nəbiyə niyə verirdin?” 
-
 
Daş-qaşlı qız bir də içəri qayıdıb xanın tüklü, palaz qulağına nə isə pıçıldadı. 
Xanın çer gözü daha da qıyıldı. Qara, yastı sifəti lərzəyə gəldi. Sallaq bığları 
qanad  açdı.  Buxağı  zoğal  rənginə  düşdü.  O  tələsik  qalxdı,  xalçanın 
üstündəki yaraqlkarı götürüb yaraqlandı. 
-  A  qız,  qaç  Cavad  xana  xəbər  ver  qoy  atlansınlar!  Mənim  kürənimi  də 
yəhərlətsin! 
Qız qızıl  kəmər qucmuş incə belini hüzurunda iki qatladı: 
-
 
Bəçeşm, ağa! 


 
119 
Əhməd xandan çox Kərbəlayı Cəfər havalanmışdı. O, gah padrondaşını yoxlayır, 
gah tüfənginin çaxmağını şaqqıldadır, gah da xəncərinin dəstəyini sıxırdı: 
-
 
Əbilin canı haqqı, o quldurların hansı əlimə keçsə, kürəyinə qaynar samovar 
şəlləyərəm! Mən heç kəsə öz  ata-baba torpağımı nəzir deməmişəm! 
-
 
Kərbəlayı,  qasid  vaxtında  xəbər  gətirdi.  –  Qaçaq  Nəbi  dəstəsi  ilə  Mirzə 
Əhməd  xan  karvansarasındadır.  Özü  də  deyirlər  hamısı  xurd  düşüb  yatıb. 
Biz gərək yuxulu-yuxulu onların üstünü alaq. 
-
 
Xan sağ olsun, alaq deyirsiniz alaq! Mən o quldurun qanını içməyə hazıram. 
Əhmad xanın sərbazları yatanların yuxusunu qarışdırıb kənddən yel kimi çıxdı... 
Mirzə  Əhməd  xan  karvansarası  mühasirəyə  alınıb.  Nizəli,  tüfəngli,  xəncərli 
kölgələr palıdın ətrafındakı kol-kosa doluşub. Köpəklər hərdən kəsik-kəsik hürür. 
Təzə dil açmış beçələr elə bil səslərini sınayır. 
-
 
Kərbəlayı, görəsən, Qaçaq Nəbi də yatmış olar? 
-
 
Xan sağ olsun, onu kim bilər. O zalım balası gecə quşudur, gecəquşu!... 
-
 
Əgər yatıblarsa, işləri bitdi! 
Əhməd  xan  arxası  üzülməyən  gücünə  qürrələnirdi.  Lakin  ehtiyatı  əldən 
buraxmırdı, karvansaraya isə səssiz girmək mümkün deyildi. Gecənin sakitliyində 
hər şey xəbərçilərə dönmüşdü. Lap Qarasu çayının özü də səsini ucaltmışdı. Çör-
çöplər  elə  şıqqıldayırdı  ki...  Gecə  quşları  qəribə  civilti  ilə  alçaqdan  uçuşurdu. 
Ilbizlər öz mahnıları ilə qaranlığı yenə doldurmuşdu. Bəzi itlər hürə-hürə pişikləri 
qovub  ağaca  dırmaşdırırdı.  Əgər  xan  fürsət  tapsaydı,  tərpənən,  dil  açan  canlıları 
kəsərdi. 
Əhməd  xan  əlində  tüfəng  yəhərdə  oturmuşdu.  O,  döyüşə  hazır  vəziyyətdə  idi. 
Qulağının biri karvansarada, o biri isə dostu Kərbəlayı Cəfərdə idi. 
-
 
Xan sağ olsun, o quldur ayıq olsa, bizə əl verməyəcək. Ehtiyatlı olmalıyıq. 
Əhməd  xanın  kürəni  Kərbəlayı  Cəfərin  köhləninin  qulağını  dişlədi.  Sahibləri 
davakar atlarının cilovunu yığdılar. Əhməd xan hiddətlə pıçıldadı: 
-
 
Kərbəlayı, görəsən, o quldur köpəkoğlu hansı evdə olar? 
-
 
Xan sağ olsun, ora bax, ora... O balaca otağın qabağında Bozatı görürsən? 
Qaçaq Nəbi güman ki, o otaqda olar, o quldur heç vaxt atından uzaq düşmür. 
Cavad xan atasının yanına gəldi. Xəbər verdi ki, keşikçilər oyaqdır. Ancaq tacir 
Hacı Fərəcoğlunun köməyi ilə Qaçaq Nəbinin hansı evdə yatdığın öyrənmişik... 
Qaradağ  tərəfdən    ada-ada    qara  buludlar  gəlib  ayın,  ulduzun  qabağını  kəsirdi. 
Əhməd  xana  da  bu  lazım  idi.  Ətrafa  qaranlıq  çökür,  lakin  bulud  uzaqlaşan  kimi 
karvansara  yenə  də  işıqlaşırdı.  Balaca  bir  otaq.  Ayın  məxmər  işığı  otağın  dəmir 
barmaqlıqları  arasından  içəri  süzülüb  anasının  quçağında  mışıldayan  Arazın 
üzündə gəzir. Gözəl pəncərənin qabağında mürgüləyir. Nəbi isə patrondaşını balınc 
eyləyib.  Amma  gözləri  açıqdır.  Deyirdilər  onun  kirpiklərinin  qapanan  vaxtını 
görən olmayıb... 
Birdən hənirti alan Bozat ayağını yerə döyüb kişnədi. Nəbi hövlnak qalxdı. 
Qaçaqlar  atlandılar...  amansız  bir  döyüş  başlandı.  Əhməd  xan  öz  qoşunu  ilə 
qaçaqları  məngənə  kimi  sıxırdı.  Güllələr  gecənin  gözünü  deşib  ovcuna  tökürdü. 
Karvansara  cırthacırt  yanırdı.  Elə  bil  heyvan  kəlləsi  ütürdülər.  Od  almış  pişiklər 
miyoldaşır,  dəvələr  nərildəyir,  atlar  kişnəyir,  itlər  hürüşürdü.  Xoruzlar  isə  lal 
olmuşdu. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə