Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə20/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   16   17   18   19   20   21   22   23   ...   101

 
43 
Xanalı  da  sübh  tezdən  bazarda  idi.  O  Kərbəlayı  Təhcədən  aldığı  cövhər 
düyünçələrini  arxalığının  cibinə  doldurub  düyü  taylarına  söykənmişdi.  “Kaş 
allah mənə yağlı bir müştəri yetirərdi...” 
 
Xanalının lap böyründə qollu-qanadlı, üzünə ülgüc vurdurmamış yekəburun 
bir oğlan gəlib-gedən alıcıların ətəyindən yapışırdı: 
 
   -A  müsəlman  qardaş,  massab  haqqı,  su  eləmişəm.  Asma  bu  xocahan 
bazarında  belə  cüt  tapmazsan  ey...  ağac  deyil,  dəmirdir.  On  boyun  kəl  qoş, 
sınsa-gəl pulunu verim. Yaxşı şana apar... 
Xanalı Karapete tərs-tərs baxıb əlini ona sarı yumruqladı: 
 
   -Ay dığa, boğazının yoğun yerinə salmısan, bəsdi də, başqulağımız getdi! 
 
   -Xanalı  kibrə,  ara  bazardı  da.  Asma  mənim  səsimi  Kabla  Capar  almayıb 
ki?-Karapet yadına nə düşdüsə satdığı şanalardan birini seçib Xanalıya uzatdı:-
A  kibrə,  zəxmət  olmasa  bunu  ver  Nəbiyə.  Keçən  bazar  özü  istəyib.  Asma 
deyərsən gələ bilməycak. Malı getmir. Dağda görüşərik.  
 
Xanalı hirsli-hirsli əlini yaxında bağladığı atına uzatdı: 
 
   -Apar şananı sanc atın alığına. 
 
   -Atan rəxmət... 
 
“Bu  ermənilərə  üz  verəndə  astar  da  istəyirlər.  Keçən  bazar  Qarababalı 
hampa  Sərkisin  nökəri  Arakel  də  sakkız  təki  yapışmışdı  yaxamdan:  “A  kibrə, 
sən  məsəp,  bu  çömçəni  çatdır  keçəl  Kərimə”.  Vallah,  Kərbəlayı  Cəfər  bilsə, 
yenə  məni  xoruza    yüklər...  Nahaq  bu  dığanın  yanına  düşdüm.  Gör  matahını 
necə tə
,
rifləyir ey! Mən burada ənbərbu düyüsünü sata bilmirəm, buna bax, elə 
bil quş dimdiyində bir-bir gətirib, dərmana  içində bir gimrik tapmazsan. Alo da 
düyü torpağını yaxşı vurub. Elə bil düyü şüşədi, adamın üzünə gülür”. Xanalı əl 
atıb çuvaldan bir ovuc  düyü götürdü.  
 
   -Gəl  ey  müştəri,  yoxdu  qabaq  dişləri.  Ucuz  verəcəyəm,  gəl  apar!... 
“Deyəsən,  o  cavan  tacir  mənə  sarı  gəlir!  Tez  gəl  görüm.  Camaat  süpürgənin 
üstə necə dava salır ey... ” Xanalı  düyünü çuvala atıb əlini çırpdı.  
 
Dəmir  arşınını  qırmızı  qurşağına  keçirmiş  qarasaqqal  tacir  qaz    kimi  yan 
basa-basa Xanalıya  yaxınlaşıb salamsız-kəlamsız soruşdu: 
 
   -Mollu Xanalı sənsən? 
 
   -Bəli. 
 
   -Əşi  ,  mən  səni  çoxdan  axtarırdım.  Səni  tapmaq  olur  ki!..  İndi  eşitdim 
bazardasan. Deyirlər, qızın qəşəng xalça toxuyub. 
 
   -Bəli, necə bəyəm?  
 
   -Elə-belə, Kərbəlayı Cəfər sənə bir söz deməyib ki? 
 
   -Xeyir. 
 
Tacir arşının qurşağından çəkib havada oynada-oynada özünü nişan verdi: 
 
   -Mən ordubadlı  tacirbaşı Hacı Fərəcoğluyam. Məni tanımırsan?  
 
   -İsmini eşitmişəm. Nə qulluq? 
 
   -İstəyirəm o xalçanı bir görüm, olarmı? 
 
   -Niyə  olmur.  Üç  gəviz  düyüm  qalıb,  dəyişim  buğdaya,  sonra  gedib 
baxarıq. 
 
   -Ay pir olmuş, ilin-günün  bu vaxtı, bu köçhaköçdə kimdir düyüyə baxan? 
Camaat çörək axtarır. 


 
44 
 
Xanalı  yuxudan  ayılan  kimi  oldu.  “Bu  yağdil  taciri  niyə  evimə  də
,
vət 
etdim?” 
 
   -Tacir ağa, xeyir ola, neyniyirsən xalçaya baxıb? 
 
Tacir arşının ətli peysərinə vura-vura irişdi: 
 
   -Lə
,
nət    şərə,  mən  molla  deyiləm,  ölü  üstünə  gedəm.  Mənimki  alıb-
satmaqdır. Özüm də  dünyanın bütün bazarlarında alış-veriş eləyirəm. Parisdən 
tutumuş Londana kimi  Avropanın bütün şəhərləri əlimdədir. O şəhərlərdən qız 
gəlinlərə  əntiqə  daş-qaşlar  tapıb  gətirirəm.  O  şəhərlərə  də  Təbriz,  Türkmən, 
Xanlıq  xalçaları  alıb  aparıram.  Istəyirəm  sizdəki  xalçanın  çeşnisinə  baxam. 
Deyirlər,  əntiqə  şeydir.  Xoşuma  gəlsə  o  çeşindən  yüz  dənə  xalça 
toxutduracağam. Avropada bizim xalçaların üstündə baş yarırlar.  
 
Tacir qızıl  toqqasından asdığı hörümçək toruna bənzər qara xrom kisəsinin 
ağzını açdı. Ordan bir ovuc gümüş pul çıxarıb bir-bir Xanalının ovcuna saydı. 
 
   -Al,  bu  bir  şahı,  bu  iki  şahı,  bu  üç  şahı...  Say  gör  düzdü?  Görürsən  də, 
Xocahan bazarında heç kəs düyüyə baxmır. Çəyirtkə bu il Araz qırağında zəmi 
qoymayıb:  Deyirlər,  Qıraxtində  diş  qurtdamağa  bircə  çöp  də  yoxdur.  Həkəri, 
Bərgüşad  camaatı  bazara  o  qədər  ənbərbu  düyüsü  töküb  ki...  Hamısı  da  taxıla 
dəyişir.  Məni  sənə  allah  göydən  yetirdi...  Görürsən,  odur  ey  bizim  nökərlər 
bazar başında dəvələrin yükünü tuturlar. Di yubanma, onlara de, gəlib düyünü 
çəkib  aparsınlar.  Mən  də  bu  günlərdə  arvad-uşağı  göndərəcəyəm.  Çəmənyurd 
yaylağına  elə yaxşı oldu dost düyüsü aldım.  
 
Xanalı  tələm-tələsik  pulları  saydı.  Düzdür,  tacir  bir  yerdən  düyünü  bazar 
qiymətindən    çox  ucuz  götürmüşdü,  lakin  Xanalı  narazı  qalmamışdı.  Kişinin 
alverdə  sərişdəsi  yox  idi.  O,  yer  şumlamağa,  taxıl  becərməyə,  çəltik  əkməyə 
adət  etmişdi.  “Gedək,  salamat  yaylağa  çıxaq,  orda  pulla  taxıl  taparam,  aranda 
bu boyda yolu yük eləyib aparmağım da özümə qalar”. 
 
Həcərin  xalçası  hələ  hana  da  idi,  bu  günsabah  kəsəcəkdi.  Tacir  xalçaya 
baxanda  sevincdən gözləri dörd  oldu. Lakin  özünü  o  yola  qoymadı. Koramala 
bənzər ətli barmağını naxışlara sürtə-sürtə sallaq dodaqlarını büzdü: 
 
   -Əşi, sizin o Kərbəlayı Cəfər nə küyçül adam  imiş. O qədər tərif elədi ki, 
mən də dedim bəs, görəsən, necə şeydir. Sizin bu qonşu xanlıqda mən bundan 
da əntiqə xalça almışam. 
 
Xanalı  altdan-altdan  tacirin  hərəkətlərinə  göz  qoyurdu.  Tacir  isə  aldadıcı 
dilini işə salmışdı.  
 
Həcər  bu  xalçanı  bir  ilə  toxumuşdu.  Düz  bir  il  onun  həvəsinin,  kirkidinin 
səsi  evdəkiləri  yuxusuz  qoymuşdu.  Kərbəlayı  Təhcə  bu  xalçanın  ipini  xüsusi 
həvəslə özü boyamışdı. Zümrüd, yaqut, bənövşə rəngləri hər çiçəyin bir ləçəyi 
idi.  Xalçadakı  cürbəcür  çeşnilər,  təbiət  təsvirləri  taciri  yaman  tutmuşdu. 
Çəmənyurd elə bil bu xalçaya köçmüşdü.  Fatma xala hanasını sanki göydə yox, 
bu xalçanını üstündə asmışdı. 
 
Tacir  sərraf  gözlərini  daha  geniş  bərəldirdi.  “Bunu  Xanalıdan  qopara 
bilsəydim... Parisdə beş qat bahasına satardım”. 
 
Tacir laqeydliklə iri yumşaq əlini Xanalıya uzatdı: 
 
   -Kişi, əlini ver sövdələşək. – O, Xanalının əlini gücü çatdıqca silkələdi. – 
Sənin  bu  xalçan  bir  il  bizdə  qalacaq,  onun  çeşnilərini  götürtdürəcəyəm. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə