Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə65/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   61   62   63   64   65   66   67   68   ...   101

 
134 
 
Arvad-uşaq bir-birini basa-basa evə doluşdu. 
 
Əhməd  xan  atdan  enib  Şeyxlə  düşmən  kimi  göz-gözə  dayanmışdı.  Adama 
elə gəlirdi ki, xan bu saat oğlunun qanına Şeyxdən alacaq. 
 
   -Xan  sağ  olsun,  üstümüzdə  allah  var!  Günahım  nədir?  Həcər  hara,  mən 
hara! Bu mənim ev-eşiyim, bu da siz. Axtaran, əgər tapsanız-boynumu vurun. 
Şeyx elə toxtaq, elə səbirlə danışırdı ki, guya onu heç bir hadisə gözləmirdi. Xan 
atının  cilovunu  Şeyxin  boğazına  dolayıb  əlində  tapanca  evə  soxuldu.  Sərbazlar 
onun arxasınca cumdular. 
 
   -O, çəltik səbətində olacaq! 
 
Sərbazlar cəld səbətə düşdülər. 
 
   -Yoxdur, xan. 
 
   -Xaralın ağzını açın! 
 
   -Açdıq xan özünüz baxın... 
 
   -Girin un anbarına! 
 
   -Burda da yoxdur, xan! 
 
   -Buxarıya da baş soxun! 
 
Buxarıdan  çıxan  boynu  fır  bağlamış  qırmızıburun,  qurdgöz  sərbaz  çox 
gülməli görünürdü. Onun bircə gözləri ağarırdı, sir-sifəti his içində idi. Sərbazlar 
bic-bic  gülümsəyirdilər.  Çırağın  işığı  zəif  olduğundan  Əhməd  xan  onların 
təbəssümünü görə bilmirdi. 
 
Bir  o  qalmışdı  ki,  sərbazlar  gəlinlərin  yorğanını  qaldırsınlar.  Araz  istədi 
ağlasın,  gəlin  çox  fərasətli  tərpəndi;  huş  aparan  dərmanla  körpəni  yuxuya  verdi. 
Uşaq uyudu. 
 
Əhməd xan həyətdəki hinə özü baş soxdu. Qazlar elə çığırışdılar ki, elə bil 
kimsə onların ətini diri-diri şişə çəkirdi. Xan hirslənib hinə iki güllə boşaltdı. Lakin 
qazların səsi kəsilmədi. 
 
Şeyx yenə ürəkli-ürəkli danışırdı: 
 
   -Tapsanız – boynumu vurun! Mən Həcərgili görməmişəm! 
 
Sərbazlar atları çardağın dirəklərinə bağlamışdılar. Yorğun tərli atlar fınxırıb 
dəhnələri gəmirir, ayaqlarını yerə döyüb boyunlarını çardağın dirəklərinə sürtürdü. 
Çardaq yüyrək təki yırğalanırdı. Gözəl özü də bilmədən gələninə sığınırdı.  
 
   -Aman allah!.. 
 
   -Sss!.. eşidərlər... 
 
Əhməd  xan  əmr  etdi  ki,  qonşuların  həyət-bacalarıda  axtarılsın.  Böyründə 
dayanmış öz-gözü hisli sərbaza əmr etdi: 
 
   -Çıx çardağa! 
 
   -Bəçeşm, ağa! 
 
Sərbaz iri çəkmələrini şappıldada-şappıldada çürük nərdivanla ağır bədənini 
güclə  qaldırırdı.  Birinci  gözdə  ayaq  saxladı.  Şehli  ot  tayasına  əl  atarkən  sərçələr 
pırıldadı...  sərbaz  devikdi.  Sonra  özünü  yığışdırıb  söyə-söyə  tayanı  eşələməyə 
başladı:   “Babam, iynə deyil ki, otun arasına düşə. Yoxdur də! Nə qədər axtarmaq 
olar?!” 
 
Əhməd xan sərbazın deyindiyini eşitdi: 


 
135 
 
    -Ey, pədər soxtə, orda az gumbuldan! Qalx ikinci gözə! Ikinci gözdə  də 
almayoncadan  taya  vurulmuşdu.  Sərbaz  ağasının  gözünə  girmək  üçün  yonca 
bağlarını bir-bir götürüb həyətə tullayırdı. Atlar ota tərəf dartınırdı. 
 
Sərbaz  xanın  bir  də  əmr  verməsini  gözləmədi;  çardağın  üçüncü  gözünə 
qalxmaq istədi. Çürümüş artırma sındı, sərbaz ikinci gözə diyirləndi: 
 
   -Vay, belim!... 
 
Əhməd xanın hökümlü səsi onun qulağını batırdı: 
 
   -Ey,  gudul  qurd,  bəsdir  orda  eşələndin!  Tez  ol  tayay  od  vur,  biz  gedirik, 
sən də bir azdan gələrsən, eşidirsənmi? 
 
Sərbaz  dizlərini  qucaqlayıb  ufuldayırdı.  O,  qorxusundan  ağrısını  unudub 
cibindən çaxmaq-qov çıxartdı. 
 
   -Bəçeşm, ağa! 
 
Sərbazlar  Şeyxin    qollarını  köpəyin  zənciri  ilə  çardağın  dirəyinə  sarıyıb 
ağzına da odlu bir qəlyan verdilər: “Şək, ürəyin soyusun!” 
 
Xanın atlıları həyətdən çıxdılar.  
 
Şeyx qəlyanı ağzından yerə salıb tayaya od vuran sərbazı hədələdi: 
 
   -Ey, məlun, allahın qəzəbindən qorxmursan?! Söndür o tayanı! 
 
   -Şeyx, mən əmr quluyam. 
 
Əvvəlcə  tayadan  qatı  tüstü  qalxdı,  sonra  alov  gözünü  işıldatdı.  Sərbaz 
əlindən axan qanı görüb hirsləndi: 
 
Bu paslı mıx hardan əlimə pərçim oldu?! 
 
Həcər  xanım  çardağın  üçüncü  gözündən  aşağı  boylandı.  Onun  Aynalısı 
sərbazın  iri  kəlləsinə  tuşlanmışdı.  Atmaq  istəyirdi  ki,  alov  sərbazın  üzünü  yaladı. 
Sərbaz  qəzəblənib  təzəcə  alovlanan  yonca  bağını  təpiklə  vurdu;  ot  göydə  alışıb 
yerə səpələndi.  
 
   -A gəlin, deyəsən.. 
 
   -Yaxşı qurtardıq, xala! 
 
   -Allah, sən bizi bu bəladan xilas elə! 
Şeyx  paslı  zənciri  hirslə  dartıb  qırdı.  Arvad-uşaq  haraya  gəldi.  Hərə  bil  çalğı 
götürdü Yanğın söndürüldü.  
 
Əhməd  xanın  atlıları  qəbiristanlığın  içi  ilə  Qaradağa  qalxırdı.  Elə  bil 
qaranlıq  xanın  qəzəbindən  qorxub  dağın  boğazına  sığınmışdı.  Araza  tərəf  gedən 
yol  isə  get-gedə  ağarırdı.  Gözləri  orda-burda  olan  xan  özünü  danlayırdı:  “Eh, 
mənim kəlləm, mənim kəlləm!.. o vaxt Kərbəlayı Cəfərin sözünə qulaq assaydım, 
başıma heç belə müsibət gəlməzdi”. 
 
Başdaşları  xanın  gözünə  sataşanda  vahimələnirdi.  Sanki  hər  başdaşı  bir 
adama çevrilir, Həcər xanımın atlılarının yanına, xanın üstünə hücum çəkirdi. 
 
Qəbiristanlığın qurtaracağına üstü cır-cındırla dolu alçaq bir nar kolu vardı. 
Kolun dibinə çoxlu daş qalaqlanmışdı. Xanın atı qulaqlarını qoşaladı: 
 
   -Vurun o cadukunu! 
 
Sərbazlar çaşıb qalmışdılar heç kəs atəş açmadı. 
 
Xan batıq ovurdunu gəmirdi: “demək, məni də qara basırmış! Mən – Əhməd 
xan...  sayıqlayıram!  Pirə  cadukun  deyirəm.  O  qatilin  ərinin  burun-qulağını  kəsib 
ovcuna qoymasam, ürəyim soyumaz, dünyadan nakam gedərəm!..”. 


 
136 
 
   -Atları arxamca Bəzz qalasına sürün! Mehdi öz dəstəsi ilə həmin qaladadır. 
Mən Həcərin heyfini ondan alacağam! 
 
Şeyx bir gecə atlanıb qonaqlarına  bələdçilik elədi. Onlar gizli, kəsə yollarla 
gedib  səhərə  yaxın  Araza  çatdılar.  Araz  ayın  işığında  ağ  kəpənək  qanadına 
dönmüşdü.  
 
...Bərgüşadla  Həkərinin  Araza  qovuşduğu  yerdə  böyük  bir  tonqal 
dilimlənirdi.  Bu  dilimlər  çiyni  tüfəngli  sərhədçilərin  kölgələrini  qamışlıqda 
oynadırdı.  Qəzyanlı  Ələkbər  sərhədçilərə  qoyun  kəsib  kabab  bişirirdiş  közdə 
cızıldayan səkil tikələr hər şeyi sərhədçilərin yadından çıxarmışdı. Meh qamışları 
xışıldadırdı.  Həcərgilə  də  bu  lazım  idi.  Bir  an  belə  gecikmək  olmazdı.  Araz 
şəlləkdə, anasının kürəyində yatmışdı. Həcər Şeyxlə xudafizləşdi. 
-
 
Şeyx əmi, çox sağ ol, bizi ölümdən qurtardın. 
Gözəl isə Şeyxin əlindən öpdü. 
-
 
Görüm  Allah  sənin  balalarını  saxlasın.  Sən,  nöüzənbillah,  mənim 
uşaqlarımın allahısan. Onları bu qürbət eldə sənə tapşırıram, səni də o bircə 
allaha... 
-
 
Gözəl bacı, mən sənin oğlanlarınla çörək kəsmişəm. 
Mən  heç  vaxt  o  çörəyi  ayaqlaya  bilmərəm.  Dost  olmuşuq,  ölənəcən  də  dost 
olacağıq. 
Bu tayda göyə odlu bir kösöv atdılar. Bu, Ələkbərin şərti işarəsi idi: demək, yol 
açıqdır. 
-
 
Di, salamat qal, biz getdik. 
Şeyx  ayrılarkən  Həcər  xanıma  məsləhətlər  verdi:  kimlərin  evinə  düşə  bilər, 
kimlərlə məsləhətləşə bilər... 
-
 
Burdan birbaş gedərsiniz Naxçıvan mahalına. Əvvəlcə Rumusada düşərsiniz 
Arfenikgilə. Orada dincinizi alıb tərpənərsiz Başkəndə, orda Şahhüseyn adlı 
bir igid çoban var; Nəbinin ən yaxın adamıdır 
-
 
Şeyx əmi,  mənim də fikrim elədir. Cavad xanın ölüm xəbəri, yəqin, Səlim 
bəyə  də  çatıb.  O  Topalla  indi  mənim  yolumu  gözləyir.  Bəlkə  qaynanam 
Uşaqla qaldı Arfenikgildə, ya da onları Ələkbərlə göndərdim öz kəndimizə. 
Mən  özüm  ordan,  aşacağam  Başkəndə,  dəstə  düzəldib  yenə  qayıdacağam 
İrana.  Mehdigil  Bəzz  qalasındadır,  onlarla  əlaqəni  kəsmə.  Nəbiyə  xəbər 
göndər ki, fikir eləməsin, ölərəm ancaq qoymaram qazamata qala! 
Gözəlin  də,  Həcər  xanımın  da    elə  bil  ürəkləri  qopub  İranda  qalmışdı.  Qan 
düşən bir mahaldan ölüm əskik deyildi... 
Bozat özünü çaya vuranda Gözəl doluxsundu: 
-
 
Şeyx qardaş, oğlanlarımı sənə tapışıb gedirəm! 
Bozat suquşu təki Arazda üzürdü. Bu tayda kimsə göyə oldu kösöv atırdı. 
-
 
Xala, belimdən möhkəm yapış!Gözəl Həcəri qucub bərk-bərk qapamışdı, elə 
bil Araz onu yenə atın üstündən alacaqdı. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə