Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə37/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

 
78 
gələcək. O gəlməmiş gərək biyara gedənlərin hamısını gecə ikən yola salaq 
getsin. Camaatı ləngitmə, Gorusa yol çəkilir, bu qış ordasan. 
Gözəlin  dişləri  bağırsağını  kəsirdi,  az  qalırdı  qanlı  ülgücünü    onların  qarnına 
soxsun. Alo taqətsiz halda zarıyırdı: 
-
 
Ay  Gözəl, ciyərim od tutub... mənə bir qurtum su. 
-
 
Su olmaz! 
Gözəl damın dirəyindən asdığı balaca ağ torbanı aldı. Torbadan bir ovuc kəklikotu 
götürüb ocaqda qaynayan qulplu sınıq qara aftafaya atdı... 
Alonun  sifəti  qarlı  çöllərə  oxşayırdı,  o,  güclə  udqunurdu.  Heyi  olsaydı  pərvana 
keçirdiyi  orağı  qapıb  bəylərin  boynunu  üzərdi.  Gözəlin  hıçqırığını  eşidəndə  ona 
sanki  haradansa  qüvvə  gəldi.  Yerin  içində  oturub  yanındakı  küpələrdən  birini 
götürdü: 
-
 
çıxın evimdən azğınlar! Arvadı niyə itələyib ocağa yıxırsınız?! Bizi yiyəsiz 
görmüsünüz?! Ilan ulduz görməyəndə ölməz! Qoy Nəbi gəlib çıxsın... 
Kərbəlayı Cəfər Alonun qulağından tutub dartdı: 
-
 
Kəs  səsini,  heyvan!  Qulağını  küçük  qulağı  təki  çıxararam!  Bilirəm,  səni 
qudurdan Nəbidir! Sənin o qoduğunun kəlləsini torpağa basdırmasam, onda 
atam Məşədi Allahqulunun oğlu deyiləm. 
-
 
Burax qulağımı! 
Gözəl var gücü ilə Topalı itələdi: 
-
 
A kişi sən nə qayırırsan?! Sən Dağyunisdən də zalım imişsən! 
Gözəl ərinin söykəyinə girdi. Alo gücünü toplayıb ürəyini boşaldırdı: 
-
 
Barı göydəki allahdan qorxun! Bu zülm heç vaxt yerdə qalmaz! 
-
 
Sus dedim, başından yekə danışma! 
Elə  bu  zaman  həyətdən  səs  eşidildi.  Gələn  Qaçaq  Nəbi  idi.  O,  atını  eyvanın 
dirəyinə bağlayıb qapını açdı: 
-
 
Ax yaramaz!... 
-
 
Kərbəlayı Cəfər yaralı qaban təki bağırıb xəncəri Nəbiyə ox kimi atdı. Nəbi 
cəld başını yana əydi. Xəncər qapıya sancıldı. 
“Bu mənə əl qaldırıb?!  Bu mənə keçəl deyib?!”- Ala Mahmud bəy əlində xəncər 
Nəbinin üstünə cumdu. Gecikmişdi. Aynalı onun kəlləsinə tuşlanmışdı. 
-
 
At yerə!... 
-
 
Oğul sən allah evə qan salma! 
Gözəl ləçəyini oğlunun qabağına atmasaydı, Nəbi onların ikisinin də “o dünyaya” 
göndərərdi. Alo sevincindənmi yoxsa qorxudanmı bayılmışdı. 
Qaçaq Nəbi Kərbəlayı Cəfərlə Ala Mahmud bəyin boğazına kəndir keçirib onları 
keçilərin yanına bağladı. 
-
 
Sizin yeriniz buradır, alçaqlar! 
Nəbi həmin gecə biyara aparılan kəndliləri dağıtdı. Kərbəlayı Cəfərin malikanəsinə 
od vurdu... 
Ay bulduların arasından sıyrılıb çıxdıqca ətraf aydınlaşırdı. Qaçaq Nəbi Topdaşdan 
aşarkən geri qanrılıb həsrətlə doğma kəndlərinə baxdı. Həcərgilin həyətindən səs-
küy gəlirdi. Evlərinin işığı sönmüşdü. Camaat yenə çığırışır, itlər ağız-ağıza verb 
ulaşır,  qoyun-quzu  mələşirdi.  Arabir  güllə  atılırdı.  Qaranlıqda  Kərbəlayı  Cəfərin  
ikimərtəbəli malikanəsi çırtaçırt alovlanırdı. Ev yandıqca Nəbinin odlanan qəlbinə 


 
79 
sanki  Çəmənyurdun  sərin  bulaqları  axırdı.  Qəmər  day  başını  qaldırıb  sahibinin 
köksünə  söykəmişdi.  Nəbi  cilovu  Qaroun    dərisinə  döndərəndə  əli  atın  gümüşü 
yalına toxundu: “Bu isti nədi?! Qan! Kaş güllə mənə dəyəydi!...”  
Ev-eşiyi  külə  dönmüş  Kərbəlayı  Cəfər  yaralı  ilan  kimi  gecə-gündüz  Qaradağ, 
Zəngəzur, Naxçıvan dağlarında sürünür Nəbini axtarırdı. 
“- Dünən burda idi, addadı Ordubad tərəfə”. 
“- Araz qırağında görüblər”. 
“- Deyəsən, Ərzəqayaya sarı keçib. Orda camaatın ərzəsinə baxacaq”. 
“-  Qaçaq  Nəbi  bu  tayda  nə  qayırır.  Arazdan  addayıb  o  taya.  Neçə  gündür 
Kəleybərdən  Bəzz  qalasına  tərəf  keçərkən  Çer  Əhməd  xan  sərbazları  ilə  onun 
qabağını kəsib. Neçə saat atışıblar. Axırda Çer başını götürüb güclə qaçıb”. 
Camaat  qəsdən  Qaçaq  Nəbinin  yerini  düz  demir,  divanı  aldadırdı.  Pristavlar, 
bəylər  dırnaqlarının  dibinə  qədər  silahlanıb,  Səlim  bəyin  tapşırığı  ilə  Kərbəlayı 
Cəfərin  ardınca  aləmi  dolaşır,  dağ  keçilərinin  keçə  bilmədiyi  sərt  qayalara 
dırmaşırdılar. Neçə baş birdən qar basmış köhnə qoyun  yatağına soxulurdu, neçə 
baş  birdən  sönmüş  əhəng  quyusuna  sallanırdı,  neçə  baş  birdən  dibsiz  ayı 
mağarasına  uzanırdı.  Bəylər  yaxşı  bilirdilər  ki,  Nəbi  şil-küt  edilmiş  atasını  can 
üstündə  qoyub  uzaq  səfərə  getməz,  o  harda  olursa-olsun  xəstəyə  baş  çəkməyə 
gələcək.  Bəylər  Mollu  kəndində,  Kərbəlayı  Cəfərin  fitvası  ilə  kahada  ac-susuz 
saxlanılan  dustaqlara  işgəncə  verirdilər.  Həcər  gecələr  Mehdigilə  çörək  ,  su 
göndərməsəydi yazıqlar çoxdan ölərdilər.  
Molla Əhmədin isə gəlhagəli idi. O, Kərbəlayı Cəfərdən də, Xanalıdan da erkək 
alıb  Nəbiyə  cadu  eləyirdi.  “Nəbini  cin  kimi  yığmışam  düdüyə.  Daha  qaçası  yeri 
yoxdur!” 
Molla,  Gözəldən  də  toyuq-cücə  qoparıb  qaçağa  xeyir  duası  yazırdı:  “ya  qolsuz 
Əbülfəzlabbas,  ya  on  iki  imam  ya  bütün  dünyanı  yoxdan  xəlq  eləyən  allah!  Sən 
Nəbiyə yar ol, düşmənin əl-qolunu bağla”. 
Həcər  Nəbi  qaçaq  düşəndən  sonra  kənd  arasına  çıxa  bilmirdi,  göz  dustağı 
olmuşdu. Səlim bəyin elçiləri son dəfə gələndə Həcər qəti demişdi: “Ata, ölsəm də 
Səlim bəyə getməyəcəyəm!” 
Xanalının çox şeydən xəbəri yox idi. O bilmirdi ki, qızı gecələr Nəbi ilə görüşür... 
Kərbəlayı  Cəfərlə  Məmməd  bəy  məxmər  döşəkçələrin  üstündə  bardaş  qurmuşdu. 
Molla Əhməd isə mütəkkəyə dirsəklənib əlindəki uzun təsbehini dua oxuya-oxuya 
çəkirdi. Qabdakı kişmişi, qoz-fındıq ləpəsini elə bil heç kəs görmürdü. Birdən qapı 
açıldı. Xanalı içəri girən kimi Məmməd bəy ayağa qalxıb onun əlindən yapışdı: 
-
 
Əşi, hardasan, gəl çıx də!.. Keç Kərbəlayının böyründə əyləş. 
-
 
Xanalı  başmağını  qapının  ağzında  cütlədi.  Hamı  ilə  görüşdükdən  sonra 
papağının suyunu silkib yenidən başına qoydu. 
-
 
Yaman yağır, kürdaş düşməsə yaxşıdır. 
Xanalı  bəylə  üzbəüz  bardaş  qurdu.  Məmməd  bəy  açıq  qapıdan  həyətə  boylandı. 
Yaz yağışını tutub göyə çıxmaq olardı. Həyət-bacadan sel axırdı. Bəy hirslə qapını 
çırpıb əvvəlki yerində əyləşdi. 
Xanalının  sifəti  avazımışdı.  Oturuşundan,  hərəkətindən,  söhbətindən  çox  zəngin 
görünürdü. Gözlərinin torbalanmış altına elə bil qara çəkmişdilər. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə