Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə32/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

 
67 
çoxdan  atamızı  yandırmışdı.  Bilirəm,  onun  da  arğacı,  Kərbəlayı    Cəfərdən 
keçibmiş.   
 
Gözəl, oğluna yalvarmağa başladı: 
 
   -Qadan  canıma,  o  qudurmuş  it  dalamağa  adam  axtarır.  Çalış  onun 
xətasından uzaq ol.  
 
   -Ana, o, çox qudurub! Mən ona gərək elə bir gəliş gələm ki, bir də fağır-
füqəraya dəyib-dolaşmasın. 
 
Gözəl  əli əsə-əsə atın dolaşıq yalını didişdirirdi:  
 
   -Oğul, məgər fağır-füqəranı bəy fağır eyləyib?  O gözə görünməzin  işinə 
əl aparma. Gör hal anası gecələr gəlib atının yalını necə hörüb, bayaqdan aça da 
bilmirəm. Bundan sonra  yəhərə iynə  sanc,  oğul, hal  atını gecələr  çapıb  haldan 
salar. 
 
Nəbi gülümsündü.  
 
   -Ana, elə mən özüm iynəyəmdə. Gəlib bəyin gözünə batmışam. 
 
   -Nəbi,  səni  and  verirəm  dayının  o  yaralı    ruhuna,  bu  gecə  qarmaqarışıq 
yuxu görmüşəm, heç kəslə işin olmasın. Allah özü xeyirə calasın. Görmüşəm ki, 
dayın İldırıma toy eləyirik... 
 
Nəbi əyilib anasının “qar düşmüş” saçlarından öpdü.  
Ana yol üstəyəm, gözlərini sil. Həmişə mənə qartallardan danışırdın... deyirdin,  
gərək insan  qartal kimi yaşasın. 
 
      Keçmə namərd körpüsündən 
         
 
 
 
      Qoy aparsın sel səni. 
                                                         Yatma tülkü daldasında 
      Qoy yesin aslan səni! 
 
Bunları səndən eşitmişəm, ana, səndən! Di, salamat qal, mən getdim! 
Yoldan    toz    qalxdı.    Ana  səhəngdən  bir  parç  su  töküb  oğlunu    arxasınca  
atdı: “Get yolun uğurlu olsun”. Gözəl kirpiklərinin yaşını kəlağayısının ucu 
ilə  qurulayanda  tumanı  yolağanın  ağzındakı  qarağac  kötüyünə  ilişdi.  “Bu 
bizdən nə istəyir?” O, tumanı hirslə dartanda balağı şilimləndi. 
Mollu kəndində bu gün adam qalmamışdı. Uşaqlı-böyüklü hamı Yazıda idi. 
Kimin  qabağına  hara  gəldi  öküzünü,  kəlini,  cöngəsini  cütə  qoşub  əkirdi. 
Qız-gəlinlər  kölgəliklərdə  süfrə  açmışdılar.  Həcər  də  onlkarın  arasında  idi. 
Qızın  gözü  cavan  saqqız  ağacının  yanındakı  cütlərdə  qalməşdı.  Nəbi  orda 
cüt  tutur,  qardaşı  Mehdi  hodax  sürüdü.  Alo  isə  çiynində  xurcun  cütün 
qabağınca asta-asta  addımlayır, ovcunu toxumla doldurub yerə səpirdi. 
Tər  basmış  cöngələr  yalmana-yalmana  dartır,  arabir  yatır,  bir  neçə  çubuq 
“yedikdən” sonra sıçrayıb ayağa qalxırdı. Alo oğlanlarına deyirdi: 
-
 
Oğul, heyvanlar xamdı, çox darıxdırmayın , arabir holavar çağırın. 
Nəbi ağ saçaqlı papağının dalını qaldırırdı: 
 
        Holavarın uzunu, 
        Çoban, qaytar quzunu. 
        Gedin deyin qonşuya
         Mənə  versin qızını. 


 
68 
 
Mehdi də səsini qardaşının səsinə qatırdı... 
Nəbi gavahını torpağa sancdıqca torpaq laylar cütün ağzında vərəqlənirdi. Alo 
arabir geri qanrılıb oğlanlarına fərəhlə baxırdı. 
-
 
Uşaqlar, hələ dəd-babadan belə əkinimiz olmayıb.-O əyilib şumdan bit ovuc 
qara torpaq götürdü:- Gör necə dənəvərlənir, elə bil sümüksüz ətdir.-Torpağı 
çörək kimi qoxladı, dilinin ucunu ona toxundurdu.-Pəh... pəh... torpaq belə 
olar.  Hələ  dünya  binnət  olandan  bura  cüt  dəyməyib.  Sağlıq  olsun    Zeyvə 
kəndindən biçinçi cıxarmasaq, buranın taxılını yığıb-yığışdıra bilməyəcəyik. 
Nəbi atasının sözünə qüvvət verdi: 
-
 
Ata bu Qoçdaşdan bəri nə ki torpaq var, bundan sonra həmişə biz əkəcyik. 
Daha  gedib  hər  peşğurtda  Kərbəlayı  Cəfərin  qapısını  kəsdirmərik.  Daşlı 
düzdan canımız yaxşı qurtardı. Ildə neçə gavahın sındırırdı. 
-
 
Göy  qaşqabaqlı  idi.  Nahardan  sonra  bir  lay  bulud  Yazının  düz  üstündən 
asılmışdı. Qarıltı eşidilirdi. Alo göyə boylandı: “Bu qarğalara ax!”. Qarğalar 
qoşun-qoşun əkin yerinə tökülürdü: 
Alo əlini alnına aparıb yola baxmaq istərkən ayağı şuma düşdü, büdrəyib yıxıldı. 
Qalxıb gülümsəyə-gülümsəyə üst-başını çırpdı. 
-
 
Zəhrimara qalsın qocalığı. Durduğu yerdə adamı yıxır. Bilmirəm bu İsmayıl 
da  harda  qaldı.  Yaman  nigaranam.  Dedim  gedib  qəzyanlı  Ələkbərdən  bir 
kəviz borc toxum alıb gətirsin. Bu, indiyəcən harda qalmış olar?! Ələkbər də 
gələsi idi, o da gözə dəymir. 
-
 
Darıxma ata, gəlib çıxarlar. 
Min-min  qara  çaynaq  şumda  gəzirdi.  Hər  qarğa  bir  toxum  götürsə,  şumda  nə 
qalardı?! 
-
 
Vallah, İsmayıl bu səbrin yiyəsi deyil. Bu qanadı sınmışlara bax ey!.. Kiş!.. 
– Alo yerdən bir kəəsək götürüb qarğalara atdı.-Qanadı sınmşlar gör toxumu 
necə dənləyirlər ey!.. Heç nədən qorxuları yoxdur... 
Alo  Kərbəlayının  qaratikanla  çəpərlənmiş  tayasından  bir  bağ  yonca  çəkib 
Qəmər  dayın  qabağına  qoydu,  ağacın  kölgəsində  uzandı.  Əllərini  başının 
altında çarpazladı. Budaqa qalan sarı yarpaqlar hərdən qopub onun yan yörəsinə 
düşürdü.    Alo  boş  toxum  xurcununu,  uçqulaq  yabasını,  dəhrəsini,  nizəburun 
düsərini  saqqıza  söykəmişdi.  Budaqda  asılmış  heybə  Alonun  gözü  qabağında 
asta-asta yellənirdi. Alo bunları nə duyur, nə də hiss edirdi. Onun xəyalı, onun 
fikri, onun düşüncəsi bu anlarda tamam başqa yerdə idi. “Əkini  qurtaran kimi 
gərək dörd böyrünü  çəpərləyəm. Qaroun dərəsində yaxşı qaratikan yeri bilirəm.  
Güllü dərədə tikan qalmayıb. Keçən il əhəng yandıranda orda diş qurdalamağa 
çöp dı qoymamışam...” 
Alo  xəyalən  əyilib  qara  şümü  eşir,  bir  neçə  cücərmiş  toxum  tapır:  “Gör  necə 
kök  atıb...  sağlıq  olsun  ...  çəpərləmişəm.  Daha  mal-qarada  taxıla  ziyan  verə 
bilməz. Qarğalardan da bir-ikisini güllə ilə vurub oyuq qayıracağam, asacağam 
düz zəminin ortasından. Taxıl yetişəndə fırfıra da qayıracağam...” 
Qışdır.  Qar  əkinlərin  üstünə  yorğan  örtüb..    Alo  əlində  üçqulaq  yabası  qarı 
xışıldada-xışıldada  zəmini  gəzir.  Orda-burda  tülkü,  çaqqal  izləri  var.  “Bu 
çaqqal-çuqqal hardan gəlib zəmiyə soxulub?!” Alo  əllərini ovuşdura-ovuşdura 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə