Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə46/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   42   43   44   45   46   47   48   49   ...   101

 
96 
 
Nə  saya  gəlməyən  kazaklar,  nə  də  bu  yerlərə  yaxşı  bələd  sərhədçilər 
qaçaqların  yağdırdıqları    sərrast  güllə  yağışına  davam  gətirə  bilmədilər.  Nəbigil 
onları gülləbarana tutub qamışlıqda yoxa çıxdılar.  
 
Günün  günorta  çağı  Araz  qırağındakı  cəngəlliklərdə  lap  bir  ordu  gizlənə 
bilrədi. Lakin qaçaqlar bir an belə burda qala bilməzdilər. Düşmən ovçu tulası təki 
onların izinə düşmüşdü. Uzaq və heç kəsin ağlına gəlməyən yer tapmaq lazım idi.  
 
Arazın  qolları  arasında  qaralan  kiçik  adaya  hələ  insan  ayağı  dəyməmişdi. 
Lakin yaz ayları yağmurlu keçdiyindən Araz çalpapaq dağların hesabına Səlim bəy 
tək cızığından çıxmışdı. Dalğalar qızmış  buğa kimi gah adamı buynuzlayır, gah da 
özünü sahildəki sərt qayalara vururdu. Kökündən çıxartdığı iri ağacları saman çöpü 
təki atıb qayalara çırpa-çırpa aparırdı. 
 Ulumu tapmağa imkan yox idi. Onsuz da Araz bütün keçalatları  basmışdı.  
Bir  an  belə  gecikmək  olmazdı.  Qaçaqlar  atlarını  daşqın  çaya  vurdular.  Qabaqda 
Nəbi  gedirdi.    Onun  bir  gözü  Həcərdə,  o  biri  gözü  arxada-haxlamaq  istəyən 
düşməndə.  Külək Həcərin qara saçlarını hara gəldi sovururdu. 
 
   -Həcər, bəs kələğayın hanı? 
 
   -Qamışlıqda düşdü. 
 
 Nəbi Bozatın başını geri döndərdi: 
 
   -Hara qayıdırsan, Nəbi, eşitmirsən gəlirlər?! 
 
   -Nə olsun ki! 
 
   -Uşaqlıq eləmə, Nəbi sən anadan muğayat ol, gözləri axır. 
 
   -Anamı Mehdiyə tapşırmışam, arxayın ol. 
 
Qaçaqlar çayın ortasına yenicə çatmışdılar, birdən Mehdi qışqırdı:   
 
    -Ey, qoymayın, çay anamı apardı! 
 
Nəbi Bozatı dala döndərdi. Anası arabir batıb-çıxır, əl-qol atırdı. 
 
Mehdi  atını  anasının  arxasınca  dəhmərlədisə  də  çata  bilmədi.  Bozat  özünü 
yetirdi.  Nəbi  atın  üstündən  əyilib  anasının  gümüş  toqqasından  yapışdı...  Yazıq 
arvadın son nəfəsi idi. Xoşbəxtlikdən qaçaqlar cilova tez çıxdılar.  
 
   -Qorxma ana qucağımdasan! 
 
   -Sənsən, oğul?! 
 
   -Mənəm, Nəbiyəm! 
 
   -Araz  məni  aparmışdı,  oğul,  yaxşı  qurtardım.  Gözün  gəlində  olsun.  – 
Gözəl  kirpiklərini  qovuşdurmuşdu.  O,  bir  vaxt  başaq  yığmağa  gedərkən  Həkəri 
şayında  başına  gələn  müsibəti  xatırladı:  “Oğlum,  bilmirəm  bu  çaylar  bizdən  nə 
istəyir,  ana-bala  həmişə  daşqına  düşürük”.  Gözəlin  qulağına  Ələkbərin  çığırtısı 
gəlirdi: “Ay-haray!... Gözəl xala axdı, köməyə gəlin, köməyə!..” 
 
   -Oğul, bir vaxt Həkəri çayı səni az qala əlimdən almışdı. Indi Araz da məni 
sənin əlindən almaq istəyirdi. Gözün gəlində olsun, oğul! 
 
Qaçaq Nəbinin anasına təskinlik verməyə vaxtı yox idi. Onun  gözü də fikri 
də Həcərdə idi. Həcər atın belinə yatmışdı. 
 
Qaçaqlar ətrafını qamış basmış vəhşi bir cəzirəyə düşdülər. Bura sanki quş 
bazarı  idi.  Quşların  uzun  dimdiklərindən  fışqırığa  bənzər  qəribə  səslər  çıxırdı. 
Yarpızın xoş ətri adanı bürümüşdü. Civir çətirlənmişdi qıcılı gölməcələrdə yaşılbaş 
ördəklər  üzürdüş  bir  az  kənarda  vağlar  boyunlarını  uzatmışdı.  Hacıleyləklər 
saymazyana  ilan  ovlayırdı.  Qobu  quşlarının  mahnısı  eşidilirdi.  Ala-bəzək  su 


 
97 
bülbülləri  qəmgin  nəğmələr  oxuyurdu.  Quşlar  qaçaqları  görcək  çığır-bağır  salıb 
pırıltı ilə qalxırdılar, gizli yerlərə çəkildilər. Yaxşı ki, qaçaqların düşməni olan zığ-
zığ  və  sağsağanlar  gözə  dəymirdi.  Onlar  kimsəsiz  yerdə  insan  görəndə  elə  həşir 
qoparırlar  ki...  Daşların  üstündə  özlərini  günə  verən  bağalar  səs  eşitcək  özlərini 
şıppıltı  ilə  Araza  atırdı.  Orda-burda  dişərmiş  qayaları  yamyaşıl  mamır  basmışdı. 
Qurbağalar  domba  gözlərini  qırpmadan  ov  gözləyirdi.  Hörümçəklər  qamışların 
arasında Səlim bəy təki tor qurmaqla məşğul idi.  
 
Adanın  örpəyi  titrəyirdi  –  başı  qotazlı  körpə  qamışlar  bir-birinə  toxunub 
kədərlə  səslənirdi.  Dalğalar  onlara  qənim  kəsilmişdi  –  Araz  hayqırır,  xəncər  təki 
itilənib  qamışlığı  hər  tərəfədən  biçirdi.  Ada  get-gedə  kiçilib  Həcərin  yanağındakı 
qara xala dönürdü.  
 
Gözəl gəlinin  başı  üstündə dayanmışdı. Nəbi  anasının  boynunu qucaqlayıb 
dedi: 
 
   -Anacan, gecə burda qalacağıq. Həcərə harda yer düzəltsək yaxşıdır? 
 
   -Ay  oğul,  bu  adada  qalmaq  olar?  –  deyə  Gözəl  gözü  böyümüş  halda 
qamışlığı lay-lay uçurub aparan çaya baxdı. – Görmürsən Arazı, burda uzanmağa 
quru  yer  hardadı?!  –  Gözəlin  gözləri  Qaradağın  başını  deşən  qara  buludlara  
dikildi.    Orada,  zirvədə  elə  bil  qurğuşun  əritmişdilər.  –  Oğul,  o  buludlardan  heç 
xata əskik deyil. Çay bir azdan daşıb gəlinin uzandığı bu yarpızlığı da süpürəcək.  
 
   -Ana, başqa əlacımız yoxdur. 
 
   -Oğul,  bəs  Araz  bütün  cəzirəni  bassa  necə?  Görmürsən  Qaradağın 
başındakı  buludlar  necə  çaxnaşır?!  –  Buludların  arasında  sanki  barıt  anbarı 
partlalyırdı. – Eşidirsən, oğul?! Vallah, o qara buludlardan xəta əskik deyil, gürşad 
düşsə evimiz yıxılacaq. Onda bəs bu gəlini harda rahatlayaq? Onun vəziyyətini sən 
yaxşı bilirsən, oğul!.. 
 
   -Ana,  cəzirəni  su  bassa,  onun  da  çarəsini  taparıq.  Çox  olsa,  hamımız 
atlanarıq.  Qaçaq  həyatı  belədir,  ana!  Quş  təki  ağacda,  atın  üstündə  o  qədər 
gecələmişik ki! Bir gün  də su üstündə qalarıq.  
 
Buludlar göyə qara pərdə çəkmişdi. Qaçaqlar qamışlığa dağılmışdılar.  Onlar 
atlıların yəhər-yüyənini, tapqırlarını düzəldir, laxlanmış nalları bərkidirdilər. Həcər 
isə  qotazlı,  ceyranlı  çulun  üstündə  qıvrılırdı.  Gözəl,  gəlinin  başını  dizləri  üstünə 
alıb ona ürək-dirək  verirdi: 
 
   -Qorxma, mənim balam, xatanın böyründən sovuşmuşuq. Insallah, bundan 
da... 
 
   -Gözəl xala, mən səndən yaman nigaran idim. Mən indi babatam, ağrım bir 
az dayanıb.  
 
Əslində Həcər bunu təskinlik üçün deyirdi. O, dəmir təki qaralmışdı. Kölgəli 
sifətində tər damcıları muncuqlanırdı. Onun keçirdiyi sarsıntıları yalnız ağrı çəkən 
analar duya bilərdi... 
 
Həcərin  qara  saçları  qayınanasının  dizləri  üstünə  dağılmışdı.  Gözəl  gəlinin 
saçlarını  oxşaya-oxşaya  onun  ürəyini  alırdı.  Gözəlin  özü  də  titrəyirdi.  Paltarı 
bədəninə yapışmışdı. Ana elə bil yaş odun idi, hey tüstülənirdi. 
 
Cəzirədə  yurd  salmaq  olmazdı.  Hər  dəqiqə  təhlükə  gözlənilirdi.  Nəbi 
dostlarını başına topladı: 
 
   -Tez olun atların nalını söküb tərsinə nallayın! Bəyləri aldatmalıyıq!.. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə