Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə45/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   41   42   43   44   45   46   47   48   ...   101

 
94 
Qaçaq  Nəbiyə  elə  gəlirdi  ki,  igid  dayısı  İldırımın  cənazəsini  məzara  indi 
sallayırlar.  Həcər  də,  Mehdi  də,  Məhərrəmdə  də,  Karapet  də  qəmgin  halda 
dayanmışdılar.  Həcərin  solğun  yanaqlarında  iki  damcı  ağarırdı.  Sanki  ağzı 
qıfıllı xurcunlardakı quru kəllələr baş qaldırıb onlardan imdad istəyirdi: “Bizə 
də kömək edin!... Sağlığımızda hər birimiz bir aləmə sığmırdıq. Indi isə Çovuş 
Kərbəlayı  Pirverdi  bizim  hərəmizi  bir  kiçik  xurcuna  yığıb  dəvə  ilə  kim  bilir 
hara aparır”. 
Qaçaqlar  yükləri  açıb  düşürdüklərinə  peşman  olmuşdular.  Sanki  hər  dəvə 
yükündən min insan baş qaldırmışdı: ac insanlar!.. Üsyankar insanlar!...  Elə bil 
İsmayıl da onların arasında idi. Əlində dəhrə Kərbəlayı Cəfərin, Məmməd bəyin, 
Ala  Mahmud  bəyin,  Səlim  bəyin  üstünə  yeriyirdi:  Cənablar  biz  heç  hara 
getməyəcək! Öldü var, döndü yoxdur! Torpağı biz yenidən böləcəyik, ac qılıncı 
çapar! 
Qaçaq  Nəbi  bayaqdan  sinəsinə  enmiş  başını  qaldırdı,  qəddini  düzəltdi. 
Qaçaqlar da onun yanında cərgələndilər. Lakin Həcərin kəlağayısının ucu hələ 
də gözündə idi. 
-
 
Dəvələri yükləyin !- deyə Nəbi təəssüflə dilləndi.-Qoca kaftar, bu əmanətləri 
hardan  gətirmisən  ora  da  qaytararsan,  hamsını  ata-baba  adətimizlə  dəfn 
edərsən.  Eşidirsənmi  nə  deyirəm,  ata-baba  adətimizlə!  Bir  də  hər  əmanət 
üçün kimdən nə qədər pul almısan, hamısının sahibinə verərsən! 
Karvan geri döndü... 
... Süsən meşəsində səhərin gözünü odlu güllələr açırdı... Səlim bəy öz dəstəsi 
ilə qaçaqları dövrəyə almışdı. Mühasirəni yaratmaq çox çətin idi. 
 
HƏCƏR XANIM OĞLAN DOĞDU 
 
İnsan  doğulur!..  At  üstündə  doğulur!..  Su  üstündə  doğulur!..  Odlar-alovlar 
içərisində doğulur!.. 
Həcər at Belində ağrı çəkir. Səlim bəyin dəstəsi subhdən onları qovub haldan salır. 
Gözəl xala da dəstədədir. O təlaş edir: 
-
 
Namərdlər, boylu qadını hara qovursunuz?! 
-
 
Güllələr tez-tez ananın səsini qırır. Yollar  daşlı, yollar odlu, yollar qanlı… 
Qaçaqlar  onları  təqib  edən  bəylərə  atəş  aça-aça  atlarının  çapırlar.  Nalların, 
üzəngilərin səsi güllələrin vıyıltısına qarışıb. Qaçaq Nəbi atını Həcərin atı ilə 
qoşa sürür. 
-
 
Özünə toxtaqlıq ver, Həcər, Araza az qalır. O taya addasaq qorxu yoxdur. 
-
 
Mən yaxşıyam Nəbi anandan müğayət ol, o belə ütülərə düşməyib. 
Həcər hərdən cilovu yığıb Səlim bəyin dəstəsinə güllə yağdırırdı. 
-
 
Al, namərdlər! Kişi olan, qadını belə vaxtda qovmaz! 
Qaçaq Nəbi də aynalısını üzünə alıb bəyləri geri oturdurdu. 
-
 
Hara  cumursunuz,  alçaqlar!  Hələ  Qaçaq  Nəbi  ölməyib.  Alın,  bu  bir….  bu 
iki… bu üç. 
Aynalı  hər  dəfə  açıldıqca  atlar  başı  üstə  aşır,  dəstənin  nizamə  pozulurdu. 
Düşmənlər  yenidən  sıralanıb  qaçaqları  qovurdular.  Səlim  bəy  bu  gün  bayram 


 
95 
etmək  fikrinə  düşmüşdü.  Ona  elə  gəlirdi  ki,  Qaçaq  Nəbi  Həcəri  Arazdan  addada 
bilməyəcək. 
Gözəl özünü yəhərdə güclə saxlayırdı. Onun oğluna bərk acığı tutmuşdu: 
-
 
Nəbi,  günah  sənindir,  gərək  o  faytonçu  xəbər  gətirən  günü  Həcəri  İrana 
addadaydın! İndi boylu gəlini hara aparırsan? 
-
 
Keçib, ana, atın üstündə möhkəm dur, az qalıb. İndicə o taya keçəcəyik. Bu 
həşəratlar hara soxulurlar? Alın, alçaqlar!.. 
Aynalı gurlayır… Qaçaqlar atışır… Ancaq düşmən səngimək bilmir. Səlim bəy  
atını çapa-çapa qaçaqları hədələyir: 
-
 
Dayanın, kafirlər! Biz sizə Çovuş Kərbəlayı Pirverdi deyilik! 
Məmməd bəy də səsinə güc vermişdi: 
-
 
Hara qaçsanız, sizi tutacağıq! Arazı sərhədçilər kəsiblər!.. 
Düşmənlər hərəsi bir tərəfdən pişik təki, qurd təki əcayib səslər çıxarırdı. Səlim 
bəyin qəzəbli nidası eşidilirdi: 
-
 
Ey  qorxaq  tülkü,  hara?!    Onsuz  da  yaxan  əlimizdədir!  Mən  sənə  mayor 
Əliyev deyiləm… Ağlın Ordubada getməsin, bura Zəngəzurdur. 
Gözəl  az  qalırdı  atdan  yıxılsın.  O,  yəhərin  qaşından  bərk-bərk  yapışıb  oğlunu 
yenə danlayırdı. 
-
 
Ax sənə nə deyim, ay Nəbi, Səlim bəyi Gəyəndə tutanda öldürsəydin, axırı  
belə olmazdı. 
- Ana, mən qatil deyiləm! 
 
Gözəl üzünü Həcərə çevirdi: 
-
 
Ağrın kəsibmi, qızım? 
-
 
Məndən qorxma,  Gözəl xala 
-
 
Başına dönüm, Nəbi, gəlinin bənizi qaçıb atları saxlayın!  
-
 
Boylu qadına belə əzab verməzlər, allahın adama qəzəbi tutar! 
   -Ana, belə vaxtda atları necə saxlayaq? Görmürsən səlim bəy necə edir?! 
 
   -Aman  allah,  çarə  elə!  Vallah,  bu  bəladan  qurtarsaq,  kəmərimi  də,  əyin-
başımı da seyidə nəzir verəcəyəm.  
 
Gözəlin  fəryadı  cana  yanğın  salırdı.  Tüfənglərin  ağzından,  atların  nalından  
od  səpələnirdi.  Yaralı  köhlənlər  kişnəyir,  güllələr  vıyıldayır,  bəylər  bağırır,  sarı 
gilizləri axır, qan sızırdı.  
 
Səlim bəy aslana dönmüşdü: 
 
   -Dayanın,  başkəsən  kafirlər!    Dedim  ki,  mayor  Əliyevin  qanını  sizdə 
qoymayacağıq!  Hara  qaçsanız,  tutulacaqsınız!  Qabaqda  beş  yüz  kazak  atlısı  sizi 
gözləyir! 
 
   -Naçalnik, uşaqları tələsdir, indicə o quldurlar özlərini vuracaqlar Araza.  
 
   -Məmməd  bəy,  vura  bilməzlər,  sərhədçilərə  tapşırmışam.  Görmürsən  
onları haxlamışıq?! Kərbəlayı Cəfər hanı? 
 
   -Arxamızca gəlir! 
 
   -Qoy gəlsinlər, bu toyu Qaçaq Nəbinin başına açan odur... Burda neçə qola 
ayrılan arazın qırağını qamış, civir və ilğım örtmüşdü. Çayın  sahilləri cəzirəlik idi. 
Qaçaqlar özlərini cəzirəyə  vurdular. Kazak atlıları sərhədçilərlə birlikdə Nəbigilin 
qabağını kəsmişdilər. Atışma şiddətləndi... 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə