Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə16/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

 
35 
 
Nəbi şən halda əlini müsahibinə uzatdı: 
 
     -Bir dərdliyik, qardaş, gəl təzədən tanış olaq. Mənim adım Nəbidir, çoban 
Nəbi. Bundan sonra adımı yadından çıxarma ha!.. 
 
    -Mənim də adım Vasilidir, yerölçən Vasili. 
 
    -Dostum, dayça məsələsi axır ki, düzəldi... Eh, indi o dayça bir at olub ki, 
Qırat onun yanında nədir! Odur ey, mərzdə örükləmişəm. 
Vasili mərzə tərəf çevrildi: 
 
    -O Qəmər day səninkidir? 
 
    -Bəli. 
 
    -Qaçağan ata oxşayır. Çölçünün də atı almadı, heç nə!.. 
O dəmir də mənimkidir. Gör, Qəmər dayla necə iyləşirlər ey... 
 
    -Belədir də, qardaş, insan dilləşə-dilləşə, heyvan iyləşə-iyləşə... 
Nəbi  eşitmişdi  ki,  Vasili  Bortsov  yer  ölçəndə  çox  vaxt  yoxsulların  tərəfini 
saxlayır. O, ilk baxışdan Nəbinin xoşuna gəlmişdi. Sarışın sifəti həmişə qayğılı 
olardı.  Özü  də  səliqəli  geyinərdi.    Bə
,
zən  rus  cavanları  təki  bığ  buraxmağa, 
çənəsində  bir  topa  saqqal  saxlamağa  adət  etmişdi.  Çölçü  olduğuna  görə 
uzunboğaz  çəkməsini  dizlərinə  qədər  qaldırar,  dar  şalvar  geyər,  qara  quzu 
dərisindən  tiktirdiyi    gödəkçəsini  çiynindən  yerə  qoymazdı.  Belindəki  qoşa 
kəməri, çiynindəki tüfəngi onu ovçuya oxşadırdı. 
 
Qoça, Vasilinin bütün şeylərini iri bir qayanın kölgəsinə yığmışdı. Özü isə 
ağacına söykənib, demisini közərdirdi.  
 
Vasili  bağlamasını  açdı.  Qəribə  bir  aparat  çıxarıb,  ora-burasını  nizamladı, 
Nəbini hədəfə aldı: 
 
     -Tərpənmə, qardaş. 
 
Nəbinin dodaqları qaçdı: 
 
    -O nədir? 
 
    -Bir balaca dayan, şəklini çəkirəm. Bax belə... Hə, yaxşı çıxdın. 
 
Vasili aparatı qabına qoyub hələ də demisini tüstülədən qocanı səslədi: 
 
   -Amican,  rica  edirəm mənim şeylərimin hamısını Nəbigilə apar, bir azdan 
biz də gələcəyik. 
 
  -Baş üstə, oğul. 
 
Qoca iti addımlarla Dəmir ata tərəf üz qoydu.  
 
Nəbinin  gözü  Vasilinin  tüfəngində  qalmışdı.  “Belə  də  silah  olar?! 
Nişangahında ayna da var!” 
 
...Dostların  söhbəti daşqın sellər kimi hər tərəfə şaxələndi.  
 
   -Dostum, rus mujiklərinin də vəziyyəti ağırdır. Onlar da sizinkilər təki bir 
ovuc  torpağın  əsiridirlər.  Hamısı  axışıb  Qafaqaza  Krıma  gəlir.  Yol  çəkirlər, 
körpü  salırlar,  əzab-əziyyətlə  çörək  qazanırlar.  Rus  kəndliləri  zülmə  dözə 
bilmirlər.  Bıçaq  daha  sümüyə  dirənib.  Yeri  düşəndə  tüfənglərini  qapıb 
mülkədarın  üstünə  düşürlər,  malikanələrinə  od  vururlar,  yandırırlar,  mal-
dövlətlərini  talan  eləyirlər.  Belə  olanda  mülkədar  da  güzəştə  getməyə  məcbur 
olur. Vasili başı ilə tüfənginə işarə etdi:-Son məqamda əsas məsləni silah həll 
edir. Ondan möhkəm yapışmaq lazımdır! 


 
36 
 
Nəbi  mamırlı  qayaya  dirsəklənmişdi,  dinib-danışmırdı.  Hərdən  başını 
tərpədirdi.  O,  qonağına  çörək  belə  təklif  etməyi  unutmuşdu.  Əli  çantasına 
toxunmasaydı bəlkə də heç yadına düşməzdi.  
 
    -Ay,  ay,  huşuma  bir  bax,  başımız  qarışıb  söhbətə,  yemək  yaddan  çıxıb. 
Dostum, sənə indi yaxşı bir süd doğraması verəcəyəm. Heç bilirsən necə dadlı 
olur?! Çobana qoyun otarmaq sərfəlidir. Kətəməzi, südü həmişə bol olur. 
 
   -Çox sag ol, Nəbi. Indicə nahar eləmişəm, zəhmət çəkmə. 
Nəbi toqqasından asdığı yastı mis camını barmaqları ilə çırtmaladı: 
 
   -İnciyərəm,  vallah,  bu  nə  sözdür!..  Eh,  dostum,  təfavütü  yoxdur,  yedin-
yemədin,  Kərbəlayı  Cəfər  həmişə  deyir  ki,  var-dövlətimi  dağıdırsınız.  Yaman 
nainsaf  ağadır.  Nökərlərinin  başında  qoz  sındırır.  O  vaxt  nahaq  yerə  çoban 
kərimi  qovdu,  özü  də  muzdunu  vermədi.  Nədi-nədi,  çalağan  iki  quzusunu 
aparmışdı.  O  vaxt  əlimdə  əlac  yox  idi,  Kərimə  kömək  edəm,  bu  günlərdə 
əvəzini  yaxşıca  çıxmışam.  Qoyunlarından  əkiz  doğanı  çox  idi,  balalarının 
üçünü xəlvətə salıb verdim Kərimə. Halal olsun. 
 
Nəbi  sürüyə  tərəf  burulanda  xəncərinin  gümüş  qını  parıldadı:“Nə  qəşəng 
xəncəri var!” Vasili dağlıların adətinə bələd idi. Bilirdi ki, xəncərin adını tutsa, 
Nəbi ona bağışlayacaq, buna görə də susdu.  
 
Çoban  sürüyə  girdi.  Qara  bir  qoyun  tutdu.  Mis  camını  toqqasından  açdı. 
Dizlərini yerə qoyub sağmaga başladı. Süd köpüklənib camdan aşdı. 
Çalağan  hələ  də  göydə  hərlənirdi.  Bayaqdan  bəri  sürünü  də,  Alabaşı  də 
bezdirmişdi. It ağzını havaya tutub zəvziyirdi. Qarakürə yenə balasının yanında 
vurnuxurdu.  Şeşəbuynuz  təkə  isə  sürünün  lap  ortasında  dayanmışdı.  Hərdən 
başını  tərpədib  zınqırovunu  çalırdı.  Bir  az  aralıda  otbiçən  kəndlilərin  səsi 
gəlirdi. Qəmər day tez-tez ağzını yonçadan çəkir, fınxırıb qulaqlarını şəkləyirdi. 
Elə bil sahibi üçün qəribsəmişdi. Nəbinin başı qarışıq idi. O, yaşıl otun üstündə 
qonağına  süfrə  açmışdı,  çoban  süfrəsi  -Dostum,  sən  başla.  -  Nəbi  toqqasına 
keçirdiyi qamış tütəyini çıxartdı: - Sənə yaxşı bir hava çalacağam... 
 
Yaxınlıqda otbiçən kəndlilər bellərini düzəldib tütəyin səsinə qulaq asırdılar. 
Vasilinin  də  həssas  qəlbi  ehtizaza  gəlmişdi:  “Nə  gözəl  çalır!  Az  qalır  adamı 
ağlada. Bu ala-bəzək qamışda nə sirr var. O, necə də dil açmışdır!” 
 
   -Əhsən, Nəbi, gözəl çalırsan! O bizim fleytaya oxşayır. 
 
   -Deyəsən, xoşuna gəlir? 
 
   -НУ...yaqşi. 
 
   -Elə isə al sənə bağışlayıram. 
 
   -Təşəkkür  edirəm.  Çobanın  tütəyi  olmadı,  heç  nə!...  Sizin  bu  çöllərdə 
davla  gəzdirən  çobanlara,  ovçulara  o  qədər  tamaşa  etmişəm  ki...  Onlar  qəribə 
oyunlar  çıxarır,  ala-bəzək  parçadan  düzəltdikləri  davla  ilə  quşları  aldatmaq 
istəyirlər.  Elə  ki,  bacarmadılar,  tütək  çalırlar.  Quşlar  tütəyin  səsindən  məst 
olurlar. Ondan sonra ovu vurmağa nə var! Hələ İrandan gələn sofiləri görəsən. 
Ən  zəhərli  ilanları  musiqi  ilə  ovlayırlar.  Zınqrovları  olmasa  dəvə  karvanı 
səhrada  qalar.  Eh,  musiqi,  musiqi!..  Onun  sirlərini  bilmək  çox  çətindir.  Fit 
çalmasam, mənim “Dəmirəm” dilini suya vurmur...  


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə