Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə18/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

 
39 
“Bu  nə  işdir  Canavardır!  Ağzı  yanmışa  bir  bax!  Hiyləgər  gör  özünü  hara 
soxub?! Sənin atanı yandıraram, kafir!”. 
 
Nəbi  tüfəng  atsaydı  qoyunlara  xətər  yetirərdi.  O  əlində  çomaq  canavarın 
üstünə  yeridi.  Vəhşi  dişlərini  qıcayıb  çobanın  başına  atıldı.  Nəbi  onun 
boğazından göydə yapışdı. Vəhşi istədi xilas olsun, bacarmadı. Qüvvətli çoban 
əlləri onun boğazını mənkənə kimi sıxırdı. Sürü hələ də çalxalanırdı... 
   -Canın əlimdədir, kafir! 
 
Qar  səhərəcən  yağıb, ləpiri  örtdü. Kərbəlayı  Cəfər  nədənsə  bu axşam  yaxşı 
yata  bilməmişdi.  O,  ağzında  demi  tülkü-durmazdan  ot  tayalarının  ətrfaında 
dolaşır,  nişan  qoyduğu  yerlərə  diqqətlə  baxırdı:  “Yenə  ot  aparıblar!  Bəs 
oğrunun izi hanı? ” O, donquldana-donquldana tövləyə cumdu. Dizlərini döyən 
xəncərini hirskə yana itələdi. “Nahaq qoyunu qurda tapşırmışam! Yazı düzündə 
otumu  aparan  kəndlilərə  o  rus  gədəsi  ilə  qəhmər  çıxdığı  bəs  deyil,  indi  də 
gecələr xəlvəti hamam suyu ilə özünə dost tutur. Belə də iş olar?  Köpəkoğlunu 
küçük  təki  qovacağam!”  Kərbəlayı    qapını  təpiklə  açanda  canavarın  ölüsün 
görüb dalı-dalı yeridi. 
-Biy… bu nədir? 
Kərbəlayı  Cəfər  qəribə  vəziyyətə  düşmüşdü:    gözlərinin  qarası  itmiş,  zəliyə 
bənzər  qaşları  pırtlamış,  təzəcə  xoruz  qanadına  döndərdiyi  seyrək  saqqalı 
kirpiyə  dönmüşdü.  Nəbi  gah  dodağı  səyriyən  ağasına,  gah  da    dişləri    ağaran 
canavara baxıb gülürdü… 
Kərbəlayı Cəfər özünü bir az yığışdırıb  irəli yeridi:  
 
-Bircə  bu  oyun  qalmışdı  çıxarmayasan?!    De  görüm  mənim  otumu  kimə 
vermisən?! 
 Nəbi heç bir şey olmayıbmış kimi  çiyinlərini çəkdi:  
-Ağa,  mən  çoban  adamam,  qoyun  güdürəm,  məndən  soruş  ki,  heyvanı  qurda 
vermisən, ya yox? Mən iki yerə bölünə bilmərəm ki!.. 
 
-Ho,  ho,  ho…  Böyük  adamın  oğlusan,  iki  yerə  bölünə  bilməzsən?!  Sənin 
dabbaqda gönünə bələdəm!  Sən zinanın cöhərisən! Sən dayın İldırım təki kölə 
qələmə  sancansan!  Elə  bilirsən  keçmiş  iştəklərin  yadımdan  çıxıb?!  Otun 
oğurlanmasında sənin əlin var.yoxsa heç kəs cəsarət edib mənim bir çöpümə əl 
vura bilməz.  
 
-Ağa, de görüm hansı iştəkləri çıxarmışam?  
 
-Hansı  iştəklər?..  Ə,  küçük,  sən  mənim  “Gözəlaxan”  yerimdəki  bostanımı 
yonduğun  yadımdan  çıxıb?..  Yoxsa  bir  qazan  südün  üstündə  nə  pəstaha 
çıxartdğında yadında deyil? 
 
-Ağa,  dəyirmanın  yaman  tozlayır  ha!..  Köhnə  palan  içi  tökməyin  mənası 
yoxdur. 
 
-Bəri  bax,  Nəbi,  sənin  adın  qulağıma  dəyib,  bir  az  ipini  yığışdır!  Bu  da 
qarakürə qoyunun quzusu deyil, yedirdəsən o urus gədəsi Vasqaya. Bilirəm, o 
sənə  tüfəng  verib,  ona  görə  mənim  qızıl  gözlü  heyvanımın  başına  bıçaq 
çəkmisən. Hələ allah bilir ki, bu töğvlədəki sürüdən neçəsini daşbadaş salmısan. 
 
-Ağa, bu tezdən, deyəsən, bal yemisən. Məni şərləmə. Qoyunların sanlı qoz 
təki yerindədir. Inanmırsan gəl sayaq. 


 
40 
 
-Lap  qur
,
andan  don  geysən  də,  sənə  inanmaram!  Özündə  dur  qapının 
ağzında.  Yadındardırmı,  iki  quzunun  üstündə  on  ilin  çobanı  Kərimin  şələ-
şüləsini necə verdim dalına?! Atama lə
,
nət, əgər bircə davarım əksik olsa, səni 
də iti qovan kimi qovacağam! 
     Nəbi  erkəci  və  bir  neçə  qoyunu  qabağına  qatıb  tövlədən  çıxartdı.  Sürü 
onların  dalınca  daşlanmağa  başladı.  O,  çomağını  qapıdan  keçən  qoyunlara 
toxundura-toxundura oxuyurdu: 
 
-Alakərə  tayın  gördüm…  Əbrəşkürə  tayın  getdi…  Sarıkürə  tayın  görmək 
gərək… Qızılkürə tayın gəlsin… 
     Çoban  iki  yüz  əlli  qoyunu  birnəfəsə  saydı.  Onun  gözəl  hafizəsi  vardı. 
Otardığı  qoyunların  hamısının  rəngindən,  nişanından  tanıyırdı.  Bilirdi  ki,  
sürüdə neçə alakərə, neçə qarakürə, necə əbrəşkərə, neçə sarıkürə var. 
        -Kərbəlayı, bayaqdan darını kola tökürdün. Indi ürəyin yerinə gəldi?  
          -Başından yekə danışma! Bayaq dedimki, daha mən sənə inanmıram! Sən 
şeytana papış tikərsən. Indi sən deyəndə ki, “alakərə tayın getdi”, mən nə bilim 
hara  getdi!  Rus  gədəsi  Vasqanın  qarnına,  yoxsa  erməni  dığası  Karapetin 
gödəninə, ya da Başkəndin dəlisi Şahhüseynin dümbəyinə… Dağ boyda yonca 
tayalarım gözümün qabağında əriyir, amma bilmirəm öz heyvanlarımın qarnına 
gedir, yoxsa camaatın. 
 
Sürü həyətə dağılmışdı. Qarı yalayır, atılıb-düşürdü.  
 
   -Şaxtadır,  tez  ol  sürünü  yığ  tövləyə!  Gəl  ot  apar,  görmürsən  heyvanlar 
acından qar yeyir?! 
 
   -Kərbəlayı, insafın olsun, ac heyvan belə oynamaz. Qoyun deyər “qarnımı 
doyur, qara basdır”. 
 
   -Yetim  İsmayıl  təki  az  mövzə  oxu,  dedim  sürünü  yığ  tövləyə,  vəssalam! 
Bir azdan gəlib özüm sayacağam!.. 
 
XOCAHAN BAZARINDA 
 
Gözəl qadın, ya parlaq güzgü-bunları bir-birindən ayırmamqmı olar? 
Təəssüf  ki,  gənclik  çağlarında    bu  güzgünü  ləkədən  qorumaq  hamıya  qismət 
olmur.  Bə
,
zi  ağılsız  gözəllər  on  altı  gün  ömür  sürən  zərli  kəpənəklər  təki 
aldanıb incə qanadlarını qanqallar üzərində məhv edirlər. Bəlkə babalarımız elə 
buna görə də “Gözəlin ağlı az olar” hökmünü çıxarmışlar.  
Həcər  belə  gözəllərə  bənzəmirdi.  Elçiləri  çoxaldıqca  Şirvanın  nar  kolları  təki 
başını  aşağı  salıb  qızarırdı.  Onun  sinəsi  yenicə  qönçələnmişdi.  Bütün 
Zəngəzurda hamı bu xallı qızın gözəlliyindən danışırdı. Təbiət elə bil öz qüdrət 
əlinə tapşırmışdı ki, onun badamı gözlərinə sürmə çəksin. Promotej sanki odu 
onun yanağından oğurlamışdı. Səhləb çiçəyi! Qız bu çiçək təki həmişə təravətli 
idi.  Onun  ətrindən  xumarlanmaq,  onu  dərib  yaxaya  sancmaq  çoxlarını 
ürəyindən  keçirdi.  Lakin  qızın  yaqut  dodaqlarını  bulaqlardan  başqa  heç  kəs 
öpməmişdi.  Ətirli,  parlaq    saçlarını  yalnız  dağ  küləyi  daramışdı.  Zərif 
barmaqları  yalnız  Nəbinin  qara  qıvrım  saçlarında,  bir  də  toxuduğu  əlvan 
xalçaların  naxışlarında  gəzmişdi.  Qızın  sehrkar,  musiqili  səsi  Nəbini  hələ 
uşaqlıqdan məftun etmişdi. O zaman Alogilin yoxsul daxması balaca Həcərə o 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə