Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə53/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   49   50   51   52   53   54   55   56   ...   101

 
110 
 
“Bizim gəlinə də bir söz deyəndə salır zarafata, hələ gözə inanmır, yoxsa elə 
deməz!”.  Gözəl  əyilib  palıdın  yanından  ötən  yoldan  bir  ovuc  torpaq  götürdü  və 
dodağının  altında  nə  isə  deyə-deyə  nəvəsinin  başına  fırlatdı:      “Mərdüməzarın 
gözünə bıçaq!”  Sonra torpağı ayaq dəyməz yerə tulladı. 
 
Həcər güldü, yanağındakı xal az qaldı alışa: 
 
Daha nəvənə qorxu yoxdur. 
 
   -Ay  gəlin,  elə  demə,  mən  bədnəzərdən  gördüyümü  görmüşəm.  Mənim 
Nəbim  də  uşaqlıqda  bu  nəvəm  təki  gözəgəlimli  idi.  Qalayçı  Osman  onun  adını 
Hacımurad  qoymaq  istəyirdi...Razı  olmadım.  Qalayçı  deyirdi  ki,  bu  uşaq 
Hacımurad  kimi  igid  olacaq...    Əgər  Nəbinin  gözmuncuğu  olmasaydı,  bədnəzər 
onu çoxdan çatdatmışdı.  
 
Araz qığıldandı. Gözəl məzəmmətli nəzərlə gəlininə baxıb başını yellədi: 
 
   -Hə...    Görürsən, bədnəzərə inanmayanda elə olar da! Dünən gördün uşaq 
necə göyərmişdi?! Vallah, qorxuram bu tifili dəli eləyəsiniz. Ay gəlin, oğul ki, var 
düşməm toxmağıdır. O, Misir karvanı kimi qırx ildə bir gələr.  
 
Həcər körpəni əmizdirməyə başladı. 
 
   -Narahat olma, Gözəl xala, nəvən acıbmış. Gör səsini necə kəsdi!.. 
 
Axşam  qanadlarını  ətrafa  gərir...        Palıdın  kölgəsi  hiss  olunmadan  itir...   
Üfüqdə  kənd  uşaqları  sanki  çərşənbə  tonqalı  qalayır...      Bu  tonqal  ağ  buludların 
ətəyini  qızardır.  Cənub  mehi  Qarasu  çayı    boyu  özü  ilə  xoş  bir  sərinlik  gətirir. 
Ağacın  qızılı  yarpaqları  əsir,  çay  sanki  öz  kövrək  və  incə  nəğməsini  körpənin 
nəfəsinə, kirpiyinə damcı-damcı axıdır. Çox keçmir ki, göylərin şamları yanır. Ay 
da  çıxır.  Həcər  xanım  palıda  söykənib,  tüfəngini  silib  parıldatmaqla  vaxtı 
xırdalayır.  Gözəl  isə  ayaqlarını  soyunub  dağ  çayına  salmışdı.  Palıdın  çayda 
daranan qarğıdalı saçaqlarına oxşar kökləri onun yalın ayaqlarına toxunur:   “Gör 
bu tellər ayağımı nece oxşayır! Su da sərindir. Bir az toxtadım”.  
 
Su  Gözəlin  ayağına  sarı  bir  qaratikan  kolu  axıdırdı.  Kolun  üstündə  bir  atlı 
qarışqa  bir  xallı  kəpənəklə  əlbəyaxa  idi.  Kəpənək  zərif  qanadlarını  hara  gəldi 
çırpır, canını amansız “ovçudan” xilas etmək istəyir. Gözəl əlini uzadıb kolu tutdu: 
“Bu yazığın günahı nədir? Nəbi bizim bu Araz boyda olanda Həmzəli kövşəninə 
başaq yığmağa gedirdim... Yolda bir ilan qurbağanı diri-diri bu cür yeyirdi. Heyf 
ki,  qurbağanı  xilas  edə  bilmədim.  Yazığın  fəryadı  hərdən  qulağıma  gəlir.  Bu 
qarışqaya ki, gücüm çatar...” 
 
Gözəl heydən düşmüş bu kəpənəyi qarışqanın ağzından ehtiyyatla aldı. 
 
Kəpənək  didilmiş  yelpinclərin  bir  neçə  dəfə  çaldı,  qanadlanıb  əvvəlcə 
gözəlin qulağına qondu, oradan da palıda tərəf uçdu.  
 
Karvansarada  göz-göz  işıqlar  yanırdı.  Adamlar  ora-bura  qaçırdılar  səs-küy 
eşidilirdi. Tacirlər nökərlərini harası gəldi söyürdülər: 
 
   -Ə, yekəpər köpəkoğlu, harda köpürdün? 
 
   -Buna bax, buna, ləmə pişiyi tək necə ətlənib?! 
 
   -Tez olun arpa gətirin! Heyvanlar damaq oldu.  
 
Yarıyuxulu nökərlər qabar atmış iri  əllərinin dalı ilə qan sağılmış gözlərini 
ova-ova  hacımənəbax,  kisəyi,  qanovuz  taylarının  üstündən  tökülüşür,  şirin-şirin 
gərnəşirdilər: 


 
111 
 
   -Bu  evi  yıxılmış  tacirlər  qoymazlar  gözümüzün  acısını  alaq.  Yuxumuz 
haram oldu. 
 
Qoca bir nökər ucadan deyinirdi: 
 
Gecəli-gündüzlü  yoldayıq...      Şuşa  qalası  hardadır?!  Ordan  bura  əlimizdə 
silah  düşmüşük  karvanın  qabağına.  Nədi,  nədi,  ayıq  olun  ki,  Qaçaq  Nəbi  indi 
qabağınızı kəsəcək! Ay siz öləsiniz, Qaçaq Nəbinin sizinlə nə işi var? O, düşməni 
Tacır Fərəcoğlunu axtarır, Qara Nəbini axtarır. Balası ölmüş tacirlər qorxularından  
nə özləri yatırlar, nə də bizi qoyurlar yataq.  
 
Tacirlər  yaxınlaşanda  qoca  nökər  sözünü  udub,  əlində  at  torbası  toyuq  təki 
özünü samanlığa saldı. 
 
Tacir atları kişnəyib ayaqlarını yerə döyür, başlarını torbaya salır, nökərlərin 
əl- qolunu gəmirirdi. 
 
   -Çər dəymiş, dayan də, ölmədin ki! 
 
Atlar arpanı fınxıra-fınxıra, xırtıldada-xırtıldada yeyir, həmişə ağırını çəkən 
eşşəklərə,  qatırlara  elə  bil  yanıq  verirdi.  Tamahını  saxlaya  bilməyən  qatırlar, 
eşşəklər dartınıb başlarını at torbalarına uzadırdı, lakin onlar at təpiklərindən başqa 
bir şey dada bilmir, anqırışırdı.  
 
Araz yuxuda diksindi. 
 
   -Bu  çər  aparmışlar  da  anqırışmağa  vaxt  tapdı!  –  deyə  Gözəl  tez  qalxıb 
“qanadını”  yüyrükdə  yatmış  nəvəsinin  üstünə  gərdi.  –  Ay  gəlin,  görürsən  də, 
axşam  da  oldu,  bu  xaraba karvansarada  yenə  ağız  deyəni  qulaq  eşitmir.    Nəbigil 
harda qaldı? Neçə aydır ki, bu qürbət eldə ürəyimi yeyirəm. Zalım balası elə bil çöl 
quşudur, heç bir yerdə dayana bilmir. Allaha şükür ki, ay doğdu, yoxsa qaranlıqda 
ürəyim parçalanırdı. 
 
   -Gözəl  xala,  narahat  olma.  Mən  belə  hay-küyə  öyrənmişəm,  qoy  körpədə 
alışsın. Qaçaq həyatı bəs necə olur?!..   Sağlıq olsun hər şey düzələcək. 
 
   -  Ay  gəlin,elə  bil  Bəzz  qalası  tərəfdən  gələn  yolları  kəsiblər.  Ürəyim 
döyünür.  –  Gözəl  əyilib  yüyrükdə  su  qızılgülü  təki  açılmış  nəvəsini  qoxladı.  – 
Yaxşı  ki,  bu  körpə  varmış...  elə  bil  çiyələkdir.  Ox,  ürəyimin  ağrısı  çəkildi.  Səni 
verən allaha qurban olum, ay bala! Nənənə gülürsən? 
 
Araz  isə  aləmdən  xəbərsiz  idi.  Yuxuda  gülürdü.  O  bilmirdi  ki,  həyatda 
gülmək hamı üçün deyil. Bilmirdi ki, onu əhatə edən mühit həm kədər, həm nəşə 
doğub; həm zəhər kimi acı, həm nabat kimi şirindir. Körpə bilmirdi ki, həyatın acı 
qasırğaları həmişə qanadı bərkiməmiş qartal balalarını məhv edir, təbiəti bəzəyən 
zərif çiçəkləri, ətirli gülləri, qönçələri məhv edir. 
 
Axşam-səhər  ev-eşikdə  hərlənən,  çörək  yapan,  paltar  yuyan,  su  gətirən 
Gözələ  qaçaqlıq  həyatı  çox  cansıxıcı  gəlirdi.  O,  bu  gün  bekar  qaldığı  üçün  daha 
bərk  darıxırdı.  Gah  oturub  nəvəsinin  əskilərini  əli  ilə  ütüləyir,  gah  da  corab 
toxuyurdu. 
 
Bu  Nəbiyə  nə  deyim.  Kişi  olan  kəs  də  arvad-uşağını  özgə  karvansarasında 
qoyub  gedər?  Eh,  ay  gəlin,  sənin  o  ərin  hərdən  elə  çiy  iş  tutur  ki...        Belə  gec 
gələcəkdilər, gərək heç Mehdini aparmayaydılar. 
 
   -Gözəl  xala,  -  deyə  Həcər  sakitcə  dilləndi,  -  Nəbi  gedəndə  mənə  dedi  ki, 
işdi  gec gəlsək, bizdən nigaran olmayın.  Bəlkə qaldıq  Kəleybər  kəndində.  Ordan 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə