Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə50/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   46   47   48   49   50   51   52   53   ...   101

 
104 
Kərbəlayı  Cəfər  ona  göstərilən  böyük  e
,
timaddan  fərəhlənir,  az  qala  bu  saat 
qanadlanıb İrana uçmaq istəyirdi. 
 
   -Naçalnik,  bu  barədə  arxayın  ola  bilərsən.  –  Qaçaq  Nəbi  təkcə  sənin 
düşmənin  deyil,  mənim  də  düşmənimdir.  Sizə  yaxşı  yol,  mən  isə  bu  axşam 
Qaradağdayam.  
 
Koxa  Ala  Mahmud  bəy  salamat  qalmasına  sevinirdi.  Dostları  onu  boz  bir 
qatırın  belinə  sarımışdılar.  Tuğay  qatırın  başını  çəkirdi,  Xıdır  isə  xəstədən 
yapışmışdı.  Səlim  bəy  atını  yenə  dəstənin  qabağınca  sürüdü.  Bəylər  bu  kənd 
yollarını gecə getmək istəyirdilər. Lakin qorxurdular gecikələr, yaralının vəziyyəti 
daha da xarablaşa.  
 
Səlim  bəyin  dəstəsi  Bərgüşad  çayı  boyu  səpələnmiş  kəndlərdən  keçdikcə 
camaat tamaşaya çıxırdı. Bəylər Xocahana çatanda, yer yarılsaydı altına girərdilər. 
Bazarda  qəribə  oyunlar  çıxaran  kəndirbazlar  belə  yaralı  koxanı  lağa  qoyurdular. 
Kəndirbazlar  əllərindəki  uzun  ləngərin  köməyi  ilə  müvazinətlərini  saxlayır, 
özlərini kəndirə vurub qalxır və rişxəndlə deyirdilər: 
 
   -Keçəl Ala Mahmud bəyin sağlığına bir oynamaq gərək-gərək. 
 
Bazar adamları kəndirbazların sözlərinə gülür, qatırın belinə sarınmış koxanı 
bir-birinə göstərirdilər: 
 
   -Ora baxın, ora, Qaçaq Nəbiyə qurban olum! 
 
   -Görün koxaya necə divan tutub?! 
 
   -Əlbəttə tutacaq, adam da ikicanlı qadına qıyar?! 
 
   -Ha... ha... koxa indicə qatırdan aşacaq yerə. 
 
Bu sözlərin bir başı da Səlim   bəyi tuturdu. Ancaq uğursuz səfərdən sonra 
Səlim bəy kimin ağzını yuma bilərdi? 
 
Qatır  yaralı  koxanı  silkələyib  əldən  salmışdı.  Baş-gözünün  sarığı  fəs  təki 
qızarırdı. Birdən koxa səs-küy eşitdi. 
 
   -Of, of!..   Tuğay, bu hansı kənddir? O xaraba Gorusa çox qalıb? Ölürəm 
axı! 
 
   -Darıxma,  bəy,  indi  Qəzyandan  keçirik,  allah,  qoysa  bir  azdan  Gorusda 
olacayıq. Özünü bir balaca  ələ al, camaat bizə baxır. “O çaqqal oğlu Ələkbərə bax 
ey! Dişlərini gör necə ağardır.?! Indi çağırsan ki arvadın Giləni get gətir koxanın 
yarasını  sarısın,  deyəcək,  dava-dərmanı  yoxdur.  Ancaq  Qaçaq  Nəbinin  atını 
sağaltmağa nə desən tapar. Hamısı bizə gülür. Köpək uşaqlarına bax, elə bil kosa 
gəzdiririk”. 
 
Koxa zarıyırdı: 
 
   -Eh,  ay  Tuğay,  baxırlar  baxsınlar,  gülürlər  gülsünlər,  Həsən  ağanın  canı 
haqqı, mən öz canımın hayındayam. Bu qaban da gərək məni...   – Kənddən qaval 
səsi gəlirdi. – Ə, Tuğay, məni qara bacır nədi, deyəsən, bu kənddə toy var! 
 
   -Yox, koxa, toy nə gəzir, Lotu Kərimin dəstəsidir, çalıb oxuyurlar. 
 
Kəndin  yuxarı  başında  üstü  qarğa  yuvası  ilə  dolu,  Kərbəlayı  Cəfər  yaşında 
qollu-qanadlı  bir  dağdağan  birmişdi.  Dağdağanın  ətrafına  böyük  bir  qaraçı  köçü 
düşmüşdü. Kəndin uşaqları qaraçı çadırlarının  yanına yığışmışdılar. 
 
Meymunlar  məzəli  oyunlar  çıxarırdı;  hərdən  palanlarından  ələk,  xəlbir, 
şadara, saçaq  asılmış qaraçı eşşəklərinin belinə sıçrayırdı. Uşaqlar gülüşürdülər. 


 
105 
 
Qapqara  telləri  alnına  tökülmüş  qaragöz,  cavan  bir  qaraçı  ayı  oynadırdı. 
Ayının pəncəsinə cütə bənzər əyri bir ağac vermişdi arabir əlindəki at quyruğunu 
havada yelləyirdi. Ayı donquldana-donquldana ağacı sürüyür və cürbəcür oyunlar 
çıxarırdı.  Cavan  oğlan  isə  at  quyruğunu  toqqasınna  keçirib,  sağanağına  sarı 
həlqələr düzülmüş qavalını  fərəhlə dınqıldadırdı: 
 
 
 
 
 
 
Cütcü baba cüt əkər
 
 
 
 
 
Toxumunu yolda tökər... 
 
 
Əhliləşdirilmiş  ayı  əlindəki  “cütü”  hirslə  yerə  atır,  tüklü  pəncəsini  qumla 
doldurub uşaqların üstünə səpirdi. Uşaqlar qışqırışırdılar.  
 
   -A kişi, toxumu tökdün, ac qalarsan! 
 
   -Cütünü götür, oğurlayarlar! 
 
Uşaqlar elə ürəkdən gülüşürdülər ki... 
 
Hər  qaraçı çadırının ağzından on-on beş  at  quyruğu  asılmışdı. Obada  adam 
qaynaşırdı, amma bekar dayanan yox idi. Üz-gözü  qovun qaxına dönmüş sivrimə 
bənzər  quru  bir  qarı  çadırın  qabağında  köşə  çəkirdi.  Elə  bil  qarı  bu  səs-küyü 
eşitmirdi. Iri yumaq boyda bir ayı potası qarının başına dolanırdı. O, gah köşənə 
qarışdırır,  gah  da  boynundakı  nazik  zənciri  ora-bura  sürüyüb  onun-bunun  əl-
ayağına dolaşırdı. Birdən pota köşəni dartdı. Qarı hirsləndi. Yerdən deyinə-deyinə 
bir cınqıl götürüb potanın üstünə tulladı: 
 
   -Ey, “Səlim”, köşəni bura ver, yoxsa durub səni xubunca kötəklərəm! 
 
Ayı balası şitəndi. Qarı daş qanıb ona atdı: 
 
   -Ay şeytan, məni incidirsən?! Sənin bu gün, deyəsən, ölümün gəlib. Gərək 
iki şadara toxuyaydım, heç köşəsini də çəkib qurtarmamışam. Görən işimin üstünə 
bu gün hansı mərdumazar çıxıb? 
 
Dağdağana  qonan  qarğalar  qarıldaşırdı.  Qarı  onlara  baxıb  donquldandı: 
“Bunlar da vaxt tapdılar!” 
 
Əldən düşmüş “cütcü” yorğun halda yerə uzanıb dincini alırdı. Elə bil Topal 
Kərbəlayı  Cəfərin  Yazıdakı  bütün  torpağını  o  əkmişdi.  Qaraçı  ayağını  ayının 
başına qoyub Qaçaq Nəbidən deyirdi: 
 
 
 
 
 
 
 Nəbinin sədası düşdü hər yana
    Naçalnik, pristav oldu yan-yana
         Həcəri addatdı İrana Nəbi, 
         Qonaqdır orada ellərə Nəbi. 
 
 
Qarı oğlana acıqlandı: 
 
    -Kərim,  bəsdir  oxudun!  O  uşaqların  pulu  var  versin  sənə?!  Böyüklərinin 
falına  baxdım  mənə  nə  verirlər  ki,  sənə  də  verələr.  Gəl  kömək  elə  köşəni  çəkək 
qurtaraq.  Işim  tökülüb  qaldı.  Axşam  düşdü,  gəl  bu  “Səlim”i  də  apar.  Köşəni 
qarışdırır. 
 
Kərim qara gözlərini ayı potasına bərəltdi: 
 
   -Ey, “Səlim” anamı incitmə, gəlib səni döyərəm... 
 
Ayı balası qarının əl-ayağından at milçəyi təki  yenə qopmadı. Elə bu zaman 
Səlim bəyin dəstəsi qaraçı köçünün yanında göründü. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə