Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə13/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   9   10   11   12   13   14   15   16   ...   101

 
29 
Gözəl onun əzilmiş papağını götürüb çırpdı, başına qoydu, çomağını, heybəsini 
əlinə aldı. Qarışqalar heybədəki yağ dürməyinə daraşmışdı. 
-Bir az tez gəl, oğul. 
Gözəl  hərdən  qanrılıb  İlanlı  dərəyə  tərəf  baxırdı:  “Yaxşı  qurtardıq.  Bu  axşam 
gərək gedib pirdə çıraq yandıram. Seyidə nəzir demisəm”. 
           -  Oğlum,  gecə  yatmayanda  belə  olar!    Sənə  kim  demişdi  gedib  bostan 
yolasan... Xanalı bilsə Həcəri öldürər. Birdə belə iş tutma! Gecələr oynamağıda 
yığışdır.  Nə  qədər  “süddü-sümük”  oynayarlar,  “qaça-qaça”  oynayarlar!  Sən  o 
biri  uşaqlara  baxma,  onların  peşəsi  quş  düşürməkdir.  Dana-buzov  səni  əldən 
salır. Bayaq doluşmuşdu Kərbəlayının bostanına. Güclə qovub çıxarmışam. 
Ana-bala Topdaşdan kəndə enendə ilk dəfə Topalın söyüşünü eşitdilər: 
Bu küçük hardadır?! Dana-buzov bağ-bağatı yenə viran eləyib. Belə də iş olar?! 
Qoy bir əlimə keçsin!... 
Gözəldə  ürək  qalmadı.  O,  titrək  barmaqları  ilə  yaşmağını  çapıq  çənəsinə 
qaldırıb  alt  dodağını  dişlərinin  arasına  aldı:  “Allah,  sən  bizi  bu  əzrayılın 
qəzəbindən saxla!” 
NƏBĠ MUZDUNA DAYÇA ĠSTƏYĠR 
 
 
Bahar təzəcə gəlib. Budaqlara baxın! Heç bilmirsən ki, bu tumurcuqlar bala 
quşlar  təki  dimdiklərini  nə  vaxt  açdı.  Meşələrə  baxın,  düzlərə  baxın,  çöllərə 
baxın!... Heç bilmirsən ki, təbiət qış paltarını nə vaxt oğurlatdı. Heç bilmirsən 
ki, bahar öz təzə donunu nə vaxt boyadı, nə vəxt geyindi. Danaqıranlar xınalı 
qayaların dibindən baş qaldırır. Qar altından təzətər  otlar qalxır. Qoyun-quzu 
sürüləri dərələrə, düzlərə səpələnir. 
 
Çobanların  ağlayanıda  vardı,  güləni  də.    Muzdla  çörək  yemək  məgər 
asandırmı?  Mollunun  bə
,
zi  insaflı  ağaları    sürüsünü  qışdan  salamat  çıxaran 
çobanların ürəyini almışdılar; ya bir zol öküz gönü, ya da iki-üç corablıq yun 
vermişdilər.  Belələrinə  Kərbəlayı  Cəfərin  acığı  tuturdu:  “Çobanı  başınıza 
çıxarmayın!  Nökəri  qudurtsan,  qurd  olar”.  Kərbəlayının    on  çobanı  birdən 
ölsəydi,  uf  deməzdi.  Ancaq  bircə  axsaq  çəpişinin  dırnağına  daş  dəysəydi, 
dünyanı  uçurardı.  O,  gecə-gündüz  var-dövlətinin  üstündə  əsirdi.  Köçə  az 
qaldığından  gecələr  yata  da  bilmirdi.  Yazın  gözü    açılar-açılmaz  qoyun-quzu 
sürülərini dönə-dönə sayır, var-dövlətinin hesabını dürüstləşdirirdi. Bədbəxtliyə 
bir bax; çoban Kərimin otardığı  sürüdən iki  quzunu çalağan aparmışdı. “Mən, 
maymağa  çörək  verə  bilmərəm!”  Kərbəlayı  Cəfər  muzd  vermədən  çoban 
Kərimi dərhal qovmuş və onun yerinə Alonun oğlu Nəbini götürmüşdü. Balaca 
çoban arxacda quzuları sayıb öz öhdəsinə alanda Kərbəlayı Cəfərin qarşısında 
belə bir şərt qoydu: 
-
 
Ağa, mənim muzduma qoyun-keçi yox, bir dayça verəcəksən! 
Kərbəlayı Cəfər səkkiz yaşlı nökərin bu qəribə şərtinə güldü: 
-Ə, küçük, dayçanı neyniyirsən? Sənin xəstə atana keçi lazımdır, südünü  əmib 
dirilsin, bildin? Keçi, qoyun, südü çörək... Kasıba bunlar lazımdır, bala! 
Nəbi  ala-bəzək  çomağını  yerə  döyə-döyə  ağası  ilə  yaşına  uyğun  olmayan  bir 
tərzdə höcətləşdi: 


 
30 
-Ağa,  sənə  nə  borc,  haqqıma  dayça  istəyirəm.  Özü  də  qaçağan  olsun,  Qırat 
kimi! Atam içməyə süd tapar. Qızıl inəyimiz təzə doğub. 
Kərbəlayı bu balaca nökərin “başından yekə” danışığını görüb əlini-əlinə vurdu: 
-Ha...ha...ha      Ə,  bala,  yoxsa  Koroğlu  olub  Çənlibelə  qaçmaq  istəyirsən? 
Deyirəm  axı,  gözlərindən  elə  Koroğluya  oxşayırsan.  “Maşallah”,  lap 
“rəhmətlik” dayına çəkmisən. 
 
Nəbi,  Kərbəlayının  rişxəndlə  güldüyünü  anlaya  bilmədi.  O,  doğurdan  da 
Koroğlu  olmaq  istəyirdi...    Nəbi  ağasının  çuğundur  kimi  qızarmış  üzünə  tərs-
tərs baxdı. 
 
-Onu sənə kim deyib? 
 
-Heç  kəs  deməyib,  elə  sənin  ötməkliyindən  başa  düsürəm.  Dünən 
yumurtadan  çıxmısan,  bu  gün  Koroğluluq  etmək  istəyirsən.  Uşaqsan,  bala, 
ağzından süd iyi gəlir. Bizim bu Kürdüstan dağlarında at oynamaq hər oğulun 
işi deyil. 
 
Kərbəlayı taytına-taytına arxacda varkəl edir, arabir əlini  sinəsinə yayılmış 
seyrək qırmızı saqqalına çəkir, altdan-altdan Nəbiyə baxırdı. Əgər o, bu  sözləri 
böyük adamdan eşitsəydi,  ağır cavab verərdi. “Hələ ağzının qatığını silə bilmir, 
ona baş qoşmağa dəyməz”. 
 
-Yaxşı,  a  bala,  bu  quzudan  muğayat  ol.  Gördün  də,  çoban  Kərimi  nəyin 
üstündə qovdum. Düz on il oldu ki, mənim qapımda yallanırdı. Yaxşılıq bilən 
deyildi.  Hər  il  iki-üç  quzumu    qurd-quş  apardırdı.  Daha  dözə  bilmədim...  Sən 
ona  oxşama,  görürəm  qoçaq  oğlansan.  Atanla  danışaram,  əgər  razı  olsa 
muzduna  dayça  verərəm.  Onsuzda  ilxımda  ildə  yüzdən  çox  qulun  olur.  Mənə 
qoyun-keçi əvəzinə dayça vermək daha sərfəlidir. 
 
Alo,  oğlu  ilə    Kərbəlayının  arasındakı  “sövdələşməni”  eşidəndə    qanı  çox 
qaraldı.  Əbilin  üstündə  ağasından    “yediyi”  təzə  çubuqların  yeri  hələ 
sağalmamışdı.  Gözəl  vaxt-bivaxt  kişinin  kürəyinə  təpitmə  qoyurdu.  Alo  hər 
axşam ufuldaya-ufuldaya ağasının yanına gedib onu yumşaltmağa çalışırdı.  
 
-Kərbəlayı, onu bağışla, uşaqdır, danışdığını bilmir. Sən demişkən, bizə keçi 
lazımdır südünü içək, çörək lazımdır uşaqlarımızı dolandıraq. Dayça haramıza 
yaraşır axı... 
 
Kərbəlayı  bic-bic gülümsədi: 
 
-Alo,  sən  işini  bilən  adamsan.  –  O,  keçmiş  ədavətlərinin  üstündən  qara  bir 
xətt çəkmək məqsədi ilə Alonun qoltuğunu qarpızladı. – Bəli, bəli, sən öz işini 
bilən  adamsan.  Mən  də  özün  bilirsən  ki,  hər  yetənə  çörək  vermirəm.  Demək, 
oğlundan  xoşum  gəlib  ki,  nökər  götürmüşəm.  Ona  dayça  verən  kimdir?! 
Gördüm  ötkəm-ötkəm  danışır,  mən  də  xətrinə  dəymədim.  Oğlunun  muzduna 
keçi götürərsən. 
 
Bu söhbətdən on qış keçdi. Nəbi son üç ildə hələ muzduna bir çürük qoz da 
almamışdı.  Bir  gün  o,  həyətlərindəki  qurumuş  iydə  ağacının  altında  dayça 
sövdəsini yenidən təzələdi: 
 
-  Kərbəlayı,  incimə,  mən  daha  muzduma  qoyun-keçi  götürmək  istəmirəm. 
Istəyir atam razı olsun, istəyir olmasın. 
 
- Niyə, bala,deyəsən, verdiyim keçiləri əmib qudurmusan 
 
- Atam yerində kişisən, ağzını təmiz aç, it qudurar. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə