Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə10/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

 
21 
Mən səni el bilirəm 
Dağlarda göl bilirəm 
Sənin qarğı məməni 
Qurumaz sel bilirəm 
 
Ismayıl xeyli gözlədi. Ona “hay” verən olmadı, bir də çağırdı. Gözəl bu dəfə onun 
səsini eşitdi. 
-
 
Oğlum, gör kimdir? 
Qonşu həyətdə “sərçə ovçulari” qışqırırdılar. 
-
 
Ə, bu çəpərə də baxaq! 
-
 
O!.. Gör burda nə qədər quş var! 
-
 
Şişi ver mənə görüm. 
Uşaqlar  əllərində  cıraq  həyət-bacaları  dolaşır,  qalın    çəpərlərdə  mürgüləyən 
sərçələri  işıqla  çaşdırıb  oradaca  şişə  keçirirdilər.  Quşların  civiltisi  onları 
gülüşdürürdü. Kərbəlayı Cəfərin oğlu Əbil də onların arasında idi. O bağıra-bağıra 
yenə kiminsə sərçəsini əlindən alırdı: 
-
 
Ver, mən görmüşəm! Ver deyirəm sənə!... 
Sərçələr  uçuşub  Nəbigilin  həyətindəki  iydəyə  doluşurdu.  “Qoymaram  bizim 
həyətdə sizi tutalar”. Nəbi perikən sərçələrə baxa-baxa yolağaya tərəf getdi: 
-
 
Kimsən? 
-
 
Mənəm oğul. 
-
 
Ismayıl əmi, nə deyirdin? 
-
 
Oğul,  elə  səni  axtarırdım.  Bizim  dana  gəlib  çıxmayıb  axı...  Əgər 
gətirməmisənsə  gedim  Molla  Əhmədə  bir  qurdağzı  bağladım,  canavar 
dananı yeyər. 
-
 
İsmayıl  dayı,  vallah,  mən  sizin  dananı  əlimlə  gətirmişəm.  Bəlkə  Kərbəlayı 
Cəfərgilin  buzovlarına  qarışıb?  Bayaq  Əbilgilin  darvazasının  ağzında 
gördüm. Odur ey, Əbil çəpərdən sərçə tutur, ondan xəbər al. 
-
 
Səni  xeyir  xəbər  olasan,  oğul.  Qorxdum  ki,  dana  qurd-quşa  rast  gələ.  Ay 
bala, bəs Məhərrəm hardadır ki, dana-buzovu sən otarırsan? Atan nə əcəb bir 
o qədər heyvanı sənə ümid olub? 
-
 
Məhərrəm naxoşdur. 
Ismayıl  kişi  Kərbəlayı  Cəfərgilə  tərəf  getdi.  Nəbi  isə  anasının  yanına  qayıdıb 
yenə “Qızıl” ın qaş-gözünü tumarlamağa başladı... 
Gözəl inəyi sağıb qurtardı, buzovun buruntağını açdı: 
-
 
Oğlum, bu, sənin ilk qazancındır, aparım evə yoxsa... 
Nəbi  dinmədi.  Ana  damın  üstünə  çıxdı.  Oğlu  çomağını  sürüyə-sürüyə  onun 
arxasınca addımladı... 
Alo,  bacanın  yanındakı  daşın  üstündə  oturub  bekarçılıqdan  çubuq  yonurdu. 
Gözəl  görək  kimi  bıçağını  qatlayıb  cibinə  qoydu.  Ayağa  durub  böyründəki 
qalaylı mis qazanlara nəzər saldı. 
-
 
Ay Gözəl, neyniyirsən bu südü gətirib? Onsuz da hamısı bizim evə gələcək 
də! 
Gözəl gülümsündü: 


 
22 
-
 
Sahibkar icazə vermir. Kişinin öz malıdır, bilmək istəyir ki, qazancı nə qədər 
olub. 
Gözəl  südü  qazana  boşalda-boşalda  oğlana  baxdı.  Nəbinin  gözləri  sevincdən 
işıldayırdı. 
-
 
Bərəkətli olsun, ay bala! 
Nəbinin  yaraşıqlı  dodaqları  qaçdı.  Onun  nəzəri  qazanın  dibində  muncuqlanan 
süddə  qalmışdı.  Gözəl  oğlunun  üzündən  öpdü.  Çənəsindəki  çapıq  oğlunun 
sifətinə toxunanda ana diksindi, tez yaşmağını qaldırıb kövrəldi. 
-
 
Başına  dönüm  bala  əlacım  olsa  səni  dana-buzova  göndərmərəm.  Bizim 
çörəyimiz  daşdan  çıxır.  Sənin  tayların  odey,  sərçə  tutur.  Neynim,  allah 
kasıbçılığın üzün qara eləsin. Oğlunu ata da qucaqladı: 
-
 
Nəbi,  görək  bu  axşam  sənə  quzu  kəsəydim.  Elin  dəbi  belədir.  Ilk  qazanc 
gətirən günü atam mənə çəpiş kəsmişdi... Özü də qazancım nə idi? Bir şələ 
çırpı!... 
Alo  bu  balaca,  naxırçı  oğlunu  elə  bil  birinci  dəfə  görürüdü  “Necə  də  tez 
böyüyüb!... Maşallah..” 
Nəbinin isə gözü yolda qalmışdı. “Bu arvadlar niyə gəlib çıxmadılar?” 
-
 
Ata, bəs südü niyə gətirmirlər? 
-
 
Darixma, mənim balam, indi gətirərlər. 
-
 
Qoy çağırım. 
-
 
Nə deyirəm.. 
Nəbi üzünü kəndə tutdu: 
-
 
Ay arvadlar, südü gətirin!.. 
Uşağın  alnındakı  çapıq  qan  rənginə  düşdü.  O,  atasına  baxıb  qızardı.  Gözlərin 
çomağınma dikdi. Handan-hana başını qaldırıb, atasında soruşdu: 
-
 
Ata, keçən həftə Məhərrəmin bazar südü niyə çürüdü? 
Anam  deyirdi  kimsə  südə  su  qatıb,  düzdür?  Birdən  mənim  südümə  də  su 
qatarlar ha!... 
-
 
Oğlum,  görünür,  anan  qazanı  yaxşı  yumayıb.  Sənin  südünə  heç  kəs  su 
qatmaz, camaatımız halal camaatdır. 
Yolağda bir qaraltı göründü. Nəbi sevincək atasına baxdı: 
-
 
Ata, gəldilər! 
Arvadlar Alonu dövrəyə aldılar. Beli zənci tükü kimi qıvrılmış ağbirçək bir qarı 
sərnici Aloya göstərib deyirdi: 
-
 
Bura  bir  bax,  oğlumun  canı  haqqı,  “Dumanın”  olan  südü  budur.  Bizim 
“Duman”  bu  gün-sabah  qurudacaq.  Allaha  and  olsun,  yelinində  nə  vardı 
hamısını çırtdım, balasına heç bir damcı da süd saxlamadım. 
Alo başını yırğaladı. 
-  Ayıbdır, ay bacı,  kim sənə deyir az süd gətirmisən? Nə qədərdir-allah bərəkət 
versin, tök qazana. İl quraqlıq keçir, çöldə ot var ki, süd ola?! 
Qarı sərinci boşaltdı. 
-
 
Nə bilim, dedim, ürəyinizə başqa şey gələr. Bizim ev haram mal götürmür. 
O bir arvadlar isə gətirdikləri südü Aloya göstərməyə utandılar. 
- A kişi, allah oğlunun qazancından sənə xeyir versin! Allah bərəkətli eləsin! 


 
23 
-  Çox  sağ  olun,  allah  sizin  də  balalarınızı  saxlasın.  Süd  gətirənlərin  biri  gəlib, 
biri gedirdi. Balaca naxırçının baxışı qazanlardan ayrılmırdı. Qazanın biri dolu, 
o biri hələ yarımçıq idi. Alo əlini Nəbinin çiyninə qoyub, qazanlara işarə etdi: 
- Özün de görüm, ilk qazancından sənə nə alım? 
Nəbi fikirləşmədən dedi: 
-
 
Ata  mənə  bir  dayça  al.  Özüdə  boz  olsun.  Əbilin  boz  dayçası  kimi.  Minib 
onunla çapışım. 
-
 
Ay  oğul  axı,  iki  qazan  südə  dayça  verməzlər.  Böyüyərsən,  onda  sənə 
qaçağan bir at alaram. Əbili də ötərsən. Hələlik bu qazancından atan bir zol 
gön  alacaq,  sənə  qızqaytaran  çarıq  tikəcək.  Naxırçıya  əsas  çarıq  lazımdı. 
Südün  qalanını  da  yağ  elətdirib  verəcəyəm  arpaya.  Maşallah,  daha  yekə 
oğlansan.  Mən  qocalıram,  bundan  sonra  ailəni  Məhərrəmlə  sən 
dolandıracaqsan.  Mehdi  hələ  körpədir,  üç  yaşı  var.  Səkinə  də  ki,  qız 
xeylağıdır...  yağ  satmağa  səni  də  özümlə  Xocahan  bazarına  aparacağam. 
Sənə fındıq alacağam, tökərsən cibinə, yeyərsən. Indi, oğul, ayaq üstə durma, 
yorğunsan, get evə, gör anan sənə nə bişirib. 
Nəbi atasından təzəcə aralanmışdı ki, Kərbəlayi Cəfərin uzun, qara eybəcər 
qaraltısını gördü: “Bu, bizim həyətdə nə qayırır?” 
Kərbəlayi  Cəfər,  gecə  özündən  də  bədheybət  görünən  qarağac  kötüyünün 
arxasında  dayanmışdı.  O,  Nəbini  kinli  nəzərlə  süzdü:  “Ədəbsizin  forsuna 
bax,  siçan  olmamış  dağarcıq  dibi  yırtır!  Indidən  şeytançılığa  başlayıb.  Bu 
boyu  ilə  bizə  qara  yaxır.  Mən  onun  atası  ilə  danışaram.  Hörmət  elədikcə 
adamın başına çıxırlar!” 
Nəbi  evə  getdi.  Kərbəlayı  isə  ayağını  çəkə-çəkə  damın  üstünə  qalxdı.  Alo 
ağasının gəldiyini görüb baş endirdi: 
-
 
Xoş gördük, Kərbəlayı, necəsiniz? 
Kərbəlayı Cəfər sir-sifətini zəhərləyib qızıl kəmərindən asılmış xəncərin hirslə 
yana itələdi və qanlı-qanlı  Aloya baxdı: 
-
 
Rəiyyət cızığından çıxanda, ağanın kefi necə olar? 
Alo Topalın qəzəbli baxışlarından gözlərini qurtarmaq üçün başını aşağı dikdi, 
çarığının  burnu  ilə  yeri  eşməyə  başladı.  Kərbəlayı  demisinin  sapını  Alonun 
çənəsinə toxundurub rişxəndə qazana işarə etdi: 
-
 
Hm...  deyəsən,  qudurmusan  hə?!  Oğlanların,  deyəsən,  səni  kasıblıqdan 
çıxarıblar! Həftədə iki qazan südü olan rəiyyət ağasının sözünə baxmaz də!. 
Alo  elə  bir  torpağın  içində  söz  axtarırdı.  Alo  nə  deyə  bilərdi?!    Topal  davanı 
satın almağa gəlmişdi.  
-
 
Alo! 
-
 
Qulağım səndədir, ağa. 
-
 
Yəni bu qədər qudurmusan?! 
-
 
Bu nə sözdür, ağa?! 
-
 
Endirib çağırışa da gəlmirsən! 
-
 
Allah eləməsin, ağa. 
-
 
Sənin kimi bəndələr eləyəndən sonra allahın nə günahı?! 
“Gözəlxan”  da  əkdiyin  bostan  əldən  gedir,  olan-qalan  da  tağın  üstündə 
quruyur. Bostana su vermək lazımdır... 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə