Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə38/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   34   35   36   37   38   39   40   41   ...   101

 
80 
-
 
Ağalar, gərək məni bağışlayasınız, canınıza sağlıq, canım  bərk ağrıyır, bir 
balaca soyuqlamışam. 
Çopur  Məmməd    bəy  qabdakı  qoz-fındıq  ləpəsindən  bir  neçəsini  götürüb  ağzına 
atdı, çeynəyə-çeynəyə Xanalıya dedi: 
-
 
Keçib,  xəstə  olsan  da  sənə  əziyyət  verdik.  Heç  bilirsən  səni  niyə  bura 
çağırtdırmışıq? 
-
 
Yox bəy xeyir ola? 
Bəy birbaş mətləbə keçdi: 
-
 
Hardan xeyirdir, Qaçaq Nəbini tutmalıyıq, vəssalam! 
Səlim bəyə söz vermişik, gərək kişinin yanında yalanımız çıxmaya. 
Xanalı Nəbinin adını eşitcək tüklü sinəsi qabardı, oturduğu yerdə ləngər vurdu. 
-
 
Bəy  vallah  mən  onu tutmağa  sizdən də çox  çalışıram. O  köpəkoğlu  mənim 
evimə qan salıb. Vallah az qalıram özümü öldürəm. 
Çopur kinayə ilə gülümsəyib başını yırğaladı: 
-
 
Hm...  Kərbəlayı,  bu  nə  deyir?  Özünü  öldürmək?  Bu,  acizlik  nişanəsidir, 
Xanalı! 
Kərbəlayı Cəfər qımıldandı: 
-
 
Xanalı  kişi,  ona  şəriətimiz  də  yol  vermir.  Əsl  düşməni  öldürmək  lazımdır, 
əsl düşməni! 
-
 
Vallah  özün  bilirsən  ki,  sizin  yolunuzda  canımı  belə  müzayiqə  eləmərəm. 
Amma  məndə  günah  yoxdur. Pis övladın allah belini qırsın, el  içində  məni 
xar elədilər. Kaş  mən öləndən sonra  diriləydim, qəbirdən  bircə  dəfə başımı 
qaldırıb  baxaydım  görəydim  mənim  bu  naxələr  övladlarım  necə  baş 
saxlayırlar. 
Çopur söhbəti hərləyib mətləbin üstünə gətirdi: 
-
 
Ay  Xanalı,  vallah  sən  bəyzadələrlə,  xanzadələrlə  oturub-duran  adamsan. 
Bizim naçalnik Səlim bəyin  də sənin xasiyyətindən yaman xoşu gəlir. Sən 
neyləyəsən,  ata-babamız  yaxşı  deyib  ki,  “keçiyə  ağrı  gələndə  qıza  gəlsin”, 
özü də Həcər kimi ağılsız qıza.. Ərəblər qurban olum, lap qədim zamanlarda 
onlar qız  doğulanda diri-diri quma basdırarmışlar. 
Xanalı ikiəlli dizinə vurdu: 
-
 
Ax, dağılasan səni zəmanə! Kaş Ballı Həcərin yerinə qara bir daş doğaydı! 
Qız  nədi  axı?!  Canınız  haqqı,  xəcalətdən kəndin  arasına da  çıxa  bilmirəm. 
Elə bilirəm hamı məni söyür. Belə də axmaq zəmanə olar?! 
Kərbəlayı Cəfərin gözlərindən biclik tökülürdü: 
-
 
Dostum, qızını döyməyən dizinə döyər... Əbilin canı haqqı, ürəyinə ayrı bir 
şey gətirib eləmə, səndən inciyərik... 
O qulduru öldürməyincə, nə sənə dinclik var, nə bizə. 
Xanalı dişlərini qıcadı: 
-
 
Düz buyurursunuz, Kərbəlayı. Nəbi mənim ürəyimə dağ çəkib! 
Molla  Əhməd    qabdakı  qoz-fındıq  ləpəsinə    gözucu  nəzər  saldı:  “İştaham 
bağlanmasaydı,  bu  çərəzi  çoxdan  aşırmışdım”.  Molla  təsbehini  tüklü  yoğun 
biləyinə keçirib söhbətə müdaxilə etdi: 
-
 
Xanalı kişi, allah-taaladan gizli deyil, bəndədən nə gizli, ata-babalarımız ərz 
ediblər  ki,  qız  ki  çatdı  on  beşə  ya  ərə  getməlidir,  ya  da  gora.  Və  halun  ki, 


 
81 
mən özüm də müqəddəs kitablarda çox ağıllı kəlamlar oxumuşam. Dünyada 
üç  mindən  artıq  cinayət  mövcuddur.  Bu  cinayətlərin  ən  iyrənci  ata-ananın 
haqqı-sayını  itirməkdir.  Amma  nə  etmək  olar  və  halun  ki,  iki  əmcək  də 
toqquşur. Əgər müsaidə etsəniz övladınız Həcəri çağırıb sizin hüzurunuzda 
danışdıraraq... 
Xanalı  qaraldı.  O,  ürəyində  “Həcəri  çağırtdırıb  sizin  huzurunuzda  danışdırarıq” 
sözünü  bir  neçə  dəfə  təkrarladı.  “Qoy  çağırsınlar  o  qız  deyil,  mənim  başıma 
bəladır!” 
Yağış  hələ  də  şoralanırdı.  Həyət-bacaları  sel  dağıdırdı.  Orda-burda  köpüklü 
gölməçələr  ağarışırdı.  Ayaqyalın  başıaçıq  uşaqlar  çilik  qılçalarını  dizə  qədər 
çirməyib  evlərin  böyründən  axan  kiçik  sellərin  qabağını  kəsirdilər.  Onların 
cingiltili,  şən  səslərini  Həcər  elə  bil  eşitmirdi.  Eh,  bir  vaxt  vardı,  o  da    Nəbi  ilə 
burada göl düzəldirdi. Bir azdan onu müqəssir kimi sorğu-suala tutacaqdılar. Həcər 
kələğayısına bürünüb könülsüz addımlarla Kərbəlayı Cəfərgilə gedirdi. 
... Həcəri bəylər nə qədər dilə tutdularsa da, boynuna bir şey qoya bilmədilər. Qız 
qapıda üsyan bayrağı tək gərilmişdi. 
Molla Əhməd hey nəsihət edirdi: 
-
 
Qızım, sözü eşitmək ədəbdəndir. Sənə nə deyirlər-qulaq as. 
Kərbəlayı Cəfər başını yırğalayıb dodağını dişlədi. 
-
 
Ay  molla,  sözünü  alana  sat,  Həcər  sən  deyən  vücuddan  deyil.  O,  Dəli 
Domrulun  xatunu  kimi  canını  aşiqinə  verməyə  hazırdır...  özünü  incitmə, 
faydası yoxdur. 
Həcərin dinmədiyini görən Məmməd bəy  hövsələdən çıxdı, Şikəst əli yal otu təki 
titrədi: 
-
 
Həcər,  atanın  yanında  deyirəm,  əgər  Qaçaq  Nəbinin  gizləndiyi  yeri  bizə 
göstərməsən, səni qazamata salacağam! Bəsdir nazınla oynadıq! 
Kərbəlayı Cəfər Çopuru güclə sakitləşdirdi. 
-
 
Bəy, sənə hirslənmək olmaz. 
“Bayraq” dilə gəldi: 
-
 
Mən qazamatdan qorxmuram!.. 
Xanalının sallaq dodaqları büzüldü. Qırmızı domba gözləri az qaldı yerindən çıxsın. 
Başmağı qapıb qızına atdı. 
-
 
Rədd ol gözümün qabağından! Mənim sən adda övladım yoxdur! 
Həcər atasına söz qaytarmaq istəmirdi. Xanalı daha da coşdu: 
-
 
Dedim, rədd ol1 
Pərt olan bəylər gücü demiyə vermişdilər. Başlar gərmə ocağı kimi tüstülənirdi. 
Həcər  tələsik  həyətə  endi.  Damcılar  onun  közə  dönmüş  yanaqlarında  cızıldayır, 
yoxa  çıxırdı.  Kövrək  incə  bir  qız  qəlbi  yaz  yağışında  tufana  düşmüşdü.  Torpaq 
soyuq,  hava  soyuq,  külək  soyuq!  Həcərə  elə  gəlirdi  ki,  bədəni  buz  bağlayıb 
ayağının altındakı qardır. 
O gündən ağacların çətirləri Həcərin gözü önündə böyüdü. O gündən hər ağac hər 
yarpaq hətta qərib leyləklər belə onun sirdaşı oldu, ta qızıl payıza qədər, ta təbiət 
ağaclara borc verdiyi boyaları yuyana qədər...  
 
                                                               


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə