Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə54/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   50   51   52   53   54   55   56   57   ...   101

 
112 
da gedəcəyik Şeytanlı dərəyə. Dünən körpə kefsiz olmasaydı, biz də gedib qalardıq 
Şeyxgildə...  
 
   -Şeytanlı dərə hardadır? Nəbinin gecə vaxtı orda nə işi var? 
 
   -Gözəl xala, var ki, gedib də... 
 
   -Vallah,  bilməsəm,  ürəyim  partlar.  Nəbinin  məndən  gizli  işi  olmazdı.  Nə 
əcəb bunu mənsiz tutub? Həcər boynuna aldı ki, bu işdə Nəbinin günahı yoxdur, 
mən qoymamışam sənə bir söz desin. 
 
Gözəl oğlanlarından ayrı düşəndə  az qalırdı başına hava gəlsin. Məgər qərib 
ellərdə  baş  saxlamaq  asandır?!  Neçə  aydır  ki,  rus  padşahı  İran  şahı  ilə,  Türkiyə 
sultanı  ilə  əlaqəyə  girib,  Qaçaq  Nəbinin  dəstəsini  yerdə  də  axtarırlar,  göydə  də. 
Səlim bəy tacir Hacı Fərəcoğlu ilə birlikdə Qaçaq Nəbinin arxasına casus salmışdı. 
Səlim  bəy  Qara  Nəbiyə  min  onluq  qızıl  boyun  olmuşdu  ki,  Qaçaq  Nəbini  aradan 
götürsün.  Kərbəlayı  Cəfər    bu  tayda    Qaradağ  mahalının  xanı  ilə  üç  dəfə 
görüşmüşdü. O görüşlərdə tacir Hacı Fərəcoğlu da olmuşdu.  
 
At  bərk  havalanmışdı.  Cilovunu  yığmaq  mümkün  deyildi.  Atlı  palıdın 
yanından çaparaq ötdü. Həcər öz-özünə: “Mənim, bu atlıdan heç gözüm su içmədi. 
Görəsən, o kimdir?” 
 
   -Tanımadın! Canavarpapaqdır! 
 
   -Canavarpapaq?! 
 
   -Bu Canavarpapaqdan hamı qorxur.  
 
Həcər xanım bütün İranda Canavar papaq ləqəbi ilə məşhur olan quldurbaşı 
Qara Nəbi barəsində bildiyini, eşitdiyini, gördüyünü qayınanasına danışdı. Gözəlin 
ürəyinə qorxu doldu.  
 
Kimsəsiz  bir  dərədə  Qara  Nəbinin  papağını  görən  olsaydı,  bağrı  çatlardı. 
Koppuş,  ətli  qara  sir-sifəti  də  zəhmli  idi,  anası  sanki  onu  qara  zəhərdən 
yoğurmuşdu.  Hirslənəndə  monqol  gözlərinə  bənzər  balaca  gözləri  qəzəbdən 
alacalanırdı.  Pələng  biləkləri  sanki  qılınc  vurmaq  üçün  yaranmışdı.  Darvaza 
kürəyinin  dalında  beş  adam  gizlənərdi.  Deyirdilər  ki,  Qara  Nəbi  on  adamla 
təkbaşına  qılınclaşa  bilir.  Deyirdilər  ki,  hələ  indiyəcən  güləşməkdə,  xəncər 
oynatmaqda, tüfəng atmaqda, at çapmaqda onun qabağına şahın heç bir sərbazı də 
çıxa  bilməyib.  Qara  Nəbinin  sallaq  bığları,  ətli  dodaqları,  donqar  burnu  və 
qulağından asdığı nal boyda qızıl sırğaları onu daha zəhmli göstərirdi. 
 
Gözəl  belə  bir  əcayib  məxluqu  təsəvvürünə  gətirdikcə  canına  üşürtmə 
gəlirdi. “Lap əzrayıldır, əzrayıl...” – deyib özü-özünə pıçıldayırdı. 
 
Qara  Nəbi  kefi  çəkəndə  tacir  olurdu,  çəkməyəndə  quldur.  Əsas  işi  İrandan 
bu  taya  mal  addatmaq  idi.    Sərhədçilər  neçə  dəfə  onu  Xudafərin  körpüsündə 
gülləyə  basmışdılar,  yenə  sudan  quru  çıxmışdı.  Deyirdilər  ki,  o  quldurun 
bədənində  əllidən  çox  çapıq  yeri  var,  son  vaxtlar  Qaçaq  Nəbinin  adı  ilə 
soyğunçuluq edir. 
 
Atlı karvansaraya çatan kimi hamı yuxudan qalxdı. Tacirlər  tələsik  geyinib 
“hörmətli  qonağın”  qabağına  çıxdılar.  Yoğun  bir  tacir  onu  qabaqladı,  əlini  bərk-
bərk sıxdı: 
 
Pəh... pəh... kimi görürük!... Həmişə Siz gələsiniz, ağayı Nəbi! – Tacir əlini 
ərklə onun çiyninə qoydu. – Ağayı Nəbi, əntiqə tirmə şal məndə, ingilis mahudu 


 
113 
məndə, hacımənəbax  məndə...Nə  istəsəniz, taparam,  mənim    əlim  çox  yüngüldür, 
inanın  allaha, bu dəfə də mənimlə alver etsəniz, ziyan çəkməzsiniz. 
 
Topasaqqal,  yastısifət  tacir  isə  hündür  qamətini  Qara  Nəbinin  qabağında 
kamana döndərib sırtıq-sırtıq irişirdi:  
 
   -Ağayi  Nəbi,  bizim  sövdəmiz  həmişə  baş  tutub,  inşallah,  yenə  də  baş 
tutacaq.  Mənim  əlim  çox  xeyirlidir.  Tehrandan,  Təbrizdən  yenə  əntiqə  darçın, 
mixək,  sarıkök,  hil,  zəncəfil  alıb  gətirmişəm...  Arazın  o  tayına  gərək  elə  şey 
addadasan ki, üstündə baş yarıla. 
 
Qara  Nəbinin  seyrək,  saqqal,  bığlarının  hər  tükündən  elə  bil  bir  şeytan 
asılmışdı. Onlara nə “hə”  deyirdi, nə də “yox”. 
 
Palıd  xışıldayır,  çay  axır,  gecə  əriyirdi.  Gözələ  elə  gəlirdi  ki,  gördükləri, 
eşitdikləri xəyaldır. 
 
   -Həcər,  dedin  ki,  o  “əzrayıl”  mənim  oğlanlarımın  düşmənidir?  Görüm 
onun yəhəri qanla dolsun! 
 
   -Bəli, Gözəl xala. Ancaq biz elə düşmənlərdən qorxmuruq! 
 
...Qara Nəbi tacirlərdən hirsli-hirsli soruşdu: 
 
   -Qaçaq Nəbi bu tərəflərə gəlməyib ki? 
 
   -Ağayı Nəbi, heç o quldur bir saat bir yerdə dayanır ki...deyə topa saqqal 
tacir yanıqlı-yanıqlı cavab verdi. – Bozatına minib İrandan vurub Turandan çıxır. 
O  günü  Təbrizdən  mal  gətirəndə  onun  dəstəsini  Enyalı  dağının  Payan  gədiyində 
gördüm, az qalmışdılar bizi soyalar. Güclə qaçıb  yaxamızı qurtardıq. Keçən duz 
günü isə qaçaqları Qaradağ mahalının Xürrəmyurd yaylağında görüblər. Dünən də 
o  quldur  öz  dəstəsi  ilə  Kəleybər  kəndində  Şeyxə  qonaq  imiş.  Indi  də,  nə  bilim, 
deyirlər ki, addayıb Şeytanlı dərəyə. 
 
   -Şeytanlı dərəyə?! 
 
   -Bəli, o yana, Bəzz qalasından o tərəfə. 
 
   -Orda nə edir? 
 
Tacirlər  “əzrayılı”  qızışdırdılar.  Şişman  tacir  Qara  Nəbinin  düz  çənəsinin 
altına girmişdi.  
 
   -Nə  bilim,  ay  başına  dönüm,  deyirlər  o  taydan  Qaçaq    Nəbinin  dalınca 
adam gəlib, qaraçı Lotu Kərimdi, kimdi. 
Deyirlər  o  tayda  nə  olubsa,  hamısını  çatdırıb  Qaçaq  Nəbiyə.  Nəbi  də  düşüb  tacir 
Hacı Fərəcoğlunun izinə. 
 
   -Demək, o quldur indi Şeytanlı dərəsindədir?! 
 
   -Elədir,  ağayı  Nəbi.  Allahın  qılıncını  götürüb  o  qulduru  bizim  İrandan 
qovan    bir  igid  olsaydı,  biz  zavallı  tacirlər  də  bir  asudə  nəfəs  alardıq.    Şuşadan 
buradək  gözümüzü  yummamışıq.  Şıqqıltı  eşidən  kimi  ürəkk-göbəyimiz    düşürdü. 
O  quldur  yetənə  yetir,  yetmiyənə  də  bir  daş  atır.  Deyirlər  indi  də  İran  xanlarının 
torpağını  yoxsullara  paylayır...  Biz  fağır  tacirlər  də  onun  qorxusundan 
alverimizdən qalmışıq, daha kəndlərə çıxa bilmirik. 
 
   -Fikir  eləməyin,  o  quldurun  əcəli  yaxınlaşıb.  “Demək  Qaçaq  Nəbi  indi 
düşüb  bizim  izimizə.  Yəqin,  qaraçı  Lotu  Kərim  hamısını  onlara  danışıb.  Qaçaq 
Nəbi  indi  bilir  ki,  Səlim  bəylə  tacir  Hacı  Fərəcoğlu  onun  başına  min  onluq  qızıl 
qoyub. Sağlıq olsun, Qaçaq Nəbinin başını kəsib o qızılları qoparacağam”. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə