Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə67/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   63   64   65   66   67   68   69   70   ...   101

 
139 
-
 
O bayquşgöz köpəkoğlu bağda tək idi? 
-
 
Yox, ağa, qardaşları da yanında idi. 
-
 
Xub... xub! ... demək küçük kimi həvirləşiblər də!.. 
O  cinniyə  elə  qulaqburması  verim  ki,  bir  də  belə  qələtləri  eləməsin!  –  Koxa, 
xəncəri  belinə  bağladı,  Tüfəngini  də  götürdü.  –  Dəli  şeytan  deyir  ki,  bu  güllənin 
hamısını sirişt elə o bayquşgözün kəlləsinə, axırı nə olar olar! – Nökər titrəyirdi: 
Koxa  ona  acıqlandı:  -  Ə,  ələm  ağacı  deyilsən  ki!  Qaç  mənim  atımı  tövlədən  çək 
həyətə!  Nökərlərə  de  ki,  atlansınlar.  Ya  allah  bizə  verər,  ya  da  o  bayquşgöz 
köpəkoğluna. Camaat tezdən namaz qılıb allaha dua oxuyanda o da yezid təki su 
kəsir, şər işə qurşanır... 
Koxa  atını  kəndin  arası  ilə  dəlicəsinə  məhmizləyirdi.  həyət-bacada  eşələnən 
toyuqlar  qaqıldaşıb  pırıltı  ilə  uçuşurdu.  Çəpərlərin  dibində  çömbəlmiş  uşaqlar 
qorxudan  əlləri  ilə  üzlərini  tuturdular.  Atın  ayaqlarından  qopan  toz  uşaqların  üz-
gözünü bürüyürdü. 
Qara çadralı qız-gəlinlər çiyinlərində səhəng bulaqdan qayıdırdılar. Onlar koxanı 
görcək üzlərini bürüyüb baş-gözləri ilə danışırdılar: 
               -Bu əzrayıl yenə nə oyun çıxarır?! 
               -Çirkin meymun oyunbaz olar. 
               -Axşam-səhər namaz qılır, ancaq şərə-şur işdən əl çəkmir. 
               -Onun namazı özünə qənim olsun. Namazla camaatın gözünə pərdə çəkir. 
               -Deyəsən yenə Şahhüseynlə davası var. 
               -Balam koxa o qardaşlarla heç düz gəlmir. Nədi-nədi Şahhüseynlə Qaçaq 
Nəbi dost olub. 
          Molla  hələ  də  minarədən  düşməmişdi.  O  gur  səsi  ilə  bütün  insanları  yenə 
“xoş əməllərə” çağırırdı: 
               -Həyyə ələfəlah!... 
          Koxa  Kərbəlayı  Heydər  Şahhüseyngilin  bağına  çatdı.  Donquldana-
donquldana atdan düşdü. Cilovu yolağanın  ağzındakı qarağaca sarıyanda nökərlər 
özlərini yetirdilər. Onlar da atdan enib ağalarının ardınca bağa girdilər. 
Qara çadrlar qız-gəlinlər çiyinlərində səhəng bulaqdan qayıdırdılar. Onlar koxanı 
görüb üzlərini bürüyüb baş-gözləri ilə danışırdılar: 
-
 
Bu əzrayıl yenə nə oyun çıxarır?! 
-
 
Çirkin meymun oyunbaz olar. 
-
 
Axşam-səhər namaz qılır, ancaq şərə-şur işdən əl çəkmir. 
-
 
Onun namazı özünə qənim olsun. Namazla camaatın gözünə pərdə çəkir. 
-
 
Deyəsən yenə Şahhüseyn lə davası var. 
-
 
Balam  koxa  o  qardaşlarla  heç  düz  gəlmir.  Nədi-nədi  Şahhüseynlə  Qaçaq 
Nəbi dost olub 
Molla  hələ  də  minarədən  düşməmişdi.  O  gur  səsi  ilə  bütün  insanları  yenə  “xoş 
əməllərə” çağırırdı: 
-
 
Həyyə ələfəlah!... 
Koxa  Kərbəlayı  Heydər  Şahhüseyngilin  bağına  çatdı.  Donquldana-donquldana 
atdan  düşdü.  Cilovu  yolağanın  ağzındakı  qarağaca  sarıyandan  nökərlər  özlərini 
yetirdilər. Onlar da atdan enib ağalarının ardınca bağa girdilər. 


 
140 
Arxın  suyu  ləpə-ləpə  bağa  tökülürdü.  Çürümüş    xəzəlin  qoxusu  havaya 
yayılmışdı. Bu yerlər aranbasar olduğundan payızın gözəlliyi tez solmuşdu. Çılpaq 
ağacların əlçatmaz haçalarında qara papağa bənzər qarğa, sağsağan yuvaları gözə 
dəyirdi: 
Qardaşların hamısı bağda idi. Əllərində bel, ağacların dibini təpirdilər. Dördü də 
başına ağ dəsmal bağlamışdı. Əyinlərində isə ağ dizlik və yaxası açıq ağ köynək 
vardı.  Tüklü,  yoğun  qılçaları  dizə  qədər  çırməkli  idi.  Üz-gözləri  qolları,  sinələri 
tərdən işıldayırdı. Bu qardaşlar sanki bir alma imiş, kimsə onu dörd yerə bölmüşdü. 
Sir-sifətdən,  boy-buxundan  bir-birinə  elə  oxşayırdılar  ki,  bəzən  öz  ailələrində  də  
belə onları ayırd etmək olmurdu. 
Kərbəlayı  Heydər  bağa  girdi  əlində  tüfəng  Şahhüseynin  üstünə  yeridi.  Nökərləri  
onun  arxasında  idilər.  Qardaşlar  əllərində  bel  koxanın  qabağına  çıxdılar.  
Kərbəlayı Heydərlə Şahhüseyn üz-üzə dayandılar: 
 
   -Bayquş  göz  köpəkuşağı,  siz  nə  haqla  mənim  suyumu  kəsmisiniz?!  Mən 
bu arxa bir ətək qızıl saymışam! 
 
Dava-dalaş başlandı: söyüş, yumruq, sillə, dürtmə, təpik... kimin gücü nəyə 
çatırdısa  onu  işlədirdi.  Şahhüseyində,  qardaşlarıda  yaralanmışdı.  Onların  əl-
qolundan  qan  axırdı.  Nökərlər  suyu  arxa  döndərib,  Şahhüseynlə  qardaşları  isə 
bağa. 
 
Təsadüfə  bir  bax!  Həcər  xanım  beş  atlı  ilə  böyürdən  çıxdı.  O  gəlibmiş 
Şahhüseyngilə eşidib ki,  bağda dava var. Atı birbaşa sürüb bağa. Qardaşlar Həcər 
xanımı görəndə daha da ürəkləndilər: - çıxın bağdan, yezidlər. 
 
   -Su bircə sizindir. 
 
   -Arx qazan bizim, su da bizik olmalıdır. 
 
Həcər xanım atdan düşüb araya girdi və bir ağbirçək kimi davanı yatırtmaq 
istədi:  lakin koxa düşmənini görəndə dahada qızışdı. O yenə də qan-qan deyirdi: o 
çuxasının altında gizlətdiyi xəncərini qınından çıxarıb Şahhüseynin üstünə cumdu.  
 
Həcər  xanım  gördü  ki,  ağbirçəkliklə  dava  yatmayacaq,  koxanın  biləyindən 
yapışıb acıqlandı: - Qoca, xəncəri at yerə! Yoxsa axırı yaxşı olmaz! 
 
   -Necə  mən  bağdan  çıxım!  Bilirəm  anları  yelləyən  sənsən.  Ölsəmdə  suyu 
aparacam! 
Koxa biləyini Həcər xanımın əlindən güclə qoparıb, iti xəncərini Həcərə tuşladı:  
 
   -Rədd ol mənim kəndimdən! Mən sənə Cavad xan deyiləm! Əlimdən xəta 
çıxmamış  rədd  ol  get!  O,  Həcər  xanımın  üstünə  cumdu.  Həcər  xanım  xəncərini 
çəkib  qorunmağa  başladı.  O,  koxanın  xəncərini  vurub  yerə  saldı.  Sonra  Həcər 
xanım koxanın əlini biləkdən vurub arxa saldı. Koxa nökərlərinin qolları arasında 
bağırırdı.  
 
Şahhüseyn tez bərəni bağladı: - Bu itin qanı bağa axsa ağaclar quruyar. Qoy 
öz qanı ilə öz bağını suvarsın. 
 
Həcər xanımın dəstəsi neçə ay idi ki, at belindən düşmürdü. Onlar gah Bəzz 
qalasında, gah Eynalı dağında, gah da Xurrəmyurd yaylağında gözə dəyirdi. Qışın 
bu vaxtında dağlarda gecələmək Təbriz qazamatından da dəhşətli idi. Həcər xanım 
Əhməd xandan uzaq olan bu sırsıra dağlarda puskuda dayanıb Araza gələn yolları 
kəsmişdi. Qaçaqlar bir axşam Təbriz qazamatını dağıtmaq istəmişlər. Səhərə qədər 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə