Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə61/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   57   58   59   60   61   62   63   64   ...   101

 
126 
 
   -Həcər  xanım, bilirsən ki...  –  o, qılıncını, tapancasını  əda  ilə  yana  itələdi, 
əlindəki çiçək dəstəsini irişə-irişə Həcərə uzatdı: 
 
Həcər  xanım  sərt-sərt  onun  üzünə  baxdı:  o  özünü  bu  qorxulu  nəfəsdən 
birdəfəlik uzaqlaşdırmaq istəyirdi. 
 
   -Cavad xan anana yazığın gəlsin! Bir də səni bu kişisiz həyətdə görməyim! 
Get bu sözləri öz taylarına oxu. 
 
Cavad xan isə özünü sındırmayıb, Sə
,
didən bir beyt də oxudu: 
 
Həcər  xanımın  sol  yanağındakı  xal  qara  bir  qırmaya  dönüb  xan  oğlunun 
ürəyinə sancılmışdı. Əlacı olsaydı, gözlərini Həcərin xalından çəkməzdi. 
 
Həcər gül dəstəsinə heç gözünün ucu  ilə də baxmadı. Cavad xanın köhləni 
artıqtamahlıq edib ağzını Bozatın axuruna uzatdı. Lakin iki tutarlı təpik “yedikdən” 
sonra kişnəyib qanlı dodaqlarını yaladı. Bozat elə bil Həcər xanımın intiqamını xan 
atından alırdı. 
 
Cavad  xan  atının  cilovunu  qoluna  dolayıb  qaş-gözünü  süzdürdü  və  Həcər 
xanıma əl atmaq istədi: 
 
   -Sən mənim... 
 
Lakin Həcər xanım xan oğlunu döşündən geri itələdi: 
 
  -Çəkil! 
 
Xan oğlu atına söykənib, pərtliyini gizlətmək məqsədilə şit-şit güldü.  
 
  -Zarafat eləyirdim xanım... 
 
Arazın səsi gəldi. Gözəl hövsələdən çıxmışdı: 
 
   -Bu gəlin harda qaldı? Eşitmir ki, uşaq ağlayır?!. Boy, belə də iş olar?! 
 
“Yəqin  qaynanam  mənə  hirslənib”.  Həcər  xanım  bu  sırtıq  “aşıqlə”  haqq-
hesabı üzmək istəyirdi. Özü də tezliklə, həmişəlik üzmək istəyirdi. Yoxsa Qaradağ 
mahalında kimin ağzına qıfıl  vurmaq olardı?! O fikirləşib belə bir qərara gəldi ki, 
bu gecə xan oğlu ilə görüş tə
,
yin etsin. 
 
   -Bura  bax,  Cavad  xan,  mən  sənin  fikrini  çoxdan  başa  düşmüşəm.  Ancaq 
deyərlər xəstə tələsər, armud isə vaxtında dəyər... Yerin də qulağı var. Göydə allah
yerdə sən, bunu bizdən başqa heç kəs bilməməlidir.  
 
Cavad  xan  yuxusunda  da  Həcər  xanımdan  belə  cavab  gözləməzdi.  O,  əlini 
gözlərinin üstünə aparıb Həcərin qabağında diz çökdü: 
 
   -Bəçeşm, xanım...  sözümüz sözdür! 
 
   -Di tez ol get, qaynanam məni çağırır. 
 
Xan oğlu əlini dodağına aparıb barmaqlarının ucundan öpdü. 
 
Xan oğlu həyətdən uzaqlaşdı. Həcər xanım asudə nəfəs aldı. O, narahat olan 
Bozatın gümüş yalına oxşaya-oxşaya dərdini ona açdı: 
 
   -Mənim  tərlanım,  hirslənmə.  Qoy  o  sərsəri  keşikçilərini  də  götürüb  rədd 
olsun. Axşam o, görüşə qədər kim bilir biz harda olacayıq. 
 
 
 
 
 
 
 


 
127 
CAVAD XAN 
 
Cavad xan atını kəndin ortası ilə dördnala çapırdı. O, istəyirdi ki, heç kəsin gözünə 
görünməsin,  heç  kəs  də  onu  görməsin.  Xan  oğluna  elə  gəlirdi  ki,  hamı  ona  göz 
qoyur, hamı onu güdür. 
 
Camaat  isə öz işi ilə məşğul idi. Biri  eşşəklə  ot daşıyır, biri  əlində  üçqulaq 
yaabası  həyətlərinin  çəpərini  düzəldir,  biri  bərəni  açıb  bağ-bağatını  suvarırdı. 
Ərbabın həyətində səs-küy daha da gur idi. Kəndlilər ot tayası vururdular. Bir neçə 
uşaq  isə  qoz  çırpırdı.  Evlərdən  cəhrə  carıltısı  gəlirdi.  Qəssab  şəgirdləri  damların 
üstündə alıcıları səsləyirdi: 
 
   -Ay yağlı ət alan! Yaxşı qoyun əti var! 
 
Bu  çığırtıların,  səs-küylərin  hamısına  dözmək  olardı.  Xan  oğlunu  ən  çox 
hövsələdən çıxaran dərvişlər idi. Iki dərviş kəndin ayağı yertutanlarının çoxusunu 
qoz  ağacının  altına  toplamışdı.  Adamlar  Cavad  xanın  gəlməsinə  məhəl  belə 
qoymadılar. Dərvişlər cənnət rüşvəti ilə onların huşunu oğurlamışdı. Dərvişlərdən 
biri uzun, o biri isə gödək idi. Uzaqdan adama elə gəlir ki, yekəpapaq kişilər qoca 
dərvişi  çiyinləri  üstündə  saxlıyır.  Uzun, qoca  dərvişin  kərtənkələ  təki  cadar-cadar 
olmuş qabarlı yalın ayağını yundan toxunmuş  əbası güclə örtmüşdü. Tərpəndikcə 
çallaşmış saçları kürəyinə səpələnirdi. Qan damarları yoğunlamış iri gözləri seyrək 
çal  qaşlarının  altından  diri-diri  közərirdi.  Saç-saqqalı  sinəsində  qıvrılmışdı.  Hind 
qozundan hazırlanmış kəşgülünün  zənciri qolunda idi. Balacaboy, arıq, qıyıq göz 
dərviş  isə  sanki  sandıq  tulası  idi.  O,  “ağasının  böyründa  onun  əmrinə  müntəzir 
dayanmışdı. Qoca dərviş isə gah gözünün ağını irilədi, gah da var gücü ilə nəfəsini 
içinə çəkirdi. Elə ki ciyəri hava ilə dolurdu, əlini oynada-oynada “yahu... yahu!...” 
deyə-deyə  gürzə  təki  fısıldayırdı. Belə  vaxtda  qoca  dərviş  daha  da  qızışıb  bürünc  
saplı, polad dişli təbərzinini başı üzərinə qaldırır, vahiməli səslə çığırırdı: 
 
“Sandıq tulası” dərhal tutuquşuna dönürdü: 
 
Avam  camaat  qəlyanlarını  közərdə-közərədə  dərvişə  səs  verirdi.  Meydan 
qızışdıkca qoca dərviş təbərzinini şövqlə oxuyurdu: 
 
 
 
 
 
Ey dil, bu cahan cümləsi əfsanə deyilmi?
 
 
 
 
 
Dünyaya uyanlar hamı divanə deyilmi? 
 
 
 
 
Zəhmət çəkibən xanə bina etmə cahanda
 
 
 
 
Bu xanələrin axırı viranə deyilmi?   
 
 
“Sandıq tulası” özünü yenə yuyulmamış çömçə təki qabağa atırdı: 
 
   -Baba  dərviş,  ərz  edim  ki,  dünyada  bütün  xanələrin  axırı  viran  olacaq. 
Necə  ki,  Nəbinin  xanəsi  viran  oldu.  Şeyxul-İslamın  səsini  bütün  müsəlmanlar 
eşitdi;  axırda  o  kafiri  tutub  verdilər  Əhməd  xanın  caynağına.  Ərz  etdim  ki, 
dünyada Əli məhəbbətindən başqa hər şey bihudədir! 
 
Narazı gözlər bir-birinə zilləndi:  “Bu sarsaq dərviş Qaçaq Nəbinin adını nə 
üçün çəkir? Qaçaqlar bunlara nə ediblər ki?”. 
 
Qoca  dərviş  onların  narazılığını  hiss  edib  tez  cənab  Əlidən,  həzrəti 
Fatimədən, həzrəti Səkinədən, həzrəti Zeynəbdən, əfsanələr danışmağa keçdi. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə