Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə44/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

 
92 
Kərbəlayı  Pirverdi  Qaçaq  Nəbinin  susduğunu  görüb  hünərləndi,  gümüş 
toqqasına keçirdiyi qamçısını çəkib dəvəçilərin baş-gözlərini şallaqladı: 
-
 
Maymaqlar,  heyvanları  yük  altında  saxlamaq  günahdır!  Çəkin  dəvələrin 
ovsarını! And olsun şəhidi-şühədayə, mənim zəvvarlarımın qabağını kəsənin 
başın kəsərəm! 
Çovuş  Kərbəlayı  Pirverdi    dalında  “dağ  kimi  duran”  zəvvarlara  baxdı.  Onları 
əvvəlkindən az gördü. Qaçaqlar aranı kəsmişdilər; zəvvarların bir yarısını o yanda 
saxlamışdılar. Bunu Çovuş hiss etmişdi; o, qazdan ayıq idi. Lakin başını düşdüyü 
tələdən hədə-qorxu ilə qurtarmağa çalışırdı. 
Meşənin  təmiz  havası  indi  ağırlaşmışdı,  yorğun  atlar  özlərini  yüngülləşdirdi... 
Piyadaları kal öskürək tutumuşdu. 
Çovuşun  başına toplaşan bu “cənnət fədailəri” də qəzəblənmişdilər. Hərə Qaçaq 
Nəbini bir ağız söyürdü: 
-
 
Bu kafir hardan yolumuzu kəsdi! 
-
 
Kafir olmasa, Səlim bəyin kəbinli arvadını götürüb qaçmazdı. 
-
 
Onun qanı lap halaldır. 
-
 
Kaş Səlim bəy böyürdən çıxaydı. 
Nəbiyə  min  acıqlı  göz  baxırdı.  Lakin    onlardan  qorxan  kim  idi?  Dəvələr  yük 
altında  nərildəyirdi,  atlar  fınxırır,  piyadalar  öskürür,  Çovuş  qışqıra-qışqıra  on  iki 
imamı, yüz iyirmi dörd min peyğəmbəri köməyə çağırırdı... 
Qaçaq Nəbi su ilə od arasında qalmışdı: Bu zəvvarları necə başa salım ki, Çovuş 
onları  gedər  gəlməz  yola  aparır.  Təəssüf  min  təəssüf,  zəvvarların  kinli 
baxışlarından  xilas  olmaq  çətin  idi;  Çovuş  qara  qarğaya  dönüb  onların  beynini 
çoxdan yemişdi. 
Mübahisə  getdikcə  uzanıb  tündləşirdi.  Buna  görə  də  Qaçaq  Nəbi  hirsini  boğub 
sakit bir səslə: 
-
 
Cənab Covuş, - dedi, - iki əmcək də toqquşar. Uşaqlar elə bilib ki, dəvəçilər 
tacir malı aparır. Bizi gərək bağışlayasan. 
Çovuş Kərbəlayı Pirverdinin bu mehriban sözlərdən başı gicəlləndi. O, Qaçaq Nəbi 
ilə danışdığını tamam unudub, özündən bir də çıxdı: 
-
 
Məgər  qaçaqların  gözləri  kordu.  Bu  aydınlıq  gecədə  görmürlər,  əmanət 
aparırıq?! And olsun şəhidi-şühədəyə siz allahı təhqir etmisiniz. 
Qaçaq Nəbinin qaşının üstündəki çapıq qızarmışdı. O, acı-acı gülümsəyib Həcərə 
sarı döndü: 
-
 
Əzizim, izn ver bu qəbir qurduna cəza verim. Bu hiyləgər tülkü, Topalın əli 
ilə, bu avam camaatı hər yerdə bizim üstümüzə qaldırır. Indi də görürsən də 
bizimlə necə danışır. 
Həcər başını tərpətdi: 
-
 
Necə məsləhətdir elə də et. 
Mehdiyə bir işarə... O, bəbir təki sıçrayıb Çovuşun yaxasından yapışdı, onu çəkib 
yəhərdən yerə sərdi: 
-
 
Mumla qoca kafdar! Bu da bizə şər atdığın deyil! Dərvişi biz öldürmüşük?! 
Sünniləri bizim üstümüzə qaldıran sənsən sən!... 


 
93 
Mehdi  ocaqdakı  kösövü  qapıb  Çavuş  Kərbəlayı  Pirverdinin  təzəcə  həna 
qoyulmuş  qırmızı  saqqalına  basdı.  Yanıq  iyi  ətrafa  yayıldı.  Elə  bil  kimsə  keçi 
kəlləsi ütürdü. 
Qoca zəvvarlardan biri hirslə irəli yeridi. O, qaçaqları söyüb, yaşıl bayrağı ayaq 
altından  qaldırdı.  Hiddətli  baxışlar  yenə  qaçaqları  hədələyirdi.  Əgər 
qorxmasaydılar, Nəbigili ac canavar təki parçalayardılar. 
Çovuş  Kərbəlayı  Pirverdinin  bağırtısından  qulaq  tutulurdu.  Onun  əcayib  səsi 
meşəni  də,  meşədəkiləri  sə  oyatmışdı.  Onun  ütülmüş  qara  sifəti  təzəcə  aşa 
qoyulmuş  camış  gönündən  də  eybəcər  görünürdü.  Əmmaməsi  əl-ayaq  altında 
qalmışdı.  Mehdi  əmmaməyə  bir  təpik  ilişdirdi.  Əmmamə  top  kimi  qalxıb palıdın 
alçaq budağına ilişdi. 
Araya  ağsaqqalar  girməsəydilər,  Mehdi  Çovuşu  boğub  öldürəcəkdi.  Çovuş 
nəfəsini kürəyindən alırdı. O, çiynini palıda söykənib ütülmüş çənəsini, sir-sifətini 
ovuşdurur,  çaylaq  daşına  bənzər  kəlləsini  yoxlayırdı.  Əmgəyində  çoxlu  çapıqlar 
ağarırdı, görünür, qətildən nişanə qalmışdı. 
Günəşi  yoldan  döndərmək  olardı,  zəvvarları  yox!  Qaçaq  Nəbi  onları  buraxdı. 
Lakin  əmr  etdi  ki,  dəvələrin  yükünü  açsınlar.  Çovuş  əllərini  Nəbiyə  tərəf  uzatdı, 
sədəqə istəyən dilənçilər təki sızıldadı: 
-
 
Başına  dönüm,  Nəbi,  öz  dayın  rəhmtəlik  İldırımın  da  əmanəti  burdadır. 
Anan verdi ki, onu da Kərbəlaya aparım.  
-
 
Qoca  kafdar  sən  nə  vaxtdan  mənim  dayımın  ruhunun  dərdini    çəkən 
olmusan!? Ölülərin sür-sümüklərini alver malına döndərməyin! Qoyun onlar 
torpağın altında rahat yatsınlar! Onsuz da bəylər torpaq üstündə onlara min 
əzab veriblər. 
-
 
Anan deyib, mən də aparıram! Mənim nə gübahım var?! 
Bizi dayın İldırımın ruhuna bağışla. 
Nəbi qaçaqlara əmr etdi: 
-
 
Tez olun, nərlərin yükünü açın! 
Dəvəçilər  işin  belə  dolaşacağını  gözləmirdilər.  Hər  nərdən  iyirmi-otuz    köhnə 
xurcun, yamaqlı  ter balaca çuval asılmışdı. Hamısının ağzı tikili idi. Xurcunlara 
isə qıfıl vurulmuşdu. 
Qaçaqları yükləri yerə tökməyə başladılar. 
Nəbi anasının qırmızı, cehiz xurcununu tanıdı. 
Vaxtə ilə Çəmənyurd yaylığına köçəndə Xanalının uçan ala öküzü həmin xurcunu 
buynuzu  ilə  vurub  bir  neçə  yerdən  yırtmışdı.  Nəbiyə  elə  gəlirdi  ki,  anası  indicə 
eyvanda oturub xurcunun yırtıq yerlərini közəyir; Oğlum harda qalmısan, atan az 
qala dəli olmuşdu. Di tez kömək elə, ala öküzü yükləyin. Bu dağal çərrəmiş bizim 
başımıza min oyun açır. Gör heç aranda adam qalıb bizdən başqa?!. Tez ol, oğlum, 
tez ol. 
Mehdi  xurcunun  qıfılını  açmaq  istədi.  Xəyaldan  ayrılan  Nəbi  onun  əlindən 
yapışdı, qəmli-qəmli dedi: 
-
 
Açma, Mehdi açma,  dayının yaralı ruhunu incitmə! Topal köpəkoğlu, mən 
bu  qanı  səndə  qoymayacağam!  Onu  bil  ki,  şərəfli  ölüm  alçaq  zəfərdən 
yaxşıdır. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə