Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə26/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   22   23   24   25   26   27   28   29   ...   101

 
55 
-
 
Ağalar,  Gorusdan  bura  birnəfəsə  at  sürmüşük.  Orda  yağış  yağərdə,  burda 
günü görürsünüz?! Günorta hələ indi olur. 
-
 
Belə qızılquşun ayağının altında Gorus nə yoldur!- deyə çopur Məmməd bəy 
ehtiyatla  Səlim  bəyə  göz  vurub  şallağı  ilə  onun  atını  qonaqlara  göstərdi.-
Maşallah naçalnikin Qaşqası lap tərlan imiş. Nə qədər atları məhmizləyirdik, 
tozuna da çata bilmirdik. 
 Səlim bəyin gözü kimi isə axtarırdı. Xanalı onun qolundan tutub ərklə baxçaya 
tərəf çəkdi: 
-
 
 Naçalnik,  bura  gündür  zəhmət  olmasın  keçin  kölgəyə.    Səlim  bəy  dinmədi. 
Kərbəlayı Cəfər Xanalının üzünə bic-bic baxıb eyhamla gülümsündü: 
-
 
A kişi qonağa üz vurma, sən öz işində ol. 
-
 
Hər şey öz qaydasındadır, Kərbəlayı... 
Xanalı tez oğlu Məhəmmədi çağırdı. 
-
 
Ə tez get əbrəşkürə erkəyi gətir. 
Divar  dibində,  həyət-bacada,  bulaq  başında  pıçapıç  başlandı:  “Kərbalayının 
andına inanmaq olmaz.  Yəqin divanxanaya xəbər verib” – “Yox, bunlar başqa 
adamalara  oxşayırlar,  Nəbini  tutmağa  gəlməyibdir”.-  “Yəqin  Kərbəlayi  Cəfər 
yenə  Yazıdakı  torpaqlarını  təzədən  ölçdürmək  istəyir.  Nəbinin  dostu  Vasilini 
deyəsən təzə naçalniyə şeytanlayıblar”. 
Gözlənilmədən  evlərinə  bu  qədər  silahlı  hökumət  atlısının  düçməsi  Həcəri 
qorxuya  salmışdı.  “Balası  ölmüş  Kərbəlayı  Cəfər  bəs  Qurana  əl  basmışdı  ki, 
daha  Nəbi  ilə  işi  olmayacaq.  Elə  isə  bəs  bu  atlıları  kimdən  ötrü  çağırtdırıb? 
Görüm Quran ona qənim olsun!” 
Həcər  bulağa  getmək  bəhanəsi  ilə  boş  səhəngi  çiyninə  aldı.  Qonaqların  üzü 
günəbaxan  kimi    ona  çevrildi.  Şübhələnməsinlər  deyə  o,  parçı  tez  götürüb 
həyətdən çıxdı. Səlim bəy nəzəri ilə qızı yola saldı. 
Ala  Mahmud  bəy  yaman  canfəşanlıq  edirdi.  Vaxtı  ilə  Nəbinin  dediyi  “keçəl” 
sözü onu dostlarına yaman bağlamışdı. 
-
 
Kərbəlayı elə hey deyirdinki, Səlim bəyi bizə qonaq gətir. Bu da qonaq... 
-
 
Vallah  koxa,  sevindiyimdən  bilmirəm  nə  edim...  Naçalnik  hələ  məni  yaxşı 
tanımır. Sağlıq olsun onun toyunda bir at oyandım ki, Zəngəzur tamaşasına 
çıxsın. 
-
 
Özüm ölüm onu Şuşaya pərdəbağını mən aparmasam, bağrım çatlayar,- deyə 
koxa sinəsinə döydü.- Görək kimin atı Şuşaya birinci çatacaq. 
-
 
Mənim  ilxımda  o  qədər  boğulmamıç  xam  ürkə  var  ki,  çoxu  da  “Tufan”  ın 
cinsindədir.  Əbilin  canı  haqqı  naçalnikin  toyunda  hamısını  yəhərləyib 
verəcəyəm kəndin cavanlarına, özüm dı qoşulacağam onlara. 
Həcərin  qardaşı  Lətif  də  qonaqların  arasında  idi.  Xanalı  qaş-gözü  ilə  oğluna 
işarə etdi: “Sənin burda işin yoxdur. Get, atları rahatla”. 
Lətif könülsüz halda atları bir-bir tövləyə çəkdi. 
-
 
Ə atlar tərlidir, birdən arpa verərsən ha. 
Lətif  atasının  sözünü  eşitməzliyə  vurdu.  Kərbəlayı  Cəfər  qazdan  ayıq  idi.  O, 
Xanalını ərkyana məzəmmət etdi: 
-
 
A kişi məgər Lətif uşaqdır, o bilmir ki, tərli ata arpa vermək olmaz?! Onu 
utandırma. O, ağıllı oğlandır. 


 
56 
-
 
Kərbəlayı, ağıllı olsa da xoşuma gəlmir. Iki qardaş ikisi də gözümdən düşüb. 
Həcər bulaqdan qayıdarkən Səlim bəy onu yenə göz süzgəcindən keçirdi: “Ala 
Mahmud bəy düz deyirmiş. Bu xallı qız lap dağ çiçəyinə oxşayır”. 
Həcər  səhəngi  eyvana  qoydu.  “Atam  qonaqlara  nə  üçün  bu  qədər  iltifat 
göstərir?  Məhəmmədi  də  erkək  gətirməyə  göndərib.  Görəsən  bunlar  kimdir? 
Özləri də toydan-nişandan danışırlar... yaxşı mən bu qonaqların aşına elə zəhər 
qataram  ki,  dadı  ömür-billah  damaqlarından  getməz.  Tərli  ata  arpa...”  Həcər 
gülümsündü. 
Xanalıgildə belə qonaqlıq olmamışdı. Qonşu arvadlar Həcərin anasına köməyə 
gəlmişdilər.  düyü  arıtlayan  kim,  çolpa  təmizləyən  kim,  cu  gətirən  kim... 
Məmməd    həyətdə  erkək  soyurdu.  Lətif  isə  qonaqların  qulluğunda  idi.  Həcər 
samovarı  odlayırdı.  Səlim  bəy  oğrun-oğrun    Həcərə  baxırdı.  Qızın  uzun,  qara 
hörükləri hərdən açıq qopuğuna dolaşırdı. Gümüş kəmər onun belini bərk-bərk 
qucumuşdu.  Kərbalayı Cəfər çəkməsini  ucu ilə Səlim bəyin ayağına yavaşca 
basdı:  “Burada  bir  az  ehtiyatlı  hərəkət  elə,  özünü  nə  qədər  ağır  aparsan 
hörmətin bir o qədər artıq olar”. 
Səlim bəy təzə vəzifəsinə, geyim-keçiminə, zərli poqonlarına qürrəllənib özünü 
bərk dartırdı. “Görəsən bu qiyafədə Həcərin xoşuna gəldimmi?” O, doğurdan da 
cazibəli  bir  libasda  idi.  Qızıl  vəznəli  ağ  çuxasının  üstündə  par-par  yanan  enli 
qızıl  toqqası,  qızıl  qınlı  xəncəri  hamının  gözünü  almışdı.  Başına  qaragül 
dərisindən  papaq  qoymuş,  ayağına  qırmızı  xromdan  uzunboğaz  çəkmə 
geymişdi.  Iri  qonur  gözləri  sıx  sarı  kirpikləri  altında  közərirdi.  Qaranquş 
qanadına  bənzər  qızılı  qığları  bəyin  sarışın  sifətinə  yaxşı  yaraşırdı.  Qonaqlar 
arasında  o  uca  boyu  ilə  hamıdan  seçilirdi.  Sivri  burnu  bir  balaca  sola  meyl 
etməsəydi,  hec  kəs  onda  eyib  tapmazdı.  Deyildiyinə  görə  İrandan  qaçaq  mal 
gətirən quldurlar Xudafərin körpüsündə onun burnunu əzib bu kökə salmışdılar. 
Buna  Səlim  bəy  qətiyyən  heyfsilənmirdi,  çünki  bu  “nişanədən”  sonra  Gəncə 
qubernatoru onun vəzifəsini böyüdüb Gorus qəzasına naçalnik göndərmişdi. Bu 
böyüklükdə qəzada kim cəsarət edib naçalnikin burnunda eyib axtara bilərdi?! 
Səlim bəy qızıl müştüyünü tüstülədir və hərdən gözlərini Həcərə sarı işıldadırdı. 
Məhəmməd  bəy  yaşına  uyğun  olmayan  bir  qiyafədə  idi.  Əllini  haqlasa    da 
vSəlim  bəy  təki  şux  geyinib,  cir-sifətini  “zövqlə”  təraş  etdirmiş,  çal  şeşə 
bığlarını  qara  kişmişlə  itiləyib  təkə  buynuzuna  döndərmiş  və  palaz 
qulaqlarınacan  uzatmışdı.  Adam  ona baxanda  əti çimçəşirdi.  Uşaq  vaxtı  çiçək 
çıxaranda sir-sifəti şadaraya dönmüşdü. Tərli çopurları işıldayırdı. 
O,  dəsmalı  ilə  çopurlarını  boyun-boğazını  quruladı,  sonra  papağını  çıxarıb 
birçəyinin  yapıxmış  çal  tüklərini  dala  oturtdu.  Bəy  dübək  daşına  bənzər 
uzunsov  kəlləsinin  ortasını  elə  qırxdırmışdı  ki,  elə  bil  ordan  bir  zol  gön 
çıxartmışdılar.  Əmgəyində  görünən  dərin  çapıq  yerləri  çaxsey-vaxsey 
günlərindən  nişanə  qalmışdı.  Məmməd  bəy  eybəcər  başını  papağı  ilə  gizlədib 
bağçaya tərəf addımladı: 
-
 
Ağalar, buyurun, süfrə bizi gözləyir! Ev sahibi inciyər. 
Bağçaya əlvan xalçalar döşənmişdi. Məxmər üzlü qalın yun döşəklərin üstündə 
iri  balışlar  ağarırdı.  Stəkanlardakı  ətirli  çay  qaymaq  tutmuşdu.  Qonaqlar  şən 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə