Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə34/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   30   31   32   33   34   35   36   37   ...   101

 
71 
-
 
Keçin  atın  qabağından!  Bura  arvad-uşaq  yeri  deyil!-  Ala  Mahmud  bəy 
qundaqla  Həcəri  geri  oturtmaq  istəyirdi:-  Xanalının  qızına  bir  bax!  Dəli 
Nəbiyə  qoşulub  üsyan  qaldırır!  Dedim  ki,  keç  qabaqdan,  yoxsa  sənin  üçün 
yaxşı olmaz! 
Məhəmməd bəygil Nəbini dövrələyib kəməndlə diri tutmaq istəyirdilər. Xanalı 
atını  qabağa  buraxıb  qızını  şallaqla  susdurmaq  istədi.  Nəbi  dərhal  Aynalısını 
üzünə aldı. 
-
 
Nankor! 
Xanalının atı kişnəyib yerə sərildi. Bəylər daha da qəzəbləndilər?! 
-
 
Yenə kəmənddən çıxdı?! 
-
 
Kəməndi belə at!.. 
Ala  Mahmud  bəy  izdihamın  içində  itmişdi.  “O  mənə  keçəl  desin?!  Mən  ona 
göstərərəm!”  Koxa gözünü qıyıb Nəbini nişan alda Mehdi düsəri onun təpəsinə 
endirdi. 
-
 
Yaramaz keçəl, başını it başı kimi əzərəm!.. 
Ala  Mahmud  bəy  atdan  yıxılıb  çul  kimi  torpağa  sərildi.  Onun  alnından  qan 
axırdı.  Nəbi  coşmuşdu.  O,  kəməndi  xəncərlə  doğrayıb  bəyləri  atdöşü  eləyir, 
onları bir-bir yerə sərirdi. Kəndlilər Nəbinin arxasında möhkəm dayanmışdılar. 
-
 
Öldü var, döndü yoxdur! 
-
 
Torpağı biz əkəcəyik! 
Qüvvələr  bərabərləşmişdi.  Gah  kəndlilər  bəyləri  sıxışdırır,  gah  da  bəylər 
kəndliləri geri oturdurdular. Koxa hələ də quzğun təki şumda eşələnirdi. Bəylər 
canlarından  qorxurdular.  Daha heç  kəs  cəsarət  edib  Nəbi ilə döş-döşə  gəlmək 
istəmirdi.  Çopur  Məmməd  bəy  kəndlilərin  baş-gözünü  şallaqlaya-şallaqlaya 
Nəbini hədələyirdi. Xanalı Çopurun böyrünü kəsdirmişdi. Qaş-gözü ilə dərdini 
ona  anlatmağa  çalışırdı.  “Bəy,  gördün  Nəbi  mənim  başıma  nə  oyun  açdı?!  
Məndən qızın intiqamını alır”. 
“Gördüm,  Xanalı,  gördüm,  nigaran  qalma,  sənin  heyfini  onda  qoymaram!”- 
Çopur atını yenə də kəndlilərin üstünə səyirtdi. 
-
 
bu  keçəl  Kərimə  bax,  naxırçı  Ələkbərə  bax,  bunlar  da  Nəbiyə  qoşulublar! 
Bax  sizi  şallaqla  belə  öldürərəm,  belə!-Çopur  Xanalıya  acıqlandı:-  A  kişi, 
sən də o küçüklərini burdan çıxart, yoxsa qana düşərik! 
Nə  Lətif  atasını  eşidirdi,  nə  də  Məmməd,  nə  də  Həcər.  Üçü  də  Nəbinin 
kürəyində  dayanmışdı.  Ala  Mahmud  bəy  hələ  də  qalxa  bilmirdi.  Qan  onun 
sifətindən axıb lopa bığlarında laxtalanmışdı. 
 -  Belə!...    Düşmən  məni...  yaxşı,  o  mənə  keçəl...  Baxarıq,  baxarıq  hələ  Ala 
Mahmud bəy ölməyib. 
Yasavul Tuğay koxanın başını dəsmalla sarıyırdı. 
-
 
Bəy özünü ələ al, yarana əsgi gülü basmışam, qanı kəsir. Bir az döz. 
-
 
Qoy kəssin!... Qılıncı  ver bəri! 
-
 
Bəy hövsələn olsun, başını... 
Koxa  qılıncına  söykənib  səndələyə-səndələyə  qəddini  güclə  düzəltdi.  Ağ 
dəsmalı qan qızardırdı. 
O,  Tuğayın  köməyi  ilə  sarmaşıb  birtəhər  atın  belinə  qalxdı.  Qılıncını  göyə 
qaldırıb  Nəbini  axtardı.  Bəylər  yenə  Nəbinin  başını  qatmışdılar:  min  fənd 


 
72 
işlətsələr  də  onu    tuta  bilmirdilər.  Topal  bağıra-bağıra  kəhərini  sağa-sola 
səyirdir, yaralı kəndliləri balıq təki çələkləyirdi. 
Hərdən də nökərlərinə acıqlanırdı: 
-
 
Ey,  orda  oyuq  təki    niyə  durmusunuz?!  O  öküzləri  aparın  salın  mənim 
ağuluma! 
-
 
Baş üsdə ağa! 
Nökərlər  öküzləri  ora-bura  qovub  bəylərin  gözündən  yandırırdılar.  Arvadların 
cığırtısı,  kişilərin  səsinə  qarışmışdı.  Arabir  güllə  atılırdı.  Kərbəlayı  Cəfər, 
Alonun qolunu qandallayıb onu qamçı altına salmışdı: 
-
 
İlana zəhər verən kərtənkələ, mənim torpağımı sən əkirsən?! 
Alo, bəyin üstünə dartınırdı: 
-
 
Mən əkmişəm, əkəcəyəm də! 
Torpaq  davası  Həkəri  və  Bərgüşad  çayları  təki  yatağını  aşıb  Yazını  ağzına 
almışdı.  Gözlərdəki  qığılcımlar  yeri-göyü  yandırırdı.  Kəndlilər  əllərinə  keçən 
bəyləri kötəkləyirdilər: 
-
 
torpağı allah bir sizə verməyib! 
-
 
Bizim də balamız çörək istəyir. 
Nəbi  Qəmər  dayı  muşqurdu.  At  kişnəyib  əlləri  üstə  qalxdı,  bəylərin, 
yasavulların  atlarını  təpiklə  şil-küt  edib  mühasirəni  yardı.  Nəbi  əlində  aynalı 
Məmməd bəylə üzbəüz çıxdı: 
-
 
Cənab bəy, bu camaatı hara aparırsan? 
-
 
Çəkil qabağımdan! 
-
 
Söz soruşuram! 
-
 
Qazamata! Onları Sibirə göndərəcəyəm! 
-
 
Günahları nədir? 
-
 
Bəy torpağını  əkiblər! 
-
 
Torpağı biz yenidən böləcəyik! Onları heç hara apaa bilməzsən! 
-
 
Necə?! Cəsarətə bax!... mən sənə göstərərəm! 
Məmməd bəy tapancasını qoburundan çıxarmaq istərkən aynalı guruldadı... 
-
 
gecdir, cənab bəy! 
Nəbi ilk dəfə idi adama güllə atırdı. 
-
 
Ax, Nəbi, məni!... 
Tapanca bəyin əlindən düşdü. Çopur kordasını qəzəblə çəkib köhləlini Nəbinin 
üstünə  sürdü.  Qəmər  day  şahə  qalxdı,  Məmməd  bəyin  atını  da,  özünü  də 
pəncəsi altına aldı. 
Bax səni belə ayaqladaram azğın köpək! 
-
 
Nəbi, İsmayılı vurdular! 
-
 
Kim vurdu, Mehdi? 
-
 
Ax,  Topal köpəkoğlu!...  Onun  dişi qana batıb, hanı o? Səlim  bəyin  yanına 
qaçmışdı. Tonqallardan qalxan tüstü buludları daha da qaraldırdı. Yazı düzü 
qalayçı Osmanın kürəsi təki qızmışdı, söndürmək çətin idi. Qarğalar yenə də 
qırıldaşırdı. Bəylər yenicə əkilmiş torpağı insan qanı ilə suvarırdılar. 
-
 
Vay, başım!  
-
 
Qolum mənim deyil! 
-
 
Dizimi güllə aparıb1 


 
73 
-
 
Arvadlar İsmayılın meyiti üstündə şivən qoparmışdıar. 
Zəhra ağ saçlarını yola-yola qarğıyırdı: 
-
 
Balan  ölsün  sənin,  Kərbəlayı  Cəfər!  Aman  allah,  kərək  o  əzrayıl  mənim 
çırağımı söndürəydi?! 
Həcər Zəhranın bir qolundan, Gözəl o biri qolundan yapışmışdı. Zəhra hıçqıra-
hıçqıra bayatı deyirdi: 
Əziziyəm arxa haray 
Su gəldi arxa haray 
Arxım dəhnədən uçub 
Bellilər arxa haray!.. 
Varsansa Allah gəl köməyə!.. 
Gözəl ona toxtaqlıq verirdi: 
-
 
Zərha, düşmən eşidir, bir az özünü ələ al, yuxu görmüşdüm ki... Neyləyim, 
Nəbi sözümə baxmadı. Yuxuda görmüşdüm ki, qardaşım  İldırımın toyudur. 
Eh,  o  yazığı  da  bax,  belə  torpaq  üstündə  vurub  öldürdülər.  Bizimki  belə 
gəlib, Zəhra, ağlama, bacım! 
Ismayıl  Nəbinin  qolları  arasında  canını  tapşırırdı.  Arvadlar  ərlərinə  qoşulub 
əllərində yaba, dəhrə, düsər yenidən bəylərin üstünə tökülmüşdülər... 
Yazı  düzünə  düşən  qığılcım  axşama  yaxın  güclə  söndürüldü.  Bəylər  zolaq-
zolaq  əkilmiş  təzə  şum  yerlərinə  toxum  əvəzinə  saysız-hesabsız    güllə 
səpmişdilər.  Orda-burda  isti,  sarı  gilizlər  işıldayırdı.  Bağrı  dilimlənmiş  torpaq 
da xına yaşmaqlı sərt qayalar da, bu müsibəti aləmə yayan dəli küləklər də elə 
bir tikə çörək üstündə şil-küt edilmiş günahsız insanlara yas saxlayırdı. 
Günəş qaralanda İsmayılın cənazəsini məzara salladılar... 
Həcər dolmuş gözlərini titrəyən barmağı ilə silib bir ovuc torpaq götürdü: 
-
 
İsmayıl  əmi  bir  ovuc  torpağın  qurbanı  oldu,-dedi  və  onu  torpaq  üstündə 
qurban gedən mücahidin qəbrinə səpdi. 
Qəbrin üstünə qaratikan döşədilər. Balaca bir sal daş mərhumun yastığı oldu... 
Gecə  aləmi  qara  boyaq  qazanına  salanda  məzarın  üstündə  bir  cüt  tonqal 
şölələndi. Tonqalı məhrumun arvadı Zəhra yandırmışdı. Məzardan qalxan alov 
gecənin qatı qaranlığına işıq saçırdı... 
 
 
ALO AĞIR XƏSTƏDĠR 
 
Alo  damın  küncündə  nimdaş  yorğana  bürünüb  inildəyirdi.  “Eh,  vəfasız 
dünya!...”  Hərdən  yorğun,  işıqsız  gözlərini  dolandırıb  böyründə  oturmuş 
arvadına baxırdı: 
-
 
Ay Gözəl, gün də batdı, mən daha gedirəm. Nəbiyə sözüm var, onu hardadır, 
tapdır. 
Gözəl  yaylığının  ucu  ilə  xəstənin  üz-gözünü  yelləyə-yelləyə  ona  toxtaxlıq 
verirdi: 
- Sənə nə olub,  a kişi? Elə bir balaca soyuq dəyən kimi vəsiyyət eləməyə adam 
axtarırsan. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə