Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə22/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   18   19   20   21   22   23   24   25   ...   101

 
47 
başıma  nə  oyun  açır?!”  Qab-qacağı  həyət-bacaya  səpələmiş  öküz  böyürüb 
qəzəbli baxışları ilə dirəyə söykənmiş Alonu daha da hövsələdən çıxartdı. Kişi 
acı  tüstünü  acgözlüklə  sinəsinə  çəkirdi.  Bu  saat  dünyada  Alonun  bu  dağal 
öküzdən qorxulu düşməni yox idi.  Heyvan onun gözünə  Kərbəlayı Cəfərdən 
də bədheybət görünürdü. 
   Gözəl  eyvanda  oturub  uzun  qıyıqla  cehiz  xurcununu  gözəyirdi;  öküz  neştər 
buynuzu ilə  onu bir neçə yerdən dağıtmışdı. Xurcun istər-istəməz Gözəlin gəlin 
gəldiyi  illəri    yadına  salmışdı:  “  Bəxtəvər  günlərim  vardı.  Bu  xurcunu  elə 
həvəslə toxuyardım ki...” 
 
Mehdi öküzü qarağac kötüyünə bağlayıb, çomağına söykənmişdi. Xam öküz 
böyürüb  çatını  qırdı.  “Hara  qaçırsan?!”  –Mehdi  çomağı  ilə heyvanın qabağını 
kəsdi. 
 
Həyətlərdəki hacıleylək yuvasına bənzəyən çardaqlar bomboş idi. Kərbəlayı 
Cəfərin  talvarında  gecələyən  cuvarlar  sübhdən  oyanmışdılar.  Kimsə  Topalın 
kölgəsini qılınclayırdı: 
   -Allah onu vurub!  Onun bağına ay su verdim ha!... 
Başqa bir cuvar da müsahibinin sözünə qüvvət verirdi. 
   -Əgər onun  çəltiyi su görsə, atamın oğlu deyiləm! 
Cuvarların dərdi açılmışdı. 
   -Zalım  balasının  var-dövləti düzü-dünyanı  alıb ağzına. Amma dağa köçəndə  
Bizə bir girvənkə yağ da vermədi şiləyə tökək. 
 
   -Neynək,  verməsin,  örkən  nə  qədər  uzun  olsa,  axırda  gəlib  doğanaqdan 
keçir. Şahın qaraçıya işi düşən bir gün olacaq. 
   -Kərbəlayı  Cəfərə  Nəbi  qənim  olsun.  Qışda  otunu  paylayır  camaata,  yayada 
da qoyun-quzusunu. 
Uzaqdan at kişnərtisi eşidildi. Cuvarlar susdular. 
 
   -Olmaya köpəkoğlu qayıdır?! 
 
Gələn  Kərbəlayı  Cəfər  yox  Nəbi  idi.  O,  Qəmər  dayın  cilovunu  qoluna 
keçirib anasının boyunu qucaqladı: 
 
    -Yəqin, məni çox gözləmisən, ana! 
 
Gözəl yaşmağı ilə çənəsinin çapığını qapadı: 
 
   -Çox, oğul, çox!.. 
 
Nəbi çəyitkə gələn günün sabahısı qabaqbinə ilə Atirizi yaylağına getmişdi. 
Gözəl  neçə  həftə  idi  ki,  oğlunu  görmürdü.  Ana  sevinclə  oğlunun  saçını 
qarışdırdı:  “Boyuna  qurban  olum,  ay  bala”.  Gözəlin  barmmaqları  aynalının  
lüləsinə toxundu, oğlunun gümüş qınlı xəncərində gəzdi.  
 
  -Oğul, harda qalmışdın? 
 
  -Can, ana ağam qoymurdu gələm. Deyirdi,  gecə vaxtı yolda oğru, əyri çox 
olur,  mərcanlılar  sürünü  çəkib  apararlar.  Onu  güclə  razı  salmışam.  Sürünü 
tapşırmışam Məhərrəmə, oğurlatmasa yaxşıdır.  
 
   -Oğurlatmaz,  bala,  nigaran  qalma...  Atan  lap  dəli  olub,  yaxşı  oldu  gəlib 
çıxdın.  Tez  ol,  kömək  elə,    heyvanları  yüklə,  kənddən  çıxaq.  Qurd-quş  bizi 
basıb yedi. 


 
48 
 
Nəbi  hamı  ilə  görüşdü.  Alabaş  sahibinin  əl-ayağına  dolaşdı.  Anası  Nəbinin 
qulağına dedi: 
 
   -Oğul,  bu  dağal  öküzü  Həcər  göndərib.  Yoxsa  bu  köçhaköçdə  Xanalının 
heç    yadına  da  düşməzdik.    Karapet  Xanalını  bazarda  görüb,  şana  verib  ki, 
çatdır Nəbiyə, Xanalı Şananı hirslə həyətə elə atdı ki, az qaldı Şana sına. 
 
Nəbi başını tərpətdi: 
 
   -Eh,  ay  ana,  sən  hələ  heçnə  bilmirsən.  Qabaq  da  çox  seylər  olacaq... 
Deyirsən, atam yaman darıxıb, eləmi? 
 
   -Darıxıb  da  sözdür?!  Canın  haqqı,  bir  az  da  gec  gəlsəydin,  kişi  az  qala 
partlamışdı.  
 
Nəbi ərklə qolunu atasının boynuna saldı. 
 
   -Üz-gözünə nə olub? 
 
   -Ağcaqanad yeyib, ay oğul. 
 
   -Üz-gözünü  sil,  ata.    Vallah,  bilsəydim  belə  darıxmısan,  lap  dünəndən 
özümü yetirərdim. 
 
Alo əli ilə sifətini ovxaladı. Bir damcı göz yaşı diyirlənib onun tüklü üzündə 
yoxa çıxdı. Oğlu özünü görməməzliyə vurdu... 
 
   -Ay, allah mənim bu nər balamı hardan yetirdin? 
 
   -Ana, oğlun hələ ölməyib ki, səni aranda qoya. Səni bax bu Qəmər dayın  
tərkinə alıb bir göz qırpımında Çəmənyurda apararam. 
 
            -Sənə də qurban olum, atına da! 
 
Nəbi  atının belinə yüngül bir döşəkçə atıb anasını mindirdi. Cehiz xurcunu 
ev şeyləri ilə doldurub qızıl düyənin belinə aşırdı. Xam öküzə isə ağır bir yük 
çatdı.  
 
   -Hə, indi sürün heyvanları! 
 
   -Köç    həyətdən  çıxdı.  Xam  öküz  Nəbinin  qorxusundanmı,  yoxsa  tayların 
ağırlığındanmı, daha dəcəllik etmədi. Alonun gözləri gülürdü. 
 
   -Ay oğul, deyirlər dəli dəlini görəndə çomağını yanına qısar. Bayaqdan bu 
dağal  öküz    Kərbəlayı  təki  bizim  başımıza  müsibət  açıb.  Səni  görən  kimi 
fir
,
onluğunu qoydu yerə. Görürsən, necə muma dönüb?!. 
 
Nəbi  anasına  təbəssümlə    baxmaq  istərkən  əsnədi.    Əlini  ağzına  aparıb 
üzünü yana tutdu. “Bəlkə oğlum acdır?”. Ana dərhal balaca qırmızı heybədən  
bir xəmrəli çıxarıb Nəbiyə uzatdı. 
 
   -Oğul, al... 
 
  -Ana,  bu  nə  yumşaq  xəmrəlidi!  Hamısını  yeyəcəyəm.  Elə  tələsdim,  çörək 
çantam qaldı dağda.  
 
   -Anan, ölsün ay bala, demək dünəndən dilinə bir şey dəyməyib? Ye, bala, 
ye.  Axşam  südlü  şilə  bişirmişdim.    Dedim  ki,  gələrsən.  Payın  soyudu,  axırda 
verdim uşaqlara.  
 
Budur, Alogilin köçü Topdaş yoxuşu ilə qalxır. Səkinə anasının tərkindədir. 
Nəbi  atın  başını  çəkir.  Qorxur  ki,  at  havalanıb  anasını  yıxa.  Mehdi  heyvanları 
qabağına  qatıb  tez-tez  çubuğunu  havada  yelləyir.    Alo  çomağını  belinə  verib 
ağır-ağır  addımlayır.  Arabir  xam  öküz  yükü  əyir.  “Bu  heyvandan  gözüm  su 
içmir,  keçidlərdə  uçmasa  yaxşıdır.  Bircə  salamat  gedib  yaylağa  çıxa 
bilsəydik...” Alo yoldan iri bir daş tapıb yüngül taya sancdı.  


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə