Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə66/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   62   63   64   65   66   67   68   69   ...   101

 
137 
                                              HƏCƏR XANIM BAĞDA 
 
Allahu Əkbər, allahu Əkbər... 
Əşhədü ənnə la`ilahə illəllah. 
Əşhədü ənnə Məhəmmədən Rəsul allah.. 
Minarədə  boğazına  güc  verən  qırmızısaqqal  mollanın  hüzünlü  səsi  Başkəndin 
yuxulu  sakinlərini  yataqdan  hövlnak  qaldırırdı.  Mollanın  çətin  başa  düşülən  ərəb 
kəlamları eşidənin canına üşütmə salırdı. Sanki mollanı göydən allah göndərmişdi. 
Göndərmişdi  ki,  get  sübhdən  minarəyə  qalx,  azan  çəkib  mənim  bütün  yatmış 
bəndələrimi oyat. Onlara xəbər ver ki, insanların bircə dostu, bircə pənahı varsa, o 
da mən – gözə-görünməzəm! 
Mollanın  səsi  kallaşan  kimi  o,  əlini  uzun  əbasının  cibinə  salıb,  iki  yumurta 
çıxartdı.  Yumurtaların  başını  çırtma  ilə  əzdi,  zökəm  tutmuş  adamlar  təki  onların 
ikisini  də  ağlı-sarılı  boğazına  atıb  qabığını  minarədən  tulladı.  Çənəsinə  bulaşmış 
yumurta  sarısını  əlinin  dalı  ilə  seyrəlmiş  qırmızı  saqqalına  sıvayıb  boğazının 
tellərini  bir  necə  dəfə  köklədi.  Səs  telləri  sarı  sim  təki  cingildədi.  Əllərini  saqqal 
basmış ağzında lülələyib azanını uzada-uzada təkrar etməyə başladı: 
Həyyə ələssəlat! 
Həyyə ələlfəlah! 
Həyyə əla xeyrul əməl 
 
Hər  kəs  daxmasının  bir  küncündə  dəstəmaz  almağa  başladı.  Uçuq,  hisli 
daxmalarda  min  əl  birdən  göyə  uzanırdı.  Qurumuş  dodaqların  arasından  başa 
düşülməyən pıçıltılar eşidilirdi.  
Koxa  Kərbəlayı  Heydər  hərdən  qalxıb  əsir  adamalr  təki  əllərini  göyə  qaldırır, 
hərdən  də  kirpi  təki  yığışıb  alnını  qarşısına  sərdiyi  canamazın  üstündəki  yüsür 
təsbehini və şahı boyda möhürə toxundururdu. 
Koxa  bu  gün  çox  narahat  halda  namaz  qılırdı.  Bükülüb  açıldıqca  gözləri  ət 
oğurlamış  pişik  gözləri  kimi  parıldayır,  saqqalı  təkə  saqqalı  yırğalanırdı.  Yəhərə 
bənzər  yastı  burnunun  pərələri açıla qalmışdı. Qalın, çevrikmiş  dodaqları aramsız 
pıçıldayırdı: 
 
Savaba tələsin! 
Xeyir əməllərə tələsin!... 
Bu vaxt doqqazdan nökərin səsi gəldi. O, kimi isə asıb kəsirdi: 
-
 
Vallah, gərək o bayquşgözün ətini şişə çəkdirəm! 
Şam ağacı təki boya vermiş, arıq ovurdları batıq nökər çilik qılçalarını dizə qədər 
çirməyib  çiynində      bel,  suyu  süzülə-süzülə  özünü  Kərbəlayı  Hyedərin  həyərinə 
saldı. 
-
 
O, haranın tulasıdır, mənim ağamı el içində bihörmət eləsin...  Mən o keçəl 
köpəkoğlunun ətini şişə taxdıracağam! 
Nökər  evin  qapısının  açıq olduğunu   görüb  tez özünü  içəri  soxdu.  İstədi  ağzını 
açsın,  qorxdu,  ovurdları  daha  da  batdı,  sir-sifətindəki  qırışlar  dolaşıq  düşdü, 
dodaqları büzüldü,  elə bil eymə ağzı idi, kimsə köşmərini çəkdi, bağladı. Nökər 
tükü getmiş papağını çıxarıb qoltuğuna vurdu, bulaşıq gözlərini çırpa-çırpa dirəyin 


 
138 
yanında  nidaya  döndü.  Kərbəlayı  Heydər  qaş-göz  oynadıb  divardakı  xalçanın 
üstündən  asılmış  xəncərlə,  tüfənglə  onu  hədələdi.  “Soxaram  qarnına!  Çaxaram 
kəllənə!”  Nökərin  boynu  vergülə,  beli  isə  sual  işarəsinə  döndü.  Vurnuxurdu. 
Bilmədi getsə yaxşıdır, yoxsa qalsa. Getmədi. 
Koxanın  işıldayan  gözləri  nökərdə  qalmışdı.  “Nə  olub  bəyəm,  bir  az  səbrini 
bassana! Görmürsən namaz qılıram?!” 
Nökər evdə qərar tuta bilməyib, dalı-dalı eyvana çıxdı. Şalvarının sulu balaqlarını 
açıb  aşağı  sala-sala  öz-özünə  danışmağa  başladı:  “Vallah  hamısının  bir-bir 
qoyacağam  ağamın  ovcuna.  Şahhüseynin  söyüş  söyməsini  də  deyəcəyəm.  Bu  da 
keçən ilki deyil başımıza gətirdi...” 
Koxa  Kərbəlayı  Heydəri  qorxulu  bir  şübhə  bürümüşdü.  “Yəqin  ki,  bir  iş  var. 
Yoxsa  nökər  köpəkoğlu  cəsarət  eləyib  namaz  qıldığım  yerdə  içəri  girə  bilməzdi. 
Bəlkə deyilənlər düzdür?!  Deyirlər ki, Həcər xanım Cavad xanı öldürəndən sonra 
addayıb Naxçıvan tərəfə. Birdən bizim kəndə də gələr ha!..  Bəlkə Şahhüseyn ona 
görə  mənimlə  qaşıq  döyüşdürür!  Bəlkə,  o,  Həcər  xanımı  mənnən  salışdırmaq 
istəyir?! Xub, xub! Baxarıq!” Koxanın xəyalında min cür kölgəli fikirlər dolaşırdı. 
O, tələm-tələsik namazını qılıb nökəri  səslədi: 
-
 
Ə, bura gəl görüm nə var? 
Nökər  burnunu  çəkə-çəkə  içəri  qayıtdı.  Udqunub  gözlərini  döyə-döyə 
ağlamsındı: 
-
 
Ağa... 
Koxa tündləşdi: 
-
 
Ə,  zəhrimar  ağa,  şor  ağa,  yetim  uşaqlar  kimi  gözünün  qorasını  az  sıx! 
Ədəbsizin biri ədəbsiz, de görüm nə olub? Görmürsən namaz üstəyəm, gəlib 
milçək  təki  girirsən  ağzıma!  Yumurtası  tərs  gəlmiş  toyuq  kimi  nə 
vurnuxursan, bir dillənsənə!... 
Nökər tutuldu. Bilmədi o əhvalatı olduğu kimi danşsın, yoxsa gizlətsin. 
-
 
Ağa, bağı suvarırdım. Şahhüseyn suyumuzu kəsdi... 
Kərbəlayı Heydər dəlicəsinə başını yırğalayıb, bomba ilə nökərin üzünə tüpürdü: 
-
 
Ax!... Sənə nə deyim! Ürək-göbəyim düşdü! Mən də içimi yeyirəm ki, bəs o 
quldurun arvadı gəlib bizim kəndə... 
Nökər  şanaya  oxşar  iri,  qabarlı  əlinin  dalı  ilə  üz-gözünü  təmizlədi  və  yenə 
koxaya canıyananlıq eləməyə  başladı. 
-
 
Yox,  ağa,  camaat  danışır  ki,  Həcər  xanım  keçən  şənbə  günü  qəzyanlı 
Ələkbərgildə imiş... Ordan gəlib Arfenikgilə, yəqin, Şahhüseyn də bu xəbəri 
eşidib, ona görə də suyu bəhanə eləyib dava saldı... 
-
 
Nökər  ağlamsına-ağlamsına  burnunu  bir  neçə  dəfə  də  çəkib  cırıq  sətin 
köynəyini yuxarı qaldırdı: 
-
 
Ağa,  gör  bir  o  bayquşgöz  köpəkoğlu  məni  nə  günə  salıb..  Bağ  da  qaldı 
yarımçıq. 
-
 
Nökərin kürəyi tala-tala olmuşdu. 
-
 
Xub...  xub...  Mən  Həcər-zad  tanımıram!  Mənim  nökərimi  döyənin  gərək 
yeddi başı olsun. 
Kərbəlayı Heydər donquldana-donquldana canamazı yığışdırdı, yüsür təsbehini 
tük basmış ətli biləyinə keçirib başmağını geydi: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə