Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə27/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   23   24   25   26   27   28   29   30   ...   101

 
57 
halda süfrənin  dövrəsində əyləşdilər. payız olmasına baxmayaraq havalar hələ 
isti keçirdi. Bağçada oturmaq həm qonaqlara həm də ev sahibinə sərfəli idi. 
Süfrədə  nələr  yox  idi!  Dənizçi  köynəyinə  bənəzr  ala-bəzək  xunu  qarpızlar, 
şirinlikdən  çatlayıb  dodaqlanmış  sarı  qovunlar,  qızıl  dişlərini  parıldadan 
gülöyşə  narlar  xəstələr  dərmanı  abasbəyi  armudu  ətirli  şafran  alması,  meyxoş 
heyva,  ipək  şaftalı,  göbəyi  ballı  əncir,  zəfəranlı  toyuqplov  hamını  iştaha 
gətirmişdi.  Ala  Mahmud  bəy  toyuğun  döşünü  didib  naçalnikin  nimçəsinə 
doldurdu. Qarışıq söhbətlər boranı tağı təki hara dırmanırdı. 
-
 
Sizə  kimdən  deyim,  bizim  təzə  naçalnikdən...  –  Söhbəthara  budaq  atsa  da 
Məmməd bəy onu huma quşu təki Səlim bəyə tərəf uçurdurdu. - Siz öləsiniz 
ağalar  mənim  bu  dostum  Səlim  bəy  var  ha  igiddir,  igid!  –  Məmməd  bəy 
arabir  süfrəyə  atılan  çəyirtkəni  götürüb  kənara  tullayırdı.  –  Ağalar,  heç 
bilirsiniz, bizim Sılim bəy Xudafərin körpüsündə İrandan qaçaq mal gətirən 
quldurlara  necə  divan  tutub?!  Quldurbaşı  iranlı  Qara  Nəıbi  Səlim  bəyin 
əlindən  güclə  qaçıb  qurtarıb.  Daha  o,  cəsarət  edib  Arazdan  bu  taya  qaçaq 
mal addada bilməz. 
Məmməd  bəy  nitqini  tamamlamamış  koxa  boğazının  yolunu  arıtlayıb 
yerində yırğalandı: 
-
 
Ağalar üzünə demək yaxşı deyil, amma məndə qəribə xasiyyət var, söz gəldi 
saxlaya  bilmirəm, hər  yerdə  deyərəm. Bir  dəfə bax, bizim  bu  təzə  naçalnik 
Səlim bəy Qıraxtində işləyəndə mənə dedi, bir ova çıxaq. Dedim, çıxaq da. 
bax yalan olmasın, elə ilin-günü bu vaxtı idi. Adama bir  əlcək geyib atları 
mindik, qumrovlu qızılquşlar əlimizin üstə tulalar da yanımızda çıxdıq ova. 
Əşi, mən belə qoçaq oğlan görməmişəm. Siz öləsiniz, ağalar, Gəyənə yenicə 
çıxmışdıq ki, bir də gördüm Səlim bəyin tulası hənirti alıb. Qızılquş qalxdı 
nə qalxdı, tula yernən qızılquş göynən. Səlim bəyin Qaşqası da  yelə dönüb 
ceyranın dalınca götürüldü. Bir də gördüm ki, bizim bu Səlim bəy ceyranı 
diri-diri tutub gətirir. Pah atonnan, belə də oğul olar, belə də at minən olar! 
Əşi, Qəmər day Qaşqanın yanında nə qələt eləyir! Siz öləsiniz ağalar, Səlim 
bəyin tulası ilə Qaşqasını dünyaya dəyişmərəm. 
Açıq əl boyda bir çinar yarpağı düz naçalnikin zərli paqonunun üstünə qondu. 
Məmməd bəy Xanalıya göz vurdu: 
-
 
Padşah göndərib, padşah, qoy qalsın! 
Səlim  bəy  razılıq  əlaməti  olaraq  başını  tərpətdi,  yüngülcə  qızardı,  yarpağı 
Kərbəlayı Cəfərin çiyninə qoydu: 
-
 
Mən öz rütbəmi Mollunun bu ağsaqqalına təqdim edirəm. Bəylər gülüşdülər. 
külək yarpağı götürüb arxa saldı. 
Kərbəlayı  Cəfər  dodağını  marçıldada-marçıladada  almanı  dilimləyib  bıçağın 
ucunda Xanalıya uzatdı: 
-
 
Gərək ev sahibi iştahla yeyə ki qonaqlar da sıxılmaya. 
-
 
Zəhmət çəkməyin bəy özüm götürərəm, - Xanalı almanı alıb dedi:- Bəy sağ 
olsun mənim bu yoxsul evim sizə... 
-
 
Əşi, yoxsul  niyə olursunuz, - deyə Səlim bəy ev yiyəsinin sözünü qırdı.- Bu 
süfrəni düzəldən kişiyə yoxsul demək olar?! 
Xanalı ürəklənib qonağın tərcümeyi-halı ilə maraqlanmağa başladı. 


 
58 
-
 
Ağalar,  eşitdiyimə  görə  naçalnik  Qarabağın  Əfətli  kəndindəndir.  Özlərinin 
də  Muğədəm  düzündə  yaxşı  torpaqları  var,  mülkləri  var.  Orada  çoxlu  mal-
dövlət saxlayırlar. 
Xanalıya  elə  gəldi  ki,  Məmməd  bəy    hirsləndi,  amma  dişlərinin  ağarmasından 
bildi ki, o gülür. 
-
 
Ha ha ha... Xanalı kişi, sağlıq olsun, o mülkə səni də şərik eyləyərik. 
Kərbəlayı Cəfər də dərhal sözə qarışdı: 
-
 
Xanalı kişi, siz hələ Səlim bəyi yaxşı tanımırsınız. 
Səlim bəy Qarabağın ən böyük nəsil-nəcabətli tayfasındandır. 
Atası Ağa bəy məşhur Qarabağ xanı Mehdiqulu xanın qohumu olub, Mehdiqulu 
xan  rəhmətə  gedəndı  bütün  mülkünü,  əmlaknı  yaxın  qohumalrından  bizim  
naçalnik Səlim bəyin babası Rüstəm bəyə birdə onun qardaşı Hacı Ağalar bəyə 
vermişdi...   Biz sizi belə nəcabətli nəsillə qohum etmək  istəyirik. 
Xanalı elə bil bunları yuxuda eşidirdi. 
Koxanın    tələsinə  sanki  pələng  düşmüşdü:  “O  mənə  keçəl  desin?!  Adamın 
atasını bax belə yandırarlar. Qoy Alo o dəlini tapıb gətirsin, üzə çıxandan sonra 
bir bəhanə ilə tutub onu basdıracağam qoduqluğa.  Mənə də Ala Mahmud bəy 
deyərlər!   Xanalını da yaxşıca şirnikdirmişik. Indi o, Muğdəm torpağının eşqi 
ilə  yaşayır”.  Koxa  bu  sözləri  ürəyində  təkraralayır  və  özünü  ev  sahibi  kimi 
aparırdı: 
Xanalı  mizrabın  nə  üçün  tez-tez  sarı  simə  vurulduğunu  başa  düşürdüsə  də 
özünü o yerə qoymurdu. 
-
 
Ağalar siz allah iştahla yeyin plov soyudu- heç nə, bu meyvələrin də dadına 
baxın. 
Səlim  bəy  tərifdən  xumarlanırdı. Onun  gözü  yenə  həyət-bacada  dolaşırdı.  “Bu 
xallı qız hara uçdu? Görəsən xoşuna gəldimmi?” 
Səlim bəy özünə süni qoçaqlıq ifadəsi verib Xanalını daha da heyrətləndirmək 
istəyirdi.  Bəzən  də  özünü  şıltaq  bir  körqə  kimi  aparırdı.  Çalışırdı  ki,  bütün 
davranışı, hərəkəti, söhbəti məclisdəkiləri aludə etsin. Çopur Məmməd bəy isə 
yeri gəldikcə yalançı həya ilə maskalanmış dostunun nüfuzunu qaldırırdı: 
-Ağalar, belimdəki  bu qızıl  toqqaya    nə  qədər  qiymət  qoyarsınız? 
Kərbəlayi  Cəfər  dərhal  hazırcavablığ  etdi; 
-Məmməd  bəy, onu  qıraxtinli  Hərəinin  beş  haçabud  nərinə   də  vermərəm. 
- Afərin Kərbəlayı Cəfər, lap sövdəgər imişsən. Əgər tacir Haci Fərəcoğlu bilsə 
ki sövdəkarlıqda belə səriştən var, səni şagird aparar. Səlim bəy Təbrizdə dostu 
tacir Haci Fərəcoğlu ilə görüşəndə bu toqqanı o bağışlayıb.  Əşi, o günü peşman 
oldum, dedim ki, naçalnik nə qiyamət toqqan var. O da həmin dəqiqə çıxarıb 
bağladı belimə. 
Hamı bir ağızdan: 
-
 
Afərin, naçalnik, afərin! 
Ağacların  sıxlığından  bağçanın  o  başı  görünmürdü.    Məmməd  manqalın 
yanında  əyləşib  ət  doğrayırdı.    Həcər  anası  ilə  səkil  tikələri  şişə  çəkirdi. 
Qonaqlar  onları  görmürdülər.  Qəsdən  bərkdən  danışırdılar  ki,  dediklərini  ev 
sahibləri  eşidsinlər.  Həcər  isə  öz  işini  görmüşdü,  indi  yalnız  Nəbi  barədə 
fikrləşirdi. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə