Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə24/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

 
51 
yanağında  qaralan  xalı  gizlətmişdi.  Nəbinin  ürəyindən  qəribə  hiss  keçirdi. 
Istəyirdi ki, Həcərin razılığını alıb onu elə buradan qaçırtsın... 
 
Həcərin kələğayısı kəpənək təki qanad çalırdı. Başını qaldırmadan düşərgəyə 
üz  qoymuşdu.  Səhənginin  ağzına  qapadığı  bənövşələrin  gözlərindən  yaş 
damcılayırdı.  
 
Nəbi  qızı  qabaqladı.  Həcər  çaşqın  halda  Nəbini  süzdü.  Ətirlənmiş  qara 
kirpikləri sanki ox olub oğlanı geri oturtdu. Həcər uzaqlaşdı. 
 
Köç səhərə yaxın qalxdı... 
 
Dağ  yolları  uzun...  Dağ  yolları  yorucu...    Dağ  yolları  nəhayətsiz...    Tar 
basmış  dərələrdən  axan  soyuq  külək  Kəpəzə  tərəf  gəldikcə  isinir.  Elin  ağlı-
bozlu qoyun sürüləri, çətən yüklü dəvələri, atları, qatırları yollara  naxış vura-
vura Çəmənyurd yaylağına tərəf axır. Köç qorxulu bir uçurumun qaşına çatır. 
Xam  öküz  yüklü  eşşəklərə  pəl  vurub  qabağa  keçir.  Aşağıda  cunqur  dərələrin 
dibi görünmür. Birdən Alonun səsi titrəyir: 
 
   -E-hey... öküz uçdu, öküz uçdu!. 
 
   -Vay!..  Belə  də  peşmançılıq  olar?!  Biz  indi  Xanalıya  nə  deyəcəyik?!  Kaş 
qızıl düyə  uçaydı!.. 
 
Nəbi anasına toxtaqlıq verdi: 
 
   -Fikir eləmə... Yaylaqda haqqımda üç qoyun alacağam, verərəm Xanalıya.  
 
Hava  işıqlananda  Alonun  köçü  Çəmənyurda  güclə  çatdı...  Mən  təəccüb 
edirəm ki, yer altında uyuyanlar nə üçün belə loğman dağlarda dirilmirlər 
 
NƏBĠ KƏNDĠN SÜRÜSÜNÜ 
MƏHƏRRƏM KƏNDĠN  NAXIRINI OTARIR 
 
El Çəmənyurd yaylağından arana enəndən sonra Alogilin dolanacağı bir balaca 
yaxşılaşmışdı.  Nəbi  artıq  camaatın  sürüsünü  otarırdı.  Gözəl  sevincindən 
bilmirdi  ki,  nə  etsin.  “Oğlum  o  şümürdən  gərək  çoxdan  uzaqlaşaydı.  Bircə  o 
qalmışdı ki, uşağa şər atmaya. Nəbi yüz erkəyi Naxçıvan bazarında sata bilərdi? 
Heç  bu  ağıla  sığan  işdi?  Dünya  dağılsa  da  mənim  oğlum  belə  iş  tutmaz; 
Kərbəlayı  Cəfərin çörəyini yemək olar?  Onun çörəyi ilan sümüyüdür!” 
Alo kiçik oğlu Mehdi ilə əhəng yandırır, onun-bunun bağ-bağatını çəpərləyir, odun 
yarır,  bir  sözlə  kəsbkarlıq  edirdi.  Məhərrəm  isə  ailənin  gündəlik  çörəyini  elin 
naxırından gətirirdi. Təəssüf, min təəssüf! Bu xoş günlər uzun sürmədi... 
Məhərrəm  hər  axşam  naxır  kəndə  qayıdanda  iri  çantasını  böyrünə  salıb  qapı-
qapı dolaşır hər evin çəpəri ağzında çomağına söykənib haqqını istəyirdi. 
Məhərrəm  lap körpəlikdən yoxsulluğun hər üzünü görmüşdü. O, kasıb ailələrin 
qapısında  qəsdən  dayanmırdı:  “Ayıbdı  birdən  verməyə  bir  şeyləri  olmaz  səsimi 
eşidib xəcalət çəkər!.” 
Bir  axşam  Məhərrəm  təsadüfən  İsmayıl  kişi  ilə  rastlaşdı.  Ayın  işığında  iynə 
saplamaq  olardı.  Kişinin  aşlı  camış  gönündən  qurşadığı  enli  toqqasından  ortası 
yeyilmiş  uzun  bir  satıl  və  buynuzsaplı  yekə  bir  bıçaq  sallanırdı.  Tumanbağısının 
qotazları  yamaqlı  dizlərinə  çatmışdı.  Məhərrəm  altdan-altdan  İsmayıla  baxırdı. 
Yazığın  dişləri  tökülmüş,  ovurdları  batmış  boğazının  damarları  üzə  çıxmışdı. 


 
52 
“Kasıblıq necə də böyük bəla imiş. Bu kişiyə kim əlli yaş verər?  Sifətinə baxanda 
adam qorxur, allah bu biyarı heç düşmənimizə də qismət eləməsin. Kişinin o qədər 
işlədiblər ki üfürsən yıxılar”. 
İsmayılın sir-sifətində elə bil çüt əkmişdilər. Əllərinin əti tökülmüşdü. Quyuya 
düşmüş  qara  gözlərinin  yağı  çoxdan  qurtarmışdı.  Kişi  uzun,  nimdaş  sətin 
arxalığının cibini eşələyib çaxmaq daşı və qov çıxartdı satılını işə saldı. 
-
 
Oğul  yaxşı ki  çəkən deyilsən.-  Qocanın  saralmış  lopa bığları  tüstünü  udub 
üzünə yayadı.-Öhö!... Öhö!... Bu zəhirmar da yaman ziyan verir. Atan  yaxşı 
elədi tərgitdi.-İsamyıl bir-iki dəfə də acı-acı öksürüb əlinin dalı ilə yaşarmış 
gözlərini ovuşdurdu.-Zəhrimar lap ciyərimi odladı! 
-
 
Ismayıl əmi, bunu tərgit getsin! 
     Öhö... Öhö... Ay oğul məgər məndən aslıdır? Çəkməyəndə dəli oluram. Səni 
də  yolundan  elədim,  bağışla  bu  gündə  əlimiz  kassadır.  Sabah,  allah  qoysa 
hamısını birdən verərik. Qonağımız var, Kərbəlayı Cəfər yenə bizə iki ac quldur 
göndərib.  Deyir  general  Həsən  ağanın  adamlarıdır..  Qulağım  bayaq  çaldı, 
Nəbidən danışırdılar. Deyirdilər ki, Nəbi yaylaqda naxçıvanlı Şahhüseynlə, bir 
də...  adı  yadımdan  çıxdı  ey...  hə..  hə..  sizin  o  kirvəniz  vardı  ha,  Kinkor,  onun 
oğlu Karapetlə əlbir olub, Kərbəlayı Cəfərin bir sürü erkəyinin başını əkib. Bu 
zalım köpəkoğlu yenə bir iş qaynatmasa yaxşıdır. Görüm boğazlarını  yağlayıb 
onları birtəhər yola gətirə bilərəmmi... 
Məhərrəm  xudahafizləşib  qonşu  həyətə  sarı  getdi.  “Yaxşı  ki,  Ismayil  kişini 
gördüm, Deyərəm, Nəbi ayıq olsun...”  O, ikilaylı qırmızı darvazanın ağzında ayaq 
saxladı  qorxa-qorxa  ev  sahibini  səslədi.  Onun  səsini  yalnız  çardağın  dibində 
yumağa  dönmüş  Bozdar  eşitdi.  “Deyəsən,  gələn  yoxdur”.  Məhərrəm  getmək 
istərkən Bozdar dükçə təki səssizcə açılıb önü süpürlədi. 
Məhərrəm çomağı ilə özünü qorumaq istədisə də köpək onu karıxıdırb qaratikan 
çəpərinə qısnadı. 
-
 
Ay it, ay it!.. 
Səsə İsmayıl kişi özünü yetirdi. O, yekə bir daş götürüb Bozdara atdı: 
Köpək bir neçə çomaq yeyəndən sonra bir qılçası üstə zingildəyə-zingildəyə özünü 
həyətə  saldı.  Məhərrəmin  şalvarı  didik-didik  olmuşdu.  Yazığın  üzünə  sanki  urva 
dağıtmışdılar. Əl-ayağı titrəyirdi. Hələ qıçlarından süzülən isti qandan xəbəri yox 
idi. Isamyıl qaçıb evlərindən bir parç su gətirdi. 
-
 
Qorxma bala al iç hec nə olmaz. Bu quduz dəymiş hardan çıxdı? 
Məhərrəm uçuntulu əlləri ilə parçı başına çəkdi. Su çalxalanıb üst-başını islatdı. 
Çantasındakı çörəyin hamısı həyətə dağılmışdı. Ismayıl Kərbəlayı Cəfərin qarasına 
deyinə-deyinə  yerə    tökülmüş  qanlı  çörəkləri  bir-bir  silib  Məhərrəmin  çantasına 
yığdı. 
-Köpək oğlanlarının itləri də özləri kimi ziyankardır! 
Gərək həmişə camaata xətər yetirələr. 
İsmayıl boş parçı alıb evləırin tərəf tulladı: 
-
 
Ay Zəhra ay Zəhra tez ol bir az əsgi yandır, yaranı bişirək...  Quduz  dəymiş 
uşağın qılçını parçalayıb... Gedək oğul gedək bizə... 
Sarı  samovar  həyətdə  “segah”  oxuyurdu.  Ismayılın  qonaqları  eyvandakı 
döşəkçələrin  üstünə  sərilmişdilər.  Biri  qoca  idi,  biri  cavan.  Qocanın  başı  saqqalı 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə