Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə43/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   39   40   41   42   43   44   45   46   ...   101

 
90 
ÇAVUġ YAXALANDI 
 
Həcər atlıları görəndə dikəldi, tüfəngini ayağa çəkdi: 
“Yox, burda bir kələk var. Bu gələnlər yəqin Səlim bəyin adamlarıdır. Görünür, bu 
dəvəçiləri  bizi  aldatmaq  üçün  göndərib.  Bu  azğın  bəyin  bicliyindən  baş  açmaq 
olmur. Qoy gəlsinlər qurddan qorxan qoyun saxlamaz! Onsuz da yaranan bir dəfə 
öləcək!”  Həcər  xəncərini  bir  balaca  yana  itələdi,  patrondaşlarını  nizama  saldı, 
yaxınlaşan atlılara dört gözlə baxdı. 
Həcərgilin  durduğu  yer  hündür  olduğundan  təpədən  aşan  adamların  hamısı  aydın 
görünürdü. 
Atlılardan biri yoldan kənara çıxdı. Təzə boğulmuş xam ürkə sahibini meşəyə 
tərəf qaçırırdı. “Odur, atamdır! Özüdür ki var bizi çöllərə salan atam indi də Səlim 
bəyin dəstəsinə qoşulub üstümüzə gəlir... O mənim atamdır, doğma atam! Atamın 
haqqı  üstümdə  çoxdur.  O  məni  elə  əzizləyirdi  ki...  hər  axşam  gəlib  məni  Gözəl 
xalanın  qucağından  güclə  qoparardı:  “Mənim  qızım  burda  rahat  yata  bilməz”,- 
deyərdi.  O  zaman  Gözəl  xala  bizı  min  bir  gecə  nağılları  danışırdı.  Nəbi  isə  israr 
edirdi. “Bax ana, Koroğludan da deyəcəksən ha!.. Keçəl Həmzə necə biclik elədi, 
Qıratı necə oğurladı bəs Koroğlu Nigar xanımı İstanbuldan necə qaçırdı?”. Biz o 
zaman  qız  qaçırmağın  mənasını  yaxşı  başa  düşməzdik.  Indi  Nəbi  məni  götürüb 
Süsən  meşəsinə  qaçdı...  Səlim  bəy  Həsən  xan  kimi  üstümüzə  yenə  qoşun  çəkib, 
atamı da öz dəstəsinə qoşub. Görək axırı necə olacaq. 
Deyirlər bəzi insanların gözündə sehirli güzgü var. Bu güzgü Nəbinin Aynalısı 
təki hədəfi çox uzaqdan yaxına çəkə bilir. Indi də Xanalının kinlə dolu qara sifəti 
gəlib  qızın  gözünün  önündə  dayanmışdı.  O,  Həcərə  nifrətlə,  qəzəblə  baxırdı.  Bu 
kinli  baxışda  təəssüf  vardı:  “Gör  kimə  qoşulmusan,  meşə  qulduruna!  Mən  sənə 
qarğımışam.  Öləndə  də  sənin  günahından  keçməyəcəyəm!  Atamın  goruna  and 
içirəm ki, keçməyəcəyəm! Sən mənim papağımı el içində yerə soxmusan! 
Lakin  Həcər  atasını  ürəyindən  çıxarmaq  istəmirdi.  Dünən  atamı  yuxuda 
görmüşəm. Gördüm ki, Məmmədi  evləndirir. Yazı düzündə cıdıra çıxmışıq. Nəbi 
də  ordadır.  Bozatını    oynadır.  Yuxum  çin  oldu...  o  gün  Nəbi  atamın  dalınca 
danışırdı. O, nə deyir desin, mən atamı çox istəyirəm. Onu o qədər incitmişəm ki... 
Atam məni xoşbəxt eləmək istəyirdi. Çəmənyurda köçəndə məni anamın tərkindən 
alıb  öz  boynuna  mindirərdi.  Sıldırım  yoxuşlarında  özü  çıxarardı.  Qorxardı  ki,  at 
uçar, mən ölərəm. Istəyirdim düşüb yeriyəm, atam qoymazdı. Deyərdi ki, ayağına 
daş dəyər, dağ yollarında çarpanaq daş çoxdur. Eh, hanı o qayğısız uşaqlıq illəri! 
Atlılardan  biri  təkə  kimi  qabağı  çəkirdi.  O,  əlindəki  uzun  saplı  yaşıl  bayrağı 
başının  üstünə  qaldırmışdı.  Arabir  dabanı  ilə  atın  böyrünü  deşirdi.  Mehdi 
qardaşının əl-ayaq tərpətmədiyinə dözməyib dilləndi:  
-
 
Nəbi  nəyi  gözləyirik?  Icazə  ver  onların  qabağını  kəsək.    Az  qalıblar  bizə 
çatsınlar. 
Nəbi arxayın səslə: 
-
 
Mehdi,  -  dedi,  -  biz  burdayıq.  Sən  qaçıb  Karapetlə  Məhərrəmə  xəbər  ver. 
Dəstəni  götürüb  gələnlərin  arxasına  keçin,  qoymayın  bir  nəfər  də  qaçsın. 
Görək bunlar kimdilər, hara gedirlər? 


 
91 
Mehdi  civə  təki  diyirlənib  meşədə  yoxa  çıxdı.  Dəvəçilərin  donları  hələ  də 
açılmamışdı,  nərlər  isə  öz  işində  idi:  kövşək  çala-çala  sallaq  dodaqlarından 
ağızlarının köpüyünü axıdırdı 
Həcər biz az bundan əvvəl tüfənginə dirənib qəddini düzəldən halsız gəlin deyildi, 
o, pusquda dayanan aslana oxşayırdı. 
-
 
Nəbi bunlar yəqin Səlim bəyin adamlarıdır... 
-
 
Əzizim sən heç narahat olma, Mehdigil indi çoxdan onların arxasını kəsiblər. 
Gələnlərin sayına baxma. Gəyən düzündə neçə yüz atlı vardı, axırı nə oldu? 
Nəbi toxtaq danışığı ilə Həcərin həyəcanını yatırtdı. 
Dəvəçilər  pıç-pıça  başlamışdılar.  Nəbigilin  söhbəti  onların  eynəsini  açmışdı. 
Yastıburun qoca Nərcə əlini çənəsinə aparıb gülümsəyirdi. 
-
 
Saqqalım yoxdur, sözüm keçmir. Görüdünüz qaçaq Nəbidir?! 
-
 
Afərin sənin zəndinə! 
-
 
Yaxşı elədik yolda Səlim bəyi aldatdıq.indi bəy öz dəstəsi ilə Qaçaq Nəbini 
Qıraxtində axtarır. 
-
 
Dəvəçilərin  dediklərini  özlərindən  başqa  heç  kəs  eşitmirdi.  Onlar  Çovuşun 
gəldiyini görəndə daha da ürəkləndilər... 
Çovuş  Kərbəlayı  Pirverdi  köhlənini  çatladırdı.  Əlindəki  yaşıl  bayrağı  Kərbəla 
yoluna  tərəf  qaldırıb  kiminsə  arxasınca  donquldanırdı.  Nəbi  yaxınlaşan  Çovuşu 
dərhal tanıdı. Hər şey indi Nəbiyə aydın oldu. Nəbi gülə-gülə Həcərdən soruşdu: 
-
 
Əzizim bilirsən bu Çovuş hansı yuvanın quşudur? 
-
 
Yox bilmirəm. 
-
 
Çovuş  Kərbəlayı  Pirverdinin  əsli  iranlıdır.  Gecənin  bu  vaxtı  şeytana  rast 
gəlmək  istərdim,  ona  yox.  Dərvişin  ölümünü  Topalla  uydurub  nahaqdan 
mənim üstümə yaxanlardan bir də bu idi...  Bu hiyləgər Çovuş sənin atanın 
yaxın dostudur, yəqin atanı da Kərbəlaya ziyarətə aparır. 
-
 
Ola bilər. Atamı bəyağ bu atlıların içində gördüm. 
Çovuş cilovu düz Nəbigilin yanında yığdı: 
-
 
Bu nə oyundur?! –Çovuş tərs-tərs gah Nəbiyə, gah da dəvəçilərə baxırdı. – 
Sizi niyə saxlayıblar? 
Çovuş  yerə-göyə  sığmırdı.    Gümüş  qaşlı  yumşaq  yəhərdə  yanpörtü  oturub  sanki 
ona  hünər  verən  bayrağı  başının  üstünə  qaldırmışdı.  Qırmızı  saqqalı  uzanıb 
sinəsinə  yayılmışdı.  Qara  çuxasının  ətəkləri  aşağı  sallanıb  leylək  qılçalarını 
örtmüşdü. O, dəvəçilərin məlul-müşkül görkəmindən anlamışdı ki, iş nə yerdədir. 
Atlılar  gəlib çatanda Çovuş  lovğalandı.  Özünü zəvvarların  yanında daha  zabitəli, 
daha zorlu göstərmək məqsədilə dilini itiləyib Nəbigilin üstə düşdü: 
-
 
Bu  kafirlərin  bir  cəsarətinə  baxın?!  Indi  də  görün  haralara  əl  atırlar?!  Elə 
bilirlər ki, mən də onlara dərvişzadam. Daha bilmirlər ki, müqəddəs Kərbəla 
yolunun qabağını kəsənlərin başını kəsərlər! 
Həcər Nəbiyə gözucu baxıb astadan dedi: 
-
 
bu yaman, baş aparır. 
-
 
Əzizim,  qoy  görək  axırı  necə  olur?  Bu  Lotu  Kərimin  ayısı  təki  hələ  min 
oyun  çıxaracaq.  Yaman  pulgir  adamadır.  Əlacı  olsa,  atasının  dişlərini  də 
çıxartdırıb  satar...  qaçaqlar  zəvvarları  bir  yerə  komaladılar.  Lakin  heç  kəs 
onlara  Nəbinin  qorxusundan  dirsək  görsətməyə  cəsarət  etmirdi.  Çovuş 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə