Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə40/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   36   37   38   39   40   41   42   43   ...   101

 
84 
qoca  kimi  titrəyirdi.  Tufan  pəncəsinə  keçən  zərif  çiçəkləri  qoparıb  uzaqlara 
qaçırırdı.  Tərəkəmə  dəyələrinin  kəmərini  soyundurub  gecələri  havada  uçurur, 
alaçıqların çubuqlarını qoparırdı. Dənini başına yığan dəniz zəmilər torpağa lay-lay 
yatır,  halay-halay  qalxırdı.  Sel  get-gedə  bağ-bostanlara  cumur,  bəndləri-bərələri 
dağıdır, Həkəri və Bərgüşad çaylarını coşdururdu. 
 
Sel  kəndin  ucar  daxmalarını  daha  bərk  qapazlayırdı.  Nəbigilin  evi  qorxu 
altında idi. Iri dolular bacadan tökülüb onların ocağını söndürmüşdü. Damda zəif 
çıraq yanırdı. Alo sevinclə yatağında uzanıb bacadan  xırıldayan buludlara baxırdı. 
 
   -Tök, başına dönüm tök! Səlim bəyin toyunu yasa döndər! 
 
Gözəl yorğanı ərinin sinəsinə çəkib gülə-gülə dedi: 
 
   -Üstünü  ört,  a  kişi,  tufandır...      Görürsən  də,  bizim  də  allahımız  var.  Elə 
hey  deyirdin  ki,  hər  şey  bitdi,  tifaqımız  dağıldı.  Səlim  bəy  Həcəri  sabah  Şuşaya 
aparacaqdı, bəs nə oldu? O şam ki haxdan yanır, bad ilə sönməz. Deyirdin, Topal 
Mehdini Sibirə göndərəcək, Nəbini də tutub asacaq. Bəs nə oldu, hə? Allah bizim 
tərəfimizdədir,  a  kişi,  bizim!buynuzlu  qoçun  qisası  buynuzsuzda  qalmaz.  Allah 
mən deyəni eləsin, ala keçini qurban kəsdirib ətini  yeddi evə paylayacağam. 
 
   -Qurban kəs, ay arvad, bu tufan bizim xeyrimizədir. 
 
Şimşək arabir damın bacası üstündə çaxmaq çalırdı.  
 
   -Ora bax, a kişi! 
 
   -Görürəm,  Gözəl,  görürəm.  Bu  işıq  haxdan  gəlir.  Bu  tufan  Səlim    bəyin 
toyunu yasa döndərəcək.  
 
Gözəl uşaq kimi sevinirdi: 
 
   -A  kişi  mıxı  mismar  eləyən  allah  var,  hələ  çox  işlər  olacaq.  Topal  bu 
tufanda  papağını  başında  güclə  saxlayır.  Gör  harasıdır  ki,  yolağının  ağzındakı, 
baltanı sındıran bədheybət  qarağac götüyunun  dibini sel olub. Az qalıb aparsın. 
Xəstə  olmasaydın  fürsətdi,  köməkləşib  onu  yıxardıq  selin  ağzına,  təkcə  gücüm 
çatmadı. 
 
   -Darıxma, ay arvad qoy bir bu yataqdan qalxım, mən bilirəm neyləyəcəm. 
Yaxşı  ki,  belimi  küpələdin.  Yoxsa  səsim  indi  gordan  gəlirdi.  Səlim  bəyin  bu 
tufanını görməmiş ölsəydim qəbrim çatlardı.  
 
Qapının  dabanı  cırıldadı.  Külək  içəri  soxuldu.  əynində  qara  kürk  olan 
xəncərli, tüfəngli bir oğlan qapını basıb küləyin nəfəsini kəsdi. “Gecənin bu vaxtı 
gələn kim ola!”  Gözəl qalxıb çırağı ona tərəf tutdu: 
 
   -Bıy,  Karapet,  sənsən?!  –  Gözəl  yaşmağı  ilə  çənəsinin  çapığını  örtdü.  – 
Nəbinin canı haqqı, bir az bundan əvvəl sizdən danışırdıq... 
 
Alo dirçəldi: 
 
   -Bir yaxın gəl görüm, ay kirvə, - deyib dirsəkləndi, yerinin içində oturdu. 
Kişi fərəhindən bilmirdi ki, nə etsin. O, əli əsə-əsə Karapetin qolundan tutub düz 
yastığın böyrünə çəkdi.  
 
   -Xoş gəlibsən, ay kirvə, bax, burda, yanımda otur, gözümün qabağında. 
 
Karapet saçaqlı papağının suyunu silkib başına qoydu.  
 
   -Alo kibrə, yorğan-döşəyini isladaram, üst-başım su içindədir. 
 
   -Eybi  yoxdur,  kirvə,  səni  gördüm  ağrım-zadım  yadımdan  çıxdı.  Otur.  Nə 
yaxşı gəldin ay bala, uşaqlardan nə xəbər... 


 
85 
 
   -Alo  kibrə,  hamısı  sağ-salamatdır,  nigaran  qalma.  Sağ  olsun  Həcəri,  o 
olmasaydı, Topal bizi bu mahaldan ilim-ilim itirmişdi.  
 
Karapet getməyə tələsirdi. Gecə ikən Həcərin samanlıqda gizlətdiyi silahları, 
patrondaşları  qaçaqlara  çatdırmalı  idi.  Dostları  Nəbini  papaqlı  qayada 
gözləyəcəkdilər.  Bu  tufanlı  gecədə  hər  bir  dəqiqə  qaçaqlar  üçün  qiymətli  idi. 
Karapet alonun əlini sıxıb ayağa qalxdı.  
 
   -Kibrə, məni gözləyirlər, sonra hamısını sənə danışaram.  
 
Alo  istədi  yatağından  qalxıb  qonağını  yola  salsın.  Lakin  Karapet  onun 
qolundan yapışıb usulluca oturtdu: 
 
   -Xəstəsən, Alo kibrə, sən məzhəb, tərpənmə. 
 
   -Oğlum,  Karapet,  gərək  sənə  qoyun  kəsəydim.  Sən  Kinikor  kirvənin 
yadigarısan.  Özün  də  ağır  gündə  mənə  baş  çəkməyə  gəlmisən  Dağılsın  belə 
zəmanəni. Rəhmətlik atam həmişə dərd ona üz verəndə oxuyardı: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zamana, ay zamana, 
 
 
 
 
 
 
Oxu qoydum kaman. 
 
 
 
 
 
 
Eşşəklər arpa yeyir, 
 
 
 
 
 
 
At həsrətdir samana. 
 
 
  
Karapet gülümsünüb: 
 
   -Salamat qal, - dedi. 
 
Karapet  Gözəllə  samanlığa  getdi.  Gözəl  əlində  çıraq  küncdə  dayandı. 
Karapet isə samanı eşib Həcərin gizlətdiyi silahları bir-bir çıxartdı.  
 
   -Karapet,  bala, gözdə-qulaqda  olun,  Həcər  xəbər  göndərib  ki,  tufan  kəssə 
Səlim bəy sübhdən onu Şuşa qalasına aparacaq. Özünün də beş yüzdən çox  atlısı 
var. Elə edin düşmənin yanında xar olmayaq.  
 
   -Gözəl  kibrə  narahat  olma,  bəs  bu  tufanda  bura  niyə  gəlmişəm?!  Bizə 
çoxlu silah lazımdır, silah! Hər şeyi ölçüb-biçmişik.  
 
Onlar  silahları  həyətə  daşıdılar.  Külək  qoz  boyda  doluları  Gözəlin  baş-
gözünə  qırmalar  təki  səpirdi.  Qurumuş  iydə  ağacının  dibindən  qalxan  adamları 
görəndə Gözəlin  ürəyi qopdu: 
 
   -Bunlar kimdir? Karapet, oğull... 
 
   -Narahat olma, kibrə, bizimkilərdir mənə köməyə gəliblər. 
 
SƏLĠM BƏYĠN TOYU YASA DÖNDÜ 
 
 
Nəbi  həyatını  göylərə  tapşırmışdı.  Bəlkə  də  o  vaxtacan  dünyada  heç  kəs 
cəsarət edib özünü belə hündür qayadan atmamışdı. O, Bərgüşad çayına dik, ayaq 
üstə  düşdü.  Çay  yatağından  çıxmışdı.  Təpə  boyda  dalğalar  cəsur  dağ  qartalını 
qanadına almışdı.  Güllələr onun başına səpələnirdi. 
 
Bəylər  nə  edəcəklərinə  bilmirdilər.  Kərbəlayı  Cəfər  dili  tutulmuş  adamlar 
kimi əl-qolu ilə danışırdı: 
 
  -Məmməd bəy, görəsən, bu dərədən bizi külləyə tutan kimdir? 
 
   -Kərbəlayı, tərəkəmə atlılarıdır, onlar da bizə bəla kəsiliblər.  
 
   -Ax!.. Köpək uşaqlarını it kimi qıracağam!  Heyf, Nəbini qaçırdıq.  


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə