Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə17/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

 
37 
 
   -Düz  deyirsən,  dostum,  musiqi  başqa  aləmdir.  Isgəndər  zülqərneyin 
boynuzunu da bütün dünyaya yayan bu qamış tütək olmuşdu... Mən bu tütəkdən 
təzəsini düzəldərəm. Bunu sən götür. Qoy yadigar olsun.  
 
Vasili  sevincək  tütəyi  alıb  diqqətlə  baxdı,  baxdı...  Dodağına  yaxınlaşdırdı, 
çalmaq istədi, bacarmadı. 
 
   -Al, qardaş, lalın dilini anası bilrə. 
 
Tütəyin  ahı  zəmilərin  xışıltısına  qarışdı.  Elə  bil  kimsə  vaxtı  ilə  millətin 
bütün kədərini, dərdini bu qamış tütəyə doldurubmuş. Zəmilər də, xınalı qayalar 
da,  çiçəklələyən  torpaq  da  sanki  dilə  gəlib  Nəbiyə  deyirdi:  “  Bu  ağır  kədəri 
əritməkdə sən tək deyilsən,indi sənin məslək dostun var, böyük arxan var! ” 
 
Vasili  fikirləşirdi:  “Bəs  mən  nə  bağışlayım  ki,  dostumun  ürəyincə  olsun?” 
Axı onun nəyi vardı aynalıdan başqa! O, cəld tüfəngini çiynindən aşırıb Nəbiyə 
uzatdı:  
 
   -Al, qardaş, gərəyin olar.  
 
Vallah,  almaram.  Gecən-gündüzün  çöllərdə  keçir.  Insafdır  sənin  yarağını 
götürəm?! Mənim özümündə tüfəngim var. Evdə qalıb. 
 
   -İnciyərəm, al! 
 
Dostların  başı  söhbətə  qarışmışdı.  Fürsət  gözləyən  çalağan  şığıyıb  təzə 
doğulmuş quzunu anasının döşündən qopardı. Nəbi aynalını üzünə aldı. Güllə 
açılan  kimi  çalağan  yelpic  təki  qanadlarını  yığdı.  Quzu  onun  caynağından 
qopub şappıltı ilə sıldırım qayalara çırpıldı, dalıncada çalağanın özü.  
 
   -Əhsən, qardaş. Gözdən yaman itisən! Vay Kərbəlayı Cəfərin halına... 
 
   -Qardaşım Vasili, belə silah ələ düşməz. Qiyamət atır.  
 
Nal  səsləri  dostların  söhbətini  yarımçıq  qoydu.  Qaratikanların  arasından 
əvvəlcə Kərbəlayı Cəfərin buxara papağı, sonra isə atının qaşqası göründü. O, 
atını çapa-çapa ağzının söyüşünü hara gəldi dağıdırdı: 
 
   -İt uşaqları, it! Afat çəyirtkəsi kimi yenə daraşıblar mərzlərə. Ona bax, lüt 
İsmayıl gör necə şələ ot biçib?! Ölüb də yiyəsi!... Mən köpəkoğlunun çörəyinin 
duzu yoxdur, özüm də bilmədən qoynumda canavar bəsdəmişəm! 
 
Qoca  qabağına  keçən  kəndlilərin  baş-gözünü  qapazlayır,  ot  şələlərini 
dağıdır,  onları  atdöşü  eləyirdi.  O,  Qəmər  dayı  mərzdə  görəndə  az  qaldı 
hirsindən patlasın: 
   -Bu yabı kimindir? Gəlsin öryünü bağlasın qılçına! Yoxsa... axmaq çobana bir 
bax, az qalıb mənim övladlarımın süd payına da şərik çıxsın! 
 
Nəbi addımlarını yeyinlətdi: 
 
   -Dostum  Vasili,  sən  qəti  danışma,  o,  azğınla  özüm  hesablaşacağam! 
Hürüşünü qanmayan it, yuvasına qurd gətirər! 
 
 
 
 
 
CANAVAR TÖVLƏYƏ SOXULUB 
 
 
İl şaftalı ağacı kimi necə də tez qocalarmış! Nəbi bir səhər durub gördü ki, 
Kərbəlayının  ot  tayaları  atasının  başı  təki  ağarıb.  Dağlar  qar,  düzlər  qar! 
Mollunun  alçaq  miskin  komaları  çurumuş  göbələyə  bənzəyirdi.  Hər  yandan 
qarın  xışıltısı  eşidilməkdə  idi;  qoca,  cavan  deyinə-deyinə  evlərin  üstündə 
kürüyürdü. 


 
38 
 
   -Bu qar deyil, bəladır, bəla! 
 
   -Zəhrimar heç kəsmək bilir ki!... Mal-qaramız tövlədə acından batır!  
 
   -Allah  Kərbəlayı  Cəfərin  evini  yıxsın.  Qoydu  ki,  vaxtında  ot-alaf 
toplayaq?!  Kol-kosun  içindən  cəngə-cəngə  yolduğumuz  otu  da  şallaq  zoruna 
tutub əlimizdən aldı. Yazıq Nəbi az qalmışdı bizim üstümüzdə xətaya düşə. 
 
Qış bərk gəldiyindən ac köpəklərin bayramı idi. Hər gün tövlələrdən neçə-
neçə  mal  cəmdətini  sürüyüb  dərəyə  tökürdülər.  Yalquzaqaların  qorxusundan 
Yazı  düzündən  keçmək  olmurdu.  Həkəri  də,  Bəgüşad  da  buzlamışdı. 
Dəyirmanlar işləmədiyi üçün qız-gəlinlər kirkirə işlədirdilər.  
 
Kərbəlayı  Cəfərin  isə  araz  aşığından,  Kür  topuğundan  idi.  Hələ  taxıl 
quyularına  əl  vurulmamışdı.  Anbarları  unla  dolu,  ilxılarının,  sürülərinin,  mal-
qarasının  isə yeri isti, otu da bol idi. 
 
Nəbi  axşamlar  tövlədə,  sürünün  yanında  qalırdı.    Bir  dəfə  gecəyarı  qapı 
yavaşca döyüldü.  
 
   -Kimsən? 
 
   -Mənəm, oğul... 
 
Nəbi  İsmayıl  kişinin  tutqun  səsini  tanıdı.  Taxçadakı  saxsı  çırağı  yandırıb 
qapını  açdı.  Içəri  qar  töküldü.  Qoyun  iyi  buğa  qarışıb  bayıra  axdı.  İsmayıl 
kişinin  lopa  bığları  sırsıra  bağlamışdı.  Çənəsi  çənəsini    sındırırdı.  Çuxası 
şaxtadan  taxtaya  dönmüşdü.  O,  papağının  qarını  çırpanda  sürü  hürküşüb 
tövlənin  küncünə  yığıldı.  Çırağın  işıığında  qoyunların  gözləri  zümrüd  təki 
yanırdı.  
 
Nəbi  titrəyən  qonağını  başdan-ayağa  gözdən  keçirib  onun  belinə  doladığı 
qəzil çatını açmaq istədi. 
 
   -Bala, sən zəhmət çəkmə, bir az qızınım, özüm açaram.  
 
   -İsmayıl dayı, zəhməti yoxdur... Bəs niyə belə gödək çatı gətirmisən? 
 
   -Oğul,  elə  bunun  arası  tutunca  ot  versən  bəsimdir.  Inəyim  acından  ölür. 
Allah səni min budaq eləsin. 
 
   -Ot sarıdan fikir eləmə. Arxamca gəl. Amma ayağını izimə qoy ha, yoxsa 
Zalım duyar, qazdan da ayıqdır. 
 
Ismayıl  hərdən  sürüşürdü.  Yazıq  qoca  iməkləyə-iməkləyə  qalxıb  Nəbinin 
yapıncısından tutur, özünü ayaq üstə güclə saxlayırdı. 
 
Onlar  üstünü  qar  basmış  yonca  tayasının  yanında  dayandılar.  Tayanın 
sökülən yeri qaranlıq mağaraya bənzəyirdi. Nəbi tayada bir neçə iri yonca bağı 
çəkib çatının üstünə qoydu. Şələnin  bərk-bərk sıxdı: 
 
   -Di, İsmayıl dayı, tez ol,gəlib-eləyən olar. 
 
   -Gedək,  oğul,  gedək.  Görüm,  gözəgörünməz  allah  səni  eldən  əskik 
eləməsin.          Boynumda çox haqqın var. Allah qoysa  bu ildən atanla ortaq 
olacağam.  Zəhra    xalan  səndən  yaman  razılıq  eləyir.  Deyir  ki,  Nəbi  dana-
buzova  gedəndə  bizdən  qəti  süd  almazdı.  Torpağı  sanı  yaşayasan,  rəhmətlik 
dayına, İldırıma çıkmisən... 
 
Nəbi qayıdanda tövlədə tappıltı eşitdi. “Nə olub görəsən?” 
 
Çıraq  sönmüşdü.  Tövlə  qaranlıq  idi,  yalnız  bacadan  işıq  gəlirdi.  Qoyunlar 
küncə təpilmişdi. Sürünün  içində bir cüt göz yanırdı. Nəbini təəccüb bürüdü. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə