Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə15/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   11   12   13   14   15   16   17   18   ...   101
    Bu səhifədəki naviqasiya:
  • DOSTLAR

 
33 
 
Nəbi  kirkidi  götürüb  bacısının  yerində  əyləşdi.  Həcər  istədi  yerini  dəyişə, 
Nəbi qoymadı: 
 
   -Bax,burda yanımda otur. 
   -Arğacı qırarsan. Bu sənə qoyun-quzu otarmaq deyil. 
Nəbi qəsdən özünü Həcərə tərəf əydi. 
           -Öz  canım  haqqı,  kəhərin  belə  balası  olmayıb.  Kərbəlayının  dünyadan 
xəbəri  yoxdur.  Bilsəydi  belə  iş  var,  çoxdan  dəbbələmişdi...  Birdən  ağzından 
qaçırdarsan ha!.. 
           -Elə bil heç məni tanımırsan! Dayça səninkidir. Gedək baxaq. 
 
Nəbi  kəhərin  Həkərinin  böyründəki  yoncalıqda  hörüklənmişdi.  Qulun 
anasının  yanında  atılıb-düşürdü.  Həcər  qulunu  görcək  heyrətə  gəldi:  “Nə 
gözəldi!  Qulağı  da  haçadır  ki!..    Birçəkləri  elə  bil  gümüşə  tutulub.  Ayaqları 
ceyran ayağına, oxşayır. Gözləri qaraquş gözüdür”. 
 
Qulun  bir  hovur  yerində  dinc  dayanmırdı.  Nəbi  ilə  Həcər  ona  yonca  yolub 
verirdi. 
 
    -Ye, kökəl, mənim dayçam! 
 
    -Hə, dodağını aç! Aç deyirəm sənə! 
 
    -Nəbi, yemir, deyəsən,dişləri yoxdur. 
 
    -Hələ otuxmayıb. 
 
Günlər  keçdikcə  qəmər  dayçanın  sarı  tükü  tökülür,  rəngi  tamam  gümüşə 
çalır,  dırnaqları  bərkiyib  polada  dönürdü.  Dayça,  sahibinin  səsinə  alışmışdı. 
Nəbini görəndə  kişnəyir, o tərəfə-bu tərəfə səkir, ayaqları üstə onun qabağında 
oynayırdı. Nəbi dayçaya “dil” öyrədirdi: “Dur” deyəndə dayça sıçrayıb qollarını 
göyə qaldırır, “yat” deyəndə boynundakı zınqırovunu səsləndirə-səsləndirə yerə 
sinir,  “öl”  deyəndə  torpağa  sərilib  gözlərini  yumurdu:  “Axca”  deyəndə  isə 
Koroğlunun    Qıratı  kimi  qılçını  çəkirdi.  Nəbi  dayçanın  eşqinə  sürünü  ilxının 
yanından uzağa aparmazdı. 
 
Dayça  böyüyüb  qəşəng  bir  ürkə  oldu.  Nəbi  onun  belinə  çul  atmağa  belə 
qıymırdı. “Qolları alınar, qoy bərkisin”. 
 
Kərbəlayı  Cəfərin  anbarında  arpa  qalmamışdı.  Axşamlar  Nəbi  xəlbiri 
gizlincə doldurub ürkənin qabağına tökürdü. O, köhlənini oynaq görəndə istər-
istəməz  Qırat  yadına  düşürdü:  “Mənim  qəmər  dayçam  Qıratdan  da  qaçağan 
olacaq. Bu atı mənə yuxuda Koroğlu verib: “Pələng oğlum, mən qocalmışam, 
qalx  Qəmər  dayın  belinə,  al  bu  Misri  qılıncı,  dəliləri  də  çək  dağa.  Camaatı 
incidən ağalara divan tut. Haqqı nahaqqa vermə...” 
 
Elə ki, kənddə toy olurdu,igidlər atlanıb, çapışırdılar,Qəmər dayın tozuna da 
çatmırdılar.  Elə  ki,  cavanlar  Yazıda  cıdıra  çıxırdı,  Nəbi  “Qəmər  yanını” 
meydana səyirdirdi. Kimin hünəri nə idi ki, onunla çapışa çıxsın! 
 
Qəmər day sahibini dostları ilə tez-tez görüşdürüdü. Nəbi hərdən köhləninin 
belinə  qalxıb,  cilovu  Gorusa  tərəf  buraxırdı.  Bu  şəhərdə  o  özünə  Vasili  adlı 
yaxşı bir dost tapmışdı. 
DOSTLAR 
 
Yerölçən  Vasili  Bortsov  bəzən  aylarla  Gorusa  dönməzdi,  günləri    Zəngəzur 
dağlarında  kövşənlərində  keçirdi.  Nəbi  də onun kimi. Bu “çöl quşları”nın ilk 


 
34 
tanışlığı  belə  olmuşdur:  bahar  yenə  Yazının  boz  torpağına  çiçəklərdən  naxış 
vurub-Həcər  xalçaya  naxış  vuran  təki.  Qoyun-quzu  sürüləri  yenə  yamaclara 
səpələnib. Nəbi fikrilidir.  Tütəyini toqqasına sancıb. Gözü qarakürə qoyundadır, 
bir  də  onun  körpəsində.  Quzu  əsir  yumşaq  dırnaqların  torpağa  güclə  dirəyir 
qalxmaq istəyir bacarmır. Qarakürə dili ilə balasının başını yalayır. Zəhmli bir 
çalağan lap alçaqdan uçur kölgəsindən qarakürə hürkür. Mamır yaşmaqlı iri bir 
qayanın dibində ocaq yeri qaralır. Dörd yana ütülmüş sünbüllər səpələnib. Bir 
az əvvəl Nəbi həmin ocaqda həm kətəməz bitirmiş həm də sütül ütmüşdü. 
Sürüdən  xeyli  aralı  qızıl  saçaqlı  zəmilər  xışıldayır.  Mərzlər  adamla  dolur. 
Oraqların  səsi  gəlir.  Biçilmiş  tər  otun  qoxusu  mehə  qarışır.  Nəbi  atını  yoncalı 
bir mərzdə hörükləyib. Qəmər dayın yanında başqa bir at da otlayır. Atlar arabir 
dodaq-dodağa imsiləşir, kişnəyir. 
Çalağan Nəbini əsəbləşdirib. 
Alabaş bir yerdə dayanmır. Sürünü ürküdən çalağanın kölgəsini qovur. Arabir 
kölgə ilə birlikdə qaratikan kollarına soxulur, hürür... 
Amican, ağacı bir az yana yana... 
“bu səs hardan gəlir?!  Nəbi qalxır. Iki adamın yer ölçdüyünü görür. Ucaboy 
arıq üz-gözünü tük basmış bir qoca əlindəki ala-bəzək ağacı gah sağ, gah da sol 
yanında dik tutur. Həsir papaqlı sarışın oğlan isə belini yaya döndərə-döndərə 
dəniz    rəngli  gözünü  qıya-qıya  nazik  qılçalar  üzərində  qurduğu  aparatını  ala 
ağaca tuşlayır. 
-
 
Amican bir az sağa. Bax belə yaxşı yaxşı. 
Alabaş  düşməninin  gölgəsini  kolluqda  itirib  yer  ölçənlərə  cumur,  Nəbi  itə  
acıqlanır: 
-
 
Qayıq! 
Alabaş  geri  dönür.  Sahibinə  şırmanır.  Nəbi  zəmini  yara-yara  yerölçənlərə 
yaxınlaşır: 
   -Ey dost, salam! 
Yerölçən gözünü  aparatdan çəkir. 
 
    -Aleykuma  salam. 
 
    -Məni tanıyırsan? 
 
Vasili başını qaldırıb gözlərini təəccüblə Nəbiyə zillədi. Çobanın sağ qaşının 
üstündəki çapıq ona tanış gəlirdi. “Odur: Kərbəlayı Cəfərin nökəri...” 
 
    -Ну, tanıyır, tanıyır. 
 
    -Adın nədir? 
 
    -Adın yadımdan çıxıb. Qaraq ki, sanınla elə bu kovşanda tanış olmuşuq. O 
zaman soyladığın dayça da yadımda. 
 
    -Hə, yaxşı yaddaşın var. 
 
    -Sənin  ağandan  Zəngəzurda  yoxdur.  Zalım  balası  dünyanı  min  əlli 
qarmalayıb.  Bir  qarış  torpağa  görə  camaatın  başına  olmazın  oyun  açır.  Bu 
zəmini  ildə  neçə  dəfə  ölçdürsə  yaxşıdır?  Həftə  səkkiz,  mən  doqquz,  atlanıb 
Gorusa şikayətə gəlir... 
 
Qoca  zəminin  içində  alma  ağacına  söykənib  dincini  alır,  deyilənlərə  qulaq 
asırdı. “Yaxşı ki, Kərbəlayının xasiyyətinə Vasili də bələd olub. Köpəkoğlu lap 
gölə qələmə sancandır”. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə