Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə63/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   59   60   61   62   63   64   65   66   ...   101

 
130 
gülə-gülə  qızıl  onluğu  qarının  xirtdəyinə  tulladı.  Qarı  az  qaldı  qızılı  udsun.  Tez 
qabar atmış qara, ətsiz barmaqlarını xirtdəyinə salıb, gözləri yaşarmış halda, onluq 
qızılı güclə çıxartdı. Pulu tumanının lifəsindən asdığı ağzı büzməli xrom kisəsinə 
atdı. 
 
   -Cavan oğlan, sənin qara çuxan oyaqdı, allah səni ata-anana çox görməsin. 
– Qarı xan oğlunu doyunca tə
,
riflədi: - Sən  çox əliaçıq oğlansan. Özünün də ürəyin 
bu  əlimdəki  güzgü  kimi  təmizdir.  Hər  şeyi  hər  yerdə  danışma.  Üzünə  gülüb, 
çörəyini yeyənlər sənə quyu qazır. Kərimin canı haqqı, düz sözümdür. 
 
   -Sən Kərimin anasısan? 
 
Qarı sözün deyilişindən məsələni duydu, dilini dəyişdi: 
 
   -Kərim kimdir? 
 
   -Qaçaq Nəbiyə mahnı qoşan Lotu Kərimi deyirəm. 
 
Qarının dodaqları torba ağzı təki büzüldü: 
 
   -Cavan  oğlan,  Lotu  Kərimin  anası  ölsün,  üçünü  də  verək,  Lotu  Kərim, 
Lotu Kərim...   Aralığa söz salma, əlini cibinə apar görüm. Tez ol, tas qururam. 
 
Qaraçının  dişsiz  damağından  qurtarmaq  çətin  idi.  Cavad  xan  cibinin 
boşalacağından  qorxub,  qamçısını  havaya  qaldırdı,  atını  tərpətdi.  Qaraçı  xan 
oğlunun arxasınca deyinməyə başladı: 
 
   -Ay  səni  öləsən,  daha  mən  də  dost-düşmənimi  yaxşı  tanıyıram.  Qaçaq 
Nəbi  tutulub  deyə  hamınız  kişi  olmusunuz?!  Neynək,  Həcər  xanım  hələ 
açıqlıqdadır.  Bir  azdan  gedəcəyəm  onun  yanına,  mənə  şey  tapşırıb,  gərək  aparıb 
çatdıram.  
 
Həcər  xanım  qaynanasını  xəlvətə  çəkib,  xan  oğlunu  necə  aldatmasını  ona 
danışdı: 
 
   -Gözəl xala, indi iş belə olmalıdır... Koroğlu deyib ki, qaçıb qurtarmaq da 
igidlikdəndir. Gərək o axmaq gəlməmiş biz kənddən çıxaq. Tövlədən qonşu həyətə 
yol açmışam.  Qaçanda ordan çıxacayıq ki, sərbazlar bilməsinlər. Bozatın da yarası 
yaxşı  olub.  Quş  kimi  uçacaq.  Bayaq  həyətdə  minib  yoxlamışam.  Lotu  Kərimin 
anası da bizə bir heybə güllə gətirib. Bəsimizdi.  
 
   -Ay gəlin, başına dönüm, elə et səs çıxmasın.  
 
   -Mən  də  istəmirəm  səs  çıxa,  ancaq,  Gözəl  xala,  düşmən  qazdan  ayıqdır. 
Işdi güllə atıb-eləsəm, qorxma, birdən çığırıb işi korlayarsan.  
 
   -Başına  dönüm,  məgər  mən  uşağam?!  Mən  səndən  qorxuram,  körpədən 
qorxuram. Düşmən qarışqa olsa da onu fil hesab elə; qürbət eldi bala. 
 
Həcər ərklə qaynanasının boynunu qucaqladı: 
 
   -Gözəl xala, lax yumurtanı sahibinin başında sındırarlar. 
 
Kənddə  çıraqlar  sönmüşdü.  Cənub  səmasını  ulduzları  da  sanki  yoxa 
çıxmışdı.  Kəndin  səssizliyindən  adam  qorxurdu.  Nə  dərvişin  səsi  gəlirdi,  nə 
sofunun, nə də hallaçın. Gecə elə bil bütün gündüzkü hay-küyü min arşın quyuya 
doldurub ağzını iri bir dəyirman daşı basmışdı.  
 
Səssizlik  xan  oğlunu  sevindirirdi.  O,  hiyləgərlikdə  atasından  dərs  almışdı. 
Hətəmin həyətinə nizəli sərbazlardan yenə çəpər çəkdirmişdi. Onların əlindən xilas 
olmaq çətin idi.  
 
Həcərgil qaçmağa fürsət gözləyirdi. 


 
131 
 
Görüş  vaxtına  az  qalırdı.  Həcər  xanım  ud
 
ağacına  dönmüşdü;  söyüdün 
altında  səssizcə  gəzişir,  ürəyində  bir-birinə  zidd  hökmlər  çıxarırdı:  “Kaş 
gəlməyəydi... Yox, qoy gəlsin” 
 
Qaradağ tərəfdən axıb gələn tala-tala buludlar göyün üzünü tutmuşdu. Təzə 
dil  açan  beçələrin  banı  eşidilirdi.  Arabir  küçük  zəngildəyirdi.  Söyüdün  alçaq 
budaqları arxın suyuna sallanmışdı. Payız küləyi budaqlarda olub-qalan yarpaqları 
heysiz saplağından üzüb sulara atırdı.  
 
Xan oğlu atdan düşməmiş qızıl zəncirli qızıl saatını da xüsusi bir əda ilə döş 
cibindən  çıxarıb  gözünə  yaxınlaşdırdı.  Fasforlu  saat  sanki  ulduzlu  cənub  səması 
idi,  alışıb  yanırdı.  Qızıl  əqrəblər  elə  bil  kişicik  ulduzların  gözü  qabağında 
öpüşmüşdü.  Xan  oğlu  Həcər  xanıma  sarı  əyilib  təntənəli  surətdə  saatını  ona 
göstərdi: 
 
   -Bura bax, xanım qız, gör bu əqrəblər necə qucaqlaşıblar. Indi biz də onlar 
kimi... 
 
Həcər  xanımın  nifrətli  baxışı  xəncərə  dönsə  də  xan  oğlunun  dilini  gecənin 
qaranlığında  gödəldə bilmədi;  o qızıl qaşlı yəhərdə şəhanə bir görkəm alıb çox 
sevdiyi aşiqanə sözləri yenə də oxumağa başladı:  
 
   -Əgər on torke şirazi... 
 
Əlini qoynuna salıb tapancasını ayağa çəkdi. Xan oğlu atdan enmək istərkən 
Həcər xanım zəhmli bir səslə dilləndi: 
 
   -Düşmə! 
 
   -... 
 
   -Eşitmirsənmi?! Dedim ki, atdan düşmə! Hardan gəlmisən, ora qayıt! 
 
Xan oğlunun çil sifəti, kim bilir, neçə rəngə düşdü. 
 
   -Xanım qız, zarafatı burax, mən bu saat... 
 
Ehturas  Cavad  xanın  gözlərinə  pərdə  çəkmişdi.  O,  atdan  Həcər  xanımın 
üstünə qor təki çınqıdı: 
 
   -Xanım, unutma ki, mənə yüz silahlı sərbaz keşik çəkir!.. 
 
   -Dedim ki, mənə yaxın gəlmə! Yoxsa... 
 
Cavad  xan  vəhçi  çöl  pişiyinə  dönmüşdü;  Həcər  xanımın  üst-başına 
sarmaşmaq  istəyirdi.  Həcər  xanım  onun  odlu  üzünə  elə  bir  sillə  ilişdirdi  ki, 
gözlərindən od çıxdı.  
 
   -Həddini bil, axmaq. Yoxsa... 
 
   -Tapancanı at yerə!... 
 
   -Çəkil sərsəri, çəkil! Yoxsa... 
 
   -Həcər xanım mən sənin aşiqinəm!.. 
 
Xan oğlu qollarını açıb Həcərə tərəf uçmaq istəyəndə tapanca açıldı. Cavad 
xanın  qolları  boşaldı,  yanlarına  düşdü,  özü  dibdən  baltalanmış  ağac  təki  yerə 
sərildi.  Bağırdı.  Torpağı  cırmaqlayıb  qalxmaq  istədi,  lakin  son  nəfəsində  bu  sözü 
güclə deyə bildi: 
 
   -Pədər sek!...
 
 
Söyüşün pisi qıcırtdanmış dişlərinin arasında qaldı. At ürkdü... itlər uladı... 
Mallar böyürdü... Sərbazlar çaşbaş qalmışdılar. Həcər xanım Cavad xanın meyitini 
sürüyüb arxa atdı. “Sənə dedim ki, atdan düşmə!” 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə