Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə28/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

 
59 
Lətif atlara bir də ot aparanda gözlərinə inanmadı.  Səlim bəyin  Qaşqası yerə 
sərilmişdi: “Buna bə oldu?!  Bu arpanı...”  Lətif qorxu içində bağçaya cumdu: 
-
 
Ata Qaşqa partlamaya düşüb! 
Məclisə elə bil soyuq su ələndi.  Qonaqlar şaşqın halda ayağa qalxdılar. Qaşqa 
tövlənin  ağzında  can  verirdi.  Xanalı  dizlərinə  döyürdü:  “Bu  nə  işdi  düşdüm!  
Ax... o tacir köpəkoğlunun adı çəkliləndə bildim ki, bir ziyanlıq olacaq!” 
Xanalı Qaşqanın burnunu bizlə deşik-deşik elədi. Qara qan torpaqda laxtalandı. 
-
 
Atı  çapmaq  lazımdır!-deyə  Kərbəlayı  Cəfər  Qaşqanın  noxtasından  tutub 
muşqurdu. At yerindən güclə qalxıb silkələndi. 
Koxa Ala Mahmud bəy atı xeyli çapdı. Lakin bunun da köməyi olmadı. Qaşqa 
yenidən həyətdə tirləndi. Kərbəlayı Cəfərin sifəti qəzəbindən əyilmişdi. Qalayçı 
Osman koxanın ala boyunu elə-bil kürədən təzəcə çıxarmışdı. Səlim bəy başını 
aşağı  salıb  tövlənin  qabağında  var-gəl  edir,  arabir  qızıl  müştüyünə  taxdığı 
papirosunu tüstülədirdi. Kərbəlayı Cəfər ona toxtaqlıq verdi: 
-
 
Fikir  eləmə,  olacağa  çarə  yoxdur.  Qada-balanı  apardı.  Mənim  Qarabağ 
cinsindən olan qaçağan atlarım var, birini bağışlayaram, minərsən. 
-
 
Xanalı əlində biz donub qalmışdı. “Nə uğursuz qədəmlərin varmış!... Alo ilə 
Gözəlin ahı bizi tutdu”. 
Axşam  özü  ilə  Xanalinin  həyətinə  elə  bil  qəmginlik  gətirmişdi.  Leyləklər  öz 
yuvalarında  dimdiklərini  şaqqıldadırdı.  Bəylər  bağçanın  bir  küncünə  çəkilib 
pıçıldaşırdılar. 
-
 
Madam    belə  peşmançılıq  oldu,  məsələni  gəlin  heç  açmayaq,  novruz 
bayramında bir də gələrik. 
Kənd  yastığa  baş  qoyanda  qonaqlar  suyu  süzülə-süzülə  Xanalının  həyətindən 
çıxdılar.  Qara  bir  it  Qaşqanın  kəlləsini  Molla  Əhmədgilə  tərəf  sürüyürdü. 
Kərbəlayı Cəfərin Kürəni Səlim bəyin altında dördnala çapırdı... 
 
 
Mübarizə yaĢamağın səsidir, mübarizə baĢa çatdıqda həyat ölür. 
 
V.Q.Belinski 
 
 
 
        
 
II hissə 
ALO ERMƏNĠ  EVĠNDƏ 
 
Mübarizə yaĢamağın səsidir, mübarizə baĢa çatdıqda həyat ölür. 
 
 
 
 
 
 
 
 
 
 
 
V.Q.Belinski 
 
   -Kimdir qapını döyən? 
 
   -Mənəm, Arfenik bacı, Aloyam!.. 
 
   -Alo kibrə?! 
 
Arfenik  hövlnak  yatağından  qalxıb  çırağı  yandırdı  və  başının  üstündən 
asdığı İsanın çarmıxa çəkilmiş əksi qarşısında xaç çəkdi. 
 
Alo, Arfenikin yalvarışını eçidib öz-özünü danladı: 
 
   “Gecənin bu vaxrtı camaatın ürəyini qırdıq. Allah Nəbiyə insaf versin”. 


 
60 
 
Arfenik  üz-gözünə  dağılmış  saçlarını  birtəhər  burmalayıb  qara  yaylığının 
altına yığdı. Uzun pullu nimtənəsini geyə-geyə qapıya addımladı... 
 
Alo evi gözdən keçirdi: 
 
   -Arfenik bacı, bizim uşaqlar... 
 
   -Alo  kibrə,  narahat  olma,-deyə  Arfenik  Alonun  sözünü  gülüşlə  kəsdi.  – 
Uşaqlar neçə gündü bizdədilər.  
 
   -Bəs hanı onlar? 
 
   -Kəndin o başında kaha var, gizləniblər orda, etibarlı yerdi.  
 
Alonun  gözlərinə  işıq  gəldi.  O,  çomağını    küncə  atıb,  özünü  böyründəki 
kötüyün üstə yıxdı.  
 
   -Arfenik  bacı,  məni  bağışla,  ayaqlarım  sözümə  baxmır.    Neçə  gündü 
çöllərdəyəm. Gəzməmiş yer qoymamışam... 
 
 Arfenik saxsı çırağı  dirəkdəki mıxdan asıb yükə tərəf  getdi. Qırmızı üzlü 
balaca bir döşəkcə  gətirdi.  
     -Alo kibrə, qalx, kötük  səni əzər. Yoldan gəlmisən, yəqin ac-susuz olarsan. 
Bu saat, bu saat... 
 
Alo döşəkcənin  üstündə yerini rahatlayıb çarığının bağını boşaltdı: 
 
-Bu  köşə  zəhrimar  da  ayağımı  qabar  eləyib!  –  O,  yavaş-yavaş  çay-çörək 
hazırlayan  ev  sahibinə  baxdı:    “Yazıq  Arfenik,    gör  necə  də  qocalıb.  Təklik 
yaman dərddir. Kinikor kirvənin ölümü qəddini əyib”. 
 
Yayda  Mollu  camaatı  Ordubad  yaylaqlarına  köçəndə  bir  də    görərdin 
Kinikor  ərik  səbətlərini  yüklədiyi  uzunqulağı  qabağına  qatıb,  düz  Alogilin 
alacığına gəldi...  Nəbi səbətləri tez düşürüb obaya səs salardı: 
 
   -Ay  ərik  alan,  ay  ərik  alan!  Yaxşı  Ordubad  əriyi  var!  El-oba  tökülüb 
gələrdi. Alonun  uşaqları bir suiçimində əriyi una, dənə dəyişərdilər. 
 
Kinikor  Alogilə  gələndə    Gözəl    torbaya  bir  ovuc  düyü,  bir  ovuc  maş,  bir 
ovuc  buğda,  bir-iki  xışma  da  iydə    töküb  ağzını  bağlayardı.  “  Bu  da  Arfenik 
bacımın  payı”,  -  deyərdi.  Hər  il  binə  Ordubad  yaylaqlarından  arana  enəndə 
Kinkor ərklə dostuna sifarış göndərərdi:   
 
   -Alo kibrə, uşaqlar nübar eləməyib, bizə qovun-qarpız göndər. 
 
Alo    bu  xəbəri  eşidən  kimi  bostanda  müştərisi
1
  yenicə  qaralmış  iri  xunu 
qarpızları,  şirinliyindən  çatlamış  ala-bəzək  qovunları  dərib  xurcuna  yığırdı. 
Gecənin  birində  qovun-qarpız  yüklü  ulağı  qabağına  qatıb  girvəsigilə  yola 
düşərdi.  
 
Bu  iki  ailə  arasında  ayrı-seçicilik  olmazdı.  Iki-üç  günlük  keçilməz  dağ 
yollarına,  necə  deyərlər,  dostluq    körpüsü  salmışdılar.  Gecənin  bir  aləmində 
görərdin ki, Kinikor kirvə  ulağın yükünü dostunun  qapısında düşürdü. 
     -Ay kibrə, deyirlər bu il taxılınız qıt olub, uşaqlara bir az azuqə gətirmişəm.  
 
Kinikor  kirvə  dünyadan  köçəndən  sonra  da  bu  iki  ailənin  mehribanlığı 
azalmamışdı. Çoban Nəbi ilə çoban Karapet ilin çox vaxtını, demək olar ki, bir 
yerdə  olardılar.    Karapet  hər  qış  hampanın  sürüsünü    arana  endirib  Yazıda, 
yayda  isə  Ordubad  yaylaqlarında    otarardı.  Dostlar  bir  dərədə  qoyun  bəsləyər, 
bir çeşmədən su içər, bir günəş altında qızınardılar.  
...Arfenik  Aloya  balaca  bir süfrə  açdı. Lavaş,  soyutma  yumurta, kartof, soğan, 
duz, bir də zirə çayı...  Alo elə iştah açmışdı ki!.. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə