Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə55/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   51   52   53   54   55   56   57   58   ...   101

 
114 
 
Bu  tamah  Qara  Nəbini  rahat  qoymur,  qaşınmasını  artırırdı.  Qara  Nəbi  bura 
gəlməkdə də Qaçaq Nəbini axtarırdı. 
 
Tacirlər  qırsaqqız  olub  onun  yaxasından  qopmaq  istəmirdilər.  Qara  Nəbi 
söhbətə yekun vurdu: 
 
   -Qaşınmam  tutub,  dincəlməliyəm.  Gedin  siz  də  yatın,  sabah  alverimizi 
eləyərik. Axşamın xeyrindən, sabahın şəri yaxşıdır.  
 
Gecə nə qəmgin olarmış. – canlılar dilsiz olanda... Gecə nə dərdli olarmış – 
ilbizlər  oxuyanda...  Qarasu  dodağında  mahnı  Araza  qaçır.  Hardansa  dəvə 
karvanının zınqırov səsi eşidilir. Yaxın obalarda it hürür. Hərdən xoruz səsi gəlir. 
Səma gəlin cıqqası təki alışır.   
 
Qara Nəbi kiçik bir otaqda kürəyini çarpayıya sürtürdü. Elə ki sakit olurdu, 
otağın  açıq  pəncərəsindən  ulduzlara  “uçur”,  göyün  xəzinəsini  qarət  edib  yenidən 
karvansaraya qayıdırdı. Tacirlərlə alverə başlayır, onlara ulduz satır, qızıl alırdı. Bu 
düşüncələr quldurbaşı Qara Nəbinin  əldən salanda o öz-özünə məzəmmət edirdi: 
“İflic adamlar kimi burda niyə uzanmışam?! Mən axı Səlim bəy gilə söz vermişəm.  
Söz  vermişəm  ki,  Qaçaq  Nəbinin  başını    bu  günlərdə  kəsib  atacağam  ayağınızın 
altına...  Əvəzində  də  mincə  onluq  qızılımı  alacağam.  Axmaq  tacirlərə  bir  bax, 
mənə  darçın,  zəncəfil,  sarıkök,  hil  satmaq  istəyirlər.  Bilmirlər  ki,  daha  tacirliyin 
daşını  atmışam.  Indi  mənə  insan  alveri    sərfəlidir.  Durum  atlanım,  bəlkə  Qaçaq 
Nəbini  elə  Şeytanlı  dərədə  yaxaladım.  Nağdını  burda  qoyub  nisyə  dalınca  niyə 
qaçıram?!” 
 
Araz yüyrükdə mışıldayırdı.  Başı üzərində yanan “bir cüt şam” isə gecə təki 
için-için əriyirdi. Intizarlı, səksəkəli, yuxusuz ana gözləri hərdən Arazın gülümsər 
sifətindən    ayrılıb  göyə  zillənirdi.  O  gözlər  elə  bil  səma  daşlarına  işıq  verirdi. 
“Şölələnin, parlaq ulduzlar, şölələnin! Qaranlığı qovun, qoyun hər yan işıq olsun, 
bizimkilər yollardadır”. 
 
Gecə yarı karvansarada  bir atlı kölgəsi göründü. Nizəli kölgə... patrondaşlı 
kölgə...  tüfəngli  kölgə...  Bu  qara  kölgə  sürətlə  bağlara  tərəf  süründü,  sonra  get-
gedə qaranlıqda pozuldu. 
 
Gözəlin  nəzərləri  atlıdan  çəkilib  Həcərin baxışlarına qarışdı.  Elə bil  balaca 
Araz  da  bu  sevincdən  xəbər  tutumuşdu.  Körpənin  qucaqlaşıb  yatan  sıx 
kirpiklərindən totuq sifətinə gülüş axırdı... 
 
QAÇAQ NƏBĠ ALIġ-VERĠġDƏ 
 
Qaradağın  kəndlərində,  obalarında,  qışlaqlarında  arvad-uşaq,  yetim-yesir 
qalmamışdı;  ayağı  yer  tutanın  hamısı  Mirzə  Əhməd  xan  karvansarasına  yol 
alırdı: Deyrilər Qaçaq Nəbi karvansarada bazar açıb, gedək biz də bir, şey alaq. 
Dünən karvansarada Qara Nəbi ilə sövdələşən tacirlər elə bil əsir alınmışdılar. 
Tacirbaşı Hacı Fərəcoğlunu isə sanki edam gözləyirdi. 
Bir neçə ayaqyalın, çadrları qadın kərpic hasarın dibində söhbət edirdi. Həcər 
xanımdan danışırdılar. 
-
 
Ağız... ağız, sən allah, o tüfəngli xanımı görürsən? 
-
 
Necə bəyəm? 
-
 
Ağız, o lap dünya gözəlidir ki!.. 


 
115 
-
 
Vallah, mən arvadlığımla ona vuruldum. 
-
 
Əhməd  xanın  oğlu  Cavad  xan  bu  xallı  məleykədən  xəbər  tutsa  ha,  başına 
hava gələr. 
-
 
Köpəkoğlu yaman şorgözdür. Qaradağ mahalında qız qalmayıb sataşmaya... 
-
 
Ağız, sən nə danışırsan? Ona da Qaçaq Həcər deyərlər! 
Cavad xan gücsüzlərin qənimidir. 
-
 
Deyirlər o tayda bu tüfəngli gəlini Səlim  bəy adlı bir naçalnik istəyirmiş. O 
böyüklükdə  kişini  bəyənməyib,  qoşulub  Nəbiyə  qaçıb.  Cavad  xan  Qaçaq 
Nəbinin yanında nədir ki!.. 
Həcər  arvadların  söhbətini  eşitmirdi.  O,  qucağında  uşaq  iri  parça  taylarına 
dirsəklənmişdi.  Qayınanası  Gözəl  də  yanında  idi.  Onlar  gələn  qonaqları  ev 
sahibləri təki qarşılayırdılar. Çiyni xurcunlu, başı dəsmallı, ayaqyalın kəndlilər 
əyilməyə alışmış bellərini Həcərin qarşısında da bükürdülər. 
-
 
Sən gələn yollara qurban olaq, ay bala! 
-
 
Allah  sənin  ərini  bizim  üstümüzdən  əskik  eləməsin!  Mirzə  Əhməd  xan 
karvansarası  yaranandan  bəri  bu  qədər  “müştəri”  görməmişdi.  Qaçaqlar 
sübhdən burada şirin “alış-veriş” edirdilər. Mehdi bir yandan, Karapet də o 
biri yandan qolunu, çirmələyib Qaçaq Nəbiyə kömək edirdilər. Nəbi topları 
açır, parçanı aynalısı ilə kimə gəldi paylayırdı. 
-
 
Ay əmi, yaxın gəl görüm! 
-
 
Sənin başına dönüm, ay Nəbi. 
-
 
Xurcununun  ağzını  aç.  Al,  bu  ingilis  mahududur,  əntiqə  çuxa  çıxar.  Apar 
əyin-başını təzələ. Çer Əhməd xan hələ bu cür mahuddan çuxa geyməyib. 
-
 
Allah kəmərini qurşasın, Nəbi! Bunun hamısını mənə verirsen? 
-
 
Apar əmi, hamısı sənindir. 
-
 
Çox sağ ol ay bala. 
-
 
Mehdi, o kiseyi topunu bəri ver! 
-
 
Al, qardaş 
-
 
Oh,  yoruldum  lap.  Sənin  bəxtin  gətirdi.  Daha  ölçməyəcəyəm.  Al  bu  kiseyi 
da sən apar. 
-
 
Görüm  allah  sənin  balanı  saxlasın,  ay  Nəbi.-  Kəndli  birdən  tacirin  qəzəbli 
gözlərinin ona sarı bərəldiyini görüb kəkələdi:- Bu tacir... bu tacir... kiseyini 
əlimdən almaz ki? 
-
 
Ala bilməz, götür, get, qoy arvad –uşağın sevinsin. 
“Ay Allah, sən Qaçaq Nəbini qadadan, bəladan saxla! Allah sən Əhməd xanın 
gözünü bağla. Allah, sən Cavad xanı qəfil gülləyə rast gətir. Bu parçanı aparıb 
külfətin əyin-başını örtəcəyəm”. 
Yoxsul kəndlilər basabas salmışdılar: 
-
 
Ə, öldüm, az sıx də!... 
-
 
Öldün?! Almısan də, çıx  belə, bir az da bizə versin. 
-
 
Balam, qoy kişi ölsün sonra. 
-
 
Qorxmayın,  parça  çoxdur,  hamınıza  çatacaq.  Hələ  əlli  dəvə  yükünə  əl 
vurmamışıq. 
-
 
Kəndlilər  sevinə-sevinə  aldıqları  parçanı  xurcuna,  heybəyə  doldurub 
qaçaqlara dua edə-edə karvansaradan uzaqlaşırdılar. Qanadları olsaydı uçub 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə