Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə29/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   25   26   27   28   29   30   31   32   ...   101

 
61 
 
   -Arfenik  bacı,  evin  avadan,  doyunca  yedim.    Düzü  bərk  acmışdım. 
Kərbəlayı Cəfərin görüm evini allah dağıtsın! Yaylaqda Nəbiyə şər atdı... 
     -Alo kibrə, hamısından xəbərdaram. Hə, məzhəb haqqı, mən də sınamışam, 
həmişə  kasıbın  saçı  qızanda  gündəsi  qurtarar.    Bizim  də  dolanacağımız  elə 
Kinikor  ilə  getdi.  Indi  tövləmizə  baxasan,  dördayaqlıdan  bir  pişiyimiz  də 
yoxdur.  Karapet    də  gedib  özgənin  dövlətini  saxlayırdı...  Nəbiyə  görə  balası 
ölmüş  Kabla  Capar  onu  hampaya  şeytanladı.  Indi  cüt,  şana,  yaba  satıb  başını 
girləyir. 
 
Arfenik kövrəlmişdi. Alo onun sözünü kəsmirdi.  
 
  -Məzhəb haqqı, daha yaşamaq olmur. Vergi bizi lap  əldən salıb: biri deyir 
sənin qızıl pulun qalıb, o biri deyir, tüstü pulunu hələ verməmisən, bir başqası 
da  o  yandan  çıxır  ki,  balam,  bəs  sapalaq  pulun  nə  vaxt  verəcəksən?  Daha  nə 
bilim...  məzhəb haqqı, keçən cümə pristav Əlağa mənə ə qədər vergi adı saydı 
ki...  atlı  pulu,  bağ  pulu,  çöpbaşı  pulu...  huşum  qalıb  ki,  çoxu  yadımdan  çıxdı.  
Yaman  əzazil  pristavdır.  Şallağından  qan  damır.  Hanı  elə  bir  igid  ki,  onun 
başına batıra! 
     -Arfenik bacı, bizim Zəngəzurda da zülm ərşə dayanıb. Dillə deyiləsi deyil. 
Başlı başını saxlasındı.  Bıçaq lap sümüyə dirənib. Padşah təzə torpaq zaqunu 
çıxarandan  bəri  didişmə  daha  da  artıb.  Camaat  başlaıyb  qaçaqlığa.  Bax, 
Həmzəli kor Camal qaçdı, kürd Lətif qaçdı, İsgəndər qaçdı. Mənim oğlanlarım 
da ki, özün bilirsən, nə üstə didərgin düşüblər... 
 
Çırağın  alovu  göz  qırpa-qırpa  əyilir,  düzəlir,  titrəyir,  içəridəki  kölgələri 
oynadırdı. Arfenik maşa ilə hey ocağı qarışdırırdı.  
 
   -Məzhəb  haqqı,  Alo  kibrə,  demək  yaxşı  deyil,  bo  qor  kimi  olmuşam. 
Naxçıvan mahal naçalniki Slavçinski neçə dəfə xəlvəti evimizə soxulub... Yaxşı 
ki,  uşaqları  tapa  bilmədi.  Karapet  Nəbigilin  bizim  tövlədəki  mağarada  
gizlətmişdi.  Oranı  sən  görmüsən,  etibarlı  yerdi...  Karapetin  qardaşı  yoxdur, 
təkdir,  sığınıb  sizin  uşaqlara.    Neynək,  Nəbi  də,  Mehdi  də,  Məhərrəm  də 
olsunlar onun qardaşları.  
Qoy olsunlar dörd qardaş.  
 
   -Nə  deyirəm,  allah  qayım-qədim  eləsin.  Bircə  qaçaq  olub  eldən-obadan 
uzaq  düşməsinlər.  Gəlib  əkində-biçində  bizə  kömək  eləsinlər,  ev-eşik  sahibi 
olsunlar. Qaçaqlığın axırı yoxdur. Iranlı qaçaq Nəbini eşitmişən  də?..  Camaat 
onun ölümünü  istəyir. Zalım oğlu koru da söyür, şili də.  
 
  -Allah bəlasını versin! 
 
Uzun,  kədərli  payız  gecəsi  yavaş-yavaş  əriyib  saxsı  çırağın  nefti  kimi 
tükənirdi. 
 
   -Eh,  Arfenik  bacı,  danışmaqla  dərd  qurtaran  deyil.  –  Alo  ayağa  qalxıb 
çomağını  götürdü. – Səhər açılır, tələsirəm, gedək bir uşaqların yanına. 
 
...Kahanın böyründə keşikdə dayanmış Karapet anasının səsini dərhal tanıdı. 
Qaçaqlar sevindilər. Alo əvvəlcə Karapetin, sonra Nəbinin boynunu qucaqladı. 
Kişinin  sinəsi  sıxılmış  qarpız  təki  xışıldayırdı.  O,  Mehdini  də,  Məhərrəmi  də 
öpdü. 
 
Alo kənddəki təzə xəbərlərin hamısını uşaqlarına danışdı: 


 
62 
 
   -Oğul,  siz  Həsən  Ağanın  adamlarını  döyəndən  sonra  nə  gecəmiz  var,  nə 
gündüzümüz.    Kərbəlayı  Cəfər  bizim  başımıza  müsibət  gətirib...  İstədi 
kürəyinin  yaralarını  oğlanlarına  göstərsin,  nədənsə  bu  fikrindən  daşındı.  
Kərbəlayı  Cəfər  Nəbigilin  acığına  Aloya  qırx  şallaq  vurdurub,  özünü  də  ac-
susuz  neçə  gün  tövlədə  saxlatmışdı.  İsmayılı  da  qara  tuluq  olunca  döydürüb 
Alonun böyrünə yıxmışdı. – Təzə naçalnik Səlim bəy də dostum Vasilini incidir.  
 
Deyərsən,  Kərbəlayı,  naçalnikin  qulağını  yaman  doldurub.  Yazıdakı 
torpaqları təzədən ölçdürmək istəyirdi...  
 
Nəbi yumruğunu düyünlədi: 
 
   -Yaxşı, qoca kaftar, bir budaqda oturub min budaq silkələ görək. Allah ya 
sənə verər, ya da bizə!.. 
 
   -Oğul,  tələsmə,  qaraquş  sümüyü  ölçüb  sonra  udar,-  deyə  Alo  oğlunu 
“yavaşıtmaq” istədi. – Qabaqda  hələ çox işlər olacaq, darıxma... 
 
Alo, oğlu Nəbiyə çox yalvardı. Lakin Nəbi yasavullarla barışmaq istəmədi. 
Kişi məcbur olub oğlunun  ürəyini yumşaltmaq məqsədilə ona belə bir əhvalat 
danışdı: 
 
   -Oğlum,  rəhmətlik  babam  nəql  edərdiki  ki,  qədim  zamanlarda  dünyanın 
hansı bir vilayətindəsə qəribə bir tayfa yaşayırmış.  Bu tayfada xoşagəlməz bir 
adət  varmış:  elə  ki  kişi  qocalıb  əldən  düşər,  oğlu  onu  səbətə  qoyub  aparar, 
bizim Qaronu qayasından  da hündür bir qayadan atarmış. 
 
Vaxt gəlib çatır, bir kişi də mənim təki qocalıb  əsaya  möhtac olur. Bir gün 
oğlu  onu  səbətə  qoyub  atır  dalına.  Qayanın  başına  çatanda  oğlan,  atası  ilə 
halallaşıb onu səbətlə birlikdə qayadan tullamaq istəyir. Atası deyir ki, oğlum, 
məni  qayadan  atırsan  at,  amma  səbətlə  bərabər  atma,  səbəti  qaytar  evə,  vaxt 
çatar oğluna lazım olar.  
 
Nəbini fikir aparmışdı. Qaşının üstündəki çapıq şimşək tək çaxırdı. Alo son 
sözünü  deyəndə  doluxsunmuşdu.    O  oğlunun  boynunu  qucaqlayıb  üzündən 
öpdü.  
 
   -İndi, ay oğul, başına dönüm, mən də o qoca təki bu gün-sabah köçəsiyəm, 
bir ayağım o dünyadadır. And olsun allaha, sən üzə çıxmasan, Kərbəlayı Cəfər 
məni  səbətə  qoyub  qaronun  qayasından  diri-diri  atacaq.  Alo  oğlanlarından 
küsüb getmək istərkən, Nəbi onun qolundan tapışdı: 
 
   -Dayan, ata!...  
 
Arfenik məfrəşdən hələ qatı açılmamış ceyranlı bir çul çıxarıb Qəmər dayın 
belinə  atmışdı.  Qotazlı  rəşməni    isə  boynuna  dolamışdı.  Qəmər  day  hələ 
indiyəcən  bu  qədər  cəzbedici  görünməmişdi.  Nəbi  sevincindən  razılıq  etməyə 
söz tapmadı. O utana-utana arfenikin əllərindən öpdü... 
 
 
Onlar ayrılanda Arfenik Aloya astadan deyirdi:  
 
   -A  kibrə,  sən  məzhəb,  kəndə  çatan  kimi  bu  saqqalı  ağarmışı  evləndir, 
türkün sözü, başını bağla, mən də görüm bu Karapetə bir ağıllı qız taparammı... 
 
   -Arfenik bacı, elə mənim də məqsədim odur. 
 
 
 
 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə