Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə52/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   48   49   50   51   52   53   54   55   ...   101

 
108 
 
   -Oğlumdur, necə, mənə oxşamır?! 
 
   -Oxşayır.  Axmaq  qarğanın  yumurtası  da  lax  olar.  De  küçüyün  səsini 
kəssin, yoxsa... 
 
Qarı heç bir şey olmayıbmış kimi baş-gözünü əsdirdi:  
 
   -Qoyun oxusun, sənə ziyanı var?! 
 
Lotu  Kərim  qavalını  bir  də  atıb-tutanda  Səlim  bəy  dözməyib  xrom 
çəkməsinin boğazına keçirdiyi qızıl saplı qamçısını çəkdi: 
 
   -Ə...  lotu köpəkoğlu, mən səni sınamaq istəyirəm... sən də... 
 
Səlim  bəyin  şallağı  lotu  Kərimin  sifətindən  bir  zol  qopardı.  Kərim  çırılmış 
qavalını şallağın qabağına verib, özünü qorudu. 
 
   -Nəcədir?  Dadlıdır?!  Bax,  bizim  yerdə  qulduru  tərifləyən  adamı  bu  kökə 
salırlar! 
 
Qarı çığırıb özünü oğlunun üstünə atdı. Ancaq Səlim bəy Lotu Kərimdən əl 
çəkmirdi: 
 
   -sənin  oxuyan  dilini  boynunun  kökündən  çıxaracağam!  Sən  nə  cəsarətlə 
mənim düşmənimi tə,rifləyirsən! 
 
   -Naçalnik,  mənim  dilimi  boyumun  kökündən  çıxarsan  da  elin  dilini  kəsə 
bilməzsən! Bu mahnıını qaçaqlara el qoşub, el də oxuyacaq! 
 
Ala  Mahmud  bəyin  heyi  olsyadı,  qatırdan  düşüb  Lotu  Kərimi  Səlim  bəyin 
əlindən  alardı:    “Mənim  bu  dostum  Səlim  bəy  nə  qəribə  adammış.  Mən  onu  heç 
belə bilməzdim. Qaraçı ilə də adam ağız-ağıza verər?!” 
 
Qaraçı  arvadları  bəyləri,    kazakları,  yasavulları  daşa  basdılar.  Əvvəlcə  daş 
yaralı koxaya dəydi. Kor gözündən qorxan kimi koxa da yarasından qorxurdu. 
 
Qaraçılar öz “atamanlarını” Səlim bəyin əlindən güclə aldılar. Lotu Kərimin 
ağız-burnu qızarmışdı. Anası yaylığını açıb Səlim bəyə söyə-söyə oğlunun yarasını 
sarıyırdı.  Səlim  bəy  tutduğu  işdən  peşman  idi.  Ancaq  üzdə  özünü  yenə  isti 
göstərirdi.  
 
   -Bəxti  kəsdi,  şallaq  tez  sındı.  Yoxsa  onun  meyitini  səreəcəkdim!  –  Bəy 
sapı sınmış şallağını xrom çıkməsinə sancdı. – Bu qaraçılardan heç öz ataları xeyir  
görməyib: 
 
Uşaqlar silahlı atlılara qanlı qanlı baxırdılar: 
 
   -Rədd olun!.. Rədd olun!... 
 
   -Haydı, çıxın gedin!.. 
 
Səlim  bəy  atının  başını  el  yoluna  döndərdi.  Atlılar  onun  arxasınca  düşdü. 
Qaraçılardan çox uşaqlar sevinirdilər.  
 
   -Ay can, getdilər!  
 
   -Gedək görək “cütcü”toxumu harda tökdü. 
 
Dəcəl  ayı  balası  yan  basa-basa  Səlim  bəyin  arxasınca  diyirlənirdi.  Qarı 
ətəyini dəstələyib potanın dalınca yüyürdü: 
 
   -Ey, “Səlim”, səni kötəkləyərəm, hara qaçırsan? 
 
Qarı potanı belə çağırdığına tezcə də peşman oldu: “Vay, evim yixilsin, mən 
potanı necə çağırdım?!” 
 
“Ey,  “Səlim!” sözü Səlim bəyin ürəyinə xəncər kimi sancıldı.  “Deməli, bu 
cəlayı-vətən  qaraçıları  ayı  balasına  mənim  adımı  qoyublar!  Hamı  da  bunu  eşitdi. 
Daha dözmək kişilikdən deyil!” səlim bəy tapancasını çəkib qanrıldı: 


 
109 
 
    -Tak!.. Tak!!! 
 
Lakin hirsdən əli əsdi, düz ata bilmədi, güllənin biri qarının tumanını deşdi, 
o biri isə ayı balasını yerə sərdi... 
 
Səlim  bəy  qaraçı  obasından  tez  uzaqlaşmaq  istəyirdi.  Onun  alnına 
muncuqlanan damcılar hiss olunmadan böyüyür, yəhərin şirmayı qaşına tökülürdü. 
Əlini  cibinə  salıb  dəsmalını  çıxartmaq  istərkən  barmaqları  yumşaq  bir  şeyə 
toxundu...  “Səni  ölüncə  cibimdə  gəzdirəcəyəm!”    Səlim  bəyə  elə  gəldi  ki,  onun 
barmaqları  bu  saat  Həcərin  qara  saçlarında  gəzir.  Əslində  isə  Həcər  bir  göyərçin 
təki onun əlindən uçub, öz elindən çox-çox uzaqlarda hərlənirdi. 
 
 
 
ANA, GƏLĠN VƏ NƏVƏ 
 
 
 
Alçaq, əyri-üyrü divarları sarı palçıqla suvanmış köç karvansaranın yanından 
balaca  bir  dağ  çayı  axır.  Çay  qırağında  koğuşlu  bir  qoca  palıd  torpağa  köklənib. 
Palıd çətiri elə genişdi ki, kölgəsində ağır  məclis qurmaq olar, koğuşunda azı on 
adam  yağışdan,  gündən  daldala  bilər.  Bu  qədim,  sahibsiz  “mehmanxanın”  yaşını 
bilən  yoxdur.  Ancaq  qocalar  nəql  edirlər  ki,  Şah  oğlu  Şah  Abbas  palıdı 
karvansaranı tikdirəndə  basdırıb. 
 
Elə  ki,qış  küləkləri  bu  yerlərdə  ulayıb  dişlərini  qıçadı,  palıd  ona  qısılan 
yolçulara  yer  verir,  günəşin  istisi  göylərdən  ələnəndə  isə  çətirlərini  açıb  ona 
sığınan insanları istidən qoruyur. 
 
 Bu  gün  palıdın  üç  qonağı  var:  ana,  gəlin  və  nəvə.  Heç  biri  bura  adamına 
oxşamır.  Deyəsən,  üçü  də  uzaq  səfərdən  gəlib.  Hələ  qış  olmamış  saçına  “qar” 
düşmüş nənə çayın qırağında əski yuyur. Gəlin isə palıdın alçaq budağından asdığı  
yüyrüyü yırğalayır, hərdən də qarşıdakı kimsəsiz yollara baxır: “Arazım, atan hələ 
gəlmir”.  Gənc  ana  bir  anda  gözlərini  yollardan  çəkib  yüyrükdə  əl-ayağı  ilə 
oynayan körpəsi ilə danışır: “Mənim balam, niyə yatmırsan? Yuxunu kim qaçırıb, 
hə?” 
 
Nənə  yuduğu  əskiləri  sıxıb  daşların  üstünə  sərdi.  Qanrılıb  yenə  ağaran 
yollara  gizli-gizli  göz  yetirdi:      “Bu  uşaqlar  harda  qaldılar?”  –  Gözəl  özünə 
toxtaxlıq verib əllərini ətəyinə silə-silə yüyrüyə yaxınlaşdı. Körpə gülürdü. Nənəsi 
barmağını onun çənəsinə toxundurub muşqurdu:  
 
   -Şeytan, nənənə gülürsən  hə?... Pal-paltarını da  yudum. Daha  nənədən nə 
istəyirsən? – Körpənin zərif dodaqları qaymaq  tutdu:  -Ay gəlin, sən Nəbinin canı 
bu  çoxbilmişə  bax?!  Gör  nənəsinə  necə  gülür.  Az  qalmışdı  bu  güləyən  oğlanı 
çayda  axıdaq.  Bircə  çörəyimiz  ovsanata  düşdü.  O  ciyəri  yanmış  Səlim  bəy  bizi 
yamanca  yerdə  haxalamışdı...  Nəbinin  canı  haqqı,  otaya  addayan  kimi  seyidə 
dediyim  nəziri  gərək  aparam  verəm,  pirdə  çıraq  yandıram.  Hələ  imamzadəyə  də 
gedəcəyəm... Ay gəlin, bəs bu körpənin gözmuncuğunu neyləmisən? 
Həcər yüyrüyün içini axtarmağa başladı.  
 
   -Bu  gözmuncuğu  hara  düşdü?  Qorxma,  Gözəl  xala,  vallah,  nəvənə  göz 
dəyməz, kifirin biridir.  


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə