Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə47/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

 
98 
 
Mehdi təəccüblə soruşdu: 
 
   -Qardaşım, bu tələsiklikdəmi? Axı, Həcər... 
 
   -Bəli, elə indi, - deyə Nəbi Mehdinin sözünü kəsdi. 
 
-Dedim ki, düşməni aldatmalıyıq...  Mən Karapeti də, Telli Qaranı da, Tunc 
Vəlini də götürüb Arazın o tayına addamalıyam. Sən isə Allahverdini, İsmayılı, bir 
də  o  biri  qaçaqları  başına  yığ,  Həcərgilin  keşiyini  çək.  Səlim  bəyin  dəstəsini 
azdırmasaq,  onlar  anamgilə  dinclik  verməyəcəklər.  Həcəri  bu  halda  heç  hara 
tərpədə bilərik. 
 
Nəbinin  hökmü  qəti  idi.  Qaçaqlar,  tez  atlıların  tərkinə  bağladıqları  balaca 
heybədən çəkic, nal, mıx, kəlbətin çıxartdılar. Köməkləşib atları tərsinə nallamağa 
başladılar... 
 
Nəbi səsləndi: 
 
   -Mənim dəstəm hazırdırmı? 
 
   -Hazırıq! 
 
   -Arxamca Araz aşağı!.. 
 
Nəbigil  özlərini  yenidən  daşqın  çaya  vurdular.  Atların  bircə  qulaqları 
görünürdü.  
 
   -Ora baxın, ora, çayın qırağına təzə iz düşüb, özü də at izləridir. 
 
   -Görürük, Nəbi. 
 
   -Bax, Səlim bəy öz dəstəsi ilə indicə o taya addayıb. Rədlərə diqqət edin, 
görürsünüz, hələ rədlərdə  su bulanıqdır. Biz Səlim bəyi yaxşıca azdıracayıq... 
 
Qaçaq Nəbi Araz qırağındakı keçidləri ovçu təki tanıyırdı. Səhədçilərlə ildə 
neçə dəfə atışıb bu taydan-o taya adlardı.  
 
Qaçaqlar  o  taya  keçib  bəylərin  izinə  düşdülər.  Ləpirlər  onları  el  yoluna 
çıxartdı.  At  izləri  tozlu  yolu  naxışlamışdı.  Yol  uzandıqca  ləpirlər  çoxalırdı;  at, 
eşşək, dəvə, camış izləri bir-birinə qarışmışdı. 
 
Nəbi izləri dostlarına göstərib dedi: 
 
   -Bu  izlərdən  Səlim  bəy  nədi, heç  şeytan  da baş  açmaz. Indi atların başını 
geri döndərin! 
 
Qaçaqlar başqa yolla Həcərgilin sığındığı cəzirəyə qayıtdılar. 
 
...Düşmənlər  cəzirəni  dövrəyə  almışdılar.  Lakin  onlar  qaçaqların  burada 
olmasına inanmırdılar.  
 
Həcərin  vəziyyəti  daha  da  ağırlaşmışdı.  Azad  olmasına  az  qalırdı.  Araz 
cəzirəni çəkmirə-çəmkirə çeynəyir, dağıdırdı. 
 
Səlim  bəyin  atlıları qamışlıqdakı  vəhşi  çöl  donuzlarına dönmüşdülər. Onlar 
Araz sahillərini dolaşır, ilğınlıqlarda, civilliklərdə qaçaqları axtarırdılar. Itli-pişikli 
kazaklar, sərhədçilər bəylərə qarışmışdı. 
 
Səlim bəy çətinə düşdüyündən sərhədçilərin başçısından məsləhət istəyirdi: 
 
   -Cənab  kapitan,  Siz  bu  yerlərə  yaxşı  bələdsiniz,  bu  qaçaqlar  harda 
gizlənmiş olarlar? 
 
   -Naçalnik,  sizinlə  gəzməmiş  yer  qoymamışıq.  Çox  qəribədir,  elə  bil 
qaçaqların hamısı Araza tökülüb. 
 
   -Yox, cənab kapitan, iti sel aparmaz. Bir vaxt bizim bəylər söz çıxarmışdı 
ki,  İrandan  qaçaq  mal  gətirən    Qara  Nəbini  də  Araza  vurublar,  meyitini  də  su 
aparıb.  Ancaq  bir  neçə  gündən  sonra  eşitdik  ki,  Qara  Nəbi  xortdayıb...  Qaçaq 


 
99 
Nəbinin  arvadı  ağırayaqdır,  onu  heç  hara  qaçıra  bilməzlər.  Kərbəlayı  Cəfərin 
hesabına görə Həcər bu gün-sabah azad olmalıdır. Necə olursa-olsun Qaçaq Nəbini 
bu gün tutmalıyıq.  Onlar  hökmən  bu  cəzirəliyin  birində  olacaqlar.  Bayaq  izlərini 
yaxşıca tapmışdıq, heyf ki, el yolunda itirdik. 
 
Kapitan quru və rəsmi səslə əlavə etdi: 
 
   -Naçalnik, izlərdən heç baş açmaq olmur. Bir atlı dəstəsi o taydan bu taya 
addayıb, bir atlı dəstəsi də bu taydan o taya. 
 
   -Cənab kapitan, deyəsən, o quldurun hiyləsi bu dəfə baş tutmayacaq. Onun 
bu gün ölümü çatıb. Əgər diri-diri tutulsa, gözündən dirəyə mıxlayacağam. Mayor 
Əliyevin qanına ondan almalıyıq! 
 
Dikburun,  girdəsifət,  soyuqqanlı  kapitan  gördü  ki,  söhbət  uzandıqca  Səlim 
bəy əsəbiləşir. O, əlini çənəsindəki topa, sarı saqqalına toxundururdu, yaşıl gözünü 
döyüb özünü yəhərdə qurutdu: 
 
   -Naçalnik,  axtarışı  davam  etdirmək  lazımdır,  artıq  qan  bədəndən 
çıxmalıdır. 
 
Birdən  atlar  qulaqlarını  şəkləyib  dayandı.  Külək  ipək  qurduna  dönüb 
Həcərin  kəlağayısını  qamışların  tacına  sarıyırdı.  Səlim  bəy  atını  kəlağayıya  tərəf 
sürdü.  O,  minbir  gecə  nağıllarında  xəzinə  üstünə  düşən  quldurlar  təki  sevindi. 
Kəlağayını  başının  üstünə  bayraq  təki  qaldırdı  və  lovğa-lovğa  onu  dostlarına 
göstərdi: 
 
   -Ağalar,  buna  baxın,  arvadının  ləçəyini  saxlaya  bilməyən  bir  kişiyə  nə 
demək olar?! 
 
Hər yandan səslər ucaldı: 
 
   -Qorxaq tülkü! 
 
Kərbəlayı Cəfər ağızdolusu qışqırdı: 
 
   -Binamus! 
 
Səlim  bəy  kəlağayını  büküb  çuxasının  cibinə  qoydu.  Kəlağayı  ləzgi 
Osmanın kürəsindən çıxmış qızmar mis parçasına dönüb onu yandırırdı. Bu yanğın 
ona  istər-istəməz  Gəyən  düzündəki  əhvalatı  xatırladırdı.  Nəbiyə  o  zaman  dediyi 
sözləri yadına salırdı: “Bu, namərdlik oldu, qəfildən üstümüzə hücum etdiniz, biz 
yenə də görüşəcəyik”. Bax, indi biz, doğrudan da görüşürük”. 
 
Gölməçələri  naxışlamış  at  ləpirləri  Səlim  bəyi  bu  fikrindən  ayırdı...  “İzi 
yenə-tapdıq! Onlar burdan keçiblər!” bəy atdan sıçrayıb gözünü ləpirlərə zillədi.  
 
   -Ağalar, bu izlərə diqqətlə baxın! O kafirlər burdan indicə keçiblər. Onlar 
elə  bilirlər  ki,  biz  çörəyi    qulağımızın  dibinə  yeyirik.  Daha  bizə  hiylə  gələ 
bilməzlər, hələ gölməçənin suyu durulmayıb. 
 
Bəylər  atdan  tökülüşüb  izlərə  diqqət  yetirdilər.  Elə  bil  onlar  burada  Həcər 
xanımın nişan üzüyünü axtarırdılar. Məmməd bəy dizini yerə qoyub izlərin arasını 
qarışlayırdı.  
 
   -Naçalnik,  bir  bura  diqət  elə,  gör  neçə  qarışdır.  Düz  on  qarış...  Siz  düz 
tapmısınız, burdan Bozat keçib. 
 
Tərsinə  nallanmış  atlar  bəyləri  yaman  çaşdırmışdı.  Məmməd  bəy  yenə 
pulsuz vəkillər kimi danışırdı: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə