Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə70/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   66   67   68   69   70   71   72   73   ...   101

 
145 
Mehdi  bu  işi  öz  öhdəsinə  götürmüşdü.Şikayətçiləri  qardaşının  yanına  beş-beş 
buraxırdı. 
 
Əldən düşmüş arıq bir qoca əsasına dirənə-dirənə Qaçaq Nəbiyə yaxınlaşdı. 
Əlindəki kağızı bilmədi Həcərə versin, yoxsa Nəbiyə, Qaçaq Nəbi kağızı qocanın 
titrək əlindən özü aldı: 
 
-Əmican, dərdin nədir? 
 
Qoca udqunub utana-utana sızıldadı: 
-Oğul,  başına  dönüm,  molla  Əhməd  hamısını  ora  yazıb.  Bizim  o  keçəl  koxanı, 
yəqin,  tanıyırsan.  Ala  Mahmud  bəyi  deyirəm  e…  Mən  özüm  Xocikdənəm.keçən 
şənbə  günü  mal  nobatına  gedəndə  Ala  Mahmud  bəy  gəlib  Pəriçınqılında  mənim 
alaçığımı ələk-vələk eləyib. Yaxşı ki, aparmağa gözədəyən şey dəymiyib…Axırda 
bir gavahınım vardı, aparıb Gorusda təzəcə zoddatmışdım, onu götürüb gedib.Heyf 
ondan, lap qılınc kimi gavahın idi. 
        Qaçaq Nəbi gülümsəyib mehribanlıqla xəbər aldı:  
 
-Əmican, koxaya neyləmisən ki? 
 
   -Ay oğul, elə onu de də!...Vallah, biədəb eşşəyə gücü çatmır çıxmasa da…   
palanı  toqqaşdayır,  sizə  gücü  çatmır,  acığını  bizdən  alır.  Deyir  ki,  qaçaqlar 
Pəriçınqılında olanda mən onları görmüşəm… 
 
Qaçaq Nəbi məktubu oxuyandan sonar Həcər xanıma dedi: 
 
   -Keçəl koxaya bir kağız yaz. Yaz ki, bu kişini incitmə.Əgər incitsən, sənin 
də ev-eşiyini dostun Kərbəlayı Cəfərin ev-eşiyi kimi yandıracağam. Yaz ki, kişinin 
gavahınını gətir ver özünə… 
 
Həcər xanım kağızı qocaya verdi: 
 
-Əmican,  əgər  işdi  koxa  gavahınını  verməsə,  bizə  xəbər  göndər.Qoca 
kişisən, özün zəhmət çəkib bir də Ərzə qayaya gəlmə.Biz özümüz əncam çəkərik. 
 
Qoca dilində dua camaatın arasından yoxa çıxdı. 
 
Şalvarının dizləri süzülmüş, ayaqyalın, ovurdları batıq, saqqallı bir kişi irəli 
yeridi.  Onun  açıq,  çal  sinəsi  həyəcandan  qabarırdı.Kişi  tükü  tökülmüş  buxara 
papağını  qoltuğuna  vurub,  qaçaqların  qabağında  diz  çökmək  istədi.    Qaçaq  Nəbi 
onun qolundan yapışıb qaldırdı: 
-Əmican, mənim belə şeydən xoşum gəlmir.Şikayətin kimdəndir? 
 
Qocanın  qurumuş  dodaqları  büzüldü.  Qırış  basmış    balaca,  bulanıq 
gözlərindən  iki  gilə  yaş  qopub  Qaçaq  Nəbinin  əlini  isitdi.  Qoca  uçuntulu 
barmaqları ilə tərli papağının içindən bir kağız çıxartdı: 
 
   -Qadan canıma, Nəbi, al oxu. 
 
Kağız tərdən islandığından xətlər bir-birinə qarışmışdı.Qaçaq Nəbi nə qədər 
çalışdısa da ərizəni oxuya bilmədi. 
 
-Əmican, dilcavabı de görüm. 
 
   -Sənə  canım  qurban, Nəbi…       Yəqin, iranlı Canavarpapaq Qara  Nəbinin 
adını  eşitmiş  olarsan.  O  quldurun  əlindən  bilmirik  hara  qaçaq.  Gözümüzün  ağı-
qarası bir öküzümüz vardı. O günü sizin adınızla gəlib öküzümü ağulda gönnəyib. 
– Kişini qəhər boğdu, sözünü tamamlaya bilmədi. Xəcalətdən qabarlı əlinin dalı ilə 
üz-gözünü qapadı: Hə, oğul, o kafir oğlu heyvanı erməni qibləsinə kəsmişdi, heç 
əti  də  vecə  gəlmədi…  Həmin  gecə  bizim  qonşunun  da  iki  atını  apardı.  O 
quldurbaşı köpəkoğlu kəndimizə yaman vaynövsə salıb… 


 
146 
 
Qaçaq Nəbi əlini qocanın çiyninə qoyub onu silkələdi: 
 
   -Fikir  eləmə,  ay  əmi,  hər  şey  düzələr.  –  Sonra  o,  əlini  cibinə  salıb  beş 
onluq qızıl çıxartdı: - Al bu onluqları, get özünə öküz al. Qaldı o Canavarpapaqla  
biz özümüz hesablaşarıq. O əclaf bizim qaçaqların adı ilə çox işlər görür.  
 
Kişi qızılı alıb ovcunda sıxdı. O, elə bil yuxu görürdü. Xəyalında birdən-birə 
şirin  arzular  cücərdi,  ovcundakı  qızılla  gah  torpaq,  gah  öküz,  gah  da  at  almağa 
başladı…   Qızını da köçürürdü… 
 
Qaçaqlardan  bir  neçəsi  alaçıqların  qabağında  şikayətə  gələnlərlə  söhbət 
edirdi. Karapet nə isə əlini ölçə-ölçə danışır, arabir Topalın adını çəkirdi: 
 
   -Nəbi  kirvə  and  içib,  lap  Kərbəlayı  Capar  qubernatorun  ağzına  girsə  də 
onu  dişlərinin  arasından  çıxardacaq!  O,  haranın  tulasıdır  Gözəl  xalanın  kürəyinə 
qaynar samovar şəlləyə?! 
 
Qaçaq Nəbi Karapeti çağırdı: 
 
   -Ey, dostum,  o  quldur  Qara  Nəbi bu kişinin öküzünü gönnəyib;  ona  karlı 
bir yük atı bağışlayın, qoyun aparıb qaçaqların sağlığına işlətsin. 
 
   -Baş  usta,  Nəbi!  Kərbəlayı  Cəfərin  yük  atlarından  birini  verərəm 
aparar.Gəl əmi, gəl bura, gedək ata bax, gör bəyənirsənmi? 
 
Yastısifət, kürən bir kişi ağ dəsmallı başını Qaçaq Nəbinin qarşısında əydi: 
 
   -Nəbi qardaş, mən Başkənddən gəlmişəm. 
 
   -Hə, bizim Şahhüseynin kəndindən? 
 
   -Bəli. 
 
Qaçaq Nəbi ətrafa boyandı. Mehdi qardaşının baxışlarından onu çağırtdığını 
duydu: 
 
   -Məni istəyirsən? 
 
   -Yox, Şahhüseyn hardadır? 
 
   -Keşikdə dayanıb, lazımsa çağırım. 
 
   -Elə isə qoy dayansın. Deyirdim ki, öz kəndlisinin şikayətinə özü baxsın.– 
Qaçaq  Nəbi  böyründə  ərizələri  oxuyan  xanımına  göz  qoydu.“Sənin  adamların 
gəlib” demək istədi, ancaq onu işdən ayırmağa dili gəlmədi. – Əmican, de görüm 
nə olub?.. Kərbəlayı Heydər əlini tapdı, ya ox?! 
 
Həcər  xanım  koxanın  adını  eşitcək  başını  astaca  qaldırdı.  Sifəti  elə  qızardı 
ki, az qala yanağındakı xal yanacaqdı.  
 
Qoca  dedi  ki,  gərək  onun  da  ev-eşiyini  Kərbəlayı  Cəfərinki  kimi 
oddayaydınız, düşəydi çöllərə. Çolaq köpəkoğlu bizə yenə göz verib, işıq vermir, 
özü  də  deyir  hara  şikayətə  gedirsiniz  gedin,  heç  kimdən  qorxmuram.Kürəyini  də 
söykəyib  Naxçıvandakı  o  böyük  urus  naçənniyi  Slavçinskiyə.Arxalı  köpək  qurd 
basar.  Başkəddə  yenə  hər  gün  su  davasıdır.  Elin  bağ-bağatı  əldən  gedir,  ağaclar 
quruyur. Həcər bacı gərək onun biləyini yox, başını vuraydı.Onda bizim canımız o 
əzazil koxanın əlindən birdəfəlik qurtarardı. 
 
Qaçaq  Nəbi  duran  yerdə  Həcər  xanım  heç  vaxt  söhbətə  müdaxilə 
etməzdi.Ər-arvad arasında pərdə var idi.Həcər xanım bu pərədəni həmişə saxlardı. 
 
-Əmican, bu dəfə koxa Kərbəlayı Heydərlə Nəbi özü danışar. Şikayətnaməni 
ver ona… 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə