Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə31/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

 
65 
 
Bayaqdan bəri fürsət gözləyən İsmayıl kişi işin korlanacağından qorxub tez 
Xanalının sözünü kəsdi: 
 
   -Əşi, səninlə el ağsaqqalı danışır... Kərbəlayının sözünü yerə salmaq olar?! 
Xeyir işə əmma qoymaq lazım deyil.  Allah mübarək eləsin! Nəbi igid oğlandı. 
Kasıb əliaçıq olar. Pul ki var, əl çirkidir. Neynirəm qızıl teşti içində qan qusam. 
əsas odur ki, qızla oğlan bir-birini istəsin. 
 
Kərbəlayı  Cəfər  bu  axşam  özünü  alicənab  bir  adam  kimi  göstərməyə  
çalışırdı: 
 
   -Kasıb  niyə  olur,  ay  İsmayıl,  sən  də  durub-durub  söz  danışdın!  Məgər 
onun  ağası  olub?!  Mənə  borclu  olduğu  erkəkləri    də  bağışlamışam  ona. 
Toyunda da ki, sağlıq olsun, iki qoç verəcəyəm kəssin. 
 
   -Vallah,  nə  deyim...  Qızın  dərdi  birsə,  ərə  gedəndən  sonra  min  olur. 
Kərbəlayı istəyir Həcərin başını kəsib itə atsın, istəyir Nəbiyə versin. Amma... – 
Xanalı udqundu və çiyinlərini qısdı: - Amma, Kərbəlayı, bilmirəm  Alo bizim 
dədə-baba adətimizlə qabağa çıxa biləcəkmi?  
 
Alonun üzünə elə bil tərs sillə vurdular: 
 
   -Bu  nə  sözdür,  ay  qonşu?!    Keçini  keçi  ayağından,  qoyunu  qoyun!  Nəbi 
çoban adamdır, Səlim bəy deyil ki, bu böyüklükdə Zəngəzur qəzası əlində ola, 
ya da tacir  Hacı Fərəcoğlu deyil ki, Ərəseydən vurub Firəngistandan çıxa. 
 
Xanalının sifəti yenə tutuldu: “Yenə o bəduğur tacirin adını çəkdilər!” 
     -Elə şey yoxdur, Alo, açığı, mən Kərbəlayının  xatirinə bu işə qol qoyuram. 
Bu  şərtlə  ki,  toyu  dədə-baba  qaydası  ilə  eləyəcəyik.  Şərti  şumda  kəsək  ki, 
xırmanda yabalaşmayaq.  Bu başdan deyirəm: otuz beş erkək gətirəcəksiniz –
bax  bu  bir,  -  Xanalı  şəhadət  barmağını  qaldırdı,  -  iyirmi  kəviz  düyü 
gətirəcəksiniz- bax bu iki, on pud qənd gətirəcəksiniz- bax bu üç, yüz  girvəngə 
çay  gətirəcəksiniz-  ba  bu  da  dörd...  hələ  motal  pendiri  demirəm,  qohum-
əqrəbanın da hərəsinə xələt. 
   Elçilər  heyrətlə  bir-birinin  üzünə  baxdılar.  Bütün  bunlar  dəryada  balıq 
sövdəsi  idi.  Kərbəlayı  Cəfər  bu  dəfə  cınqırını    belə  çıxartmadı:  “Arifə  bir 
işarə...” Guya belə “xırda-para” işlərə qarışmağı mənasız sayırdı.  
 
Alo,  oğlanları  ilə  Kərbəlayı  Cəfərə  ömür  boyu  nökərçilik  eləsəydi  belə, 
Xanalının istədiyi toy  xərcini düzəldə bilməzdi. 
 
Səhər  çoxdan  açılmışdı.    Axşamdan    oturan  elçilər  isə  hələ  də  çənə 
vururdular. Xanalı isə iki ayağını bir başmağa qoymuşdu... 
Dağların  başı  çallaşırdı.    Soyuq  küləklər  əsirdi.    Bu  gün-sabah  qar  arana 
enəcəkdi.  Mollu  kəndinin  camaatı  payız  əkinini  hələ  qurtarmamışdı.  Çoxu  
öküzsüz  –cütsüz  olduğuna  görə  qonşularından  kömək  gözləyirdi.  Toxum 
sarıdan naəlacqalanlar da vardı. Il quraqlıq  keçdiyi üçün camaat məhsul nədi, 
toxum da götürə bilməmişdi. 
Alo ortağı İsmayıl ilə Yazıda bu gün əkinə başlayacaqdı. Qonşuları onlara bir 
cüt öküz, bir cüt xam qönçə vermişdilər. Cöngələri yaxşıca “yumşaltmaq” lazım 
idi. Alo Mehdi ilə sübh tezdən cütü qoşub Nəbini gözləyiridi.  
 
Gözəl ala-qaranlıqdan qalxmışdı. Balaca boz heybənin bir gözünə üç büküm 
yuxa,  bir az şor, bir az da süzmə qoymuşdu; o biri gözünə  isə sapsarı, iri bir 
qovun salmışdı.  


 
66 
 
Nəbi fit çala-çala Qəmər dayı həyətdə tumarlayırdı. Onun əlləri atının qartal 
gözlərində, gümüşü yalında, ceyran qılçalarında gəzirdi. At dodağını sahibinin 
boyun-boğazına toxundurur, elə bil onunla zarafatlaşırdı. 
 
Nəbi aynalısını xəncərini götürdü, patrondaşını çiyninə keçirtdi. Qəmər day 
ayağını  yerə  döyüb    kişnəyəndə,  quş  təki  yəhərə  qondu.  Heybəni  anasının 
əlindən alıb atını tərkinə aşırdı, hər gözünü qoşa qançığalarla bəndləyib bağladı, 
bərkitdi. 
 
At  elə  bil  qirxdan  təzəcə  çıxmışdı.  Havalanıb  əllərini  göyə  qaldırır  ,  dövrə 
vurub bərkdən  kişnəyirdi, qanadlanıb uçmaq istəyirdi. 
 
Nəbi əlini havada yellədi: 
 
   -Salamat qal, ana. 
 
Ana  ürəyində:    “Allah,  mənim  bu  qartalımı...”    Lakin  fikrini  tamamlaya 
bilmədi,  səbir gətirdi, atın cilovundan yapışdı.  
 
   -Oğul, bir az dayan.  
 
Nəbi köhlənin cilovunu dəstələdi: 
 
   -Nə olub, ana? 
 
   -Ay  oğul,  dünən  canı  yanmışlar  bulaq  başında  yenə  pıçıldaşırdılar.  Məni 
görən kimi səslərini kəsdilər. Deyəsən səndən danışırdılar. 
 
   -Məndən? Mənim nəyimdən, ana? 
 
   -Nə bilim, ay oğul, bəlkə qızın toy xərcindən... 
 
   -Bilirəm, bilirəm... belə şeyləri ürəyinə  salma, ana!   
 
Xanalının elçiləri qaytarmaqda  niyyəti başqadı.  
 
   -Nə niyyəti, ay oğul?! Qızı verib sənə, ancaq deyib ki, dəbimiz var, gərək 
toy xərcini ata-baba qaydası ilə... 
 
   -Eh,  ay  ana,  toy  xərcidir,  dədə-baba  adətdir-  bunlar  bəhanədir.  Mənim 
“qaynatam”ın  iştahı  başqadır:    o,  Səlim  bəylə  qohum  olmaq  istəyir.  Hə,  hə!.. 
Bunu  ki,  sən  məndən  yaxşı  bilirsən.  Həcərin  qardaşı  Lətif  hamısını  mənə 
danışıb,  ara  adamları  da    Kərbəlayı  Cəfərdir...  O,  qoca  quzğun  bilirsən  neçə 
vücuddur?! Onun dabbaxda gönünə bələdəm. On il onda gördüyümü görmüşəm. 
Adamın başını gücü çatanda qılıncla, çatmayanda pambıqla kəsir.  
 
   -Qurban olum, Nəbi, bir az səbirli ol, təzə üzə çıxmısan, Həcər Səlim bəyə 
gedən  deyil,  o,  əvvəl-axır  səninkidir.  Sən  Karapetgildə  olanda  Həcər  hər  gecə 
bizdə idi, çırağımızı yandırırdı. Mənə deyirdi ki, “Gözəl xala, ölsəm də, qalsam 
da gəlininəm”. – Ana o tərəf-bu tərəfə göz gəzdirib ehtiyatla əlavə etdi: - Oğul, 
bulaqda  arvadlar  pıçıldaşırdılar  ki,  Kərbəlayı  Cəfərin  torpağını  alıb  kasıb-
kusuba paylamaq istəyirsiniz. Sən dayının ruhu, belə şey var, ya yox?  
 
Nəbi atın gümüşü yalından yağışıb anasına tərəf əyildi:  
 
   -Paylayanda  nə  olar,  ana!  Torpaq  elə  onun  boyuna  biçilib?  Əkəni  biz, 
biçəni biz, yeyəni o?! 
 
Gözəl sürüşən yaşmağını çənəsindəki çapığının üstünə  çəkdi. 
 
   -Zarafata salma, ay oğul! Dedim ki, təzə üzə çıxmısan.  
 
Kərbəlayı Cəfərin daha bizimlə işi yoxdur. 
 
   -Ay  ana,  o  qoca  quzğundur,  o,  həmişə  ilanı  seyid  Əhməd  əli  ilə  tutmaq 
istəyir.  Arfenik  kirvə  bizi  gizlətməsəydi,  Naxçıvan  mahal  naçalniki  Slavçinski 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə