Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə71/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   67   68   69   70   71   72   73   74   ...   101

 
147 
 
Qaçaq  Nəbi  Slavçinskiyə  və  Başkəndin  koxası  Kərbəlayı  Heydərə  məktub 
yazdı.Məktub  hədə  ilə  dolu  idi.  Qaçaq  nəbi  şallağının  sapındakı  möhürü  vurub 
qocaya verdi: 
 
Əmi, bunu çatdırarsan naçalnikə. Əgər naçalniki tapmasan, verərsən koxaya, 
sonrası ilə sənin işin olmasın. 
 
Yay  günəşi  Ərzə  qayanın  düz  kəlləsində  idi.Ancaq  istilik  hiss  olunmurdu; 
dərələrin boğazında işıldayan xarlanmış qar tarları ətrafa sərinlik yayırdı.Daşlardan 
sizan minbir avazlı buz bulaqlar yenə könülaçan nəğmələr oxuyurdu.Ərzə qayanın 
çiçəkli sinəsində ağlı-bozlu qoyun-quzu sürüləri mələşirdi. Bir az aşağılarda qızmış 
buğalar  boynuzlarını  yarğanlara  dirəyib  torpağı  başına  sovurur,  gücləri  gəldikcə 
böyürürdü.  Günəşə  doğru  millənən  sütün-sütün  qırmızımtıl  qayalar  bu  səsləri 
sinəsinə çəkib daha da gücləndirir, uzaqlara, lap uzaqlara yayırdı. 
 
Cavan  bir  çoban  ətəyinə  yığdığı  narın  duzu  ovuclayır,  yalamaqdan  ortası 
çökələn  duzlaq  daşlarının  üstünə  səpirdi.Qoyun-quzular  bir-birini  burunluya-
burunluya  daşların  başına  yığışırdı,  atlar  quyruqlarını  çalırdı.Mıxa  bağlanmış 
uzunqulaqların  belinə  çoxlu  qarğa  qonmuşdu.Ot  biçməkdən  gələn  çiyni  kərəntili 
kəndlilər daş atıb qarğaları qovurdular. 
 
   -A kişi!...Qanadı sınmışlar heyvanın ətini necə didir?! 
 
   -Heç qorxuları-zadı yoxdur, lap sırtıq koxalara dönüblər. 
 
Saf  və  sərin  dağ  mehi  tər  çiçəklərin,  yaşıl  otların  saçlarına  incə-incə  daraq 
çəkirdi.Bənövşənin, kəklikotunun, qantəpərin, dağ nanəsinin ətri duyulurdu.Lalələr 
ağzını qızıl piyalələr təki açmışdı.Arılar lalələrin qara tacında zümzümə edirdi.Ağ 
və qızıl güllərin kəpənək qanadından seçilməyən zərif telləri mehdən titrəyirdi. 
 
Göz  dincəldən  bu  qəşəng  mənzərədən  Qaçaq  Nəbi  xəbərsiz  idi.“Gör  nə 
qədər  şikayətə  gələn  var.  Gərək  bunların  hamısına  əncam  çəkəm”.Qaçaq  Nəbinin 
əlacı olsaydı, min yerə bölünər, hər bir ərizənin ardınca özü gedərdi. 
 
   -Ax… tacir köpəkoğlu!... 
 
   -Hə, qadan canıma, mənim şikayətim o tacirdəndir. 
 
   -Tacir sənə neyləyib, əmi? 
 
   -Ay  oğul,  demə  mən  onu  tanımamışam,  hiyləgərin  biri  imiş.  Sən  Təbriz 
qazmatında olanda gəlmişdi Xocahan bazarına, mən də xalça satırdım. Məndən beş 
əntiqə  Xanlıq  xalçası  aldı.  Məni  tutdu  şirin  dilə,  dedi  ki,  bu  xalçalarını  bir  neçə 
aylığa ver mənə, çeşnisini götürdüb sonar qaytarım. Mən boynusınmışda allandım. 
Indi  nə  pulunu  verir,  nə  də    xalçalarımı.  Dərdimi  kimə  deyirəm-baxan 
yoxdur.Getdim naçalnik Səlim bəyin yanına. Tacir Hacı Fərəcoğlunun adını çəkən 
kimi məni yasavullara o ki var döydürdü… 
 
-Əmican,  mən  İranda  o  tacirin  başına  oyun  açmışam.Mayasıda  əlindən 
çıxıb.Yenə də ona öftə olmur. Tacir tayfası belədir: müştərilərini altadtmasa-ölər, 
al bu kağızı ver ona, əgər xalçalarının haqqını beşqat artıq qaytarmasa, mənə xəbər 
göndərərsən. 
 
Kişi razılıq edə-edə kağızı papağının içinə qoyub atlandı. 
 
Sinəsi  açıq,  boğazının  damarları  çıxmış,  seyrəksaqqal,  çəlimsiz  bir  qoca 
Həcərə yaxınlaşdı: 
 
   -Qızım,  mən  sənin  atan  Kərbəlayı  Xanalı  ilə  yaylaq  qonşusu  olmuşam. 
Atan  mənim  xətrimi  o  iki  qardaşın  qədər  istəyir…    Mən  dərdimi  ona  danışdım. 


 
148 
Atan  mənə  dedi  ki,  Həcər  xanımgil  Ərzə  qayada  olacaqlar.  Get  şikayətini  onlara 
elə…   Qızım, qoca kişiyəm, məni bağışla, uzunçuluq eləyib başını ağrıdıram, sən 
çovuş Kərbəlayı Pirverdini tanıyırsan? 
 
   -Tanıyıram. 
 
   -Qızım,  allah  onun  bəlasını  versin.  Görüm  getdiyi  Kərbəla  ona  qənim 
olsun.  Keçən  qış  məndən  üç  manat  qızıl  pula  alıb  ki,  rəhmətlik  atam  Cümşüdün 
əmanətini  aparsın  Kərbəlaya.  Sonar  zəvvarlardan  eşitdim  ki,    səhrayi-birabanın 
birində  çovuşun  atı  yorulub,  mənim  atamın  əmanətini  atıb  yolun  ortasına.  Qızım, 
bəs  belə  də  müsəlmançılıq  olar?!Kimə  dərdimi  deyirəm,  ağzımdan  vurur.  Lap 
Tiflisə  Şeyxul-İslamın  yanına  getmişəm.  Şeyx  məni  göndərib  Zəngəzur  qazısının 
yanına.  Getmişəm  qazının  yanına,  o  da  dedi  ki,  get  dərdini  Molla  Əhmədə  de, 
Molla  da  mənim  ağzımı  boza  Verdi.  Dedi  ki,  a  kişi  sən  dünya  görmüş  adamsan, 
mən  çovuşa  bir  söz  deyə  bilmərəm;  şahidin,  sübutun  yoxdur,  bəlkə  çovuş. 
Kərbəlayı Pirverdiyə şər atırsan.Işi divana salsan, səni basarlar qoduqluğa. Get fas-
farağat otur yerində, çovuşu dilə-dişə salma… 
 
-Əmican, indi çovuş hardadır? 
 
   -Nə  bilim,  ay  qızım,  heç  bir  yerdə  dayanır  ki!...Gecə-gündüz  kaftar  kos 
təki qəbir eşir.Deyirlər ki, bu yaxınlarda gələcək Sisyan mahalına. 
 
   -Əmican, sən arxayın get evinə, biz o çovuşu tapıb dərsini birdə verərik… 
 
   -Allah sənin qardaşlarını saxlasın. Allah səni atana çox görməsin. 
 
Ucaboy, saçları tamam ağarmış, dikburun, sifəti misə çalan bir oğlan dərdini 
Qaçaq Nəbiyə odlu-odlu danışırdı:  
 
   -Hə,  qardaş,  mənim  bəxtim-taleyim  belədir…  Soflu  Əsəd  yüzbaşı  mənim 
başıma  belə  iş  gətirib.  Axırda  kəbinli  arvadımı  əlimdən  aldı.Daha  mən  nə  üzlə 
kəndə  dönə  bilərəm?!  Arazı  olsan,  elə  bu  gündən  qoşularam  sizə,  gedib  Əsəd 
yüzbaşıdan intiqam alaram.  
 
Qaçaq  Nəbi  sofulu  Balakişinin  adını  çoxdan  eşitmişdi.Eşitmişdi  ki,  igid 
oğlandır.Neçə  dəfə  Əsəd  yüzbaşı  ilə  otlaq  üstə,  torpaq  üstə,  su  üstə  davaları 
olub.Bir-iki dəfə də düşüblər divanxanaya.Əsəd yüzbaşı rüşvət verib, Səlim bəyin 
əli  ilə  Balakişini  bir  ay  basdırıb  Gorus  həbsxanasına.  Balakişi  qazamatdan 
çıxandan  sonar  da  Əsəd    yüzbaşı  onunla  yola  getmir.  Axırda  da  kişini  el  içində 
bihörmət eləmək üçün onun namusuna sataşıb. 
 
Nəbi son əmrini Verdi: 
 
   -Get Mehdidən silah al! 
 
Üst-başı  yamaqlı,  üzgün,  yekəpapaq  bir  erməni  Qaçaq  Nəbiyə  yaxınlaşıb 
gözünün gorasını sıxdı: 
 
   -Başına pırlanıb, ay kibrə qarababalı hampa Sərkis gecə-gündüz bizi aparıb 
biyarda eşşək kimi işlədir. Biz də axı adamıq. Nəbi kibrə, sən oğlunun canı, ona bir 
qulaq  burması  ver,  bundan  sonra  pağır-puğaraya  bulaşmasın...    Bizim  qonşu 
Arakel  və  hampa  Sərkisdən  şikayətə  gələcəkdi.  Yazıq  xəstələndi  deyə  gələ 
bilmədi. Dedi ki, məndən Nəbi kibrəyə salam de. Harda olsa, gəlib onu tapacağam. 
Dərdim böyükdür... 
 
Qaçaq Nəbi qoçanın ərz-halına diqqətlə qulaq asandan sonra onunla erməni 
dilində  danışmağa  başladı.  O,  ermənicə  elə  təmiz  danışırdı  ki,  qoca  məəttəl 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə