Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə23/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

 
49 
 
   -Dünyanın işi belədir: yük əyməsə daş qəribliyə düşməz. 
 
   -Düz deyirsən, a kişi. Vallah, heç bilirsən Nəbi üçün necə qəribsəmişdim?! 
Külfəti dolandıra bilsək,  onun qan düşmənimizin  qapısında  nə işi var! Neçə 
ildir uşağın üzünü əməlli-başlı görə dı bilmirəm.  
 
Alo başqa cür cavab verməyə söz tapmadı: “Haqq sözə nə deyim?” 
 
Nəbi atasının əvəzindən dilləndi: 
 
   -Ana, üreyini sıxma. Daha tez-tez görüşəcəyik... 
 
Gözəl  çənəsindən  sürüşən  yaşmağını  tez  yuxarı  qaldırdı:  “Oğlum  fikir 
eləyər,qoy görməsin”. 
 
Köç İlanlı dərəyə çatanda suca əhvalatı Gözəlin yadına düşdü. Istədi oğluna 
söyləsin. Nədənsə yenə fikrindən daşındı: 
 
   -Oğul,  daha  istəmirəm  Kərbəlayı  Cəfərə  nökərçilik  eləyəsən.  Neçə  ildi 
gecə-gündüz  ilan-çəyanın içindəsən. Vallah, gecələr də rahat yata bilmirəm.  
 
  -Ana, Kərbəlayı Cəfərlə mənimkinə az qalıb. Daha mən də dözə bilmirəm. 
Üzülüşəcəyik.  
 
Köç yazıya çıxdı. Yolları üzərriyin xoş qoxusu ətirlənmişdi.  
 
 
Gözəl kiçik oğlunu səslədi: 
 
   -Mehdi, qadan canıma, o üzərrikdən bir dəstə yığ ver mənə. Mehdi yolun 
kənarından çoxlu üzərrik   yolub atın boynundan asdı. Iri bir dəstə də bağlayıb 
anasına verdi. 
 
  -Bəsindi? 
 
  -Bir az da yol, oğul. O qədər bədnəzər göz var ki! Dirəyimizdən asacağam. 
 
Köç hamar bir düzlə irəliləyirdi. Qızıl düyənin üstündən asılan toyuq-cücələr 
dillərini  çıxarıb  gözlərini  döyür,  arabir  qanadlarını  yelpic  təki  çırpırdı.  Qaşqa 
buzov  isə  tez-tez  anasını  yanlayıb  dümsük  vururdu.    Alabaş  ləhləyə-ləhləyə 
hərdən  quyruğunu  Nəbiyə  toxundurur,  hərdən  də  hənirti  alıb  hürə-hürə 
qaratikanlığa cumurdu. Alo çomağını  sürüyə-sürüyə, hovur-hovur addımlayırdı. 
Ailə şad halda dağ yolunun damarını qırırdı. Alonun dərdi-qəmi yox olmuşdu, 
çoban  oğlu  ilə  söhbət  etməkdən  zövq  alırdı.  Arabir  qanrılıb  qaratikan  qırdığı, 
əhəng  yandırdığı,  əvəllik,  çiriş,  yemlik  yığdığı  dərələr,  zəmi  biçdiyi  yerlərə, 
Nəbinin  qoyun-quzu otardığı düzlərə baxırdı.  
Günəş üfüqdə Alonun demisi təki közərirdi. Tüstü onun ürəyindəki ağrını sanki 
çəkib çıxarırdı. Səhərin nəfəsi qocanın dumanlanmış beynini xeyli təmizləmişdi.  
    – Alo çomağını fırlayıb, yoldan çıxan öküzə acıqlandı:  - Ay allahın heyvanı, 
vurub  buynuzunu  sındıraram,  yoluna  düz  getsənə!    Belə  də  öküz  olar?!  Gör 
özünü kol-kosa necə soxur?!. Bir də, oğul, kasıba nə dağ, nə aran!..cuvar olanda 
yarı canım qalırdı yanınızda, bilmirdim ac qalırdınız, susuz qalırdınız. Düzü, el 
töhməti olmasa heç kənddən tərpənmərəm. Dağ mənim nəyimə yaraşır, a bala!.. 
 
   -Həmişə belə olmayacaq! Vaxt gələr biz də bir gün görərik.  
 
Xam  öküz  qızıl  düyəyə  pəl  vurdu.  Toyuqlar  cükküldəşdilər.  Alo  oğlunu 
səslədi: 
 
   -Ə, Mehdi, sıçra min o öküzün belinə! Deyəsən, o yenə azğınlaşıb.  
 
Mehdi quş təki öküzün belinə qondu. Öküzün soncuqladısa da Mehdini yıxa 
bilmədi. 


 
50 
 
   -Oğul, cınqırını çıxarma, heyvan xamdı, səsdən ürkür... Bax belə kirimişcə 
otur. 
 
Xam öküz dilini bir qarış çıxarmışdı. Ağzından köpük axırdı. Alo da bunu  
istəyirdi.  
 
   -Bax, belə zərb zəyərəkdən yağ çıxarar!  
 
...Mollunun  köçü  Atrizi  meşəsini  keçib  Çayzəminin  kənarına  düşmüşdü. 
Alogil də gəlib özlərini köçə yetirdilər. Gövdəsini mamır basmış hündür palıd, 
vələs, fısdıq, ulas ağacları meşəni çətirləmişdi. Çayzəminin kənarı ilə cır alma, 
armud,  fındıq,  alça,  zoğal  ağacları  sıralanırdı.  Meşə  çayla  birləşib  günəşin 
odunu  xeyli  söndürmüşdü.  Əlçatmaz  budaqlarda  alabaxtalar  quruldaşırdı. 
Adamın  beynini deşən cırcıramalar sanki xəstəlikdən təzəcə durmuşdu. 
 
Həcər gövdəsi yanmış qoca bir palıd ağacının kölgəsində samovar odlayırdı. 
Ağzından alov püskürən samovar buğlanır, yerində  dingildəyir, sanki yeriməyə 
ayaq axtarırdı. 
 
Uzun köç  yolundan sonra  aran  adamları Çayzəminin sərin  meşəsində  iştah 
açmışdı. ağac qaşıqların səsi gəlirdi. ovduğun doğramacın başqa ləzzəti vardı. 
Camaaat şirin yemək-içməkdə olduğundan naxır sürüyə,  sürü naxıra qarışmışdı. 
Çayboyu dağlara qalxan elatın dəvə karvanları, ilxıları, qoyun-quzu sürüləri hey 
daşdanırdı. Yad köpəklər bir-birini dəridən çıxarır, ağız deyəni qulaq eşitmirdi. 
Ayaqyalın, başıaçıq uşaqlar əllərində çomaq hay-küylə itlərin üstünə atılırdılar: 
 
   -Ə, Cəmbəri çağır, iti boğar! 
 
   -Bozdarı burax, qoy onları qulaqlasın! 
 
   -Qurdbasanı qoyma, itləri öldürəcək! 
 
Alabaş da istədi davaya qoşulsun. Nəbi acıqlandı İt itaətkarlıqla geri döndü. 
 
Otu  yenicə  biçilmiş  çəmənlikdən  bulağa  sarı  təzə  cığırlar  açılırdı. 
Çömçəbulağı  qız-gəlinlə  dolu  idi.  Həcər  bulağın  aynasına  baxıb  saçlarını 
düzəldirdi.  Oğlanlar  yorğun  atlarını  balaca  göllərdə  çimizdirirdilər.  Bir  neçə 
uşaq baldırğandan suatan düzəldib bir-birinin üzünə su çiləyirdi. Balaca qızlar 
isə  ağacların  kölgəsində  evcik-evcik  oynayırdılar.  Nadinc  uşaqlar    hərdən 
sürülərə soxulub keçiləri tutur, heyvanların əmcəklərini sıxıb südü suatan kimi 
qızların üzünə fışqırdırdılar. 
 
Şeşəbuynuz  keçilər,  dəcəl    çəpişlər  xirik  qurduna  dönüb  qayalara 
darmaşmışdı. Çobanlar keçiləri, çəpişləri qovub pöhrəlikdən çıxarırdılar. Dinc 
dayanmaqdan  xoşlanmayan  keçilər  daşların  üstündən  tullanıb  youln 
kənarındakı  bostana  doluşurdu.  Qırmızıyanaq,  totuq  erməni  cavanlarının  gər 
səsi meşəni götürmüşdü. 
 
   -Ərə hey, ərə hey!.. 
 
Çobanlar keçilərə tolamaz da atırdılar.  
 
   -Ay damazlığı kəsilmiş, belə çıx! 
 
Nəbi atını hörükləməyə aparırdı. Həcəri görüb atını düz ona tərəf sürdü. Qız 
başını aşağı salıb turac kimi biçənəyin içi ilə səkdi. Nəbinin nəfəsini duymuşdu. 
Aralanmağa çalışırdı: “Məndən əlcək istəyir. Eh, kimdir ona əlcək toxuyan, heç 
barışacağam ki!..” 
 
Həcər Nəbinin gözünə bugünkü qədər qəşəng görünməmişdi. Bir cüt qönçə 
qanovuz  koftanın  altında  uçunurdu.  Saçından  ayrılan  bir  salxım  teli  allanmış 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə