Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə33/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

 
69 
qarı  eşib  körpə  cücərtiləri  yoxlayır...  “Şaxtanı  allah  vurub,  bu  torpağın 
toxumuna gücü çatar?”  Qar əkini dövrələyən çəpəri yatırıb. Alo üçqulaq yabası 
ilə  çəpərin  tikanını  qaldırır.  Kişidə  həvəsə  bir  bax!  Haradansa  səs  gəlir.  Alo 
devikir. Bir neçə oğlan yalın başında durub Alonu səsləyir: 
-
 
Gözlə, gözlədir! Gözlə gözlədir! 
-
 
“Bizim  Gözəli  çağıran  kimdir?”  Alo  öz  sualına    özü  cavab  verir:  “Odur, 
cavanlar  kəklik  ovuna  çıxıblar.  Qar  bərk  gəlib,  belə  tufanda  kəkliyi  ki  iki 
qanad uçurtdun, sənindir. Kəkliklər düz üstümə gəlir. Qoy gəlsinlər, mənim 
bəxtim açılıb. Bəlkə tutdum”. 
Bir  dəstə  kəklik  pırıltı  ilə  zəminin  çəpərinə  tökülür.-  Alo  üçqulaq    yabası  ilə 
çəpərdə dolaşan gözəl kəkliklərin üstünə atılır. Heydən düşmüş kəkliklər qaça 
bilmir.  Alo  ikisini  tutub    qoynuna  salır.  “Allah  yetirir-mənim  qismətimdir, 
Gözəl axşam dadlı bir plov bişirər”. 
Cavanlar özlərini hövlnak ov yerinə çatdırıb, çəpəri basırlar, keçirlər... Alonun 
ürəyində onlara acığı tutur: 
“Bunlar hardan gəldilər? Gərək çəpəri  təzədən düzəldəm”. 
Bahardır...  Daşlar  az  qalıb  çiçək  aça.  Zəmilər  göyərib,  Quşlar  cük-cük 
cükküldəşirlər.  Atlı  qarışqalar  özündən  yekə  çəyirtkə  budlarını  yuvalarına 
daşıyır. Sərçələr böcəkləri əsir edir. Bütün canlılar öz balası üçün yem daşıyır. 
Alo  yenə  əlində  üçqulaq  yabası  zəmini  gəzir.  Orda-burda  gözünə  dəyən  siçan 
yuvalarını  ayağı  ilə  tapdalayır.  Alaq  otlarını  çıxarıb  atır,  əyilib  buğumlanan 
zəmini  qarışı  ilə  ölçür.  “Düz  iki  qarış.  Qoy  hava  bir  az  isinsin,  buranın  taxılı 
atlıya  boy  verməyəcək.  Özü  də  qaraqılçıq  toxumudur...    Çoxdandı  sütül 
ütmürəm. Sağlıq olsun, sünbüllər saralanda gərək sütül ütəm. Bəlkə elə xırmanı 
Yazıda salım hə? Bir o qədər dərzi kəndə gecə daşıyaram!... Bizim qızıl düyəni 
də  vələ  qoşarıq,    İsmayılın  təkbuynuz  camışını  da.  Tökülüb  zəmini  biçərik, 
bəlkə heç Zeyvədən biçinçi çağırtdırmadım. Bir də axı artıq taxılımı niyə ona-
buna  verim?!  Gözələ  deyəcəyəm  ki,  taxılımızın  siftəsindən  bir  təhnə  yuxa 
bişirsin, axşama da bir xaşıl çalsın”. 
Alo gecə, uşaqlar yatanda arvadı ilə məsləhətləşir: 
-
 
Gəlsənə, ay Gözəl Xanalıgilə yenə elçi göndərək. 
-
 
A kişi Xanalının xasiyyətinə bələd deyilsən?! Yenə toy xərci istəyəcək də! 
Keçən ildən bəri varlanmamışıq ki!.. 
-
 
Niyə  varlanmamışıq  ay  arvad,  bu  il  azı  yüz  pud  taxılımız  olacaq.  Yarısı 
İsmayılın,  yarısı  bizim.  Hələ  istəyirəm  iydənin  böyründə  bir  balaca  taxıl 
quyusu  da  qazam.  Peşğurt  zamanı  taxıl  baha  qiymətə  gedir.  Satıb  Nəbinin 
toy xərcini düzəldərik. 
Gözəl susur, Alo isə ürəyində Nəbiyə toy edir. Şuşanın ən məşhur xanəndəsi 
Hacı  Hüsünü,  Göyçəli  Aşıq  Ələsgəri  oğlunun  toyuna  çağırıb...  Zurnaçılar 
cəngi  çalır.  Alo  da,  İsmayıl  da  yalli  gedənlərə  qoşulur.  Yallıbaşı  bir  göz 
qırpımında xəncərin qınından çəkib göyə qaldırır... İsmayıl gecikir, yallıbaşı 
onu  çubuqla  vurur:  “Hanı  xəncərin  ?”    İsmayıl  əl-qolu  ilə  baş-gözünü 
qoruyur və bərkdən çığırır... 


 
70 
Alonu bu xəyaldan qarğaların qarıltısı ayıltdı. O dikəlib ətrafa göz gəzdirdi. 
Nəbigil cütü dayandırıb Qəzyandan gələn yola tərəf baxırdılar. Alonu qorxu 
bürüdü:  “Qarğalar niyə belə şivən qoparır?!  Allah özü xeyir eləsin!... 
 
 
ĠSMAYILI QOLU BAĞLI GƏTĠRĠRLƏR 
 
Qəzyandan  Yazıya  gələn  yolda  iki  silahlı  atlı  görünürdü.  Atlılar  İsmayılın 
qollarını bağlayıb döyə-döyə gətirirdilər. 
Ismayıl qamçı altında qalsa da, dil altında qalmırdı: 
-
 
Heç olmasa, allahdan qorxun! 
-
 
Qoca  kaftar,  sən  başqasının  torpağını  əkəndə  allahdan  qorxurdun  ki  bizdə 
qorxaq?! 
Atlılar  İsmayılın  çiynindəki  xurcunu  bir  neçə  yerdən  xəncərlə  deşmişdilər. 
toxum yollara səpələnirdi.. 
Alo üçqulaq yabasını qapıb yerindən dəli kimi qalxdı 
-
 
Mehdi, mən getdim! 
Nəbinin  qaşının  üstündəki  çapıqdan  sanki  qan  sızacaqdı.  O,  cəld  Qəmərin 
belinə qalxdı.. mehdi düsəri götürdü. Alo qışqırdı: 
-
 
Tez ol Mehdi, Nəbinin əlindən xata çıxar! 
Nəbi atlıların üstünə şığıdı. Aynalının qundağı ilə vurub ikisini də atdan saldı. 
-
 
Məlunlar, bu kişinin günahı nədir? Niyə onu döyürsünüz?! 
Kənxudalar  qırğı  görmüş  sərçələr  təki  qaçıb  özlərini  qaratikanlığa  saldılar. Bu 
anda  nal  cingiltisi  eşidildi.  Kərbəlayı  Cəfər  bir  dəstə  sialhlı  atlı  ilə  daşların 
dalından  çıxıb  Nəbinin  üstünə  cumdu...  şallaq,  yumruq,  dürtmə,  sillə  davası 
başlandı...  Kərbəlayının qamçısı qan içində idi. 
-
 
Sizə kimdir dil verən, göstərin onun dilini kürəyindən çıxaraq! 
Molluda ayağı yer tutmayan qarılar belə, ulağa minib Yazıya çıxmışdılar. Həcər 
arvadları  gəlinləri  qızları  başına  toplamışdı.  Daş,  kəsək,  ağac,  kimin  əlinə  nə 
keçmişdisə götürmüşdü. 
-
 
Bacılar  Nəbi burdadır, qorxmayın! Burun azğınları!  
Nəbi  dövrəsinə  göz  gəzdirdi.  Atası  Alonun,  qardaşı  Mehdinin,  Məhərrəmin 
qəzəbli  baxışlarını  gördü.  Arxasında  nər  kimi  dayanmış  qoca  İsmayılı  gördü, 
igid  Lətifi  gördü,  Məmmədi  gördü,  Ələkbəri  gördü,  Kərimi  gördü.  Gözləri 
sevgilisi  Həcərə  sataşanda  coşub  Qəmərin  cilovunu  yenidən  bəylərin  üstünə 
buraxdı....: 
-
 
Arxamca! 
Kəndlilər əllərində yaba düsər ling boyunduruq bəylərin üstünə düşdülər. bəylər 
belə sarsıdıcı müqavimətə rast gələcəklərini gözləmirdilər. 
...  Orda-burda  tonqallar  alovlanırdı.  Alovun  qırmızı  dilləri  qara  buludların 
ətəyini qarsıdırdı. Bəylər, yasavullar, koxalar vəhşi ovçular təki öküzləri, kəlləri, 
cöngləri  güllə  ilə  vurur,  boyunduruqları,  cütləri  çilik-çilik  edib  tonqallara 
tökürdülər. həcər əlində dəhrə bəylərin qabağını kəsmişdi: 
-
 
Nainsaflar, çıxın Yazıdan! 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə